Moderator.az xəbər verir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Nar Mobile və Azərbaycan İnternet Forumunun təşəbbüsü ilə elektron hökumət quruculuğundan, informasiya cəmiyyətindən, ümumiyyyətlə İKT -dən yazan jurnalistlər və bloqçular üçün nəzərdə tutulan “Onlayn Media” müsabiqəsi başa çatdı.
Tədbirin açılışında AİF prezidenti Osman Gündüz layihə haqqında məlumat verərək, qeyd etdi ki, “Onlayn Media” müsabiqəsi 15 sentyabrdan 01 dekabr tarixədək davam edib. Sevindirici haldır ki, ildən- ilə müsabiqədə iştirak edənlərin sayı artır, keçən il 6 nəfər iştirak etdiyi halda, bu il 30 jurnalist və 70 mikrobloqçu iştirak edib.”
Yazı müsabiqəsində 1-ci yeri Rühiyyə Hüseynova (Aznews.az), 2-ci
yeri Fərman Nəbiyev (Mingəçevir işıqları), 3-cü yeri isə 3 nəfər - Babək
Cahandarov( gun.az), Günay Musayeva (musavat.com) və Aynurə Əhmədova ( ayna.az)
qazanıblar.
Yazılar üzrə həvəsləndirici yerləri
Elşad Paşasoy (musavat.com), Fərəh Sabirqızı (modern.az), Bəkir Nərimanoğlu (
mediaforum.az), Mustafazadə Mircavad(femida.az), Elxan Salahov(hafta-ichi.az),
Mirvari Nəzərova (qaynarinfo.az), Aygün Cəfərli (kaspi.az), Nüsrət Zeynalov
(gazete.az) və bloq yazarı , yeni media üzrə pedaqoq Səbinə İzzətli qazanıblar.
Twitter sosial şəbəkəsində # ehokumət həştəqi üzrə keçirilən
yarışmada 1-ci yeri Ülkər Eldarqızı,
2-ci yeri Ramin İlyasov və 3-cü yeri
Kamran Novruzov qazanıb.
#etehsil həştəqi üzrə sosial mediada
keçirilən yarışmada 1-ci yeri Jalə Səmədova,
2-ci yeri Ülkər Eldarqızı və 3-cü yeri Rəşad Mehdizadə tutub.
Bütün qaliblərə və fərqlənənlərə qiymətli
hədiyyələr və diplomlar təqdim edilib.
RİTN-nin əməkdaşı Kamal Məmmədov tədbir
zamanı bu il ərzində görülən işlər barəsində ümumi məlumat verərək, 2013- cü il İKT ilinin çox məsuldar olduğunu
bildirdi və vurğuladı kı, Nazirlik belə sosial yönümlü tədbirlərin keçirilməsində
daim maraqlıdır, o cümlədən İKT sahəsindən yazan jurnalistlərlə bağlı keçirilən
layihələrə maddi və mənəvi dəstəyini əsirgəmir.”
Təqdimat mərasimində iştirak edən Məlumat
Hesablama Mərkəzinin direktor müşaviri Vüqar Abdullayevin sözlərinə görə, “belə
müsabiqələrin və təlimlərin keçirilməsi çox önəmlidir. Elektron hökumət
quruculuğu haqqında vətəndaş cəmiyyətinə
məlumatların çatdırılmasında KİV nümayəndələrinin rolu daha böyükdür. Əslində
biz bu cür müsabiqəni “İKT ili” çərçivəsində
təxminən 2 ay bundan qabaq Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi tərəfindən təşkil etmişdik. Sevindirici haldır ki, Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təşkil edilmiş “Elektron hökumət”lə
bağlı ən yaxşı analitik məqalə müsabiqəsində qalib olmuş Rühiyyə Hüseynova (Aznews.az) , Aynurə Əhmədova
(ayna.az) və Ramin İlyasov, məhz “Onlayn
media” müsabiqəsində də həmin uğurlarını təkrarlaya biliblər. Bu bir daha onu
sübut edir ki, “Elektron hökumət”lə bağlı ən yaxşı analitik məqalə müsabiqəsi
tam şəffaf şəraitdə keçirilmişdir. Bunun məntiqi davamı olaraq həmin qaliblər
“Onlayn media” müsabiqəsində də qaliblərin siyahısına öz adlarını yazdırmağı
bacardılar. Bir məsələni də vurğulamaq istərdim ki, sözügedən qalibləri həm də
“Elektron hökumət” məktəbinin ilk məzunları hesab etmək olar və mən bütün
qalibləri təbrik edirəm.”