Bu ölkənin Allahın və bəndənin yazdığı qanunlarla idarə olunmadığını sübut etmək o qədər də çətin məsələ deyil. Hara baxırsan əndrəbadi yanaşmalar, gözbərəldən gedişlər, tükürpədən davranışlar. Nə hökumət hökumətlik edir, nə vətəndaş vətəndaşlığın, nə bəndə bəndəliyin. Bir sözlə, nizamı pozulub bu xarabaya qalmamışın. Beləcə bu soxhasoxda qurunun oduna yaşlar da çıtır-çıtır yanmaqda, tüstülənə-tüstülənə... Deyilənə görə bu ilin payızında yenə də “seçki deyilən bir məzhəkənin biletsiz tamaşaçıları olacağıq. Ölkə üzrə beş minə yaxın şəffaf qutu paylanacaq, seçki günü onun içinə qalaq-qalaq kağız dolduracaqlar, elə ki, axşam düşdü, “texniki səbəblər”dən elektrik işığına toy tutub lampa işığında başlayacaqlar həmin kağız-kuğuzun içindən adam adı axtarmağa. Vay o gündən ki, qutudan bəlli adamın adına əvvəlcədən tapşırılan miqdarda “bülleten” deyilən zad çıxmaya. Gəl ondan sonra məntəqə sədrinin ölüsünü qoy kənara, dirisini ağla.
Xülaseyi-kəlam, mən neçə illərdi bir fırıldağı müşahidə edirəm ki, hər dəfə deputat mandatı və türk arkadaşlarımız demişkən, prezident qoltuğu uğrunda marafon keçirilən il kəmfürsətlərin də bayramı olur. Bilirlər ki, yuxarıdakıların başları bərk qarışıqdı, aşağıdakı cüvəllağılar dərəni xəlvət görüb mövsümi bəylik dönəminə start verirlər. Hərə özü üçün olur bir yolkəsən, başkəsən, cibəgirən, bir sözlə məmləkət lotuluq etmək həvəsinə düşən gədə-güdəylə bir olur. Lotuluqdan söz düşmüşkən, son vaxtlar bu yöndəmsizlər hər şeyi ucuzlaşdırdıqları kimi “lotu”luğu da hörmətdən, urvatdan salıblar. Vaxt vardı, bu ölkənin bəlli künc-bucağında lotular özünəməxsus idarəçilik quraraq hər şeyi nizama salardılar. Hamı da bilərdi ki, filankəs əsl lotudur və onun ədalətinə, ləyaqətinə, haqqı nahaqqa verməməsinə bir daşlaşmış inam olardı. Ancaq indiki lotular bu nizamın atasına da od vuraraq onu xaosa çevirdilər, nə qaydada qaydalıq qoydular, nə lotuda lotuluq...
Lotuluqdan söz düşmüşkən, dünən mənim kimi zəmanədən, çərxi-fələkdən bir gileyli vətəndaşımızın mətbuatda ah-naləsiylə tanış oldum. Biçarə deyinirdi ki, Almaniyadan maşın gətirmişəm, amma gətirdiyimə məni elə peşman ediblər ki, az qalıram elə burdaca ona bir butulka benzin töküb odlayam. Çünki Sulutəpədəki Avtonəqliyyat Gömrük İdarəsinin lotuları onu elə sulayıblar ki, tüstüsü təpəsindən çıxıb. Əvvəl deyiblər ki, 3000 manat ver, canını qurtar. O da deyib pulum azdı, gedib ki, evdən pulun üstünü düzəldərək maşını lotuların cəngindən qopara, bu dəfə deyiblər ki, sən öləsən gec gəldin, 3000 yox, 4500 manat verməsən sənə nəinki maşını, heç bir kibrit çöpü də verən deyilik. Akif adlı həmin “bədbax” təsadüfən ora təşrif buyurmuş bir qələm əhlindən yana-yana soruşub ki, qardaş, bəlkə mən bilmirəm, bu gömrükdə yeni lotu qaydasıdır ki, rüşvəti gecikdirəndə məbləği artırırlar? Həmkarım da maraqlananda ona ahəstəcə başa salıblar ki, çox zilə çıxma, sənə bir toy tutarıq nəinki hara niyə gəldiyini, hətta bu dünyaya nə vaxt təşrif buyurduğunu belə unudarsan. Həmkarım da suyu süzülə-süzülə Sulutəpədən üzü aşağı gəlib başına gələnləri yazıb ki, ay millət qoymayın, Gömrük sistemində yeni qaydaların tətbiqinə başlanılıb...
Mən bircə şey bilirəm və zəmanəmizin girdirmə lotularına bir tarixi həqiqəti xatırlatmağı özümə borc bilirəm. Bu yerlərdən çox sular axıb, çox igidlərin başı kəsilib, çox nahaq qanlar tökülüb, çox lotular dövran sürüb, ancaq oğurluqla fahişəlik 40 gün sürdüyü kimi yersiz gəlmiş lotuların da ömrü bu məmləkətdə hər zaman çıx qısa olub, kimisinin dalına süpürgə bağlayıb üzdəniraq ediblər, kimisinin papağını qoltuğuna verib göndəriblər, kimisin də Qəddafi kimi payayla o dünyaya göndəriblər. Bu gün cəzasızlıqdan həyasızlaşaraq millətə qənim kəsilənlər unutmasınlar ki, artıq lotuluqlarının 39-cu günüdür, 40-cı günə az qalıb, lap az...