Türkiyənin Suriya ərazisində apardığı uğulu anti-terror əməliyaytları bəzi dövlətlərdə, xüsusilə işğalçı Ermənistanda ciddi narahatlıqla qarşılanmaqdadır. Əksər erməni siyasətçiləri hesab edir ki, türk ordusunun anti-terror əməliyyatını uğurla başa vurması Azərbaycanı da Qarabağ məsələsində hərəkətə gətirə, onun üçün mənəvi-psixoloji stimul ola bilər.
Moderator.az-a açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu, Türkiyənin Suriyada həyata keçirdiyi anti-terror əməliyaytının elə ilk gündən Azərbaycanda böyük ruh yüksəkliyinə səbəb olduğuna diqqət çəkdi:
“Ermənilər bu məsələdə artıq gecikib. Türkiyə Suriyada anti-terror əməliyyatına başlayanda, elə ilk gündən Azərbaycanda böyük ruh yüksəkliyi yaranmışdı. Biz də haqlı olaraq müəyyən paralellər aparırdıq. Vurğulayırdıq ki, əgər qardaş ölkə başqa bir ölkənin ərazisində terrorizmə qarşı mübarizə aparırsa, Azərbaycan da öz torpaqlarında terrorizmə, separatizmə qarşı mübarizə aparmaq hüququnu özündə saxlayır. Indi də bu ruh yüksəkliyi qalır. Çünki Türkiyə Suriyadan çıxmadı. Sadəcə, ABŞ və Rusiya ilə müəyyən razılaşmalar oldu. Türkiyə bu gün də Suriyada önəmli rol oynayır. Bu baxımdan ermənilərin narahatlığı anlaşılandır.
Hadisələrin gedişatı göstərir ki, danışıqlar nəticə vermir və verməyəcək. Minsk qrupu həmsədrlərinin turistik səfərləri danışıqları yerindən tərpətmir. Ermənistanda dəyişən hakimiyyətlər də bu yöndə heç bir adım atmayacaq. Yeganə alternativ yol hərbi təzyiqi artıqmaqdır. Hərbi büdcənin imkanlarını, hərbi büdcəni artırmaq vacibdir. Elə etmək lazımdır ki, bir gün biz də qərarımızı verib Qarabağın azadlığı uğrunda konkret addımlar ata bilək.
Elə etmək lazımdır ki, bu dəfə proses 2016-cı ilin aprelində olduğu kimi yekunlaşmasın. Həmin döyüşlər zamanı hərbi əməliyyatlar cəmi 4 gün davam etdi və sonra Azərbaycan prosesi dayandırdı. Elə etməliyik ki, bu dəfə kimlərsə bizə təzyiq edib hərbi əməliyyatları dayandırmasın. Düşmənə elə bir təzyiq olmaldır ki, ermənilər özləri problemi mərhələli şəkildə həll etməyə tərəfdar odluqlarını dilə gətirsinlər. Biz o günə qədər öz hazırlıqlarımızı görməliyik. Bir gün bu hazırlığa əsasən düyməyə basmalıyıq. Çünki başqa alternativ yoxdur”.
Seymur ƏLİYEV