Azərbaycanın Xankəndi və Şuşanı azad etmiş ilk hərb nazirinin doğum günüdür...
Oxunub: 4608
10 May 2021 | 13:02
Azərbaycanın Xankəndi və Şuşanı azad etmiş ilk hərb nazirinin doğum günüdür...
“Ermənilər onun əleyhinə Avropa və Amerikada da güclü təbliğat aparırdılar...” -Milli Arxiv İdarəsi
 
Bu gün – adı tarixə Azərbaycan Xalq Cümhuriyyətini elan edən 26 kişidən biri, Azərbaycanın ilk hərbi naziri, Qarabağın general-qubernatoru və xilaskarlarından biri kimi yazılmış  Xosrov bəy Sultanovun doğum günüdür.
Azərbaycan Xalq qəhrəmanı Sultanbəy Sultanovun qardaşı Xosrov bəy  142 il öncə - 10 may 1879- cu ildə Qarabağda, Zəngəzur Mahalının Qasımuşağı obasının Qurdqajı kəndində dünyaya göz açıb. 
 
Gəncə gimnaziyasını bitirdikdən sonra Odessada ali tibb təhsili alıb. 1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza atan 26 nəfərdən biri də Xosrov bəy Sultanov olub. Xalq Cümhuriyyətinin həmin gün təşkil edilmiş birinci hökumət kabinetində Xosrov bəy hərbi nazir postunu tutub. 
 
Xosrov bəy Odessa Tibb Universitetində Nəriman Nərimanovla tələbə yoldaşı olub. Tələbəlik dövründə küçədən keçərkən bir rus zabitin yoldan keçən qıza sataşdığını görən Xosrov bəy qızı müdafiə edir və bu da duellə nəticələnir. Birinci gülləni zabit atır və güllə bəyin gözünü zədələyir. Amma yaralı Xosrov bəy də zabiti öldürür. Sonradan məlum olur ki, o qız Odessa Universitetinin rektorunun qızıdır. Həmin qızla evlənən Xosrov bəyin ondan Murad adlı bir oğlu olsa da, uşaq yaşlarında dünyasını dəyişib.
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Sənədlərin nəşri və  istifadəsi şöbəsinin baş məsləhətçisi Rafiq  Səfərovun qurumun  saytında dərc olunmuş araşdırmasında deyilir: 
 
“1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası I müvəqqəti hökumətin  tərkibinin təsdiq  edilməsi haqqında qərar  qəbul etdi. F.X.Xoyskinin sədrlik etdiyi I müvəqqəti 
hökumətin tərkibində (28.05.1918.-17.06.1918.)  Xosrov bəy Sultanov  hərbiyyə naziri vəzifəsinə təsdiq  edildi. O, bu vəzifəni 1918-ci il iyunun 17-dək icra etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası  və  Hökuməti 1918-ci il iyunun 16-da Tiflisdən  Gəncəyə  köçür. 1918-ci il iyunun 17-də Hökumət  tərəfindən  Azərbaycan Respublikası Nazirlər Şurasının ikinci kabinetinin tərkibinin təsdiq edilməsi haqqında qərar qəbul edildi. Hökumət üzvləri arasında nazir portfellərinin  bölüşdürülməsi  haqqında 19 iyun 1918-ci il tarixli qərara uyğun olaraq Xosrav bəy Paşa bəy oğlu  Sultanov ikinci hökumətin tərkibində  Əkinçilik naziri vəzifəsinə təyin edildi və o, bu vəzifəni 06.10.1918-ci il tarixə qədər icra  etdi.
 
Hökumətin  nazirlər portfelinin bölüşdürülməsi haqqında 1918-ci il oktyabrın 6-da qəbul etdiyi  qərara uyğun olaraq  kabinədaxili  dəyişikliklərdən  sonra Xosrov  bəy Sultanov F.X.Xoyskinin sədrlik  etdiyi  II müvəqqəti hökumət  kabinəsində  Əkinçilik  və dövlət əmlakı naziri vəzifəsinə  təyin edildi və bu vəzifəni 1918-ci il dekabrın 7-dək icra etdi.  Sonrakı dövrlərdə Azərbaycan Respublikası Nazirlər Şurasının üçüncü, dördüncü və beşinci  kabinələrinin tərkibində Xosrov bəy Sultanov yer almamış və o, Azərbaycanın Şuşa, Zəngəzur, Cavanşir  və Cəbrayıl  qəzalarının  qeneral-qubernatoru vəzifəsini uğurla icra etmişdir.
 
