“Cövhər Dudayev barmağı ilə Şevardnadzeni göstərib dedi ki, bu qoca tülkü...”
Oxunub: 11621
28 Sep 2015 | 14:12

“Cövhər Dudayev barmağı ilə Şevardnadzeni göstərib dedi ki, bu qoca tülkü...”
“Qaynaq Qazan”ın budəfəki qonağı sabiq Daxili İşlər naziri İsgəndər Həmidovdur.

Onunla danışacaq, söhbətləşəcək o qədər mövzular var ki, 92 dəqiqə yetmədi. Biz müsahibəni bitirəndə əlimizdəki “sual dəftəri”ndə xeyli sual qalmışdı. Yönəldə bilmədik. Müsahibə bitəndən sonra Kəlbəcərə gedən Şahbazla Dilqəmdən də sual olduğunu eşidəndə çox mütəəssir oldu. Yalnız onda bildik ki, Şahbazla Dilqəm onun yaxından tanıdığı adamlar olub və hətta onlarla birlikdə İsgəndər Həmidovun Kəlbəcərə səfəri də planlaşdırılıbmış.

İsgəndər Həmidov kimin ona necə baxmasından asılı olmayaraq, Azərbaycanın özündə zəngin informasiya gəzdirən ən nadir adamlarından biridir. O, elə hadisələrə şahidlik edib, Azərbaycan dövlətinin elə günlərində ciddi vəzifələrdə çalışıb ki, bildiyi çox şeylər var, təbii ki. Biz onu bacardığımız, çatdırdığımız ölçüdə danışdırmağa çalışdıq. Və... qalır bu müsahibəni izləmək və oxumaq.

O zaman söz “Qaynar Qazan”ın 4-cü buraxılışının qonağı sabiq Daxili İşlər naziri, general İsgəndər Həmidovundur...

 

- İsgəndər bəy, xoş gördük sizi “Qaynar Qazan” verilişində... Uzun zamandır, dərdləşmək istəyirdik...

- Çox sağ olun dəvətə görə də, yada saldığınıza görə də... Ümumiyyətlə, Əvəz Zeynallı belə olmalı idi. Həmişə kimsə kimisə unutmaq istəyəndə, sən o adamı tapıb söhbət edirsən və səmimi söhbət gedir. Mən də sənə minnətdaram.

Allah eləsin, bu “Qaynar Qazan”ınız o qədər qaynasın ki, ordan ürəyiniz istəyən hər şey çıxsın - balalarımıza, balalarına, dostlarımıza, qohumlarına, Vətənə faydalı şeylər çıxsın.

- “Xeyirli-uğurlu olsun” deyirsiniz yəni... Unudulmaqdan başladınız... Allah eləməsin, yoxsa unudulmaqdan narahatsınız?

- Yox, qətiyyən. Ümumilikdə müxalifətin vəziyyətini bilirsiniz. Televiziyalar üzümüzə qapalıdır, cəmi bir-iki müxalifət qəzeti var. Müxalifətin televiziyalara buraxılmaması nöqteyi-nəzərindən deyirəm. Xalqın içində unudulmamışıq. Amma televiziyalar, ekran çox böyük təbliğat maşınıdır. Bizi ekranda az görürlər və elə bilirlər ki, biz fəaliyyətsizik, heç bir fəaliyyət göstərmirik. Amma biz fəaliyyətdəyik, hər işimizi görür, sadəcə özümüzü təqdim edə bilmirik. Sizin “Qaynar Qazan” verilişiniz mənim gördüyüm işləri bir daha göstərəcək və görünəcək ki, biz nə fəaliyyətdəyik. Milyonlar töküb telekanallar saxlaya, yenilərini aça bilərlər. Amma əsas odur ki, o telekanallarda kimlər işləyir və onu kim işlədir. Əsas məqsəd odur ki, camaatın diqqətini kim cəlb edə bilər. Hamı bilir ki, Əvəz Zeynallı həqiqəti hər şeydən üstün tutur. İsgəndər Həmidov da həqiqəti hər şeydən üstün tutur. Amma bizim telekanallarda, media holdinqlərdə o həqiqət yoxdur axı... Camaatın bildiyi yalanı həqiqət kimi sırıyırlar. Ona görə də televiziyalara camaat baxmır. Amma Əvəz Zeynallının hazırladığı verilişə deyirlər ki, əgər o verilişin içində yalan məlumat gedibsə belə, deməli, bu, Əvəz Zeynallının özünün inandığı üçün baş verib. O, hansısa məlumatı kiminsə göstərişi, sifarişi, hansısa məmurun pulu ilə vermir. Əvəz Zeynallının özü verir həmin məlumatı... Ona görə də sizə maraq var, onlara maraq yoxdur... Bu millətə nə qədər yalan danışmaq olar? Onsuz da bu millət bu yalanı 25 ildir eşidir də... Yalan, iftira, bir-birinə yalandan ləkə vurmaq, ermənipərəst demək, rüşvətxor demək... Amma bunları da ən böyük ermənipərəstlər, rüşvətxorlar deyirlər bizim ünvanımıza... Bunu da xalq bilir, bildiyi üçün də onlarda ikrah hissi oyanır. 

