“Hesab edirəm ki, Rusiyanın Azərbaycanda ciddi dayaqları var”.
Bu sözləri Moderator.az-a açıqlamasında AMEA-nın Tarix İnstitunun əməkdaşı, tarixçi alim Dilavər Əzimli bildirib. Onun sözlərinə görə, Rusiya təhlükəsi reallaşarsa, o zaman cəmiyyət bu təhlükə qarşısında həmrəylik nümayiş etdirə bilməyəcək:
“1993-cü ildə milli hökumət devrildi. Ondan sonra ötən 21 ildə cəmiyyət güclü deqradasiyaya uğradı. Bolşevik təmayüllü adamlar milli donu geyinib postlarda oturdular. Bu gün proseslər göstərir ki, onların əksəriyyəti həmin donu atıb, yenə də Moskvanın biçdiyi donu geyinəcəklər. Bu gün cəmiyyətin yuxarı eşalonunda rusiyapərəstlər açıq fəaliyyətə başlayıblar. Aşağı təbəqə də pis vəziyyətdədir. Aparılan siyasət onları pis günə saldı. Xüsusilə, monopoliya və traybolizm.....Bu mənada cəmiyyət ağır gündədir. Patriotluq sıfır səviyyəsinə düşüb. Yalnçı patriotlara inanmayın. Dünən Qarabağda döyüşən bu gün 35-45 manat alır. Amma harın məmurların oğulları avtoşluq edir. Hər birinin ən azə 14 maşını var. Toya biri ilə, yasa biri ilə və gəzməyə də biri ilə gedirlər. Patriotluq olmayan cəmiyyət həmrəylik göstərə bilərmi? Rusiya bu gün gəlsə, I Pyotr kimi gələcək. Bunu unutmayın! Mənim kimilər döyüşəcək. Bu bizim mücadiləmizdir. Biz bunu qanla qazanmışıq. Amma bu kifayət deyil”.
Seymur Əliyev