Azərbaycan milli azadlıq hərəkatının fəal iştirakçısı, Azərbaycan Xalq  Cümhuriyyətinin dövlət və siyasi xadimi, Azərbaycan Parlamentinin deputatı, Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri Xosrov bəy Paşa bəy oğlu Sultanov 1879-cu il mayın 10-da Zəngəzur qəzasının Qasımuşağı obasının Kürdhacı  kəndində (indiki Laçın rayonunda) dünyaya göz  açmışdır.  Xosrov bəy  Sultanov  Yelizavetpol kişi gimnaziyasında təhsil almışdır. Onun Yelizavetpol kişi  gimnaziyasında təhsil aldığını təsdiq edən bəzi arxiv sənədləri Azərbaycan  Respublikası Dövlət Tarix Arxivinin f.319 "Yelizavetpol kişi gimnaziyası” fondunda qayğı ilə qorunub saxlanılır. Xosrov bəy Sultanov  Yelizavetpol  kişi  gimnaziyasını bitirdikdən sonra Odessadakı Novorossiysk Universitetinin tibb fakültəsinə daxil olmuş və 1903-cü ildə həmin universiteti bitirmişdir. Xosrov bəy Sultanov universiteti bitirdikdən sonra vətəninə  qayıtmış, Zəngəzur və Qarabağda topladığı zəngin müalicəvi bitkilərdən hazırladığı dərmanlarla kəndlərə gedərək  təmənnasız olaraq xəstələri müalicə etmişdir. Xosrov bəy Sultanov 1917-ci  ildə Müsavat partiyasına daxil olmuş, bir qədər sonra isə Rusiya Müəssislər Məclisinə deputat  seçilmişdir.
1918-ci ilin yanvarında Rusiyanın mərkəzində  hakimiyyəti ələ keçirmiş bolşeviklər tərəfindən Rusiya Müəssislər Məclisi qovulduqdan sonra Zaqafqaziyadan Rusiya Müəssislər Məclisinə seçilmiş deputatlar 1918-ci il  fevralın 14-də hakimiyyət orqanı olaraq Zaqafqaziya Seyminin yaradılmasını qərara aldılar. Zaqafqaziya Seyminə üzv seçilmiş deputatların siyahısında Xosrov bəy Sultanovun da adı vardır. 
 
