“Ulduz” jurnalının Nəsimi sayı...
Oxunub: 2285
06 May 2019 | 06:24
“Ulduz” jurnalının Nəsimi  sayı...

 2019-cu ildə Azərbaycan xalqının dünya ədəbi-estetik və fəlsəfi düşüncəsinə bəxş etdiyi böyük şairi, mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Anadilli ədəbiyyatımızın məzmun və forma-sənətkarlıq xüsusiyyətlərini bütün mahiyyəti və rəngarəngliyi ilə əks etdirən Nəsimi şeirinin yaşı isə əbədidir.

1973-cü ildə Azərbaycan mədəniyyətinin böyük ədəbi simalarından ilk dəfə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilmiş və beynəlxalq miqyasda qeyd olunmuşdur. Elə həmin tarixdən başlayaraq  Nəsimi irsinin daha əhatəli araşdırılması istiqamətində bəzi addımlar atılmışdır.

Lakin bu gün bu böyük mütəfəkkir şairimizin dünya ədəbiyytaşünaslığının daha çox diqqət mərkəzində olması faktı bizi sevindirsə də, bəzi prinsipial məsələlərə görə həm də kədərləndirir. Yəni, artıq bir çox türkdilli xalqların (xüsusən də türkmən və s.) ədəbiyyatşünaslığında Nəsimişünastək fəaliyyət göstərən alimlər Nəsimini öz ədəbiyyat faktları kimi təbliğ və təlqin edir, bu ideyanı yaymaq üçün kitablar, məqalələr nəşr etdirir.

İ.Nəsiminin Azərbaycan şairi kimi təbliğinin ilk şərtlərindən biri onun ədəbi-fəlsəfi, sufi-hürufi görüşlərini, poeziyasının dil-üslub, sənətkarlıq xüsusiyyətlərini  araşdırmaq və bu mövzuda məqalələr, monoqrafiyalar nəşr etdirmək işidir. Elmi, bədii, publisistik üslubda İ.Nəsimi fenomeni müxtəlif formatlarda, müxtəlif tərəfləri ilə açılmalı, ictimaiyyətin maariflənməsi naminə əhəmiyyətli informasiyalar yayımlanmalıdır.

 

Bu baxımdan “Ulduz” jurnalının İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş  2019-cu il aprel sayı (№4) diqqətimizi çəkdi. Jurnalın tərtibatı, dizaynı, mövzu və məzmun baxımından müxtəlif kateqoriyalarla (İ.Nəsimi Dövlət marağında; Nəsimi obrazı rəssamlıqda; Nəsimi bədii yaradıcılıq faktı kimi; Nəsimi ədəbi-mədəni irsimizin milli sərvətitək;  Nəsimi publisistikada; Nəsimi irsinin ilk tədqiqi tarixi; Nəsimi poeziyası anadilli şeirimizin maksimal imkanları kontekstində; Nəsimi irsinin Şərq və Qərb fəlsəfi düşüncəsində yeri; Ədəbiyyatşünaslığımzın İ.Nəsimi problematikası, İ.Nəsimi yaradıcılığında folklor estetikası və s.)  sistemləşdirilməsi yaradıcı heyətin, xüsusən də baş redaktor Qulu Ağsəsin və filologiya üzrə elmlər doktoru Abid Tahirlinin metodoloji və elmi-nəzəri  yanaşmasındakı profesionallığı göstərdi. İ.Nəsiminin 600 illik yubileyi ərəfəsində çap olunan tədqiqatlardan seçilmiş nümunələr və sonda İ.Nəsimi poeziyasından verilən örnəklər jurnalın kompazisiya quruluşunda epiloq kimi öz sözünü deyir.

Jurnal Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan  edilməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2019-cu il tarixli  sərəncamı ilə açılır.

Anar “Şairin hünəri” adlı məqaləsində ilk növbədə  qəhrəman, azadfikirli, mübariz və haqq yolçusu olan Nəsimi şəxsiyyətini dünyanın dar ağacı altında qollarını açıb dayanan şair və mütəfəkkirləri ilə müqayisə edir. Dante, Heyne, Bayron, Puşkin, Lermontov, Şevçenko kimi şairlərin qəhrəman obrazını xatırladır: “Puşkin çarın düz gözlərinin içinə dekabristlərə rəğbətini etiraf edəndə də, Dantes tapançasının lüləsi qarşısında dayananda da qəhrəman idi. Amma onun ən böyük igidliyi otağının sakitliyində qaz lələyilə ağ kağız üzərində yazdıqlarıdır:

Okoвы тяжкие падут,

Темницы рухнут – и свобода.