 
- Mən, əslində müsahibəyə haradan giriş edəcəyimi fikirləşirəm. Ünvanınıza o qədər maraqlı suallar gəlib ki... Ayaz Ağayev soruşur: “İsgəndər bəy Azərbaycanda tam azaddırmı? Necə olur ki, son iki ildə özlərini Elçibəy-Rəsulzadə yolunun davamçıları adlandıranlar ortaq birlik yarada bilmədilər? Bugünkü müxalifət partiyalarının fəaliyyəti sizi qane edirmi?” Ümumiyyətlə, müxalifətlə, onların bugünkü fəaliyyətlərilə bağlı xeyli sual var. Mən onları yeri gəldikcə verəcəm...

- Tam azad insan yoxdur. Biz səninlə məhbəs həyatı keçirmişik. Azərbaycan ən böyük məhbəsxanadır. Fərdi həbsxana ilə Azərbaycanın bir fərqi var ki, orada bizə nəzarət edənlər serjantlar, leytenantlar idi, Azərbaycanda isə bizə nəzarət edənlər nazirlər, generallardır. Həmin türmədir. Həmin çərçivədən heç hara çıxmayıb. 

- Bir az böyük formadır, yəni?

- Böyük formasıdır. Bir az da iyrənc formasıdır. Tam azad insan o vaxt olmaq olar ki, onun xalqı da, milləti də azad olar. Demokratiya olar, xalqın səsi eşidilər. Azlığın çoxu, çoxluq tərəfindən qəbul edilər. O zaman deyərik ki, azadıq. Azadlığın ikinci məfhumu da var. Əgər mən ”“ İsgəndər Həmidov, siz ”“ Əvəz Zeynallı azdan-çoxdan millətini sevən insanlarıq və biz dədə-baba yurdumuza gedə bilmiriksə, necə “azadıq” deyə bilərik? İkimiz də dağ adamıyıq. Dağ adamı sərt olsa da, səmimi olur. Əgər biz o gözəl yerlərə gedə bilmiriksə, o dağlara çıxa bilmiriksə, oranın acı, şaxtalı havasını, yazının çiçəkətirli qoxusunu içimizə, sinəmizə çəkib, qəbul edə bilmiriksə, hansı azadlıqdan söhbət gedə bilər? Əlbəttə ki, tam azad deyilik.

 - Müxalifətin fəaliyyətilə bağlı...

- Müxlifətin bir dənə çatışmayan cəhəti var. Mən bunu müxalifətə bütünlükdə deyil, liderlərinə aid edirəm. Onlar daxillərindəki “mən” sözünü “biz” sözü ilə boğa bilmirlər. Nə vaxt ki, “mən” sözü “biz” sözü ilə əvəz olunacaq, hər şey də öz yerini alacaq. Amma müxalifətin iqtidardan fərqli cəhəti var. Taleyüklü məsələlərdə - Vətən, millət məsələlərində müxalifət birləşə bilir. İqtidarı isə yalnız pul birləşdirir. Onlar pulu mənimsəyib, bölmək məsələsində birləşə bilirlər. Ona görə də müxalifətin birləşməyi labüddür və inanıram ki, gec-tez birləşəcək.

- Xəyal Aslanov sual verir: “Azərbaycanda hal-hazırda xalqı arxasınca apara biləcək insan, sizcə, varmı və kimdir? Müxalifət partiyalarının çoxluğu və müxlifət liderlərinin birləşə bilməməsi sonunda xalqın inamına zərbə vura bilərmi?”

- Çox gözəl sualdır. Bu suala rəhmətlik Cövhər Dudayevin kəlamı ilə cavab vermək istəyirəm. Bir gün Çeçenistanda olanda Cövhər Dudayevə mənim yanımda sual verdilər ki, “Sizcə, Çeçenistanda nə qədər qəhrəman var?” O da dedi ki, “Mən bir milyon birinci qəhrəmanam...”

 - Yəni bütün çeçenlər qəhrəmandırlar...

- Çeçenistanın ümumi əhalisi cəmi 700 min nəfər idi. Onun fikrincə, 300 mini də hələ ondan sonra doğulacaq və 1 milyon 1-ci qəhrəman da Dudayev olacaq. Mən Cövhərlə söhbət edəndə özümdə onu aşkar etdim ki, qəhrəman, lider axtarmaq lazım deyil, xalqı lider eləmək lazımdır. Lider xalqın içindən də qəhrəman çıxacaq. Xalq özü liderə çevrilməlidir. Xalq özü liderə çevriləndə Vətən basılmaz. Xalq liderə çevriləndə onun səsi oğurlanmaz. Xalqı lider yetişdirmək lazımdır. Azərbaycanda kifayət qədər savadlı, dünyagörüşlü, bilikli insanlar var. Uşaq vaxtı nənələrimiz bizə “Ağ atlı oğlan”ın, “Məlikməmmədin nağılı”nı danışırdı. Sadəcə, “Ağ atlı oğlan”, “Məlikməmməd” axtarmaq lazım deyil, Ağ atlı oğlan da xalqın içindədir, Məlikməmməd də... Liderlikdən söhbət gedirsə, xalqı lider eləmək lazımdır.

- Yeri gəlmişkən, Dudayevlə bağlı sualımız da var. Taleh Məmmədov soruşur ki, “necə oldu Dudayevi Bakıya gətizdirə bildi?” Ümumiyyətlə, sizin Dudayevlə dostluğunuzun tarixi mənim üçün də maraqlıdır...

