“Uşaqları, qocaları, qadınları müharibəyə cəlb edənlər Haaqa tribunalının subyektlərinə çevriləcək”
Gündəm
Oxunub: 2839
28 Oct 2020 | 09:12
“Uşaqları, qocaları, qadınları müharibəyə cəlb edənlər Haaqa tribunalının subyektlərinə çevriləcək”

“Ermənistanın muzdluların, terrorçuların ümidinə qalması, onun acınacaqlı vəziyyətindən xəbər verir”

 

Ordumuzun işğalçı Ermənistan ordusuna qarşı uğurlu əməliyyatları davam edir. Döyüş meydanında ağır itkilər verərək geri çəkilməli olan düşmən mütəmadi şəkildə dinc insanları, yaşayış məntəqələrini raket zərbələrinə məruz qoyur ki, bu da rəsmi İrəvanın qeyri-insani mahiyyətini göstərməklə yanaşı, onun nə qədər ümidsiz və çarəsiz vəziyyətdə olduğunu əks etdirir

 

Moderator.az olaraq millət vəkili Nəsib Məhəməliyevlə söhbətimizdə bu və digər məsələləri şərh etməyə çalışdıq:

 

-Nəsib bəy, işğalçı Ermənistanın son vaxtlar ordu sıralarına azyaşlı uşaqları cəlb etməsi ənənə halını almaqdadır. Paşinyan hakimiyyətinin bu addımı beynəlxalq konvensiyaların kobud şəkildə pozulması ilə yanaşı, həm də onun öz xalqına qarşı növbəti cinayəti kimi dəyərləndirilə bilərmi?

 

-Müharibə başlanan andan Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin 30 il ərzində qurduğu müdafiə istehkamlarını, HMS-ni, ağır döyüş texnikasını, minlərlə canlı qüvvəsini məhv etdi. İşğal altında olan Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarını, Hadrut qəsəbəsini, Suqovuşanı, kəndlərimizin əksər hissəsini azad etdi. Əsas strateji yüksəklikləri ələ keçirdi. Erməni hərbi-siyasi rəhbərliyinin ümumxalq səfərbərlik elan etməsi, yaşından asılı olmayaraq bütün kişilərin müharibəyə cəlb olunması, qadınlardan ibarət batalyonların yaradılması onu göstərir ki, düşmən tərəf, döyüş meydanındakı itkiləri əvəzləməkdə çətinlik çəkir. Azyaşlı uşaqların, yeniyetmələrin, o cümlədən azyaşlı qız uşaqlarının silahlı münaqişələrə cəlb olunması isə, “ Uşaq hüquqları haqqında” beynəlxalq humanitar konvensiyalara ziddir. Konkret olaraq, Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunun 8-ci maddəsinin, 2a bəndinə müvafiq olaraq hərbi cinayət sayılır. Ümumiyyətlə, Ermənistan elə bir dövlətdir ki, müstəqillik əldə etdikdən sonra bütün beynəlxalq hüququn norma və prinsiplərini, fəaliyyətdə olan bütün humanitar konvensiyaları açıq və kobud şəkildə pozur. Ən adi etik, əxlaq normalarını belə gözləmədən təkzib edilməz faktları inkar edir. Real faktlara müraciət edək; —Azərbaycan və Ermənistan eyni vaxtda, yəni 1992-ci ildə BMT-a üzv olmuşlar. BMT nizamnaməsinin 2-ci maddəsində dəqiqliklə göstərilmişdir; “üzv ölkələr bir-birinin ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşmalıdırlar”. Qəbul olunduqdan dərhal sonra ermənilər tərəfindən havadarlarının köməkliyi ilə Dağlıq Qarabağ və 7 rayonu işğal edildi. — Xocalıda bir gecənin içərisində 613 mülki şəxs, o cümlədən uşaqlar, qadınlar, yaşlılar qətlə yetirildi. — Əsirlərin, itkin düşənlərin gizlədilməsi, qeyri-insani şəkildə istismar olunması, — İşğal olunmuş ərazilərdə tarixi, mədəni, dini abidələrimiz yerlə yeksan edildi. Bu da Avropa mədəniyyət konvensiyasına, 1954-cü il Haaqa konvensiyasına ziddir. — İşğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma, əsaslı tikintilərin aparılması, təbii sərvətlərdən istifadə, təbiətə, ekologiyaya kobud müdaxilə olunması. — Moskvada humanitar atəşkəs barədə razılıq əldə olunan gecə Gəncə şəhəri Ermənistan ərazisindən raketlərlə atəşə tutulması və s.

 

-Ermənistanın hərbi-siyasi rəhbərliyinin uzun illər ərzində Azərbaycan xalqına qarşı həyata keçirdiyi cinayətlərə görə beynəlxalq məhkəməyə verilməsi, hərbi tribunal qarşısına çıxarılması istiqamətində də addımlar atılmalıdırmı?

 

-Son 30 il ərzində Ermənistan rəhbərliyinin siyasəti, ancaq cinayət xarakterli olmuşdur. Nəticə isə, göz qabağındadır. Hər iki tərəfdən yüz minlərlə insanın qanına bais olmaqla, hər tərəfli geridə qalmış, bütün beynəlxalq nəqliyyat-logistika layihələrindən kənarda qalmış, iqtisadi və coğrafi mühasirədə, ildən-ilə boşalan, heç bir yaşam perspektivi olmayan bədbəxt bir cəmiyyət əldə etdilər. Azərbaycan əsgəri ilə müqayisə etdikdə-erməni əsgərinin ekipirovkasından tutmuş, təchizatı, istifadə etdiyi texnika və silahlar real vəziyyəti tam əks etdirir. Hesab edirəm ki, belə bir vəziyyəti, ancaq öz xalqına düşmən münasibət göstərənlər edə bilər. Ən böyük cinayətləri isə, erməni uşağı anadan olandan bəri digər millətlərə, ələlxüsus türklərə, azərbaycanlılara qarşı düşmən ruhunda tərbiyə etmələri, olmayan dövlətçilik tarixlərini saxta faktlarla, mifik illuziyalarla ,,zənginləşdirib,, tərbiyə etmələridir. Erməni millətinin beyinini yumaqla, psixikasını pozmalarıdır. Azyaşlı uşaqları, qocaları, qadınları müharibəyə cəlb etməklə, Ermənistanın hərbi-siyasi rəhbərləri cinayətkar fəaliyyətlərini davam etdirir və şübhəsiz, yaxın zamanlarda Haaqa tribunalının subyektlərinə çevriləcəklər. Bütün bunlarla yanaşı, Ermənistanın kaprizlərinə, cinayətkar davranışlarına beynəlxalq təşkilatların göz yumması təəssüf doğurur. Məhz onların fəaliyyətsizliyi, Ermənistanı yeni cinayətlərə sövq edir. Tarixən böyük dövlətlər ermənilərdən öz geosiyasi maraqlarını təmin etmək üçün ,,marionet,,kimi istifadə etmişlər. Tarix təkrar olunur.

 

-Nəsib bəy, necə hesab edirsiniz, Ermənistan toplumunun Paşinyan rejiminin ermənilərə yönəlik cinayətlərini susqunluqla qarşılaması, buna qarşı ciddi bir etiraz sərgiləməməsi nə ilə bağlıdır?

 

-Normal məntiqlə, normal millətlər bütün baş verənlərdən sonra, Paşinyan iqtidarından və ondan əvvəlki hərbi-siyasi rəhbərliklərdən hesabat tələb etməlidir. Bir daha qeyd edirəm ki, aparılan xəstə təbliğatın nəticəsində bütövlükdə erməni millətinin psixologiyası pozulmuşdur. O baxımdan müəyyən istisnalar olmaqla, toplum olaraq kütləvi etirazların baş verməsini hələlik görmürük.

 

-Döyüş meydanında Azərbaycan ordusuna müavimət göstərə bilməyən düşmən iri şəhərlərimizi, yaşayış məntəqələrini atəşə tutmaqda davam edir. Hansı ki, bu cür qanlı terror aktlarından biri 17 oktyabr 2020-ci il tarixlərində Gəncə şəhərində reallaşdı. Mülki insanlara qarşı həyata keçirilən bu soyqırım siyasəti fonunda beynəlxalq təşkilatların, aparıcı dövlətlərin susqunluq sərgiləməsi nə dərəcədə məntiqlidir? Erməni vəhşiliyinə şahid ola-ola susmaq, bu cinayətə ortaq olmaq, onun bir parçasına çevrilmək kimi xarakterizə edilə bilərmi?

 

-Ermənistan tərəfdən gecə vaxtı Gəncə şəhərinin ballistik raketlərlə xaincəsinə bombalanması ilk növbədə dövlət səviyyədə həyata keçirilmiş terror aktıdır. İkincisi, insanlığa, bəşəriyyətə qarşı törədilmiş cinayətdir və bu cinayətin məsuliyyəti birbaşa Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

 

Düşmən cəbhədə uğradığı silsilə məğlubiyyətlərdən sonra başını itirib, ordusu əsgərlərimizin qarşısında duruş gətirə bilmir, muzdluları döyüşməkdən imtina edir, kütləvi şəkildə döyüş meydanından qaçırlar. Təsadüfi deyil ki, separatçıların ,,rəhbəri,, Dağlıq Qarabağın ərazisində bütün giriş-çıxış yollarının bağlanması ilə bağlı sərəncam vermişdir. Bununla bağlı bir faktı da qeyd edim ki, erməni ordusunda vuruşmaqdan imtina edərək döyüş mövqelərini tərk edən əsgərləri yerindəcə güllələyirlər.

 

Gəncə hadisələrinə beynəlxalq təşkilatların susqunluğu heç bir normal məntiqə sığmır. Əksinə, oktyabr ayının 11-də baş vermiş terror hadisəsindən sonra Azərbaycanda fəaliyyət göstərən səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri Gəncəyə səfər edərək, faciənin miqyası ilə yerində tanış olsalar da, hər hansı kəskin reaksiyanın şahidi olmadıq. Əgər onlar vaxtında Ermənistanın cinayətlərinə göz yummasaydılar, 17 oktyabr Gəncə terroru təkrarlanmazdı. Onların erməni vəhşiliyini qınamaması, düşməni daha da ruhlandırır və cəzasızlıq şəraitində növbəti cinayətlərə sövq edir. Hüquqi baxımdan bu özü də cinayətdə iştirakçılıq deməkdir və cinayət tərkibi yaradır.

 

Hesab edirəm ki, heç kim özünü toxunulmaz hesab etməməlidir. Prokurorluq tərəfindən cinayət işi açılmış, sübutlar toplanır. Cinayətkarların cəzalarına çatacağı gün uzaqda deyil. Təcrübə göstərir ki, bu tipli ağır cinayətlər törətmiş terrorçuların tam əksəriyyəti ən ağır cəzalara məhkum olmuşlar. Yaxın keçmişdə Balkanlarda və Yaxın Şərqdə baş verən proseslər dediklərimin bariz nümunəsidir.

 

-Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasındakı çıxışında Ermənistanın Azərbaycana qarşı müxtəlif ölkələrdən muzdlular və terrorçuları cəlb etdiyini vurğuladı. Ermənistanın ölkəmizə qarşı muzdlu və terrorçuları səfərbər etməsi, əslində işğalçı ölkənin öz gücünə inamsızlığının göstəricisi sayıla bilərmi? Bu faktın özü Ermənistanın insan resursu çatışmazlığından ciddi əziyyət çəkdiyini göstərmirmi?

 

-Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-sessiyasında iki statusda çıxış etdi. Çıxışın birinci hissəsi Qoşulmama Hərəkatına daxil olan 120 ölkə adından, ikinci hissəsi isə Azərbaycanın problemlərinə həsr olunmuşdu.

 

Məzmununa, islahatların aparılması ilə bağlı irəli sürülən təklflərə görə cənab Prezidentin çıxışı olduqca əhəmiyyətli və tarixi çıxışdır. BMT ən ali universal təşkilat olaraq yarandığı vaxtdan bəri planetin qarşısında duran bir çox problemlərin həllinə nail osa da, XXI əsrin qlobal çağırışlarına tam cavab vermir. Buna görə də, Prezidentlər İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan BMT-nın strukturlarında köklü islahatların aparılması zəruriliyindən çıxış etdilər. Təşkilat gəncləşdirilməli, müasirləşməli, TŞ-nın tərkibi dünyanın bütün regionlarını, mədəniyyətlərini proporsional şəkildə təmsil etməlidir. Qəbul olunan qətnamələrin dəqiq icra mexanizmi işlənib hazırlanmalıdır. İstisnasız olaraq bütün qərarlar beynəlxalq hüquq prinsiplərinə əsaslanmalıdır.