 
Zəngəzur və Qarabağın erməni-daşnak quldur qüvvələrindən  təmizlənməsində və həmin bölgələrdə əmin-amanlığın yaradılmasında Xosrov bəy və onun qardaşı Sultan bəyin müstəsna xidmətləri olmuşdur. Xatırladırıq ki, 1918 ilin yayından başlayaraq Ermənistanın daşnak hökuməti Zəngəzur bölgəsində Andronikin, Njdenin, Dronun quldur dəstələri vasitəsilə  dövlət səviyyəsində azərbaycanlılara qarşı  soyqırımı siyasətini  həyata keçirməyə başlamışdır. Cavanşir, Cəbrayıl, Şuşa qəzalarında erməni-daşnak quldur  dəstələri tərəfindən törədilmiş kütləvi qırğınların, vəhşiliklərin, qarətlərin qarşısını almaq məqsədilə Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Şuşa, Zəngəzur, Cavanşir və Cəbrayıl qəzalarını Gəncə quberniyasından ayıraraq, müvəqqəti Qarabağ general-qubernatorluğu yaratdı. 1919-cu il yanvarın 15-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti  tərəfindən Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarının müvəqqəti general- qubernatoru vəzifəsinin təyin edilməsi haqqında qərar qəbul edildi. Həmin  qərarla daxili işlər nazirinə tapşırılırdı ki, hökumətin  növbəti  iclasında  baxılması  üçün general-qubernator vəzifəsinə müvafiq namizədi seçsin və onun sərəncamına ayrılacaq məbləğ haqqında fikirlərini  təqdim  etsin. Azərbaycan  Xalq  Cümhuriyyəti  hökumətinin 29  yanvar 1919-cu il  tarixli qərarı ilə Xosrov bəy Paşa bəy oğlu Sultanov Şuşa, Zəngəzur,  Cəbrayıl və Cavanşir qəzalarının general-qubernatoru təyin edildi. Lakin Azərbaycan  hökumətinin  Qarabağ general-qubernatorluğunun təsis edilməsi haqqında qəbul etdiyi qərar Ermənistan hökuməti tərəfindən narazılıqla qarşılandı. Buna cavab olaraq 1919-cu il iyunun 18-də Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan hökumətinin Qarabağdakı fəaliyyətinə erməni hökumətinin müdaxilə  etməsinin yolverilməz olduğunu bildirən təcili diplomatik məlumatı Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi M.X.Təkinskiyə ünvanladı. Həmin  təcili  diplomatik  məlumatında  qeyd  edilirdi: " Ermənistan  hökumətinə  bildirin  ki, Sultanov 1919-cu il yanvarın 15-də Azərbaycan hökumətinin qərarı ilə təyin edilmişdir. X.b.Sultanov Azərbaycanın şübhəsiz ayrılmaz hissəsi  olan Şuşa, Zəngəzur, Cəbrayıl və  Cavanşir qəzalarının general-qubernatoru kimi müttəfiqlərin komandanlığı  tərəfindən aprelin 3-də rəsmi olaraq tanınmışdır. Bu səbəbdən erməni hökumətinin Sultanovun fəaliyyətinə və yaxud Azərbaycan qoşun hissələrinin Qarabağda olmasına dair etirazları Azərbaycan Respublikasının daxili işlərinə müdaxilə kimi qiymətləndirilir və bunun müzakirəsinə yol verilmir. Şuşa  rayonunda  baş  vermiş  iğtişaşlara gəldikdə isə qeyd edirik ki, general-qubernatorun gördüyü ciddi  tədbirlər nəticəsində nizam-intizam bərpa edilmiş və həyat məcrasına  düşmüşdür.”
 
Qarabağda və Zəngəzurda erməni-daşnak quldur qüvvələri əmin-amanlığın pozulması istiqamətində ciddi-cəhdlə  öz fəaliyyətlərini  davam  etdirməsinə  baxmayaraq, Azərbaycan hökumətinin və Xosrov bəy Sultanovun rəhbərliyi ilə  Qarabağ Qubernatorluğunun həyata keçirdiyi əks tədbirlər  nəticəsində  erməni-daşnak quldur qüvvələrinin təcavüzkar fəaliyyətlərinin qarşısını almaq mümkün  oldu. Lakin 1919-cu il  martın 21-də quldur erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini ələ keçirə bildilər. Amma Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri  daşnak generalı Dronun quldur dəstələrini darmadağın edərək  Xankəndi və Şuşanı azad etdi. 
 
