“Amerika Birləşmiş Ştatlarının davamlı şəkildə Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri tamamilə qəbuledilməzdir”.
Moderator.az xəbər verir
ki, bu firki XİN mətbuat xidmətinin rəhbəri Hikmət HacıyevABŞ Dövlət Departamentinin sözçüsünün 15 oktyabr tarixli
açıqlamasına cavab olaraq mətbuata açıqlaması zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda qanunun aliliyi və məhkəmə-hüquq sisteminin
müstəqilliyi tam təmin olunub:
“ABŞ-ın
bu kimi əsassız müdaxiləsi qanunun aliliyinin və ABŞ-ın öz üzərinə götürdüyü
öhdəliklərinin kobud şəkildə pozulmasıdır.İnsan hüquqlarının xarici siyasət aləti
edilərək, siyasi təzyiq göstərmək məqsədilə istifadə olunması cəhdləri artıq
çoxdan özünü nüfuzdan salmışdır. İnsan hüquqlarına siyasi mülahizələr, seçimli
və ikili standartlar baxımdan yanaşmaq yolverilməzdir.İnsan hüquqlarının
“carçısı” qismində çıxış edən dövlətlərin və konkret bu halda, ABŞ-ın Ermənistanın
işğalı nəticəsində ən ibtidai hüquqlardan belə məhrum olmuş azərbaycanlı məcburi
köçkün və qaçqınların hüquqlarına və Azərbaycanın işğal olunmuş ərazilərində
törədilmiş qanlı etnik təmizləmə hallarına diqqətlə yanaşması daha təqdirəlayiq
olardı.”