Все примет радостно у входа,

И братя меч вам отдадут.

Türk zindanlarının əyilməz məhbusu Nazim Hikmət aclıq elan edəndə də igid idi, “Aclığın beşinci günündə” şeirini yazanda da... Anlaşılmazlıq, unutqanlıq, fiziki və mənəvi təklənmə, yalqızlıq -  həqiqi şairin bəxtinə düşənlər  budur. Və bu hələ harasıdır? Axı sözün əsl mənasında canını qurban verənlər də olub, məhbəslər və işgəncələr, sürgün və dar ağacları görənlər də. Avropada və Şərqdə inkvizisiya da olub. Doğrudur, Şərqdə inkvizisiya ayrı cür adlanıb, amma əslində burada da İspaniyada gördüyü işləri görüb. Xaçpərəstlik düşmənləri ilə mübarizə aparan  “müqəddəs inkvizisiyanın”  iş üsulları islam düşmənlərinin qətlinə fitva verən müsəlman divanlarının üsullarıyla əkiz kimi oxşardır. Onların amansızlığı da bir-birinə bənzəyir. Riyakarlığı da”.

Daha sonra Anar hürufilik və sufilik fəlsəfi nəzəriyyəsi fonunda  Nəsimi əqidəsini, poeziya məramnaməsini açır, onu renessans adamı kimi səciyyələndirir. Göstərir ki, dövr Nəsimi misralarında çırpınır və zamana, məkana, yerə-göyə  hökm oxuyan şair özü də suallar içində itib-batır. Əslində “Kimik biz? Nəyik biz? Hardanıq? Dünyaya niyə gəlmişik? Hanı? Hardasan? Nədir? Nə?- suallarının cavabı olan bir şeirin müəllifi özü də suala, müəmmaya çevrilib əfsanələşdi...

Anar daha sonra Nəsimi fenomenallığını sələfləri  (F.Nəimi və b.) və xələfləri (Həqiqi, Nəvai,  Xətai, Kişvəri, Həbibi, Füzuli, Vidadi, Vaqif ) ilə qarşılıqlı müqayisə prinsipi ilə təhlil edir və yazır ki,  kosmik marşrutlar ərəfəsində Nəsimi irsi dünyanın mədəni sərvətləri sırasında insanlığın uzaq dünyalara aparacağı qiymətli ərmağandır.

Lakin məqalənin yazılma tarixi göstərilmədiyi üçün bir məsələ sual olaraq qaldı. Anar məqalənin iki yerində Nəsiminin yaşını “6 əsr”, “600 il” kimi gstərir. Təbii ki, bu rəqəm “650 il”ə əvəz olunmalı idi...

Professor Musa Ələkbərovun “Ədəbi-mədəni irsə, milli sərvətə böyük məhəbbətin parlaq nümunəsi” məqaləsini şairin 650 illik yubileyi ilə əlaqədar respublikada görülən işlərin sistemli şəkildə tərtib edilmiş hesabatı kimi qəbul etmək olar. Müəllif yubiley ili ərzində şairə aid monoqrafiyaların, “Nəsimi-650” elmi-biblioqrafik göstəricisinin, Nəsimi əsərlərinin Azərbaycan və xarici dillərdə nəşri, ali, ümumi, peşə, orta-ixtisas və məktəbdənkənar təhsil müəssisələrində şairin yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecələrin, müsabiqələrin reallaşacağı məsələsini də diqqətə çatdırır.

Jurnalın bu sayı vasitəsi ilə Nəsimi obrazını ədəbiyyatda, musiqidə, rəssamlıqda, heykəltaraşlıqda, kinoda təcəssüm etdirən sənət əsərləri haqqında da ətraflı məlumat alırıq. İ.Hüseynovun “Məşhər” romanı,  H.Seyidbəylinin rejissorluğu ilə çəkilən “Nəsimi” filmi, M.Abdullayevin “Nəsimi” portreti, S.Ələsgərovun Nəsimi qəzəllərinə bəstələdiyi romanslar, C.Cahangirovun “Nəsimi” kantatası,  A.Rzayevin “Nəsimi” simfonik poeması, F.Əmirovun “Nəsimi haqqında dastan” baleti, F.Əlizadənin “Nəsimi” passionu, Qabilin “Nəsimi” poeması  bu ithaflara misal kimi diqqətə çatdırılır.

