Ermənistan Milli Təhlükəsizlik Nazirliyi Azərbaycanın xüsusi xidmət
orqanları ilə əlaqəsi olmaqda şübhəli bilinən Qafan sakinini həbs edib.
“Qafqazinfo”nun “Armeniya Today” saytına istinadən verdiyi xəbərə görə, bu
barədə Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidməti xəbər yayıb.
Məlumatda bildirilir ki, 1982-ci il təvəllüdlü Mane Movsisyanın
2012-ci ilin əvvəllərində hərbi qulluğa daxil olmadan öncə Türkiyədə fəaliyyət
göstərən Azərbaycanın xüsusi xidmət orqanlarının əməkdaşları ilə tanış olub və
sonradan da onlarla yazışmaları davam etdirib.
Mane Movsisyanın xidmət etdiyi dövr ərzində qarşı tərəfə hərbi
xarakterli, dövlət sirri daşıyan informasiya ötürdüyü iddia olunur. Məlumatda
həmçinin qeyd olunur ki, Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşı
qondarma Dağlıq Qarabağ respublikasının daha iki sakinini də bu işə cəlb
ediblər. Onlardan birinin qondarma respublikaya məxsus ordunun hərbi qulluqçusu
olduğu məlum olub. Hər ikisi də saxlanılıb.
Qafan sakininin günahını etiraf edib-etməməsi isə mətbuata məlum
deyil.