Qarabağdakı separatist rejimin oradakı erməni toplumunu əsir aldığı, onlardan öz məqsədləri üçün istifadə etdiyi Azərbaycan mediası və ictimai rəyində zaman-zaman səslənən həqiqətlərdən biridir.
Moderator.az xəbər verir ki, bu günlədə Qarabağda fəaliyyət göstərən arcakh24.info saytı işğaldakı Azərbaycan torpaqlarındakı mövcud durumla bağlı maraqlı məlumatlar açıqlayıb.
Qondarma “respublika”da rüşvət və korrupsiyanın tüğyan etdiyini bildirən sayt, hər bir addım və işdə qanunun deyil, pul və sifarişin rol oynadıığını vurğulayıb.
Erməni saytının yazdığına görə, məhkəmələrin verdiyi bütün qərarlar da rüşvətə və separatist rejimin başında duranların sifarişinə istinad edir.
Qarabağdakı mövcud vəziyyəti vaxtiylə Afrikadakı qulların vəziyyəti ilə müqayisə edən erməni saytı, bu baxımdan Qarabağdakı vəziyyətin Afrikadan heç nə ilə fərqlənmədiyini vurğulayıb. Məqalədə qeyd edilib, Afrikada olduğu kimi Qarabağda da qullar hüquqsuz vəziyyətdədir və hakim rejim erməni toplumunu inandırmağa çalışır ki, onların gələcəyi yalnız və yalnız “imtiyazlıların” iradəsindən asılıdır.
Erməni saytı hərbi-siyasi xunta ilə əlaqəsi olan sahibakrların, universitet rektorlarının işçilərə, müəllim kontingentinə zülm etdiyinə, onların qanuni haqqını açıq-aşkar qəsb etdiyinə də diqqət çəkib. “Qarabağ köləliyi” adlı məlum məqalədə vəziyyətin ümidsiz olduğu və bu vəziyyətdən qurtulmaq üçün kiçik də olsa bir ümidin görünmədiyi qeyd olunub.
Seymur ƏLİYEV