İlk əvvəl bir qədər Seçin barədə danışaq. Bu şəxs 2013-cü ildə “Time” jurnalının açıqladığı dünyanın ən nüfuzlu 100 adamından biridir. Seçın Rusiya Federasiyasında bu siyahıya düşən yeganə şəxsdir. Həm də Seçini dünyanın 100 deyil, hətta 20 ən nüfuzlu adamından biri kimi görmək lazımdır. Çünki, “Time” dünyanın nüfuzlu adamlarının syahısını da 5 bölmədə qeyd edir. Bunlar - “titanlar”, “pionerlər”, “liderlər”, “ikonalar” və “artistlər”dir. Seçinin adı da məhz bölgüdə ən nüfuzlu yerdə - “titanlar” sırasında əksini tapıb. Yunan mifologiyasına görəsə “titanlar” fövqəlbəşər varlıqlardır, onlar göyün və yerin övladlarıdır. Bu qısa arayışı verməkdə məqsədimiz, əslində Seçinin, məsələn Rövnəq Abdullev kimi sıradan bir neft şirkətinin rəhbəri olmadığını göstərməkdir.
Söz yox ki, Moskva bu zamana qədər rəsmi Bakı ilə müəyyən korporotiv maraqlara görə can-ciyər olsa da, strateji məsələlərdə Azərbaycana dəstək olmayıb. Ən azından Gümrüdə yerləşən və 40 faizi ermənilərdən komplektləşən rus hərbi bazasını müasir silah-sursatlarla gücləndirib, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda ədalətə söykənən hər hansı bir addın atmayıb. Bunun əvəzində isə rus generallarının masası üzərindən, Qarabağ istiqamətində də “2008-ci il Saakaşvili arzusu”nun meydana gələ biləcəyi təqdirdə, Azərbaycanın ən qısa müddətdə işğal edilməsi, bütün strateji obyeklərin ən qısa zanamda sıradan çıxarılmasına dair plan əksik olmaylıb. Yəni Rusiayaya heç də hakimiyyətin xalqa təqdim etdiyi kimi, heç kimdəm asılı olmayan, regionun hegemon dövləti olan bir Azərbaycan qətiyyən lazım deyil. Moskvaya asılı, münaqişə şəraitində olan bir ölkə lazımdırki, bu yolla həm korporativ, həm də strarteji maraqlar həyata keçirilsin. Moskva ideoloqları da əbəs yerə zaman-zaman qeyd etmirlər ki, Cənubi Qafqazda dayaqların itiriləcəyi təqdirdə Federasiyanın sərhədləri Rostov və Volqoqrada qədər geri çəkilə bilər. Moskva yaxşı anlayır ki, Cənubun nəzarətdən çıxması nisbi sabitlik dövrünü yaşayan Şimali Qafqazın da itirilməsinə səbəb olacaq.
Məsələn, yaxın keçmişdə İ.Əliyevin Brüssel səfəri və Avropa Komissiyasının prezidenti Barrosonun Azərbaycan hökumətini xeyli tərifləməsi kimi hadisə də baş verib. Habelə NABUCCO-nun əvəzinə TAP-ın seçilməsi Avropa ilə münasibətlərdə bir qədər gərginlik yaratsa da, İ.Əliyevin Brüssel səfərindən sonra hakimiyyətin Qərbdəki lobiçilik fəaliyyətinin uğurla davam etdiyini tərəddüdsüz söyləmək olar.
Amma işini hərtərəfli ehtiyyatlı tutan hakimiyyət müxalifət qüvvələrinin birləşdiyi Milli Şurada baş verənlər prosesləri gözardı edə bilməz. Xüsusilə, Rüstəm İbarahimbəyovun vahid namizəd seçilməsi və Moskvada yaxşı əlaqələrə malik olması diqqətdən kənarda qalmayacaqdı. Söz yox ki, son vaxtlar R.İbrahimbəyov “milyarderlər”dən yan gəzir, bəzi milyarderlər də hakimiyyətin ünvanına müsbət mesajlar da yollayıblar. Amma hakimiyyətə dəqiq təminat lazımdır. Bu dəqiq təminat da Kremldəkilərin hansısa korporativ maraqlarının təmin edilməsindən keçə bilər.
Habelə, dünən Moskva regionu hökumətinin İstehlakçılar və Xidmət Bazarı naziri Yekatirina Semyonovaya istenadən məlumat yayıldı ki, Moskva regionunda fəaliyyət göstərən 550 bazardan 10 faizi bağlanacaq. Bazarların bağlanmasının başlıca səbəbi kimi korrupsiya və vergidən yayınma, antisanitariya kimi şablon məsələr göstərilsə də, sosial şəbəkələrdə Moskvada əsasən azərbaycanlıların bazarlarının üzərinə hücum çəkildiyi qeyd olunur. Habelə, “Sadval”ın da səsi yavaş-yavaş kəsilməkdədir. Bütün bunlar isə qarşılıqlı anlaşmanın baş tutduğuna dair ehtimal yaradır.