Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində lisenziyasız aptek
fəaliyyət göstərir. Bu barədə Moderator.az saytını bilgili qaynaq məlumatlandırıb. Mənbənin
sözlərinə görə, qeyri-qanuni fəaliyyət göstərən aptekdə kassa aparatı da mövcud
deyil: “Biləcəridə lisenziyasız, heç bir qanuni-hüquqi bazaya söykənmədən
fəaliyyət göstərən bu aptek keyfiyyətsiz dərmanları ilə tanınmaqdadır. Əsasən
Hindistan istehsallı dərmanların satışı ilə məşğul olan aptekdə nə kassa
aparatı, nə də post-terminal yoxdur. Aptek el arasında “ləzgi Mübariz” kimi
tanınan Mübariz adlı iş adamına məxsusdur. İşin ən maraqlı tərəfi isə budur ki,
fəaliyyətinə Səhiyyə Nazirliyi tərəfindən icazə verilməyən və bu səbəbdən də
üzərində lisenziya nömrəsi göstərilməyən aptekin fəaliyyəti il uzunudur ki,
maneəsiz davam edir. Vətəndaşlar isə hesab edir ki, özlüyündə təhlükə mənbəyi
olan bu aptekin fəaliyyəti ciddi şəkildə təftiş edilməli və bu qanunsuz
fəaliyyətə xitam verilməlidir”.