Tarixi mənbələr təsdiq edir ki, Qarabağın dağlıq hissəsində, Zəngəzurda və ermənilərin planlarına daxil olan digər yerlərdə  Azərbaycan Respublikasının suveren hüquqlarının bərpa edilməsində, sülhün bərqərar olunmasında Qarabağ general-qubernatoru Xosrov bəy Sultanov və onun qardaşı Sultan bəyin böyük xidmətləri olmuşdur. Xosrov və Sultan bəy Sultanov qardaşlarının və digər dəyərli vətən övladlarının  simasında tarix bir daha sübut  etdi ki, Vətənin və  xalqın çətin  günündə ona sahib çıxa bilən oğulları meydanda olmuşdur, var və  olacaqdır! Təsadüfü  deyildi  ki, həmin dövrdə ermənilər  məhz  Xosrov bəy Sultanovun əleyhinə yalnız  Transqafqazda  deyil, Avropa  və  Amerikada  güclü  təbliğat işi aparırdılar. General-qubernator Xosrov bəy Sultanov  separatçılara  qarşı qətiyyətlə mübarizə aparmışdır. Həmin mübarizənin nəticələrindən biri  idi ki, 1919-cu il iyunun 5-də erməni milli şurasının qatı  irticaçı üzvləri ingilis komandanlığı nümayəndəsinin müşayiəti ilə Şuşadan Tiflisə sürgün edildi. Azərbaycan batalyonu iyunun 6-da Şuşanın ermənilər yaşayan  hissəsindəki kazarmalarda yerləşdirildi. Həyata keçirilmiş tədbirlər  nəticəsində avqustun 15-də ermənilər Azərbaycan Hökuməti ilə saziş imzaladılar və onlar ermənilər yaşayan ərazilərin Azərbaycanın tərkib  hissəsi olduğunu qəbul etdilər. 2  sentyabr  1919-cu  il tarixli «Aзербайджан» qəzetində dərc olunmuş məlumatda qeyd edilirdi ki, Şuşikənddə 8 gün  davam etmiş 7-ci erməni qurultayının nümayəndələri Qarabağın general  qubernatoru Xosrov bəy Sultanovun yanına gələrək Qarabağın dağlıq  hissəsinin Azərbaycan hakimiyyətini tanıması haqqında indiyədək həll olunmamış məsələni sülh yolu ilə həll  etmək istədiklərini bildirdilər. Xosrov bəy Sultanovun yanına qurultay nümayəndələri ilə birgə erməni ruhaniləri də gəlmişdilər. Danışıqlar iki gün davam etmiş və nəhayət danışıqların mətninin aşağıdakı layihəsi əldə edilmişdir:  mövcud toqquşma cərəyanlarının Qarabağda məskunlaşmış xalqlar üçün fəlakətli olduğunu, Qarabağ məsələsinin istənilən həllində ermənilər və  müsəlmanların birgə yaşamalı olacaqlarını nəzərə  alaraq  Qarabağ ermənilərinin  7-ci qurultayının 15 avqust 1919-cu il tarixli səhər iclasında Azərbaycan  Respublikası hökuməti ilə müvəqqəti razılığın əldə olunması haqqında qərar  qəbul  edildi. İyirmi altı  bənddən  ibarət  həmin  müqavilədə  o  cümlədən qeyd  edilirdi: "Qarabağın, Şuşa, Cavanşir  və  Cəbrayıl  qəzalarının  dağlıq  hissəsində  məskunlaşmış  ermənilər  özlərinin  Azərbaycan Respublikası ərazisində olduqlarını qəbul edir. Qarabağ qubernatorluğu nəzdində  6 nəfərdən: üç erməni və üç  müsəlmandan  ibarət şura təsis edilir. Millətlərarası xüsusiyyətlərə malik bütün prinsipial  məsələlər əvvəlcə  şurada  müzakirə  edilmədən  həyata  keçirilə bilməz. Qarabağ erməniləri mədəni muxtariyyat hüququndan istifadə edir, Azərbaycan Respublikası hökuməti erməni milli şurasının fəaliyyətinə müvəkkil edilmiş ermənilər vasitəsilə nəzarət edir. Azərbaycan Respublikası hökuməti dağıdılmış  müsəlman  və erməni kəndlərinin tezliklə bərpa edilməsi  işinə yardım göstərir” və s. Beləliklə, 1919-cu ilin yayında Azərbaycan Respublikasının  Qarabağda  suveren  hüquqları  bərpa  edildi. Parisdə olan nümayəndələrə göndərilən məlumatda qeyd edilirdi: "Qarabağ məsələsi  adlandırılan  məsələ  qəti  şəkildə  həll  edildi...7-ci  erməni  qurultayında  Qarabağ  ermənilərinin  nümayəndələri  Azərbaycan  hökumətinin  hakimiyyətini  tanımaq  barədə  general-qubernator  Xosrov  bəy  Sultanovla  saziş  bağladılar.” Azərbaycan Respublikası hökuməti Qarabağda normal həyatın bərpa olunması istiqamətində mühüm tədbirlər həyata keçirdi.
 
Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə  Şuşada  ermənilərin ən xəyanətkar  silahlı  qiyamlarından  biri 1920-ci il  martın  22-də,  Azərbaycan  xalqının Novruz bayramı günü baş verdi. Azərbaycanı işğal etməyə hazırlaşan bolşeviklərin sifarişi ilə qaldırılmış bu qiyam nəticəsində ermənilər Əsgəran qalasını ələ keçirə bildilər. Qarabağda ermənilərin  törətdikləri  separatçı qiyamlar və soyqırımı 1920-ci ilin aprel işğalı ərəfəsində ölkənin şimal sərhədlərinin müdafiəsi işinə ağır zərbə vurdu və müstəqil  dövlət  olan  Azərbaycan Xalq Cümhuriyyətinin  Sovet  Rusiyası  tərəfindən işğal edilməsini sürətləndirdi.
Azərbaycan Xalq  Cümhuriyyəti Sovet  Rusiyası tərəfindən  işğal edildikdən  sonra - 1923-cü ildən general Xosrov bəy Sultanov  mühacirətdə yaşamalı olur. O, Türkiyədə, İranda (1926), daha sonra Fransa və Almaniyada yaşamışdı. Xosrov bəy Sultanov Almaniyada Tibb Universitetində professor vəzifəsində işləmişdir. 1936-cı ildə Türkiyəyə qayıdan Xosrov Paşa bəy Sultanov Trabzonda məskunlaşmışdır. O, 1943-cü ildə Türkiyədə vəfat etmişdir.
 
Əvvəllər onun məzarının Trabzonda olduğu düşünülürdü, lakin bu istiqamətdə  aparılmış  axtarışlar bir nəticə verməmişdi. 2015-ci ilin avqustunda tanınmış telejurnalist, şair-publisist Bəxtiyar Qaraca İstanbulda Azərbaycanın tarixi şəxsiyyətləri barədə sənədli film çəkərkən, Fəriköy məzarlığında olmuş və Xosrov bəyin məzarını da aşkarlamışdır. Xosrov bəy Sultanovun 1943-cü ildə İstanbul şəhərində vəfat etdiyi müəyyən edilmişdir”.
 
2014-cü ildə Azərbaycanın tanınmış mesenatı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov Laçın ziyalılarının müraciətini nəzərə alaraq şirkətin istehsal etdiyi gəmilərdən birinə Xalq qəhrəmanı Sultan bəyin, digərinə isə Xosrov bəyin adını verib...
2019-cu ilin mayında bir qrup Laçın ziyalısının təşkilatçılığıyla Bakıda Xosrov bəy Sultanovun 140 illiyi münasibəti ilə tədbir keçirilib.
 
İxtisasca həkim olan Xosrov bəy  63 illik şərəfli ömründə bir çox acılar da yaşadı. 70 illik Rusiya istilası zamanı xalq düşməni damğası vurularaq unutdurulmağa çalışıldı. Lakin xalqımız adı Azərbaycan dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış bu igid, vətənpərvər oğlunun xidmətlərini heç vaxt unutmadı və inşallah, unutmayacaq... 
 