 

Aydın məsələdir ki, ölkəmiz bütün dünyada bənzəri olmayan, üzdə özünü məzlum göstərərək arxada insanlığa yaraşmayan ən çirkin oyunlarla məşğul olan olan mənfur düşmənlə qarşı-qarşıyadır. O düşmən ki, fasiləsiz olaraq hər gün, hər saat dünyanın hər tərəfində xalqımıza qarşı böhtan, şər kompaniyası aparır. Buna görə dövlət başçısının belə bir yüksək tribunadan Azərbaycan həqiqətlərini səsləndirməsi düşmənə vurulmuş zərbədir.

 

Ermənistanın müxtəlif ölkələrdən muzdlu terrorçuları gətirməsi, yeni məsələ deyil. Birinci Qarabağ müharibəsində də məşhur terrorçu Monte Melkonyanı, Yaxın Şərq ölkələrindən gətirilmiş qaradərili muzdluları, 366-cı alayı, sonralar bizim tərəfimizdən əsir götürülən çoxsaylı slavyan kökənli döyüşçüləri xatırlamaq kifayətdir. 2016-cı ilin aprel döyüşlərində əsgərlərimiz cəmi 40 dəqiqə ərzində ,, Ohanyan səddi,, mifini dağıtmaqla, erməni ordusunun Azərbaycan Ordusu ilə müqayisəyə gəlməyəcək dərəcədə zəifliyini göstərdilər. İyul təxribatlarında da həmçinin. Ələlxüsus qardaş Türk Silahlı Qüvvələrinin Ordumuzla keçirdiyi birgə təlimlər isə, düşməni əməlli-başlı qorxuya salıb. Mənə elə gəlir ki, son dövürlər müttəfiqləri və havadarları da erməniləri Azərbaycanın qətiyyətli mövqeyi ilə xəbərdarlıq etmişlər. Artıq onları əvvəlki tək müdafiə etmək imkanlarının olmadığını başa düşürlər. Ermənistanda ,, könüllü ordunun,, yaradılması, 70 yaşa qədər kişilərin orduya cəlb olunması, terrorçu təşkilatlarla razılaşaraq muzdluları cəbhə bölgəsinə yerləşdirməsi ilk növbədə insan resurslarının məhdud olması, ikincisi zəiflik əlamətidir və düşməni məğlubiyyətdən qurtarmayacaqdır. Torpaqlarımızın azad olunması üçün həm beynəlxalq, həm də hərbi şərait yetişmişdir.

 

Seymur ƏLİYEV

 

Oxşar xəbərlər
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
27 Apr 2024 | 22:47
Tacikistan vətəndaşlarına Rusiyaya səfər etməmək tövsiyə olundu
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 22:15
Hacıqabul sakinini gürzə sancıb
27 Apr 2024 | 22:12
Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib
27 Apr 2024 | 21:40
ABŞ Ukraynaya yardımı təsdiq edəndən sonra Rusiya yeni səfərbərliyə hazırlaşır?..
27 Apr 2024 | 21:38
"Ukrayna bütün torpaqlarını işğalçılardan azad edə biləcəkmi?" - ISW
27 Apr 2024 | 21:37
Müharibədən sonra 356 nəfər mina qurbanı olub
27 Apr 2024 | 21:32
Xankəndidə çalışan peşə sahibləri - VİDEO
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 20:54
Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var
27 Apr 2024 | 20:33
Füzulidən qalxan təyyarə: Hərbi, siyasi və iqtisadi zəfərin təntənəsi!
27 Apr 2024 | 20:31
Vaşinqtonda Azərbaycan və Türkiyə səfirləri görüşüblər
27 Apr 2024 | 20:26
Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27 Apr 2024 | 20:25
"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"
27 Apr 2024 | 20:22
Namiq Hacıheydərli vəfat etdi – SON DƏQİQƏ / FOTO
27 Apr 2024 | 20:15
Cəlilabadda minik avtomobili yanıb
27 Apr 2024 | 19:59
Eynəyi cızıqlardan xilas edən TƏBİİ ÜSUL – FOTO
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 19:53
Gürcüstan əhalisi azalır
27 Apr 2024 | 19:52
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
27 Apr 2024 | 19:47
İmişli-Biləsuvar yolundakı qəzada xəsarət alanların sayı artıb - YENİLƏNİB
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 19:37
Kür çayında suyun səviyyəsi azalıb
27 Apr 2024 | 19:35
Qəzza zolağında dağıntıların təmizlənməsi neçə il çəkəcək?
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 19:28
Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var
27 Apr 2024 | 19:19
Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı
27 Apr 2024 | 19:18
Rəqqasə Fatiməni məhkəməyə verdilər
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 19:03
Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb
27 Apr 2024 | 18:56
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
27 Apr 2024 | 18:47
Yataraq arıqlaya bilərsiniz! - NECƏ?
27 Apr 2024 | 18:45
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
27 Apr 2024 | 18:42
Prezidentin Almaniya səfəri Qərbin Azərbaycana münasibətində nəyi dəyişəcək?
27 Apr 2024 | 18:31
Miri Yusifin arvadının səs yazısı yayıldı - AUDİO
27 Apr 2024 | 18:27
Biləsuvarda ərzaq mağazasının anbarı yanıb
27 Apr 2024 | 18:24
Yuxuda danışırsınızsa, DİQQƏTLİ OLUN
27 Apr 2024 | 18:21
Milli Müdafiə Universitetində Pakistanın hərbi təhsil üzrə nümayəndələri ilə görüş keçirilib
27 Apr 2024 | 18:17
Dağlıq ərazidə köməksiz qalan qadın xilas edildi - FOTO/VİDEO
27 Apr 2024 | 18:09
Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB
27 Apr 2024 | 18:05
Fransaya Şolts KARTI - Makronu sıradan çıxartmaq üçün Bakıdan DƏQİQ ATIŞ
27 Apr 2024 | 18:02
Gürcüstan parlamentinin sədri “Xarici agentlər” haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib
27 Apr 2024 | 17:59
Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürdü
27 Apr 2024 | 17:55
Orenburqda daşqınlardan zərərçəkmiş yüzlərlə ev söküləcək - VİDEO
27 Apr 2024 | 17:51
İdmançımız Avropa çempionatında finala yüksəldi
27 Apr 2024 | 17:47
ABŞ səfirliyi: Şuşada baş verən hadisə bizi kədərləndirdi - VİDEO
27 Apr 2024 | 17:44
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan keçirilir
27 Apr 2024 | 17:40
"Barselona" iki futbolçusu ilə bağlı qərar verib
27 Apr 2024 | 17:34
Tanınmaz hala düşən aktrisa: "Ölümün gəlməyini gözləyirdim" - FOTO
27 Apr 2024 | 17:28
İrəvan aksiyalarında Koçaryan izi - ŞƏRH + FOTO
27 Apr 2024 | 17:23
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edir
27 Apr 2024 | 17:18
Tələbələrlə görüşən Aygün Kazımovanın qeyri-adi geyim tərzi - VİDEO
27 Apr 2024 | 17:16
"Doğrudanmı Paşinyan 6 ildir Putinin dediyi ilə oturub-durur?..” –Partiya sədri cavablandırır
27 Apr 2024 | 17:13
“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryerə cinayət işi açıldı - FOTO/VİDEO
27 Apr 2024 | 17:08
Azərbaycanda müəllim vəfat etdi - FOTO
27 Apr 2024 | 17:03
“Xoşqədəmin, Zaurun verilişi 10 saat olmalıdır ki, camaatın başı qarışsın”
27 Apr 2024 | 16:58
Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib - FOTO
27 Apr 2024 | 16:53
Bakıda ilanların sayı artıb? - AÇIQLAMA + FOTO/VİDEO
27 Apr 2024 | 16:48
TƏBİB rəhbəri: "Sosial səhiyyə sahəsində ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir" - VİDEO
27 Apr 2024 | 16:45
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
27 Apr 2024 | 16:40
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
27 Apr 2024 | 16:36
Avropa çempionatı: Azərbaycanın 2 cüdoçusu yarımfinala yüksəlib
27 Apr 2024 | 16:31
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
27 Apr 2024 | 16:25
Səfir: "Ruanda soyqırımı bir Fransa əməliyyatı idi"
27 Apr 2024 | 16:20
İki güc hərəkətə keçdi: Hədəf Cənubi Qafqazdır - Şərtlər dəyişdi
27 Apr 2024 | 16:16
Dövlət Neft Fondu dünyanın iki nəhəng şirkətinin səhmlərini aldı
27 Apr 2024 | 16:10
Bədii gimnastlarımız beynəlxalq turnirdə 5 medal qazandı - FOTO
27 Apr 2024 | 16:05
“Şeytan çarxı” fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA + FOTO
27 Apr 2024 | 15:59
Yaponiyada 6,9 bal gücündə zəlzələ - ANBAAN VİDEO
27 Apr 2024 | 15:55
Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
27 Apr 2024 | 15:50
Bakıda qızıl mağazasından oğurluq edən şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO
27 Apr 2024 | 15:47
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
27 Apr 2024 | 15:43
Bakıda oğurluq edənlər polisdən və müşahidə kameralarından qaça bilmədilər - FOTO/VİDEO
27 Apr 2024 | 15:38
"Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək" - Şahruddin Məhəmmədəliyev
27 Apr 2024 | 15:33
“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirildi - FOTO/VİDEO
27 Apr 2024 | 15:28
Qəzzada ölənlərin sayı açıqlandı
27 Apr 2024 | 15:24
Özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının siyahısına dəyişiklik edildi
27 Apr 2024 | 15:19
Azərbaycanla “ACWA Power" arasında yeni investisiya müqaviləsi təsdiqləndi
27 Apr 2024 | 15:15
“Toplum TV” işi üzrə daha bir nəfər şahid qismində istintaqa dəvət edilib
27 Apr 2024 | 15:11
Azərbaycanda hakim intihar etdi
27 Apr 2024 | 15:07
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
27 Apr 2024 | 15:02
Naxçıvanda şagirdlər Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıblar - FOTO
27 Apr 2024 | 14:57
Qarabağ və Şərqli Zəngəzurda da əməyin mühafizəsi ilə bağlı təlimlər keçirilir
27 Apr 2024 | 14:52
İlham Əliyev bir qrup sahibkarı təltif etdi - SİYAHI
27 Apr 2024 | 14:48
Türkiyəli seysmoloq İstanbulda güclü zəlzələ ilə bağlı qorxulu proqnoz verdi
27 Apr 2024 | 14:43
Qızlardan ibarət taekvondo millimiz Prezident Kubokunda mübarizə aparacaq
27 Apr 2024 | 14:38
Qərbin Mərkəzi Asiya planı və ya yeni regional birlik ideyası - TƏHLİL + FOTO
27 Apr 2024 | 14:33
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıb - FOTO
27 Apr 2024 | 14:28
Azərbaycanlı rejissorun filmi Kann festivalında
27 Apr 2024 | 14:23
Beynəlxalq Muğam Mərkəzində "Big Band" caz orkestrinin konserti təşkil ediləcək
27 Apr 2024 | 14:18
Tarix Muzeyinin yeni ekspozisiyasında Vətən müharibəsi fondunun 150-dən çox eksponatı təqdim olunub
GÜNLÜK
27 Apr 2024 | 09:43
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
27 Apr 2024 | 08:47
“Qaraca qız” filmində Tutu rolunu iki ayrı uşaq oynayıb- “Ən çox qonorarı mən aldım”- FOTO+ÖZƏL
27 Apr 2024 | 09:05
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək İNANILMAZ SƏRVƏT...
27 Apr 2024 | 09:42
“Azərbaycan Rusiyanın qonşuluğunda NATO üzvü Türkiyə ilə faktiki hərbi müttəfiq olsa da...”
27 Apr 2024 | 10:43
Həftəsonu hansı bürclərin bəxti gətirəcək?
27 Apr 2024 | 11:06
Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dinlə bağlı çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"
27 Apr 2024 | 10:08
Gecə saatlarında Moskvanın mərkəzinə texnika yeridildi...-FOTO
27 Apr 2024 | 14:15
Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB
27 Apr 2024 | 07:54
10 yaş gəncləşdirən QİDALAR
27 Apr 2024 | 07:53
Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? - VİDEO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 09:43
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
27 Apr 2024 | 08:47
“Qaraca qız” filmində Tutu rolunu iki ayrı uşaq oynayıb- “Ən çox qonorarı mən aldım”- FOTO+ÖZƏL
27 Apr 2024 | 09:05
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək İNANILMAZ SƏRVƏT...
27 Apr 2024 | 09:42
“Azərbaycan Rusiyanın qonşuluğunda NATO üzvü Türkiyə ilə faktiki hərbi müttəfiq olsa da...”
27 Apr 2024 | 10:43
Həftəsonu hansı bürclərin bəxti gətirəcək?
27 Apr 2024 | 11:06
Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dinlə bağlı çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"
27 Apr 2024 | 10:08
Gecə saatlarında Moskvanın mərkəzinə texnika yeridildi...-FOTO
27 Apr 2024 | 14:15
Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB
27 Apr 2024 | 07:54
10 yaş gəncləşdirən QİDALAR
27 Apr 2024 | 07:53
Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? - VİDEO