Fəaliyyəti dayandırılan ABU-nun
keçmiş rektoru, Fransada mühacir həyatı yaşayan Elşad Abdullayev təkcə
internetdə yeni videolar yaymaqla kifayətlənmir. Mətbuata son açıqlamalarında
keçmiş rektor ölkə prezidenti İlham Əliyevə qarşı kəskin ittihamlar irəli
sürüb. Özəl mənbələrdən aldığımız məlumata görə, hüquq elmləri doktoru olan
E.Abdullayevin dövlət başçısına qarşı kəskin ittihamlar irəli sürməsi vəkilin onun
müdafiəsindən imtina etməsinə səbəb olacaq. Məsələ bağlı E.Abdullayevin vəkili
hüquqşünas Adil İsmayılovla müraciət etdik. Moderator.az-a açıqlamasında vəkil qısa və konkret cavab
verdi: "Qanuna görə, mənim E.Abdullayevin müdafiəsindən imtina etməyə
səlahiyyətim yoxdur. O, özü istədiyi vaxt mənim xidmətlərimdən imtina edə
bilər".