- Dudayevlə mənim dostluğumun tarixi 40 ildən çoxdur. Sovetin vaxtından hər ikimiz leytenant idik. Təsadüfən bir gün eyni kafedə çörək yedik. Tanış olduq və sonralar da əlaqələrimiz davam etyməyə başladı.

 - Harada İsgəndər bəy?

- Moskvada. Yəni Dudayev elə-belə insan deyildi. Dudayev uzaq uçuşlu strateji aviasiyanın rəhbəri idi. O vaxtlar bu vəzifəni tutmaqdan ötrü Siyasi Büronun təsdiqi olmalı idi. Çünki nüvə silahı daşıyıcısı idi. Çox savadlı, dünyagörüşlü, cəsarətli, əsl zabit idi. İkincisi, Dudayevi Bakıya mən gətirməmişəm. Onu heç kəs heç yana apara bilməzdi. Mən telefonu qaldırıb, demişəm ki, “Cövhər, sən mənə lazımsan”. 45 dəqiqə sonra öz təyyarəsilə gəlirdi, soruşurdu ki, “məni niyə qarşılamırsan? Mən Bakıdayam.”

- Nəyə görə sizə lazım idi? Nə baş vermişdi?

- Birincisi, biz “Qafqaz Evi” yaratmaq istəyirdik. Onu yaratmaqda da məqsədimiz rus istilasının qarşısının alınması idi. Bir gün rəhmətlik Əbülfəz bəy məni çağırdı. Yanına getdim, gördüm ki, Şevardnadze oturub Əbülfəz bəylə söhbət eləyir. Məndən soruşdu ki, Cövhər Dudayevi Bakıya dəvət edə bilərsənmi? Dedim, bilərəm. Dedi, bildirmə ki, Şevarnadze buradadır. Dedim, hətta bilsə də ki, Şevarnadze buradadır, mən desəm, gələcək. Dediyim kimi, zəng vurdum ki, “Cövhər, mənə lazımsan”. 45 dəqiqə sonra öz təyyarəsilə gəldi, soruşdu ki, “məni niyə qarşılamırsan? Mən Bakıdayam.” Gəldi, Prezident İqamətgahında prezidentin otağına girdi. Bir neçə saat orada söhbət elədik. Mən dəfələrlə çıxmaq istəyəndə Şevardnadze də, Əbülfəz bəy də, Dudayev də imkan vermədilər. Məsələ belə qoyulurdu ki, birinci çeçenlər bizə kömək edirlər, biz Qarabağı azad edirik, sonra çeçenlər Gürcüstanın da ərazi bütövlüyünü bərpa etməyə köməklik edir. Sonra “Qafqaz Evi” yaranır. Ümumi “Qafqaz Evi”nin yaranması nəticəsində şimala qarşı sədd qurulur. Hamı razılaşdı. Əl-ələ verib çıxanda Cövhər Dudayev dedi ki, “amma bu qoca tülkü bütün danışıqları pozacaq”. Barmağını da baxın, belə (göstərir...) Şevardnadzeyə tərəf yönləndirdi.

 - Üzünə dedi?

- Üzünə! Cövhər kimdən qorxurdu ki? Ya da nədən qorxurdu ki? Dedi ki, “bu qoca tülkü bütün danışıqları pozacaq”. İnanırsınızmı, dediyi kimi də oldu. Əgər xatırlayırsınızsa, Abxaziyadan, Osetiyanın şimal tərəfindən...

- Mənə nə üçünsə elə gəlir ki, mən bu haqda məlumatı ilk dəfədir ki, eşidirəm.

- Elə şeylər var ki, mənimlə qəbirə gedəcək. Ancaq artıq Cövhər ölüb, Əbülfəz bəy ölüb, ona görə də danışıram. Danışıqların birinci mərhələsi kimi, Cövhər Abxaziyadan, Osetiyadan Şamil Basayev başda olmaqla bütün qoşunları çıxardı. Qalan bütün planların hamısını Şevardnadze pozdu. Cövhərdə də üstün bir keyfiyyət var idi, heç bir zaman dostuna deməzdi ki, gördün, sən dedin, mən elədim, amma bu səbəbdən iş pozuldu.

 
- Yeri gəlmişkən... Haradasa yadıma düşdü, səhv etmirəmsə, Rəhim Qazıyev bizə müsahibə verərkən demişdi ki, Cövhər Dudayevdən silah almaq istəyiblər. Danışılıb, anlaşılıb, amma sonda Bakıdan zəng gedib ki, bu adam Rəhim Qazıyevdir, ona olmaz. Belə bir hadisə olubmu?

