Moderator.az-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, hər klipinə gözəl
xanımları çəkən müğənni bu dəfə “Dünya gözəli” Amerikalı Oliviya Kalpo ilə
kamera önünə keçib.
Çəkilişlər bu dəfə Moskvada, “Krokus Ekspo”da baş
tutub. Klipi ingilis dilində olan versiyanı lentə alan yaradıcı heyət çəkib.
Sənətçi ekran işini açıq havada çəkməyi planlaşdırsa da soyuq və yağış buna
imkan verməyib.
“Woman.ru” saytının suallarını cavablandıran Emin mahnının rus dilinə tərcümə
etməsindən danışıb:
“Rusiyada bir neçə radio verilişinə qonaq oldum.
Mahnını çox bəyəndilər, amma rus dilində olmamasına təəssüfləndilər. Bu da məni
düşündürdü. Londondan Moskvaya uçanda bəstəni rus dilinə çevirdim. Düzdür, bəzi
çətinliklər oldu, amma nəticə pis alınmadı. İlk klip sevgidən bəhs edirdi,
burada isə artıq hisslərin azaldığı göstərilir”.
Emin ekran işində Olivya ilə işləməsinin
səbəblərindən söz açıb:
“O, çox peşəkardır, mədənidir, işibacarandır və
çalışqan qızdır. Günün 18 saatını işləyir: müsahibələr, məşqlər, radio,
televiziya... Yeməyə belə çətin vaxt tapır”.
Klipin əsas qəhrəmanı Kalpo Eminlə işbirliyindən söz açaraq, onun çalışqan
olduğunu bildirib:
“Emin möhtəşəm insandır. Bizə birlikdə çox
yaxşıdır. Çox istedadlıdır və inadkardır. Hər zaman istədiyinə nail olacağına
inanır".
Artıq bir neçə dəfədir Moskvaya gələn Oliviya
"Moskva gözəl şəhərdir, amma hava soyuq olduğu üçün gəzə bilməmişəm” deyə
əlavə edib.
Hələlik ingilis dilində olan klip versiyasını
təqdim edirik: