Artıq bir neçə
gündür ki, qardaş Türkiyənin gündəmini ölkənin hüquq-mühafizə orqanlarının
korrupsiyaya qarşı apardığı əməliyyatlar zəbt edib. Əməliyyatlar zamanı
ölkənin iri ranqlı iş adamlarından tutmuş, nazirlərin övladlarına qədər xeyli məhşur isim həbs olunub. Maraqlıdır, ölkəmizdə korrupsiyaya qarşı aparılan mübarizədə niyə bu günədək yalnız müəllim, tibb bacısı, dekan köməkçiləri
korrupsiya cinayətlərində ittiham olunaraq həbs olunur? Doğurdanmı bizim iri
ranqlı məmurlar öz halal zəhmətləri ilə dolanır? Doğrudanmı onların övladları
necə deyərlər, aydan arı, sudan durudurlar?
Moderator.az-a açıqlama verən Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının
üzvü Əlməmməd Nuriyevinin sözlərinə görə, Azərbaycanda da yüksək vəzifəli
məmurlar korrupsiya faktı ilə əlaqədar olaraq cinayət məsuliyyətinə cəlb olunb:
“Ölkədə çox saylı vəzifəli məmurlara vəzifə səlahiyyətlərini aşdıqlarına görə ittiham irəli sürülüb.Türkiyə ilə müqayisəyə gəldikdə isə, mən hesab edirəm ki, Azərbaycanda və qardaş ölkədə vəziyyət tam fərqlidir. Türkiyə böyük ölkədir, orda insanların resurslara çıxışı bizən qat-qat yüksəkdir. Türkiyənin dövlət büdcəsi Azərbaycanın büdcəsindən dəfələrlə çoxdur. Türkiyə parlament, Azərbaycan isə prezident idarə üsullu dövlətdir. Bu kimi fərqləri yetərincə sadalamaq olar. Digər tərəfdən, Azərbaycanda yüksək çinli məmurları korrupsiya faktında ittiham etmək çox çətin prossesdir. Təəsüflər olsun ki, cəmiyyətimiz bu mübarizədə çox passivdir”
Əlməmməd
Nuriyevin sözlərinə görə, ölkədə hal-hazırda korrupsiya ilə mübarizədə irəliləyiş
nəzərəçarpacaq dərəcədə hiss olunmaqdadır:
“2005-ci
ildən bu günə olan müddətdə rüşvətxorluğa görə bir çox məmur öz vəzifələrindən
azad olunaraq məsuliyyətə cəlb olunub. Zaman keçdikcə biz daha iri ranqlı məmurların
korrupsiya faktına görə məsuliyyətə cəlb olunacağının şahidi olacağıq.
Korrupsiya mütəşəkkil cinayət formasıdır. Bu bəla ilə mübarizədə vətəndaşlarımız
çox təəsüf ki, istənilən mövqeni ortaya qoya bilmirlər.Bu mübarizənin bir
elementi dövlətdirsə, digər elementi də xalq olmalıdır. Yalnız onların birgə fəaliyyətindən
sonra biz daha böyük nəticələr qazana bilərik.”
Xəyal Əzizov