- Rəhim bəy haqqında Cövhər Dudayevin heç anlayışı yox idi. Məncə heç onların görüşü də olmayıb. Burada biz görüş vaxtı belə bir məsələ qalxdı ki, Çeçenistanın xarici əlaqələri genişdir, bizə İngiltərədən yeni silahlar, silah növləri ala bilərlər. Onda Əbülfəz Elçibəy Daxili İşlər nazirinin vasitəsilə Cövhər Dudayevə pul verdirdi. Mənə qarşı qaldırılan cinayət işində bir iddia da bu idi. Əgər xatırlayırsınızsa, Rusiyada “Vremya” xəbərlər proqramı var idi, orada dedilər ki, Cövhər Dudayevlə İsgəndər Həmidova silah alan iki çeçeni iki erməni öldürüb. Yəni silahların gəlməyi ləngidi. Bizim hakimiyyət devriləndən sonra Cövhər Dudayev Azərbaycan hakimiyyətinə iki dəfə deyib ki, “sizin pulunuz məndədir, istəyirsinizsə, ya pulu göndərim, ya da silahı...” Onlar da imtina ediblər. Bunu mənə maddə olaraq yükləyəndə Cövhər Dudayev üç dəfə məktub göndərdi. Nümayəndəsini yolladı. Cövhər Dudayevin bizə o həddə məhəbbəti var idi ki, Çeçenistan müstəqilliyini elan edəndə, mənə zəng vurdu ki, “sən mənə lazımsan...” Mən də oturdum təyyarəyə, birbaşa ora uçdum. Dedi, “Mən bayrağımızın üstündə hansı rəmzi götürüm?”, mən də dedim ki, “axı sən özün deyirdin ki, türksən. Türk hansı rəmzi götürər?” Əgər baxmısınızsa, bu gün də Çeçenistanın bayrağında “Yatmış Qurd” rəmzi var. Nə üçün yatdığını soruşanda dedi ki, çeçenlər tam azad olanda yatmış qurd oyanacaq və ayaq üstə duracaq.

 - Yəni Çeçenistanın bayrağının rəmzi ideyasını siz vermisiniz?

- Bayraq özü vardı, amma rəmzinin ideyasını, bəli, mən verdim. Cövhər Dudayevlə bizim çox söhbətimiz olmuşdu. Çeçen-inquş adlı millət yox idi və hamı bilir ki, bunlar “Vaynax” irqinə aiddirlər. Biri Çeçenin  aullarında, digəri İnquş çayının ətrafında yaşadığı üçün onlara “çeçen-inquş” deyiblər. Hətta xatırlayırsınızsa, rusların böyük bir kitabı var ”“ “İqor polku-alayı haqqında Dastan” ”“ çox mübahisəli kitabdır. Çünki həmin polkun tərkibində türklər olublar. Burada ruslar Azərbaycanı işğal edib, çapıb talayanda, orada vaynaxlar bunlara necə müqavimət göstərib, qarşılarını alıblarsa, bu gün də o qəhrəmanlığı edənin qəbri bilinmir haradadır.

Yəni onlar türk olduqlarını, Cövhər Dudayev türk-vaynax olduğunu deyirdi və bununla da fəxr edirdi.  Bu abidə birliyi bizi birləşdirirdi. Dostluğumuz, yoldaşlığımız öz yerində, digər tərəfdən də şimal qonşularımızdan gələn təhlükəni hər ikimiz həm görür, həm də bilirdik. Və mən də Çeçenistanın güclənməyini ona görə istəyirdim ki, ən azı, Çeçenistan bizimlə Rusiya arasında bir sədd idi.

- Burada təbii bir sual yaranır. Cövhər Dudayevlə bu qədər dost olmusunuz. Cövhər Dudayev balaca bir “dövlət”in rəhbəri olub, siz isə böyük Azərbaycanın naziri, generalı idiniz. Niyə Cövhər Dudayev Rusiya boyda böyük bir dövlətlə bu qədər uzun müddətə vuruşa, döyüşə bildi, amma siz heç bir duruş gətirə bilmədiniz?

- Sual qoyulub, ona cavab verəcəyik. Amma sualın mahiyyəti ayrı fasondadır. Cövhər Dudayev Rusiya imperiyasına qarşı döyüşür, vuruşurdu. Biz isə Əbülfəz bəyin vaxtında rus qoşunlarını, ümumiyyətlə, Azərbaycandan çıxardıq. Yəni biz ruslara qarşı lazım olanı etdik, amma...

- Deyirsiniz ki, özümüz-özümüzə qarşı vuruşmadıq?

- Bəli, özümüz-özümüzə qarşı vuruşmadıq. Onun məqsədi, hədəfi ayrı idi, bizim hədəfimiz və məqsədimiz, millət və torpaq idi. Ona görə də onların döyüş taktikası ilə bizim döyüş taktikamız arasında böyük fərq var idi.

 - Siz də, Əbülfəz bəy də Heydər Əliyevi çox istədiniz. Bütün bunlar ondanmı qaynaqlandı?

- Bu suala mən cavab verməkdə çətinlik çəkirəm. Əbülfəz bəy də, Heydər Əliyev də dünyalarını dəyişiblər. Qədim türklərdə yaxşı bir qayda vardı ”“ ölən adam haqqında ya yaxşı danışırdılar, ya da heç nə danışmırdılar. Mən də ölənlər haqqında heç nə danışmayacam. Amma mən Heydər Əliyevi heç vaxt sevməmişəm, sevmirəm də, heç vaxt da sevməyəcəm. Heydər Əliyev şəxsiyyətinin kim olduğunu mən Daxili İşlər naziri olanda bilirdim. Dediklərimin həqiqiliyini yoxlamaq üçün çox da uzağa getmək lazım deyil, Ali Məhkəmənin arxivlərini açıb 1969-1974 illərdə nə qədər adama ölüm hökmü kəsilib, baxın, nə qədər insanlar həbs olunub ona da baxın. Özü də nə məqsədlə - tək Moskvaya hesabat verməkdən ötəri.

