"Semaşko” kimi tanınan 1 saylı Şəhər Xəstəxanasında baralgin ağrıkəsicilərinin xəstələrə pulsuz verilməsi dayandırılıb. Bu barədə Moderator.az saytına özəl mənbə məlumat verib.
Mənbənin bildirdiyinə görə, həkimlər bunu “yuxarıların” baralginin pulsuz paylanmasına qoyduğu qadağa ilə izah ediblər: “İki gün bundan öncə palataları dolaşan həkimlər bundan sonra baralgin ağrıkəsicilərinin pulsuz verilməyəcəyini bildirib. Həkimlərin sözlərinə görə, buna səbəb “yuxarıların” baralginləron pulsuz verilməsinə qoyduğu qadağadır. Bundan sonra baralgin də digər agrıkəsicilər kimi pulla satılacaq”.
Məlumat üçün qeyd edək ki, baralginin adı Səhiyyə Nazirliyi tərəfindən tərtib edilən və pulsuz dərmanların adları dərc olunan siyahıda 8-ci sıradadır. O dədər də təsirli ağrıkəsici hesab edilməyən baralgin yalnız yüngül və orta ağrıların qarşısının alınmasında istifadə olunur.
Şamil