Moderator.az xəbər verir ki, sabah “Park İnn” otelində Beynəlxalq İnsan Haqları günü münasibətilə tədbir keçiriləcək. Tədbir təşkilatçılarının saytımıza göndərdiyi dəvətnaməni oxucuların, xüsusən də bu sahəylə yaxından-uzaqdan əlaqəsi olan həmkarlarımızın diqqətinə çatdırırmağı özümüzə borc bildik:
“Sizi 11 Dekabr, saat 10:00-dan 13:00-dək
“Park Inn” otelinin “Dan Ulduzu” zalında Beynəlxalq İnsan Haqları gününü qeyd
etmək münasibətilə İnternational Media Support (Beynəlxalq Mediaya Dəstək) və
Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə Reportyorların
Azadlıq və Təhlükəsizlik İnstitutu tərəfindən təşkil edilən “Azərbaycanda İnsan
Hüquqları Forumu” adlı beynəlxalq konfransda iştirak etməyə dəvət edirik.
Tədbirdə
açılış nitqi ilə Beynəlxalq Mediaya Dəstək Təşkilatının Azərbaycan üzrə Proqram
Meneceri Gülnarə Axundova, Böyük Britaniyanın Azərbaycandakı səfiri, cənab
Irfan Siddiq və ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili
Dereck Hogan çıxış edəcək. Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Nils
Muzniksın video çıxışı olacaq. Eyni zamanda açılışda Prezident
Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri, Əli Həsənovun da çıxışı
gözlənilir.
Suallarınız,
rəyləriniz və təkliflərinizi [email protected] elektron poçtuna yazmaqla və yaxud
(012) 408-75-30, (050) 508-78-87 telefon nömrəsi vasitəsilə bildirə bilərsiniz.
Dəvətimizə 09 dekabr 2013-cü il, iş gününün sonuna qədər cavab verməyinizi
xahiş edirik.
Bu əhəmiyyətli
konfransda sizinlə əməkdaşlıq etməkdən məmnun
olardıq.