- Elə mən də bu məsələnin üzərinə gəlirdim. Müəyyən dövrlərdə sizin Heydər Əliyevlə münasibətləriniz ziqzaqlı olub. Bununla bağlı sizə ünvanlanmış suallar da var. Bilmək istəyirlər ki, münasibətləriniz hansı səpkidə olub ”“ dostmu, düşmənmi olubsunuz? Çünki bir Naxçıvan məsələsi də var idi...

- Bəli, var idi!

- Mən istərdim ki, onunla da bağlı fikir bildirəsiniz.

- Birincizi, Heydər Əliyevlə mən Daxili İşlər Nazirliyində inspektor işləyəndən rastlaşmışıq.

- Deyilənlərə görə, sizi Eldar Həsənovla birlikdə həbs edəndə Heydər Əliyev sizi xilas eləyib...

- Yox... Eldar Həsənovla məni heç bir zaman tutmayıblar...

- 1982-ci ildə... Sərdar Həmidov deyir...

- Xeyr, biz tutulmamışıq, Heydər Əliyev də heç 1982-ci ildə Bakıda yox idi. O zaman baş katib Kamran Bağırov idi. Sərdar tarixi bir az səhv edir. Biz ”“ nə mən, nə də Eldar Həsənov heç bir vaxt  həbs olunmamışıq. Heydər Əliyevlə mən 2-3 dəfə rastlaşmışam. Bir dəfə Naxçıvanda, iki dəfə Bakıda, bir dəfə Əbülfəz bəyin otağında... Azərbaycanda iki nəfər insan var. Əgər onlar Hollivudda kinoya çəkilsəydilər, “Oskar”ın bütün mükafatlarını alardılar. Onlar Azərbaycanın siyasi həyatına, ab-havasına bir aktyor kimi daxil oldular və aktyor kimi də tərk elədilər. O insanların, məsələn, ağlamağı ilə gülməyinin arasında yarım dəqiqə fərq olurdu. Mən də bunu bilirdim və neçə dəfə də görmüşdüm. Qaldı ki, Naxçıvan məsələləri... Yaxşı ki, bu haqda sual verdiniz. Aydınlıq gətirmək istəyirəm. Hamı deyir ki, guya, mən demişəm ki, Heydər Əliyevi cibimə qoyub gətirəcəm. Bu hadisəni ANS kanalı çox yaxşı verdi. Əksinə, Naxçıvanda biri demişdi ki, İsgəndəri cibimə qoyub gətirəcəm. Mən də demişdim ki, cibini yekə tut, mən çox böyüyəm. Naxçıvanda qarşıdurma var idi və mən də bir Daxili İşlər naziri kimi ora getməli idim. Təəssüf olsun ki, getməyə qoymadılar.

 - Kim qoymadı?

- Məni Əbülfəz bəy aeroportdan qaytardı. Niyə qaytardı? Əbülfəz bəyə Allah qəni-qəni rəhmət eləsin. Afiyəddin Cəlilovla Fazil Qəzənfəroğlu məndən qabaq Naxçıvana getmişdilər. Gəldilər, aeroportda Əbülfəz Elçibəyə hesabat verdilər ki, Heydər Əliyev Azərbaycan hökumətini tanıyır. Çünki Naxçıvanı Azərbaycandan tamam ayırırdılar. Konstitusiyaya get-gedə dəyişiklik edə-edə Naxçıvan Azərbaycandan tamamilə aralanırdı. Əbülfəz bəy də öz şəxsi avtomobilini göndərdi, məni hava limanından qaytardılar.

- Yoxsa gedəcəkdiniz?

- Mən getməliyəm, bu mənim borcum idi. Əgər qarşıdurma var idisə, mən bir nazir olaraq getməli idim. Niyə Bərdədə banda qarşıdurma yaradır, Daxili İşlər naziri cinayətkarlarla vuruşur, mübarizə aparır, qarşısını alır. Şəkidə olur, Lənkaranda olur,  mən ora gedirəm, alqışlanır. O zaman mən nə üçün Naçıvana getməməli idim?

- Yəni bu dövlətin bir yeridirsə, qarşıdurma yaranırsa, siz getməlisiniz...

- Bəli, mən getməliyəm. Dedilər, orada böyük bir qarşıdurma var. Mən də Daxili İşlər naziriyəm, ora gedib, o qarşıdurmanın qarşısını almaq da bilavasitə Daxili İşlər Nazirliyinin funksiyasına aiddir. Əbülfəz Elçibəy bu dövlətin Ali Baş Komandanı olduğu üçün və mən də bu dövlətin naziri olduğum üçün mənə əmr vedi ki, qayıt geri, mən də qayıtdım.

 - Zahidə Vulkan soruşur: “Nazir olanda bozqurdlarını hava limanına aparmışdı ki, Naxçıvana gedib Heydər Əliyevin dərsini verəcək. Heydər Əliyev Milli Məclisin sədri olanda ona dedi ki, “siz olun mənim dayım...” Bunun  anlamı nədir?”

