Prezidentin prezident yolunda ölümü və ya Putinin qəbul etdiyi islam- FOTOLAR
Oxunub: 8664
13 Mar 2015 | 22:13
Prezidentin prezident yolunda ölümü və ya Putinin qəbul etdiyi islam- FOTOLAR
Ramzan Kadırovun növbəti ordenə görə verdiyi mesaj təkcə üsyankar Qafqazın yüzillər ərzində Rusiya ilə apardığı savaşın xarakterinin necə dəyişdiyinin göstəricisi deyil,həm də cəsədi hələ Kreml divarlarının yanında qalmış Nemtsovun qatili kimi günahlandırılan Putinin xilası üçün çeçen liderinin bütün qəhrəmanlıqları etməyə hazır əsil ingilis cəngavərinə necə çevrilidiyinin bariz nümunəsidir.Deyə bilərsiz ki,kimi-kimi xilas edir?
İndi Rusiya müsəlmanları ilə liberallarının bir cinahda birləşdiyi zaman bütün diqqətlərin yönəldiyi Kadırovun heç nə olmamış kimi liderinə özünü necə qurban etməyə hazır olduğunu söyləməsi bütün ictimai və siyasi mühiti dəyişir,düşüncələrdə düyün və çaşqınlıq yaradır.
Düzdür,9 martda mükafatlandırılanlar sırasında Qərbin günahlandırdığı başqa isimlər də var.Məsələn,Britaniyada poloniumla zəhərlənərək öldürülmüş rus çekisti Litvinenkonun işində günahkar kimi Qərb tərəfindən illər uzunu ittiham edilən və bundan sonra karyerasında uğurları daha da artan hazırki liberal-demokrat Luqavoy.Lakin bununla yanaşı,yalnız bir adam yüksək ada layiq görüldüyü üçün ödül fərmanını imzalamış şəxsin yolunda həyatından keçməyə hazır olduğunu açıq mətnlə dünyaya car çəkdi.


Kadırov tərəddüd etmədən,onun rəhbərlik etdiyi xalqın xilaskarı olan Putinə vəfa borcunu ən qiymətli sərvəti olan canı ilə qaytarmağa hazır olduğunu bildirdi və bununla daxili-xarici antirusiyaçılar cəbhəsində yer alanlara növbəti çağırışını ismarlamış oldu.
“Zəif bənd” oyununun qaydalarına söykənərək 200 il ərzində bir dövlətin başağrısı kimi xarakterizə olunan “çeçen məsələsi”nin on illərdi ki,Rusiyanın gücünü artıran mühüm bir qoruyucu zirehə necə çevrildiyini görmək lazımdır.Yəqin,çoxları dərhal ağalar qarşısında müti olan rəiyyət başçılarından danışmağa başlayacaqlar. Qətiyyən bu fikirlə razı deyiləm. Ata və oğul kadırovların Kremlə sədaqəti tamam ayrı kateqoriya ilə izah olunacaq fenomendir. Axı Putinin hakimiyyət verdiyi adamların sayı görün nə qədərdir? Təkcə quberniya rəhbərləri və federativ ölkənin respublika başçılarının əli ilə prezidentin çar kimi öyülməsini təşkil edən yüzlərlə ictimai səhnəni çoxdan qurmaq olardı.Ancaq Kadırovun qədirbilənliyi məhəlli miqyasa sığmayan ümumölkə hadisəsidir və hakimiyyət gəmisini tərk etməyə hər zaman hazır olanların qarşısında əsil kişilik səddi və mərdlik nümunəsidir.
Doğrudur,Çeçenistanın idarəçiliyində əsil şərq despotizminin elementlərini tapmaq mümkündür və Ramzanı demokratik standartlara,plüralist qəliblərə salmaq onu öldürmək deməkdir,lakin bunların panatseya-bütün dərdlərin çarəsi olduğunu kimi sübut edə bilər? Orta əsrlərin kommunaçılığına dayanan və sərt qərarlaşmış traybalist ənənələrə söykənən bir cəmiyyəti başqa nə cür yönləndirmək olardı?