Sultan Laçın
 
Oxşar xəbərlər
14:28, Bu gün
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
14:27, Bu gün
“Onlar reytinq haqqında düşünür, səbəb olduqları intiharlar haqqında yox”
14:23, Bu gün
"Biz qalib gələcəyik, başqa alternativimiz yoxdur" - Zelenski
14:20, Bu gün
Əliyevlə Şoltsun təkbətək görüşü başa çatdı - YENİLƏNİB + FOTO
14:18, Bu gün
Gənc oğlan arvadının başqa kişilərlə gəzdiyindən şübhələndi, həyətə çağırıb... – Şok təfərrüat
14:14, Bu gün
Şoltsla Berbok Əliyevi belə qarşıladılar - FOTO
14:10, Bu gün
Bakıda velosiped yollarına quraşdırılan baryerlər kimlərin qəzəbinə tuş gəlib? - FOTO
14:06, Bu gün
AFFA “Qarabağ” klubunu cərimələyib
14:02, Bu gün
Türkandan plastik əməliyyatını tənqid edənlərə: "Geridəqalmışlar"
13:59, Bu gün
Bakıda körpə pəncərədən düşərək ölüb
13:54, Bu gün
Vəkil: “Ermənistan Azərbaycan ərazisinin beşdəbirini işğal etdikdən sonra bu ərazilərə iddia edib”
13:49, Bu gün
İranda bir gündə dörd məhbus edam edildi: Biri qadındır - FOTO
13:45, Bu gün
Həkimlərin əməliyyat görüntülərini paylaşması nə dərəcədə DÜZGÜNDÜR?
13:41, Bu gün
İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
13:39, Bu gün
Vəkil: “Azərbaycanın iddiası Ermənistanın 30 illik etnik təmizləmə kampaniyasına əsaslanır”
13:37, Bu gün
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı - FOTO
13:33, Bu gün
Sabah 32 dərəcə isti olacaq - PROQNOZ
13:29, Bu gün
Prezident: “Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır”
13:26, Bu gün
“Gəldim ki, uşaqları xəstəxanaya aparıblar- tez ora qaçdım... Cərrahın da adı Andranik idi...”
13:24, Bu gün
Prezident: “Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir”
13:21, Bu gün
Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edildi
13:19, Bu gün
“17 il ərzində 5 dəfə onu ölümün caynağından çıxartdım, deyirdi ki, yubileyimi görməyəcəm” - Sənətkarın qızı - FOTO + ÖZƏL
13:14, Bu gün
Polisin "saxla" əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
13:10, Bu gün
Azərbaycanın kirayənişinini BU 3 ÖLKƏ silahlandırır - Millət vəkilindən İLGİNC YAZI
13:05, Bu gün
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
13:01, Bu gün
Azərbaycanda genişzolaqlı internetin sürəti 38% artıb
12:59, Bu gün
BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir
12:55, Bu gün
Bərdədə narkomaniya və erkən nikahla mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib - FOTO
12:50, Bu gün
Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər”
12:47, Bu gün
Vidadi İsayev Bərdənin Qaradəmirçi kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
12:43, Bu gün
Laçın və Zabux sakinlərinə məşğul ola biləcəkləri 40-dan çox peşə təqdim edilib
12:40, Bu gün
Türkiyəli general: “Monitorinq Mərkəzi atəşkəsə nəzarət missiyasını uğurla davam etdirib”
12:37, Bu gün
İlham Əliyev: “COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək”
12:34, Bu gün
Almaniya kansleri: “Bakıda noyabrda keçiriləcək COP29 uğurlu olacaq” - YENİLƏNİB
12:30, Bu gün
Prezident: “Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik”
12:26, Bu gün
Rusiyalı general: “Ağdamdakı monitorinq mərkəzi üç ölkə hərbçilərinin uğurlu əməkdaşlığının nümunəsidir”
12:23, Bu gün
“COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır”
12:20, Bu gün
Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab: “Açıq siyasi sifarişdir”
12:18, Bu gün
Prezident: “Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var”
12:15, Bu gün
Kərim Vəliyev: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifələrinin öhdəsindən layiqincə gəldi”
12:12, Bu gün
İlham Əliyev: “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”
12:09, Bu gün
“Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir” - Kamaləddin Qafarov
12:05, Bu gün
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlandı - FOTO
12:00, Bu gün
COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşüb - FOTO
11:56, Bu gün
Bakıda təhlükəli anlar: Qaydaları pozub qəza törədən sürücü hadisə yerindən qaçdı - ANBAAN VİDEO
11:52, Bu gün
“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib - FOTO
11:47, Bu gün
Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO
11:42, Bu gün
Bu gün Mir Cəlal Paşayevin doğum günüdür
11:38, Bu gün
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü
11:33, Bu gün
Milli ideyaların yaranması istiqamətində UNEC-də növbəti ictimai müzakirə: "Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan" - FOTO
11:28, Bu gün
Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB
11:25, Bu gün
Azərbaycanda latın əlifbası ilə yazılan ilk əlyazmanın saxlanıldığı muzeydən REPORTAJ - FOTO
11:23, Bu gün
Ana 3 yaşlı qızını caduya görə öldürdü
11:20, Bu gün
XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub - FOTO
11:19, Bu gün
İranda dörd məhkum edam edilib