- Gəlin, bu məsələyə də aydınlıq gətirək. Özündə məsuliyyət hiss edən hər bir adam mövcud protokollarla tanış ola bilər. Zeynəb Xanlarova sağdır, Heydər Əliyev dünyasını dəyişib. Azərbaycanın müstəqilliyi ilə bağlı mən çıxış elədim. Məndən 3 adam sonra Heydər Əliyev çıxış elədi. Foyedə Zeynəb xanımla Heydər Əliyev gəzərkən mənə dedi ki, “kaş, sənin kimi mənim bir bacım oğlu ola...” Mən də dedim ki, “Azərbaycanda yığdığının yarısını ver mənə, sənə bacıoğluluq eləyim”.

- Yəni deyirsiniz ki, söhbət belə olub?

- Bəli... Zeynəb xanım da orada şahid olub.

- Heydər Əliyev deyib ki, “kaş ki, sənin kimi bir bacım oğlu ola...”

- Bəli... Sonra da əgər xatırlayırsınızsa, - sual verən xanıma da bunu xatırlatmaq istəyirəm - Heydər Əliyevin üstünə hamı düşəndə mənə çox pis gəlmişdi. Milli Məclisdə çıxışım zamanı dedim ki, siz bu adamın paltosunu tutanda özünüzə şərəf bilmisiniz. İndi siz onun haqqında bu nədir, danışırsınız? Bizim haqqımız var onun haqqında danışmağa, sizin yox. Heydər Əliyev mənə dedi ki ”“ o, özünə yaxın bildiyi adamları adı ilə çağırardı ”“ İsgəndər bəy, yadındadır, heç kəs məni müdafiə etməyəndə, sən məni müdafiə etmişdin. Mən də dedim ki, “Çox gözəl yadımdadır. Onda sən tək qalmışdın. Bir dayı-bacoğlu söhbəti də olmuşdu aramızda”... Ona görə məsləhət bilirəm ki, o xanıma deyin, inanmırsa, o zamanın stenoqramlarına baxsın. Mən deməmişəm ki, sənin bacın oğluyam. Demişəm ki, “aramızda bir dayı-bacoğlu söhbəti olub”. Mən ona eşitdirmək istədim ki, o söhbət gücündə qalır. Sən mənə təklif elədin, mən yox dedim. O söhbət gündəmdə qalır. Onda qayıtdı ki, “İsgəndər, sən özünü yaxşı aparmırsan”. Artıq İsgəndər bəydən İsgəndərə keçdi.

- Ramin Sadıqlı soruşur: “İsgəndər bəy niyə əfv ərizəsi yazıb, azadlığa çıxdı, Heydər Əliyevin məzarına niyə əklil qoydu?” Siz əfv ərizəsi yazmısınız?

- Bütün Azərbaycan deyir ki, İsgəndər Həmidov 10 il yatdı, əfv ərizəsi yazmadı... Bütün Azərbaycan bilir ki, yeganə siyasi dustaq olmuşam ki, o vaxtı mən əfv ərizəsi yazmamışam. Hər il təklif olunub, amma yazmamışam. Sən, yəqin, türmədə də olmusan və eşitmisən bu haqda... 10 il yatmışam, amma əfv ərizəsi yazmamışam. Məni Heydər Əliyev əfv eləməyib. Çıxmağıma 1 il qalmış, Avropa Şurasının qarşısında öhdəçilik götürmüşdülər ki, 2003-cü ilə qədər siyasi dustaqları buraxacağıq, 2002-ci ilin 30 dekabrında məni əfv eləyiblər. O ki qaldı Heydər Əliyevin məzarına gedib baş əyməyə, əgər belə bir şey olsaydı, yəqin ki, çəkib tez-tez təbliğ edərdilər.

 - Tez-tez də verərdilər...

- Mən Heydər Əliyevin məzarının üstünə getməmişəm. Bu söhbət haradan yaranıb? 5-6 ağzıgöyçək mənə dedi ki, Heydər Əliyevin məzarının üstünə getmisən. Dedim ki, lap yaxşı eləmişəm. Amma mən onun məzarının üstünə getməmişəm. Mən indi də, sabah da, dünən də - orada 5-6 nəfər məndən ötəri əziz adam var, onların birincisi şəksiz-şübhəsiz Üzeyir bəy Hacıbəyovdur. İkincisi, Əbülfəz bəydir, daha sonra Xəlil Rza var...

- Seyid Cəfər Pişəvəri var..

- Bəli, Seyid Cəfər Pişəvəri var, bir küncdə dəfn ediblər, məzarını güclə tapdım. Mən o adamları ziyarət eləyib qayıtmışam. Yanımda iki sürücüm olub. Allahverdiyev Qəribgil və 5-6 nəfər də bizim partiyanın üzvləri olub. Mənim hüzr yerimə gəlməyənin mən hüzr yerinə getmirəm. Mənə başsağlığı verməyənə mən başsağlığı vermirəm.  Bir daha deyirəm, dünyasını dəyişmiş insanlar haqqında pis danışmaq olmaz. Mən sual verəndən xahiş edirəm ki, əgər əlində elə bir fakt, şəkil varsa, sizə təqdim eləsin, siz də televiziyada göstərin. Əgər Azərbaycan televiziyasında, radiosunda belə bir fakt varsa, yayımlasınlar. Yenə deyirəm, əgər getmiş olsaydım, deyərdim getmişəm, özüm də yaxşı eləmişəm. Heç kəsin də ixtiyarı yoxdur, mənə desin ki, kimin qəbrini ziyarət edim, ya etməyim. Bu, bilirsinizmi, nəyi xatırladır? Bəzi dostlarımız deyirlər ki, Avropa Şurasının Azərbaycan parlamenti haqqında qərarı var, seçkilərdən imtina edin. Mən Avropa Şurasının qərarı ilə seçkilərə getmirəm ki, onların qərarı ilə də seçkilərdən imtina eləyim. Mən xalqımızın, millətimizin xeyiri üçün gedirəm seçkilərə və xalqımız da, millətimiz də mənim seçkilərdən imtina eləməyimə razı olmaz.