Hər halda dudayevlər,mashadovlar döyüşüb öz xalqlarına xoşbəxtlik gətirmədilər.İndi yeni dövrün Şeyx Şamili məhz Kadırov kimi şəxsiyyət tipologiyasına aid, 12 il ərzində Moskva ilə döyüşüb xarabazarlığa çevrilmiş bir diyarı cənnətməkana çevirməyə qadir olan şəxsin adıdır. Məgər inanclı bir cəmiyyətə Məhəmməd peyğəmbərin nişanəsini gətirmək, yaxud milyon insanın marşı ilə islam düşmənlərinə və karikaturaçılara meydan oxumaq müasir çeçen xalqının mübarizəsi üçün daha əlverişli deyilmi?


Putinin siyasi hakimiyyətə gəlişi də Çeçenistandan keçmişdi,iqtidarda möhkəmlənməsi də Qroznı ilə birbaşa bağlı oldu.Əslində Qərb qafqazları elə o vaxt itirdi.İndi İrakda tüğyan edən İŞİD adlı kabus 90-cı illərdə Şimali Qafqaza Xilafət qurmağa gəlmiş terrorçuların ataları idi.Guya antirus dövlətlərin xilaskarı kimi çıxış edən və Qərbin böyük maliyyə,silah yardımını alan xattablar Putinin zərbəsinə tuş gəlməsəydi,bütün regionu vəhşət və xaos bürüyücəkdi və bizlər hər gün qara bayrağın sancıldığı yeni ünvanların ruslardan-guya kafirlərdən təmizləndiyi haqqında tirajlı beynəlxalq informasiya kanallarında məlumatları izləmək məcburiyyətində qalacaqdıq.
Ancaq hadisələr ayrı cür inkişaf etməyə başladı.Yeltsin həyatının ən ayıq qərarını verdi və taxt-taca yiyələnən gənc sovet çekisti onun özünün və ölkəsinin taleyinin həll olunduğu müharibədən başlamağa qərar verdi. Bax o vaxt Moskvada Qroznı ilə birbaşa kontaktlara gedən avantüra başçılarının əl-ayağını yığışdırmaqla hazırki Rusiya rəhbəri ölkəsinin ən zəif yerini bütün düşmənləri əleyhinə güc amilinə çevirməyi bacardı.İndi çeçenlər Rusiya üçün döyüşür.Özü də mətnatətlə,rəşadətlə və yenilmədən.Kadırovun Putinlə ittifaqı vaxtilə atirus planlarının yeminə çevrilmiş bir xalqın təfəkküründə inqilab etdi və onların beynindəki Vətənin hüdudlarını dəyişdi.Çeçenlərə hələ də şübhə ilə yanaşıb onların hər birini potensial Dudayev hesab edən rus hərbçiləri isə getdikcə daha çox çiyinlərini dağlı xalqlara və kazak atamanlarına söykəməkdədirlər.
İndi çoxları üçün bir ritorik sual səsləndirək-Ukrayna münaqişəsi nədən başladı? Yəqin, hər kəs “Maydandan” deyəcək! Xeyr. Əslində daxildə separatizm yuvalarını dağıtdıqdan sonra Rusiya rəqiblərinin keçmiş sovet subyektlərində münaqişələr törətməkdən başqa çarələri qalmamışdı.İndi Krım hadisələrini xatırlayın. Görün,səsvermə ilə azad olmaq yolunu-əsil Qərb mübarizə stilini nümayiş etdirənləri bir kimsə çeçenlərə bənzədirdimi?
Halbuki ona qədər xalqların öz müqəddəratını təyin etmək hüququndan ən çox avropalı çinovniklər danışırdılar.Brüsselə gedən rus diplomatlarına NATO-da dərs verməyə çalışanların ən güclü arqumenti məhz çeçen millətinin müstəqilliyinə zərbə vuran Kremli pisləmək deyildimi? Onda nəyə görə krımlıların tarixən bağlı olduqları siyasi mərkəzə geri dönüşünü sanksiyalarla qarşılamaq gərək olsun? Məgər,Qroznıya Qərbin sanksiya rejimini nə vaxtsa tətbiq etmişdilər? Yox.Bəs onda bu ikiüzlülük kimə lazımdır?
Kadırov Ukraynadan Rusiyaya girmək istəyən Qərb qoşunlarının qabağına çıxmağa hazır olan ən güclü “ölüm eskadronları”nın da başçısına çevrildi. Cəmi beş-altı nəfərin gedib əks tərəfdə döyüşməsini təşkil etməklə təzədən ruslara qarşı savaşan intiqamçı çeçen tarixi istintiktini və basayevçilərin ruhunu dirçəltməyə bel bağlayanların gözləntiləri puça çıxdı.Kadırov yüz min qoşunu ilə Rusiya yolunda Ukraynada vuruşmağa hazır olduğunu bəyan etdi.Qərbin vaxtilə istinad elədiyi divarlar indi onun qarşısında keçilməz səddə çevrildi.Buna uyğun olaraq qoy polyakların,latışların,yaxud çexlərin rəhbərləri də Kiyev uğrunda belə ölümə hazır olsunlar.Varmı on minlərlə legioner Ukrayna sövdalısı?
Rusiya prezidentinin mətbu sözçüsü Peskov Kadırovun mükafatlandırılması ilə hazırda həbsə alınmış çeçen terrorçularının işi arasında bağlılıq axtaranlara cavab verərək bunların təsadüfən eyni vaxta düşdüyünü söyləyib.Gerçəkdən də mükafatlandırma proseduru xeyli zaman aparan işdir.Ancaq kameraların və hərəkətdə olan nəqliyyatt vasitələrinin gözü qarşısında qətlə yetirilən müxalifət liderinin cəsədini gətirib düz Kremlin divarının yanına atmaq sizcə müharibəni Ukraynadan rus paytaxtına keçirmək istəyənlərin planlarına daha çox bənzəmirmi?
Yox,qar təmizləyən maşın iz itirmək üçün uydurulmayıb və Nemtsova evində qəsd etmək variantı daha asan ikən,onu hamıya qatilin məhz rus prezidenti olduğunu bağıran əşyayi- dəlillərlə zənginləşdirilməsi əsas sifarişçi dairələri belə aşkarlığın arxasında daha çox gizlətməyə hesblanmayıbmı? Elə bil dünyaya belə bir səhnə göstərmək isyəiblər ki,baxın,ən çox qorunmalı olan məkanın düz bir addımlığında hakimiyyətin əsas rəqibini-Ukrayna müharibəsində rəsmi kursu qəbul etməyən və yeni ifşaedici sənədləri hazırlayan bir şəxsi amansızlıqla linç edirlər.Guya bütün bunlar baş versəydi,Nemtsov planlaşdırdığı mitinqi keçirib səsini dünyaya yaysaydı,Ukrayna münaqişəsində dönüş yaranacaqdı və Napoleonun,Hİtlerin bacarmadığını onun natoçu sələfləri gerçəkləşdirə biləcəkdilər. İnandıınızmı buna?
Dünyanın ən uzunmüddətli diplomatik danışıqlar raundu olan 16 saatlıq Minsk görüşü ilə fəal döyüş əməliyyatları dayandırlmış bir müharibənin taleyi niyə Nemtsovdan asılı olsun ki? Halbuki savaşın qızğın çağında daxildə hamının dediyi kimi “sakral ölüm” çoxlarına gərək ola bilərdi. Onda ümumxalq məhəbbətini başqa səmtə yönəldib antimüharibə tərəfdarlarından bəlkə də nəsə düzəltmək olardı.İndi isə Ukrayna hərbi məğlubiyyətə uğrayaraq rəsmi təslim olub və üsyançılarla saziş imzlayıb.Onda səs küylü cinayətlər kimə gərək olub görəsən?
İndi sizcə bu suçun və belə yekə ölümün altından kim çıxa bilər? Hə,deyək ki,təbliğat nemtsovları hər gün öldürürmüş,bəs liberal intellegensiya süddən çıxmış ağ qaşıqdır? Onların Putinə nifrəti Stalinin repressiya qurbanlarının anisovet və antibolşevik isterikasından qat-qat böyükdür.Rusiya müxalifəti əsil taliban təfəkkürü ilə hakimiyyətdə olanlara qarşı düşmənçiliyi stimullaşdırmaqda davam edir və sabah yeni qətllərin siyasi mənsubiyyəti dəyişsə,onu hansı cinahda axtarmaq gərək olduğunu hamı bilir. Beləliklə,Rusiya iqtidarının üzərinə düşən məsuliyyət kölgəsi və Nemtsovun ümumxalq müqavimətinin simvoluna çevrilməsi üçün nə lazmdırsa,hamısı ortada var.Özü də FTX tutub həbsə aldığı dadayevlər,əskərxanovlar liberalların əlinə daha böyük girəvə verir.Yəni,müxalifət bağırır ki,Putinə xidmət edən kadırovlar Rusiya siyasi sistemini daha da qəddarlaşdıran səviyyəyə çatıblar və onlara tanınan hüdudsuz hakimiyyət yerli canişinləri rəqiblərə qarşı gerçək təhlükəyə çevirib.Necədir belə təqdimat?


Əlbəttə,bir güllə ilə iki düşməndən xilas olmaq üçün bütün Rusiya düşmənlərinə əlverişli fürsət tanınıb.Ona görə Kadırov öz həmyerlilərini müdafiə etməyə başlayanda,əsas killer sayılan Zaur Dadayevi ölkəsinin “patriotu” adlandıranda çoxları labirintə düşdü.Yaxşı,indi nə etsinlər? Əgər Putinin daxili düşmənlərindən yaxa qurtarmaq üçün kimsə onun yaxın ərtafından əmr veribsə,ortaya da çeçen izlərini qoyublarsa,deməli,Rusiya prezdentini ən güclü silahından məhrum etmək istəyiblər.
Axı dedik ki,çeçenlər indi mühüm bir qüvvədilər və Ukrayna savaşının gedişində açıq-gizli vasitəyə çrvriliblər.Onlar Donbasda rusdilli həmvətənlərinin xilasında tərəddüd etmədən hərəkət ediblər.Kimsə onların silahlarını sonradan vətənlərinə qarşı çevirəcəklərini düşünməyib və reallıqda son qətli çıxmaq şərtilə,xəyanət aktı da baş verməyib.Əgər belədirsə,onda vahid cəbhədə yer alan Putini və çeçen mücahidlərini, onların ipə-sapa yatmayan liderlərini Nemtsovun qətlinə bulaşdırıb siyasi səhnədən uzaqlaşdırmaq daha yaxşı olmazdımı?
Yox,bütün oyunları pozmağı bacaran rus rəhbəri buna getmədi.O,Kadırovu mükafatlandırmaqla Ramzanı-əsil müsəlmanın necə olmalı olduğunu bütün təbəələrinə nümayiş etdirdi.Varmı belə xristian kamikadze? Putinin önə çıxardığı insanlar içərisində,canını hər şeydən üstün tutanlar ordusunun arasında çeçen rəhbərinin obrazı bir kabus kimi çoxlarının başı üzərindən asılmaqda davam edir.Ona görə Putinin qəbul etdiyi islam haqqında informasiyaları tirajlayarkən əhalisinin beşdə birini Məhəmməd əleyhissəlama təzim edən bir ölkənin müəlmanları ilə müttəfiqlik qurmağı bacaran pravoslav rus prezidentinin kadırvlardan ibarət mücahidlər ordusu yaratmağı bacardığına diqqət etməyiniz daha doğru olardı.
Nemtsovun siyasi keçmişini lupa ilə təftiş edib onun islam əleyhinə hansı mövqe tutduğunu aşkarlamağa çalışan,killer qrupunun cinayətkar məntiqini anlamağa cəhd edənlərin sonda gəldiyi qənaət bilirsizmi nə olacaq? Onlar dərk edəcəklər ki,Putin islamdan qorxan Avropanın qarşısına yeni bir güc çıxarmaqdadır.İndi müsəlman dünyasının çəkili bir hissəsində savaşlar gedirkən,Qərbin islamdan dünya üçün “ölüm kabusu” düzəltdiyi bir dönəmdə rusların müsəlman dünyasına açdığı pəncərə yeni bir ittifaqın arxitekturası deyil,bəs nədir?
Onsuz da müxtəlif məzhəblərlə parçalanmış və heç bir vahid hərbi koalisiyaya daxil ola bilməyən islam ölkələri Putinin nüfuzunun onların rəhbərlik etdikləri xalqlar üzərində necə artdğının fərqində deyillərmi?


Baxın, islamla savaşanlara,sonra prezidenti yolunda canını fəda etməyə hazır olan Kadırova da diqqət yetirin.Görürsüzmü, indi tarix necə muzey əşyasına dönüb. Çarlarla vuruşan Qafqazın yerində indi başını edam kötüyünə qoymağa hazır olan və böyük rus imperiyasına qanını halal edən müsəlman rəhbərlər var.Putinin qəbul etdiyi islam bax budur!
İrakda,Suriyada,Əfqanıstanda və Yaxın Şərqdə həyatını itirən milyonlarla müsəlmanı özünə müttəfiq etməyə hansı Avropa ölkəsinin gücü çatar? Şübhəsiz,onlar bunu isətəyərlər.Amma əfsuslar olsun ki,ölülər kimin tərəfində olduqlarını bəyan etmək imkanından məhrumdular!
Putin dirilərə,Qərbsə ölmüş müsəlmanlara sahib durmaq istəyir!
Oxşar xəbərlər
00:51, Bu gün
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR + YENİLƏNİB/VİDEO
00:47, Bu gün
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
00:46, Bu gün
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
00:07, Bu gün
Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib
00:06, Bu gün
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
26 Apr 2024 | 23:56
Kişi, yoxsa qadın həkimlər daha yaxşıdır? - Tədqiqat
26 Apr 2024 | 23:38
Bayden həyat yoldaşı və qızının ölümündən sonra intihar barədə düşündüyünü deyib
26 Apr 2024 | 23:04
Avtosfer.az saytının 10 yaşı tamam oldu
26 Apr 2024 | 22:55
Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir - VİDEO
26 Apr 2024 | 22:48
Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO
26 Apr 2024 | 22:40
Qəribə yerişi ilə məşhurlaşan vəkil: "Əxlaqsız təkliflər alıram"(VİDEO)
26 Apr 2024 | 22:38
May ayının əvvəlində Qəzza sahillərində süni ada peyda olacaq
26 Apr 2024 | 22:32
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - RƏSMİ AÇIQLAMA
26 Apr 2024 | 22:29
Ermənistanda aksiyalar davam edir - VİDEO
26 Apr 2024 | 21:47
Bakcell ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
26 Apr 2024 | 21:44
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
26 Apr 2024 | 21:42
Bakı Marafonuna 15 mindən çox iştirakçı qoşulub
26 Apr 2024 | 21:36
Türkiyənin BMT-dəki yeni daimi nümayəndəsi vəzifəsinin icrasına başlayıb
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 21:20
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olundu
26 Apr 2024 | 21:15
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 21:02
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
26 Apr 2024 | 20:59
Yaxşı qarpız seçməyin ƏN SADƏ üsulu
26 Apr 2024 | 20:57
ABŞ-da İsrail əleyhinə etirazlar təhlükəli miqyas alıb
26 Apr 2024 | 20:57
KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb”
26 Apr 2024 | 20:54
KİV: Qəzza ilə bağlı Misir-İsrail görüşündə ciddi irəliləyiş əldə olunub
26 Apr 2024 | 20:54
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib
26 Apr 2024 | 20:43
Marketdəki bu qidalardan UZAQ DURUN – Tullantıdan hazırlanır
26 Apr 2024 | 20:41
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
26 Apr 2024 | 20:38
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 20:37
Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı
26 Apr 2024 | 20:24
Azərbaycan cüdoçusu Avropa çempionu olub
26 Apr 2024 | 20:22
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 20:20
Xanımlar DİQQƏT: Bu meyvənin tumu botoks effekti verir
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 20:12
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
26 Apr 2024 | 20:07
Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü
26 Apr 2024 | 20:05
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
26 Apr 2024 | 20:00
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 19:51
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
26 Apr 2024 | 19:50
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 19:43
Soydaşlarımız Berlində İlham Əliyevi “Qarabağ Azərbaycandır!” şüarı ilə qarşılayıblar - VİDEO
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 19:36
Azərbaycan və Qazaxıstan peşəkar hərbi kadrların yetişdirilməsini müzakirə etdi - FOTO
26 Apr 2024 | 19:30
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
26 Apr 2024 | 19:29
Xalq artisti konsertdə izdiham yaşatdı - VİDEO
26 Apr 2024 | 19:23
Azərbaycanda qeyri-adi yol nişanı - Rəsmi qurumlardan CAVAB: “Vaxtım yoxdur, əlimdə işim var” + FOTO
26 Apr 2024 | 19:12
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
26 Apr 2024 | 19:04
İranda qondarma “erməni soyqırımı” tədbirləri nədən xəbər verir? - VİDEO
26 Apr 2024 | 19:00
Moskvadan İrəvana məktub: “Ayıb olsun!”
26 Apr 2024 | 18:59
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:43
14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı
26 Apr 2024 | 18:36
Talıb Talenin toyu olacaq - VİDEO
26 Apr 2024 | 18:33
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 18:29
“Cümü”yə 18 il həbs verildi
26 Apr 2024 | 18:23
Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO
26 Apr 2024 | 18:18
Almaniya dövlət başçısı Prezident İlham Əliyevi qarşılayıb
26 Apr 2024 | 18:13
Sahil Babayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib - FOTO
26 Apr 2024 | 18:05
Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”
26 Apr 2024 | 18:00
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTOLAR
26 Apr 2024 | 17:57
Bakının bir rayonunda qaz kəsiləcək
26 Apr 2024 | 17:55
BDU tələbələri “Tullantıdan sənətə” muzeyində - FOTO
26 Apr 2024 | 17:52
“Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib - FOTO
26 Apr 2024 | 17:48
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
26 Apr 2024 | 17:46
Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək
26 Apr 2024 | 17:44
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
26 Apr 2024 | 17:38
Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO
26 Apr 2024 | 17:35
Sağlamlıq arayışının elektron formada veriləcəyi tarix açıqlandı - FOTO
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 17:28
Nazirdən həbs olunan müdirin yerinə TƏYİNAT
26 Apr 2024 | 17:24
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 17:20
Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO
26 Apr 2024 | 17:17
İranın bəzi əyalətlərini su basıb - VİDEO
26 Apr 2024 | 17:14
Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı - FOTO
26 Apr 2024 | 17:11
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
26 Apr 2024 | 17:08
İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirildi - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 17:05
Bakıda oğlunu öldürən ataya hökm oxundu
26 Apr 2024 | 17:00
Hava anomaliyaları: Apreldə yumurta ölçüsündə dolunun yağması normaldır?
26 Apr 2024 | 16:55
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
26 Apr 2024 | 16:49
Peskov: “Artıq Avropa ilə münasibətlərimizi yeni əsasda qurmalı olacağıq”
26 Apr 2024 | 16:46
Azərbaycan-Almaniya münasibətləri sürətli inkişaf dövründə: İlham Əliyevdən mühüm mesajlar - ŞƏRH + FOTO
26 Apr 2024 | 16:42
Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşdi - FOTO
26 Apr 2024 | 16:38
Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?
26 Apr 2024 | 16:35
Türkiyəli sosial fenomen azadlığa buraxıldı - FOTO
26 Apr 2024 | 16:32
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər
26 Apr 2024 | 16:28
Bu da Nura Surinin pilot qardaşı - VİDEO
26 Apr 2024 | 16:26
Azərbaycan Teymurilərlə mübarizədən də qalib çıxdı...-Akif Nağıdan tariximizə fərqli baxış
26 Apr 2024 | 16:24
Avropa Parlamenti Rusiya və İranla bağlı iki vacib qətnamə qəbul edib
26 Apr 2024 | 16:19
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - FOTO/VİDEO
26 Apr 2024 | 16:15
Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirildi - FOTO
26 Apr 2024 | 16:10
Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edəcək
26 Apr 2024 | 16:05
Xocalı al lalələrlə bəzənib - FOTO
26 Apr 2024 | 16:02
​Nazim Quliyev həbs edildi
26 Apr 2024 | 16:00
Ankaradan İrəvana yeni mesajlar: Ermənistan öz taleyini düşünməlidir - ŞƏRH + FOTO
26 Apr 2024 | 15:55
Nərimanov rayonunda beş kq narkotiklə saxlanılan şəxs həbs olundu - FOTO/VİDEO
26 Apr 2024 | 15:50
Baydenin xüsusi nümayəndəsinin müavini: “Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir” - MÜSAHİBƏ
26 Apr 2024 | 15:46
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib - FOTO
GÜNLÜK
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 07:53
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 08:24
Ermənistan azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”
26 Apr 2024 | 06:37
İsrail bombardmanından sonra 1 yaşlı uşağın üzünə 200 tikiş qoyuldu və əli kəsildi...-VİDEO
26 Apr 2024 | 06:56
Onu çiy yemək lazımdır: Həkim çuğundurun  kişilərə təsirini açıqladı
26 Apr 2024 | 06:20
Hər gün südlü çay içən qadın böyrəyini itirmək  təhlükəsi ilə üzləşib
26 Apr 2024 | 07:45
“Bir telefon zəngi...”- Sikorski Ukraynadakı müharibəni bitirməyin yolunu söylədi...
26 Apr 2024 | 07:00
Trampın komandası həmin dövlətləri SƏRT CƏZA İLƏ HƏDƏLƏDİ
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 07:53
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 08:24
Ermənistan azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”
26 Apr 2024 | 06:37
İsrail bombardmanından sonra 1 yaşlı uşağın üzünə 200 tikiş qoyuldu və əli kəsildi...-VİDEO
26 Apr 2024 | 06:56
Onu çiy yemək lazımdır: Həkim çuğundurun  kişilərə təsirini açıqladı
26 Apr 2024 | 06:20
Hər gün südlü çay içən qadın böyrəyini itirmək  təhlükəsi ilə üzləşib
26 Apr 2024 | 07:45
“Bir telefon zəngi...”- Sikorski Ukraynadakı müharibəni bitirməyin yolunu söylədi...
26 Apr 2024 | 07:00
Trampın komandası həmin dövlətləri SƏRT CƏZA İLƏ HƏDƏLƏDİ