11:17, Bu gün
Yasamalda tikili və obyektlərin fasadlarında alkopanların söküntüsünə başlanıldı - SƏBƏB MƏLUM DEYİL - VİDEO
11:15, Bu gün
Ukrayna Silahlı Qüvvələrinin məşhur qadın snayperi öldürülüb
11:11, Bu gün
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
11:08, Bu gün
Bakıda evdə meyit tapılıb
11:00, Bu gün
Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik
10:55, Bu gün
Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür
10:52, Bu gün
Ukraynada sabiq nazir həbs edilib
10:49, Bu gün
Deputat: Azərbaycanda əlilliyin təyin edilməsi ilə bağlı boşluq var
10:48, Bu gün
İrəvan Ermənistan və Azərbaycan XİN başçılarının Qazaxıstanda görüş imkanlarını nəzərdən keçirir
10:41, Bu gün
Bu qidalar ömrü qısaldır - DİQQƏTLİ OLUN
10:39, Bu gün
Yunanıstan Ukraynaya silah verməyəcəyini bəyan edib
10:36, Bu gün
Polisin “saxla” əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
10:33, Bu gün
NİİM əhaliyə müraciət etdi - VİDEO
10:30, Bu gün
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
10:20, Bu gün
Ombudsmanın əlilliyi olan şəxslərin hüquqlarının qorunması ilə bağlı illik hesabat hazırlamağı təklif edilib
10:18, Bu gün
"Dalğa-2024" birgə taktiki təlimi başa çatıb - FOTO/VİDEO
10:15, Bu gün
NİİM əhaliyə müraciət etdi - VİDEO
10:12, Bu gün
36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb
10:12, Bu gün
ABŞ-də ilk dəfə insana süni ürək və donuz böyrəyi implantasiya edilib - FOTO
10:11, Bu gün
Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub - VİDEO
10:10, Bu gün
Azərbaycanlı futbol mütəxəssisi “Barselona”nın prezidenti ilə görüşdü - FOTO
10:08, Bu gün
Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var
10:05, Bu gün
Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyənin “TRT Avaz” kanalı ilə ortaq layihələr həyata keçirəcək
10:00, Bu gün
"Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək" - "Cümü"yə 18 il həbs verildi
10:00, Bu gün
Nazirlərin may ayında vətəndaş qəbulu cədvəli açıqlanıb - SİYAHI
09:55, Bu gün
Bu xroniki xəstəliklər xərçəngə çevrilə bilər
09:50, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda YENİLİK
09:46, Bu gün
Millət vəkilinə ağır itki
09:37, Bu gün
Gündə bir insanın yoxa çıxdığı ən təhlükəli ölkə - VİDEO
09:29, Bu gün
"iPhone" satışları rekord səviyyəyə düşüb
09:23, Bu gün
Aprelin sonu iki bürcə ciddi problemlər gətirəcək
09:18, Bu gün
Dəhşətli avtobus qəzası: 13 ölü, 40 yaralı var
09:11, Bu gün
Türkiyənin nüvə dövlətinə çevrilməsi niyə əngəllənir?
09:00, Bu gün
Azərbaycanda general vəfat etdi
08:47, Bu gün
Minsk NATO-ya qarşı - Yeni hərbi doktrina qəbul edildi
08:36, Bu gün
Rusiya irəli gedir, ABŞ isə 2 ölkədən qoşunlarını ÇIXARIR
08:24, Bu gün
Ermənistan azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”
08:11, Bu gün
Suraxanı və Binə qəsəbəsi illər əvvəl - NADİR GÖRÜNTÜLƏR - VİDEO
07:57, Bu gün
Arıqlamaq istəyənlər hansı meyvələrdən imtina etməlidirlər?
07:55, Bu gün
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
07:53, Bu gün
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
07:45, Bu gün
“Bir telefon zəngi...”- Sikorski Ukraynadakı müharibəni bitirməyin yolunu söylədi...
07:00, Bu gün
Trampın komandası həmin dövlətləri SƏRT CƏZA İLƏ HƏDƏLƏDİ
06:56, Bu gün
Onu çiy yemək lazımdır: Həkim çuğundurun  kişilərə təsirini açıqladı
06:37, Bu gün
İsrail bombardmanından sonra 1 yaşlı uşağın üzünə 200 tikiş qoyuldu və əli kəsildi...-VİDEO
GÜNLÜK
25 Apr 2024 | 15:34
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
25 Apr 2024 | 14:45
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 14:47
Elzanın keçmiş əri kameradan qaçdı - VİDEO
25 Apr 2024 | 17:40
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
25 Apr 2024 | 18:14
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
25 Apr 2024 | 15:19
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:22
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 15:04
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
25 Apr 2024 | 16:58
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:42
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
AYLIQ
25 Apr 2024 | 15:34
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
25 Apr 2024 | 14:45
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 14:47
Elzanın keçmiş əri kameradan qaçdı - VİDEO
25 Apr 2024 | 17:40
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
25 Apr 2024 | 18:14
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
25 Apr 2024 | 15:19
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:22
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 15:04
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
25 Apr 2024 | 16:58
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:42
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO