Son günlər Bakı küçə və dayanacaqlarında çox əcaib bir reklama rast gəlinir. Həmin reklamlarda bildirilir ki, “45 manata lazerlə qansız, ağrısız sünnət ” əməliyyatı həyata keçirilir.
Bununla bağlı Moderator.az-ın sualını cavablandıran tanınmış professor Adil Qeybullanın sözlərinə görə, bu insanları cəlb etmək üçün yazılan reklam növüdür.
“Əməliyyatı lazerlə və yaxud da lazersiz aparmaq mümkündür. Lazerlə baş verən əməliyyatlar zamanı da qan və ağrıların olma ehtimalı mövcuddur. Sadəcə olaraq, o şəxslər camaatı cəlb etmək üçün bu cür reklam növü seçiblər. Qaldı ki, əməliyyatın qiymətinə, bu da qeyri real bir şeydir. Əməliyyat zamanı hər bir şəxsə individual yanaşma olmalıdır. Elə şəxs ola bilər ki, onun narkoza, başqa birisinin isə keyiciyə ehtiyacı olsun”
Xəyal Əzizov