Azərbaycanda narkomaniyanın qadınlar arasında
çoxalması ilə bağlı BMT hesabatında yer alan məlumatlar Azərbaycan kişisi üçün
təhqirdir.
Bu sözləri Moderator.az saytına hüquqşünas Mahmud Hacıyev
deyib. Ekspertin sözlərinə görə, bu durum Azərbaycan üçün əsl rüsvayçılıq kimi
xarakterizə edilməlidir:
“Vaxtilə Azərbaycan qadınının adı bütün dünyada ən nümunəvi qadın
kimi çəkilirdi. Lakin bu gün bizim qadınların adı BMT kimi sanballı beynəlxalq
təşkilatın hesabatında narkomaniyaya meyl edən insanlar kimi çəkilir. Bu,
şəxsən məni utandırır və hesab edirəm ki, bundan daha böyük rüsvayçılıq
təsəvvür etmək çətindir. Biz bir xalq, bir dövlət olaraq bu barədə dərindən
düşünməli, əlaqədar qurumlar Azərbaycanda narkomaniyanın inkişafının qarşısını
almaq üçün ciddi tədbirlər həyata keçirməlidir. Əks təqdirdə, yaxın gələcəkdə
bundan daha dəhşətli mənzərənin şahidi ola bilərik”.
Seymur Əliyev