 Jurnalın üz qabığında xalq rəssamı Arif Hüseynovun “Nəsimi” portreti, son səhifədə isə Nəsimiyə həsr edilmiş sərgisi tərtibat və dizayn estetikasının mükəmməlliyini nümayiş etdirir.

Jurnalda yer alan maraqlı mövzulardan biri “Nəsimi Azərbaycan mühacirət mətbuatında” məqaləsində ifadəsini tapır. Filologiya üzrə elmlər doktoru, professor Abid Tahirlinin məqaləsində  Nəsimi “Divan”ının Salman Mümtaz tərəfindən 1926-cı ildə ərəb qrafikası ilə çap olunması faktından başlayan tədqiq və təbliğ xronologiyasını izləyirik. 1972-1973-cü illərdə H.Məmmədzadənin, H.Araslının, C.Qəhrəmanovun, M.Quluzadənin, M.Aslanovun  İ.Nəsimi ilə bağlı elmi fəaliyyətinə nəzər salınır.

Məqalənin maraqlı məqamı  dəqiqliklə müşahidə edilən bir məlumatla başlayır. 1926-cı ildə S.Mümtazın nəşr etdirdiyi kitabdan və iki-üç kiçik həcmli yazılardan başqa 1970-ci illərədək (600 illik yubileyə qədər) Azərbaycanda İ.Nəsimi irsi diqqətdən kənarda qalmış olduğu halda Azərbaycan mühacirləri məsələyə daha konseptual yanaşmışdı. “1993-cü ildə dünya şöhrətli türkoloq, istiqlal mücahidi prof. Əhməd Cəfəroğlunun redaktorluğu ilə İstanbulda mədəni sahədə araşdırmalar aparmaq, türk tarixinin hələ aydınlaşmamış nöqtələrini işıqlandırmaq, Azərbaycansevərlərə bu vətəni tanıtmaq məqsədi və qayəsi ilə”  nəşrə başlayan ədəbi-elmi tədqiqatlar məcmuəsi “Azərbaycan yurd bilgisi”nin  11-12-ci nömrələrində M.Şakir adlı müəllifin “Azəri şairi Nəsiminin namına mukayyet” (bağlı-T.A) basılmamış parçalar” adlı məqaləsi dərc edilmişdir. Yazıdan aydın olur ki, müəllif 15 ildən çox bir müddətdə cünklərdən (aşıq şeiri ilə yanaşı,  az da olsa, qəzəl nümunələrinin yazıldığı dəri üzlü dəftərçələr -T.A) topladığı klassik ədəbiyyatın Yunus Əmrə, Niyazi Misri, Aşıq Ömər, Yesari və Haki kimi nümayəndələrinə məxsus nümunələri araşdırmaqla məşğuldur”.

A.Tahirli daha sonra 1949-cu ildə Ankarada yaradılan Azərbaycan Kültür və Dayanışma Dərnəyinin 1952-ci ildən çap olunmağa başlayan “Azərbaycan” jurnalında İ.Nəsimi ilə bağlı çap olunan materiallara diqqəti yönəldir. “”Prof. İsmayıl Hikmət Ərtaylanın (1889-1967) “Nəsimi”, (1958-ci il, №80-81, səh.14-19; 1959-cu il, №82-83, sıh. 13-17; №85. səh.22-25); Yunus Lənkəranlının “Nəsimi” (1369-1417)”, (1987-ci il, №259. səh.53-59) sərlövhəli məqalələri, eləcə də “Nəsimi haqqında konfrans”, (1958-ci il, №80-81, səh. 13-14), “Nəsimi 600. Doğum Yıldönümündə anıldı” (1973-cü il, №208, səh.54) adlı yazıları maraq doğurur: jurnal Nəsimi haqında məqalələrlə kifayətlənməmiş, qüdrətli söz ustasının əsərlərindən də “Nəsimidən” rublikası ilə nümunələr də dərc etmişdir (1973-№208, səh.25). Həyatı və yaradıcılığı ilə Azərbaycana sıx tellərlə bağlı olan prof. İsmayıl Hikmət Ərtaylanın (1933-1934) Azərbaycan ədəbiyatşünaslığı, təhsili qarşısındakı xidmətlərini xüsusilə vurğulamaq və dəyərləndirmək lazımdır: O divan və tənzimat ədəbiyyatı şair və yazıçıları, o cümlədən Azərbaycanın görkəmli ədəbiyyat, elm və dövlət xadimlərindən Şah İsmayıl Xətai, Murtuzaqulu  xan Zəfər; Həsən xan Şamlı haqqında dəyərli monoqrafiya, məqalələr qələmə almışdır”.

T.Abidli daha sonra həm İ.Hikmətin, həm də Y.Lənkəranlının Nəsimi ilə bağlı araşdırmasındakı vacib məqamları göstərir.

Professor Paşa Əlioğlunun “Nəsimi yaradıcılığının tədqiqi tarixi barədə” məqaləsində Orta əsrlər mənbələri, təzkirələri xatırladılır. Ərəb tarixşilərindən İbn Hacər əl-Əsqəlani (XV) Əbuzər Əhməd əl-Hələbi (XV), Şəmsəddin Səxavi (XV), İbn əl-İmad əl-Hənbəli XVII), osmanlı müəlliflərindən Həsən bəy Rumlu (XV), Lətifi (XVI), Bəyani (XVI) və başqqalarının tədqiqatlarını sadalayır. Nəsiminin ölümündən 23 il sonra, 1440-cı ildə Ömər ibn Məzidin tərtib etdiyi “Məcmuatun-nəzair” adlı nəzirələr toplusundan Nəsiminin Anadolu bölgəsində məşhur olduğu faktını yazır. Eyni zamanda F.Köçərlinin “Azərbaycan ədəbiyyatı tarixi” kitabında Nəsiminin adının yanlış olaraq XVIII-XIX əsrlərdə yaşamış şirvanlı şairlər sırasında çəkilməsi də vurğulanır. Y.V.Çəmənzəminlinin, S.Mümtazın, C.Qəhrəmanovun, Ə.Səfərlinin, Q.Paşayevin tədqiqatları ilə yanaşı 1990-cı illərdə H.Ayanın Nəsimi divanına həsr edilmiş araşdırması da  əhəmiyyətli fakt kimi qeyd olunur.  Nəsiminin anadilli divanının ilk dəfə Türkiyədə 1844, 1869 və 1880-cı ildə işıq üzü görməsi faktı Azərbaycanda 1970-ci illərdə bu sahədə görülən işlərlə müqayisəli şəkildə əks edilir. Nəsiminin 600 illik yubileyi dövründə C.Qəhrəmanovun irimiqyaslı fəaliyyətinə nəzər salınır və s. Türkiyə alimlərindən F.Köpürlü, M.Şakir, Ə.Gölpınalı, İ.Oqun, C.Öztelli, K.Kürkçüoğlu, Ö.Şenödeyicinin də adı dəyərli tədqiqatçılar sırasında çəkilir. Avropa alimlərindən isə H.Purqştall, Gibb, N.Ritter, K.Hüart, F.Babiger, E.Braun, A.Bombaçı, və başqalarının Nəsimi  irsi, həyatı və ictimai-siyasi mühiti ilə bağlı,  Professor Zümrüd Quluzadənin Nəsimi fəlsəfəsi, Ə.Dəmirçizadə, V.Aslanov, T.Hacıyev, S.Əlizadə, Y.Seyidov, E.Əlibəyzadə kimi alimlərin isə Nəsimi şeirinin dili haqqındakı məqalə və kitabları barədə bəhs olunur.

P.Əlioğlu həm də müasir ədəbiyyatşünaslıqda bütün elmi araşdırmalarını İ.Nəsimiyə həsr etmiş  filologiya üzrə fəlsəfə doktoru S.Şıxıyevanın maraqlı tədqiqatlarını xatırlatmış və onun yeni monoqrafiyasının yaxın zamanlarda işıq üzü görməsini bildirmişdir.

Sonrakı səhifələrdə filologiya üzrə fəlsəfə doktoru Qüdsiyyə Qəmbərovanın “Azərbaycan ədəbi dilinin inkişafında Nəsiminin rolu və yeri” məqaləsi böyük şairin dili ilə bağlı maraqlı detalları incələyir.  Göstərilir ki, Azərbaycan ədəbi dilinin tarixini özündə aydın şəkildə əks etdirən Nəsiminin dili xalq dilinə məxsus söz və ya ifadələrin zəngin, rəngarəng və orijinal formaları ilə diqqəti cəlb edir, onun zəngin ədəbi irsi həm də fraziologizmlərlə dolğun dil palitrası yaradır.

Qüdsiyyə Qəmbərova bu nəzəri fikirləri şeir mətnlərinə tətbiq edərək əsaslandırır və şairin bir çox misralarını dil baxımından təhlil edir.

Filologiya üzrə elmlər doktoru Rahid Uluselin “İmadəddin Nəsimi və Nikolay Kuzanlı” məqaləsi isə Nəsimi şəxsiyyətinə və yaradıcılığına                            fərqli ampluadan baxış assosasiyası yaratdı.

Xristian katolik ruhanisi Nikolay Kuzanlı (XV əsr) ilə İ.Nəsimi müqayisəsində aydın məsələdir ki, ilk növbədə dünyanın fəlsəfi dərki, dinə maksimal dünyagörüş kontekstində baxış erudisiyası ekvivalentliyi diqqəti cəlb edir. R.Ulusel Nəsimidən sonra tanınmış (Nəsimi edam ediləndə Kuzanlının 16 yaşı varmış) N.Kuzanlını xristian dinində islahatlar uğrunda mübarizə aparan təfəkkür sahibi kimi təqdim etməmişdən Şərq mütəfəkkiri İ.Nəsimi panteizminin tezislərini açıqlayır. Vəhdəti-vücud konsepsiyası elmi-fəlsəfi-dini və Nəsimi poeziyasında həm də poetik rakurslardan izah edilir. Allah-Kainat-İnsan vəhdətinə rasianalist baxış nəzəriyyəsi hər iki qütbdə (Şərq-Qərb; Xristian-İslam; İ.Nəsimi-N.Kuzanlı) eyni obyektiv meyarlarla təhlil edilir.

R.Ulusel  göstərir ki, “Ənəlhəqq” – bəyanı Allahla İnsan arasında yerlə göy arasındakı qədər uzaqlıq təsəvvürü yaradanlar üçün qorxulu oldu. Bütün uzaqlıqlar, bütün ayrılıqlar ortaq məxrəcə gətirildi, bu uzaqlıq Allahdan qığılcım kimi qopmuş insana qədər qısaldı.

Ey Nəsimi, sən degilsən, cümlə oldur, cümlə ol

Ol kim, aydır bu zəminü- asimanın  nuriyəm!

Həq gördü vü Həq ded, Nəsimi nə desin kim...

“Dünya insana yığılır, yığılır, nüvələşir, cövhərləşir, cilalanır və tam, mütləq kamilliyində, əlçatmaz heyrətinin zilində birdən daşaraq özünü həm Vəhdəttək, həm də sayrışan moduslarında saçır.

Xristian ilahiyyatçısı Nikolay Kuzanlının vəhdət fəlsəfəsi dünyanın məhz intibah dərki modelində həmin fəlsəfənin Nəsimisi ilə tutaşır...”

Məqalədə dünya haqqında Nəsiminin fəlsəfi  misraları, N.Kuzanlı aforizmləri ilə paralel şəkildə diqqətə çatdırılır. Bu cür yanaşma -  Azərbaycan klassikini onun müasiri,  ən yaxın zamanda yaşamış əqidədaşı ilə müqayisəli şəkildə təqdim etmək metofologiyası yəqin ki, ilk təşəbbüsdür. “Ulduz” jurnalının Nəsimiyə həsr edilmiş nömrəsində Rahid Uluselin bir ədəbiyyatşünas və fəlsəfi fikir üfüqlərini elmi üslub kontekstində mətnin üzünə açan modern düşüncə sahibi kimi yeniliyi gələcək tədqiqatlar üçün də örnəkdir. Onun məqaləsinin ideyası mesaj verir ki, Nəsimi tək Şərq və İslam qapalılığında deyil, Qərb fəlsəfi-estetik və ədəbi-bədii, dini görüşləri fonunda da tədqiq və təhlil olunmalıdır. Nəsimi fövqə qalxmalı, bəşəri ideyalar meyarında dünya ədəbiyyatına, elmi-mədəni düşüncə arenasına çatdırılmalıdır.

Professor Gülşən Əliyeva-Kəngərlinin “Poetik fəlsəfənin Nəsimi mərhələsi” məqaləsi Nəsiminin-

Canımın, cana, vüsalın can içində canıdır,

Cana canü cana canü həm cananıdır - beytinin təhlili ilə başlayır. Daha çox şeir parçaları əsasında Nəsimi fəlsəfəsini bədii mətn kontekstində açmağa çalışan müəllif əsasən “can”, “canan”, “cahan” anlayışlarını klassik ədəbiyyatşünaslıq nümayəndələrindən (Əkrəm Cəfər və başqaları)  sitatlar əsasında sufizm-hürufizm müstəvisində təhlil edir. İ.Nəsiminin sufi görüşləri onun sələfləri və xələfləri ilə müqayisəli şəkildə açılır.

Jurnalda yer alan irihəcmli məqalələrdən biri də mənimdir. “Ədəbiyyatşünaslığın klassik irs problemi: İmadəddin Nəsimi” adlanan məqalədə bir çox klassiklərimiz kimi İ.Nəsiminin də sovet ədəbiyyatşünaslığı metodologiyası ilə tədrisi, təhlili məsələlərinə münasibət bildirmiş və konkret faktlar əsasında bu gün dünyaya lazımi şəkildə tanıdılmayan klassiklərimizə etinasız münasibət problemini qaldırmışam.

Bu nömrənin fərqli və maraqlı cəhətlərindən biri də Nəsiminin 600 illiyi qarşısında “Ulduz” jurnalında 50 il öncə çap olunan materiallara da nəzər salınmasıdır. O illərdə nəşr edilən məqalələrdən seçmələr təkrar çap olunaraq xatırladılır.

AMEA-nın müxbir üzvü Kamran Əliyevin “Nəsimi yaradıcılığında folklorizmlər” məqaləsi vasitəsilə Nəsimi poeziyasındakı əfsanəvi obrazlar və süjetlər, xalq mərasimləri, adət-ənənə şəklini almıış oyunlar, xalq deyimləri və s. bu kimi xalq yaradıcılığı elementlərinə diqqət yönəldilir.  Məcnun, Fərhad kimi dillər dastanı olmuş aşiqlərlə bağlı misralar, Simurq quşu əfsanəsinin Nəsimi şeirində ifadəsi incə detallarla izah edilir.

Sənin eşqində, ey Leylisifətli,

Ki, Məcnun olmuşam aləmdə məşhur.

...

Gəlmişəm didarına ta canımı qurban еdəm,

Еy dodağı, cani-Şirin, gör nə Fərhad olmuşam.

“Hətta maraqlıdır ki, yel Novruz bayramının atributu kimi  Nəsimi şeirində müəyyən vasitəyə çevrilmişdir.

Sən Nəsimi razini, ey dan yeli, yarə yetir
Kim anın halı pərişan, biqərar oldu yenə”

Və nəhayət jurnal İ.Nəsimi sözü ilə tamamlanır. “Sındır qəfəsi tazə gülüstan tələb eylə!” başlığı altında seçmələri neçənci dəfəsə oxuyuruq...

Nəsimi yaradıcılığı, Nəsimi şəxsiyyəti haqqında bu sayda oxuduqlarımız təkcə bilgimizi artırmır, həm də bu möhtəşəm irs haqqında daha fundamental layihələr, daha maarifləndirici işlər görmək üçün ideya qapıları açır.

İnanırıq ki, “Ulduz” jurnalının bu cür layihələri davamlı və sistemli olacaq. Bu uğurlu işə görə “Ulduz” jurnalının yaradıcı heyətini təbrik edir və gələcək fəaliyyətlərində uğur arzulayıram.

 

İradə Musayeva

06.05.2019

 

 

Oxşar xəbərlər
14:40, Bu gün
Britaniya hökuməti Kral III Çarlzın ölümünə fəal şəkildə hazırlaşır
14:36, Bu gün
İlham Əliyevlə Şoltsun geniş tərkibdə görüşü başa çatdı - YENİLƏNİB
14:34, Bu gün
Lənkəran sakinləri: “Xəstəmizi tibb müəssisəsinə aparmaq 30-40 manata başa gəlir” - VİDEO
14:28, Bu gün
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
14:27, Bu gün
“Onlar reytinq haqqında düşünür, səbəb olduqları intiharlar haqqında yox”
14:23, Bu gün
"Biz qalib gələcəyik, başqa alternativimiz yoxdur" - Zelenski
14:20, Bu gün
Əliyevlə Şoltsun təkbətək görüşü başa çatdı - YENİLƏNİB + FOTO
14:18, Bu gün
Gənc oğlan arvadının başqa kişilərlə gəzdiyindən şübhələndi, həyətə çağırıb... – Şok təfərrüat
14:14, Bu gün
Şoltsla Berbok Əliyevi belə qarşıladılar - FOTO
14:10, Bu gün
Bakıda velosiped yollarına quraşdırılan baryerlər kimlərin qəzəbinə tuş gəlib? - FOTO
14:06, Bu gün
AFFA “Qarabağ” klubunu cərimələyib
14:02, Bu gün
Türkandan plastik əməliyyatını tənqid edənlərə: "Geridəqalmışlar"
13:59, Bu gün
Bakıda körpə pəncərədən düşərək ölüb
13:54, Bu gün
Vəkil: “Ermənistan Azərbaycan ərazisinin beşdəbirini işğal etdikdən sonra bu ərazilərə iddia edib”
13:49, Bu gün
İranda bir gündə dörd məhbus edam edildi: Biri qadındır - FOTO
13:45, Bu gün
Həkimlərin əməliyyat görüntülərini paylaşması nə dərəcədə DÜZGÜNDÜR?
13:41, Bu gün
İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
13:39, Bu gün
Vəkil: “Azərbaycanın iddiası Ermənistanın 30 illik etnik təmizləmə kampaniyasına əsaslanır”
13:37, Bu gün
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı - FOTO
13:33, Bu gün
Sabah 32 dərəcə isti olacaq - PROQNOZ
13:29, Bu gün
Prezident: “Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır”
13:26, Bu gün
“Gəldim ki, uşaqları xəstəxanaya aparıblar- tez ora qaçdım... Cərrahın da adı Andranik idi...”
13:24, Bu gün
Prezident: “Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir”
13:21, Bu gün
Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edildi
13:19, Bu gün
“17 il ərzində 5 dəfə onu ölümün caynağından çıxartdım, deyirdi ki, yubileyimi görməyəcəm” - Sənətkarın qızı - FOTO + ÖZƏL
13:14, Bu gün
Polisin "saxla" əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
13:10, Bu gün
Azərbaycanın kirayənişinini BU 3 ÖLKƏ silahlandırır - Millət vəkilindən İLGİNC YAZI
13:05, Bu gün
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
13:01, Bu gün
Azərbaycanda genişzolaqlı internetin sürəti 38% artıb
12:59, Bu gün
BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir
12:55, Bu gün
Bərdədə narkomaniya və erkən nikahla mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib - FOTO
12:50, Bu gün
Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər”
12:47, Bu gün
Vidadi İsayev Bərdənin Qaradəmirçi kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
12:43, Bu gün
Laçın və Zabux sakinlərinə məşğul ola biləcəkləri 40-dan çox peşə təqdim edilib
12:40, Bu gün
Türkiyəli general: “Monitorinq Mərkəzi atəşkəsə nəzarət missiyasını uğurla davam etdirib”
12:37, Bu gün
İlham Əliyev: “COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək”
12:34, Bu gün
Almaniya kansleri: “Bakıda noyabrda keçiriləcək COP29 uğurlu olacaq” - YENİLƏNİB
12:30, Bu gün
Prezident: “Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik”
12:26, Bu gün
Rusiyalı general: “Ağdamdakı monitorinq mərkəzi üç ölkə hərbçilərinin uğurlu əməkdaşlığının nümunəsidir”
12:23, Bu gün
“COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır”
12:20, Bu gün
Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab: “Açıq siyasi sifarişdir”
12:18, Bu gün
Prezident: “Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var”
12:15, Bu gün
Kərim Vəliyev: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifələrinin öhdəsindən layiqincə gəldi”
12:12, Bu gün
İlham Əliyev: “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”
12:09, Bu gün
“Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir” - Kamaləddin Qafarov