 - Yeri gəlmişkən, boykot məsələsinə necə baxırsınız? Çoxları seçkiləri boykot elədi...

- Boykot məsələsi bilirsinizmi, necədir? Milli Şurada boykota gedənləri anlayıram və onların fikirlərinə hörmətlə yanaşıram. Amma bu gün Azərbaycanda camaatla görüşmək üçün elə bir məhdudiyyət yaranıb ki, bu fürsətdən yararlanmaq lazımdır. Baxın, İsa Qəmbəri Lənkərana buraxmadılar, Əli Kərimlini rayona buraxmırlar. Camaatın içinə çıxa bilmirlər. Hər tərəfdən təpki, basqı ilə qarşılaşırıq və bu gün bizə o imkan yaranıb ki, seçkilərdə seçicilərlə xalqın içərisində görüşək. Qutudan kim çıxacaq, o maraqlı deyil. Sən də bilirsən, mən də bilirəm ki, qutudan kim çıxacaq. Amma xalqla təmasda olub, xalqın dərdini bilib, xalqın istəyini anlayıb, sözü bir yerə qoyub müxalifət birləşə bilərmi, xalqın istəyi dalğasında? Bundan niyə imtina etməliyik biz? Niyə bundan qaçmalıyıq? Ancaq hər bir insanın fikrinə də mən hörmətlə yanaşıram. Yəni biri var ”“ demokratiya, biri də var ”“ ifrat demokratiya. Roma papasından artıq katolik olmaq olmaz. Demokratik dövlətlərin bu dəyəri varsa, Azərbaycan hakimiyyətin yarıtmaz siyasəti nəticəsindədir. Həm daxili siyasətinin və həm də xarici siyasətinin... Bu medalın bir üzüdür. Avropa Şurasının bu qərarı Rusiya ilə Azərbaycanın isti münasibətindən sonra ortaya çıxdı. İndiyə qədər də siyasi məhbuslar var idi. Bunu Avropa yaratmırdı ki, Azərbaycan üçün? Yüzlərlə cavanlarımız, gənclərimiz, o cümlədən Leyla xanım, digər bizim xanımlarımız türmədədir. Bunu Avropa Şurası həbs eləməyib. Bunu Azərbaycan hökuməti qanunsuz şəkildə - o cümlədən səni, məni ”“ həbs edir, sonra da sifarişli hökmlər çıxarır. Sonra da Avropa bunu qarşıya qoyur. İnsan haqlarına “sahib çıxın!” deyir. Amma seçkiyə gedib-getməmək hər bir siyasi təşkilatın, hər bir adamın şəxsi işidir. Kiminsə göstərişilə seçkiyə gedilməməlidir. Kiminsə göstərişilə də seçkiyə getməkdən imtina olunmamalıdır.


- İsgəndər bəy, elə müxalifətlə bağlı da maraqlı suallar var. Elvin Hüseynoğlu soruşur: “Neçə ildən sonra müxalifət birləşib, Milli Şuranı yaratdı. Nə üçün Milli Şuranı tərk etdiniz?” Elvin Əhmədov deyir ki, “Milli Şuranın yarandığı gün İsgəndər Həmidovun çıxışı yadımdadır. Nəyə görə Milli Şuaradan ayrıldınız? Nəyə görə Cəmil bəyi, ümumilikdə demokratik düşərgəni tərk etdiniz?”

- Çox sağ olsun, Elvin bəy. Yaxşı sualdır. Milli Şura zərurəti o vaxt yarandı. Əgər xatırlayırsınızsa ”“ o zaman siz yox idiniz, üzr istəyirəm ”“ Milli Şura yarananda Rüstəm İbrahimbəyovun adı çəkiləndə 147 nəfərin içərisindən təkcə mən demişəm ki, o, Moskvanın projesidir və Azərbaycana da gəlməyəcək. Ona görə də əleyhinə səs vermişəm. Orada oturanların hamısı çevrilib, tərs-tərs mənə baxdılar. İkinci çıxışımda isə dedim ki, gəlsin Rüstəm İbrahimbəyov burada söyləsin ki, xalqına, millətinə doğrudan da xidmət etmək istəyir, məni də inandırsın, o zaman ona səs verim. Üçüncü dəfə dar çərçivədə dedim ki, mən 32 il Daxili İşlər Nazirliyində işləmişəm. Azərbaycanda ikili vətəndaşlıq yoxdur. Moskvanın vətəndaşı gəlib burada heç bir siyasi təşkilata, quruma rəhbərlik edə bilməz. Putin Azərbaycana səfər elədi və Azərbaycan hakimiyyətilə anlaşmadan sonra İbrahimbəyov dedi ki, məni Rusiya vətəndaşlığından çıxarmırlar. Bu, absurddur və bir az da nağıla oxşayır. Həm də o, Rusiyanın şəxsiyyət vərəqəsini cırıb-tullayıb, Azərbaycana gələ bilərdi. Mən keçmiş orqan işçisi kimi deyirəm. Sonra Milli Şurada müxalifətin bir-birilə yola getməməyi nəticəsində Milli Şuraya vahid namizəd Cəmil Həsənli irəli sürüldü. Cəmil Həsənli şərəfli adamdır, yaxşı insandır, gözəl də seçki kampaniyası apardı, ancaq Milli Şuranın dağılması yaranan gündən görsənirdi. Əgər siz mənim dediklərimin həqiqiliyini yoxlamaq istəsəniz, sizin də, mənim də dostum ”“ Səfər bəydən, Eldar bəydən soruşa bilərsiniz. Onlarla birgə çölə çıxdıq və dedim ki, bunu sonu yoxdur, dağılacaq. Çünki Milli Şurada ümumi mübarizə bir kənarda qaldı ”“ prezident seçkiləri məsələsi ”“ iki nəfərin, iki partiyanın qarşıdurması oldu. Adlarını deməyəcəm, çünki onların hər ikisinə böyük hörmətim var...

