Məlum olduğu kimi Prezident İlham Əliyev paytaxtın ümumi uzunluğu 20 kilometr olan Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur. Prezidenti bu səfərində müşaiyyət edən Sabunçu rayonundan olan millət vəkili Eldar Quliyev Moderator.az-a açıqlamasında bildirib ki, Sabunçu-Zabrat dairəsi-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin yenidən qurulması layihəsi bu ərazidə yaşayan vətəndaşların tərəfindən yüksək dəyərləndirilib: “Bu ərazidə yaşayan bütün seçicilərimiz cənab prezidentə təşəkkür edir”.
Millət vəkilinin sözlərinə görə, prezidentlə söhbətləri zamanı Bakı ətrafı digər yollardakı duruma da toxunulub: “Cənab prezident orada göstəriş verdi ki, Pirşağı yolunu da təmir eləsinlər. Xüsusən də dəmir yolunun yanı və oradakı körpü yolu düzələcək”.
Eldar Quliyev bildirib ki, prezident onlarla söhbətində yaxın dövrlərə qədər Bakı ətrafında təmirsiz yol qalmayacağını deyib: “Bildirdi ki, yaxın dövrlərdə bu iş başa çatacaq”.