Moderator.az xəbər verir ki, tanınmış şair Vüqar Əhmədin yaradıcılığının 30 illiyi tamam olur.
Vüqar Mikayıl
oğlu Əhməd 1963-cü il aprel ayının 17-də Bakı şəhərində hərbçi-dənizçi, ziyalı
ailəsində anadan olub. Əslən soykökü - şəcərəsi Sultan Əhməd xanədanına
mənsubdur. Babası doktor Kərbəlayi Mirmahmud Bəy Pirşağıda,babası həm doctor,
həm də ilhiyyatçı Məşədi Soltan Əhməd Bakıda, ana babası ictimai xadim
Kərbəlayi Əzim Binəqədidə nüfuzlu şəxsiyyətlər olmuşlar. 1984-87-ci illərdə
Şamaxı rayonu Dərəkənd kəndində dil-ədəbiyyat müəllimi işləyib. Müxtəlif
illərdə «Novruz» qəzeti və «Azərbaycan dünyası» nəşriyyatlarında baş redaktor,
Azərbaycan Kütləvi İnformasiya Vasitələri həmkarlar komitəsinin sədr müavini
vəzifəsində, 1987-ci ildən-2006-ci ilə kimi Azərbaycan Teleradiosunda məsul
vəzifələrdə çalışıb.Hal-hazırda AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun
baş elmi işçisidir. 2005-2011-ci illərdə AMİ-nin professoru olmuşdur.
Rəhbərliyi altında gənc ailimlər yetişməkdədir. Azərbaycan Milli Dram Teatrının
ilk direktoru və baş rejissoru- repressiya qurbanı Bilal Əhmədin qardaşı
nəvəsi, ixtiraçı alim-fizik Əhməd Əhmədin,eləcə də bəstəkar, şair-dramaturq
Mövsüm Əhmədin kiçik qardaşıdır. Ailəlidir, bir oğlu, bir qızı var. 1980-ci
ildə Bakıdakı M.Müşfiq adına 18 saylı orta məktəbi, 1984-cü ildə indiki ADPU-nu
«Fərqlənmə» diplomu ilə, 1990-cı ildə Pedaqoji Universitetin aspiranturasını
bitirib. 1992-ci ildə filologiya elmləri namizədi, 2005-cü ildə isə filologiya
elmləri doktoru elmi dərəcəsini almışdır. «Rus uşaq ədəbiyyatı və Azərbaycan»
(Bakı, 1992), «Mircəfər Pişəvərinin həyat mühiti və yaradıcılığı» (Bakı, 1998),
«Azərbaycan uşaq ədəbiyyatı» (Bakı, 2006), «Ədəbiyyatşünaslıq» (Bakı,
2007),"Anam mənim"(Tehran.2008) ,"Ş.M.Xiyabani"(Bak ı2010)
və s. kimi 30 kitab və 300-dən çox elmi, publisistik məqalə müəllifidir.
Əsərləri İran, Türkiyə, Yunanıstan, Almaniya və digər ölkələrdə çap olunub.
Nəğməkar şair kimi 500-dən çox mahnının söz, eləcə də musiqi müəllifidir.
Filologiya elmləri doktoru, professor, Nyu-York EA-nın həqiqi üzvü, eləcə də
Azərbaycan Yazıçılar və Jurnalistlər birlikləri,Dərbənd Ədiblər Birliyinin «Muğam»
assosiasiyasının, Bakı şəhəri icra hakimiyyəti ali mədəniyyət şurasının
üzvüdür. Dünya Azərbaycanlıları Konqresinin sədr müavinidir. Üç roman və 10
şeir kitabının,yüzlərlə teleradio verilişlərinin müəllifidir. İki dərslik , iki
tədris proqramı çap olunub.Filologiya elmləri doktoru ,professor, eləcə də
AMEA-da ədəbiyyatşünaslıq üzrə dissetasiya şurasının üzvüdür. "Qızıl
Qələm", AHİK-nın(2 dəfə) və AMEA-nın "Fəxri Fərman"ları ilə
təltif olunmuşdur. «Araz» ali ədəbi, «Abdulla Şaiq», «Məmməd Araz», «İlin nəğməkar
şairi», 2 dəfə «Zirvə», «İlin mahnısı»,"Simurq" və s. mükafatların da
laureatıdır.Vüqar Əhmədin 50 illiyi ilə əlaqədar "Vüqar Əhmədin
yaradıcılıq yolu"adlı monoqrafiya yazılmış, telekanallar tərəfindən
silsilə verilişlər və filmlər lentə alınıb. Müxtəlif illərdə alim-şairin
Moskva, Tehran və İsveçdə yaradıcılıq gecələri keçirilb. Dəfələrlə Asiya və
Avropa ölkələrində beynəlxalq elmi konfranslarda məruzələr edib. Vüqar Əhməd
eyni zamanda "Azad Azərbaycan" teleradio şirkəti "Bədii şura"sının
üzvüdür.