- AXCP ilə Müsavat Partiyası...

- Onlara böyük hörmətim var. Amma gəlib, zalda otursaydınız, görərdiniz ki, Milli Şura iki partiyanın dialoquna çevrildi. Və mənim Milli Şuradan çıxmağım, hələ Milli Şura dağılmamışdan qabaq olmuşdu. Mən bəyan etdim ki, Milli Şuradan çıxıram. Çünki mən  qeybəti sevmirəm, fəaliyyət göstərməyi sevirəm. Mənim üçün iki rəng ”“ ya ağ var, ya da qara... Mən o iki rəngin arasında seçə bilərəm. Amma üçüncü rəng ”“ sarı, çəhrayı rəng məndət ötrü məqbul deyil. Milli Şuranın dağılması labüd idi. O vaxt labüd idi yarandı, sonra da labüd idi ki, dağıldı.

 
- Yəni deyirsiniz ki, yaranmalı olduğu zaman yarandı, dağılmalı olduğu zaman da dağıldı...

- Bəli... Sabah taleyüklü məsələdə - Qarabağ məsələsində mən İsa bəyin də fikrini bilirəm, Müsavatın fikrini də bilirəm - əgər Azərbaycan özündə güc tapıb, torpaqları azad etmək uğrunda müharibəyə başlasa, biz bütün siyasi fəaliyyətimizi dayandırıb, hakimiyyətə olan patoloji nifrətə baxmayaraq, kömək eləməyə hazırıq. Təki Vətən azad olsun. Yəni o taleyüklü məsələlərdə müxalifət yenə birləşəcək və yenə bir yerdə olacaq. Bir yerdə də hərəkət edəcək. O ki qaldı liderlik məsələsinə, mən hər zaman liderlik söhbətindən qaçmışam. Liderlik heç kimə lazım deyil. Məmməd Əmin Rəsulzadənin ətrafında görün kimlər var idi... Necə şəxsiyyətlər var idi... O şəxsiyyətlərin içində şəxsiyyət çıxdı. Bir anlıq təsəvvür edin ki, “Difai” Partiyası Müsavata dəstək verməsə idi, nələr baş vermişdi?

- Bəli...

- Savadlı oğlansan, bilirsən... Bir anlıq təsəvvür edin ki, o adamların hərəsi bir firqə yaradıb, hərəsi bir birlik yaradıb, deyir ki, mən nazir olum. Məmməd Əmin Rəsulzadənin böyüklüyünə fikir verin ki, Xoyskini qabağa buraxdı ki, o, baş nazir olsun. Daxili İşlər naziri, baş nazir oldu. Məmməd Əmin Rəsulzadə faktiki olaraq, hakimiyyətdə vəzifə tutmayıb.

- Heç bir vəzifəsi olmayıb...

- Bəli, amma lider olub. Baxın, bu, liderlikdir. Kürsü hələ ələ keçməmiş, kürsü uğrunda mübarizə aparmaq, bu, artıq ayrı şeydir...(xural.com)

I hissənin sonu
Oxşar xəbərlər
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
“Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə  olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar”
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:41, Bu gün
ABŞ-nin Azərbaycandakı səfiri Şuşada Aydın Kərimovla görüşüb - YENİLƏNİB + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:15, Bu gün
Vilayət Eyvazov keçmiş rəisin oğluna yüksək vəzifə verdi
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
12:45, Bu gün
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
12:42, Bu gün
DİN: “Ötən ay 6,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb” - VİDEO
12:40, Bu gün
Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü
12:39, Bu gün
Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq
12:36, Bu gün
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
12:32, Bu gün
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
12:27, Bu gün
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
12:23, Bu gün
Renat Dadaşovun çıxış etdiyi komanda futbolçulara beş aydır boyat çörək verir
12:19, Bu gün
Bu həftə 4 gün ardıcıl qeyri-iş günü olacaq?
12:14, Bu gün
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
12:11, Bu gün
“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTO
12:08, Bu gün
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:50, Bu gün
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:30, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
GÜNLÜK
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO