Dünya bizdən əvvəl var idi...
Üzü
quru,
adamı
özünə çəkən içi
tozlu,
torpaqlı,
günəşi
can isidən,
ayı
yaraşıqlı,
suyu
dumduru.
Dərəsi
dərinliyinə,
dağı
zirvəsinə çəkərdi,
Yad
baxışdan
düzündəki
marallar da
ürkərdi.
Külək
pıçıltısı,
su
şırıltısı,
pırıl-pırıl
quşların
nəğməli
yuvacıqları,
tüstüsü
qoşa burulan,
dövrəsində
göy qübbəli
çadırlar
qurulan
el
ocaqları,
haraylar
səslərdi bizi,
Mehrini
kəsməz,
təbiət
öz qoynunda
körpə
uşaq tək bəslərdi bizi.
Salamın
ətri gələr,
sağ oldan
qürur duyardı,
Adamlıqdan
çıxmamışdıq,
adamı
adam yerinə qoyardıq.
Vardı
mərhəmət,
vardı
ədalət,
Yaşardı
ürəklərdə
şəfqət
dolu məhəbbət.
Dünyanın
nur üzü qaralmamış,
Şər
hələ bu qədər
boynumuza
sarılmamış.
Çiçəklər
açar,
bağçalar
ətirsiz olmazdi,
Insan
naşı idi pisliyində,
pislikdən
qaçar,
içinə
bu qədər şər dolmazdı.
Yaşamaq
gözəl,
ölmək
ondan da gözəldi,
Sevdiyin
gözəl
dünyada
ən gözəldi.
Dayaq
idi insan insana,
Şükranlıq
bitməzdi yaradana.
Avazı
elə şirindi bülbüllərin,
Dəni
qabığına sığmazdı
bərəkətli
sünbüllərin.
Bənövşəli,
nərgizli
qoxusu
vardı,
Nənnisi
içində bəbəkləri
şirin-şirin
uyuyardı.
Süngülər
sancılmamışdı
dünyanın
məhəbbətdən
çatılan
qalasına,
Meydan
verilməmişdi hələ
zalımın
balasına.
O
üzündən gələn nurun
işığı
sönməzdi,
Vəfası
Allahdandı insanın,
vəfasından
dönməzdi.
Nə
kurşunlar tuşlanmışdı
şirin
cana,
Nə
tülkülər
meydan
oxumurdu şirə, aslana.
Nazlı
bir gözəl tək bəslənərdik,
Dünyaya
öz içindən səslənərdik.
Bilmədik
nədən döndü
çarxı
fələyin,
Insan
oldu insana
quyusunu
qazan kələyin.
Dədəsi
şər əkdi,
anası
şər doğdu,
Cənnətdən
üzü dönən insanın
üzünə
hər gün şər doğdu.
Arısı,
qarışqası, böcəyi,
inci dişləri
özünə
məzar qazdıran fili,
zəncirə
hələ vurulmamış iti,
köpəyi gəldi,
dəyişmədi
dünyanın halı,
Niyə
quzğunlaşdı,
niyə
yaddan çıxardı insan
göylər
yaraşığı uca qartalı?
Daş
üstə daş qoymadı,
Içdi,
gözü qandan doymadı.
Haram
qatıldı
halallığın
gözünə,
Məzarını
özü qazdı
insan
oğlu özünə.
Habil
əlində Qabilin
başı
kəsildi,
Fəryadı
yetmədi məzlumun
kar
qulaqlara,
ağlamaqdan
gözünün
yaşı
kəsildi.
Dərisi
diri-diri soyuldu
haqqı
deyənin,
Ölüsünə
heykəl qoyuldu
haqqı
yeyənin.
Pərdəmi
götürüldü Allahla
insan
arasından,
Şeytanmı
acıq çıxır
bəndənin
qərar tutduğu
yer
adlı burasından?
Ey
insan,
insanlıq
yolunu tut,
Yollar nə çox,
sən yolun Allaha sarı gedən
qolunu
tut.
Yoluna
qayıt, özündən keçən,
Andını
tut,
deməsinlər,
sözündən keçən.
Yerdəki
əməllərdir ruhun nicatı,
Odur,
içindən dağılmağa
qoymayan
kainatı.
Nurəddin
İsmayıl