12:05, Bu gün
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlandı - FOTO
12:00, Bu gün
COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşüb - FOTO
11:56, Bu gün
Bakıda təhlükəli anlar: Qaydaları pozub qəza törədən sürücü hadisə yerindən qaçdı - ANBAAN VİDEO
11:52, Bu gün
“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib - FOTO
11:47, Bu gün
Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO
11:42, Bu gün
Bu gün Mir Cəlal Paşayevin doğum günüdür
11:38, Bu gün
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü
11:33, Bu gün
Milli ideyaların yaranması istiqamətində UNEC-də növbəti ictimai müzakirə: "Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan" - FOTO
11:28, Bu gün
Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB
11:25, Bu gün
Azərbaycanda latın əlifbası ilə yazılan ilk əlyazmanın saxlanıldığı muzeydən REPORTAJ - FOTO
11:23, Bu gün
Ana 3 yaşlı qızını caduya görə öldürdü
11:20, Bu gün
XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub - FOTO
11:19, Bu gün
İranda dörd məhkum edam edilib
11:17, Bu gün
Yasamalda tikili və obyektlərin fasadlarında alkopanların söküntüsünə başlanıldı - SƏBƏB MƏLUM DEYİL - VİDEO
11:15, Bu gün
Ukrayna Silahlı Qüvvələrinin məşhur qadın snayperi öldürülüb
11:11, Bu gün
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
11:08, Bu gün
Bakıda evdə meyit tapılıb
11:00, Bu gün
Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik
10:55, Bu gün
Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür
10:52, Bu gün
Ukraynada sabiq nazir həbs edilib
10:49, Bu gün
Deputat: Azərbaycanda əlilliyin təyin edilməsi ilə bağlı boşluq var
10:48, Bu gün
İrəvan Ermənistan və Azərbaycan XİN başçılarının Qazaxıstanda görüş imkanlarını nəzərdən keçirir
10:41, Bu gün
Bu qidalar ömrü qısaldır - DİQQƏTLİ OLUN
10:39, Bu gün
Yunanıstan Ukraynaya silah verməyəcəyini bəyan edib
10:36, Bu gün
Polisin “saxla” əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
10:33, Bu gün
NİİM əhaliyə müraciət etdi - VİDEO
10:30, Bu gün
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
10:20, Bu gün
Ombudsmanın əlilliyi olan şəxslərin hüquqlarının qorunması ilə bağlı illik hesabat hazırlamağı təklif edilib
10:18, Bu gün
"Dalğa-2024" birgə taktiki təlimi başa çatıb - FOTO/VİDEO
10:15, Bu gün
NİİM əhaliyə müraciət etdi - VİDEO
10:12, Bu gün
36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb
10:12, Bu gün
ABŞ-də ilk dəfə insana süni ürək və donuz böyrəyi implantasiya edilib - FOTO
10:11, Bu gün
Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub - VİDEO
10:10, Bu gün
Azərbaycanlı futbol mütəxəssisi “Barselona”nın prezidenti ilə görüşdü - FOTO
10:08, Bu gün
Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var
10:05, Bu gün
Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyənin “TRT Avaz” kanalı ilə ortaq layihələr həyata keçirəcək
10:00, Bu gün
"Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək" - "Cümü"yə 18 il həbs verildi
10:00, Bu gün
Nazirlərin may ayında vətəndaş qəbulu cədvəli açıqlanıb - SİYAHI
09:55, Bu gün
Bu xroniki xəstəliklər xərçəngə çevrilə bilər
09:50, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda YENİLİK
09:46, Bu gün
Millət vəkilinə ağır itki
09:37, Bu gün
Gündə bir insanın yoxa çıxdığı ən təhlükəli ölkə - VİDEO
09:29, Bu gün
"iPhone" satışları rekord səviyyəyə düşüb
09:23, Bu gün
Aprelin sonu iki bürcə ciddi problemlər gətirəcək
09:18, Bu gün
Dəhşətli avtobus qəzası: 13 ölü, 40 yaralı var
09:11, Bu gün
Türkiyənin nüvə dövlətinə çevrilməsi niyə əngəllənir?
09:00, Bu gün
Azərbaycanda general vəfat etdi
08:47, Bu gün
Minsk NATO-ya qarşı - Yeni hərbi doktrina qəbul edildi
08:36, Bu gün
Rusiya irəli gedir, ABŞ isə 2 ölkədən qoşunlarını ÇIXARIR
08:24, Bu gün
Ermənistan azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”
08:11, Bu gün
Suraxanı və Binə qəsəbəsi illər əvvəl - NADİR GÖRÜNTÜLƏR - VİDEO
07:57, Bu gün
Arıqlamaq istəyənlər hansı meyvələrdən imtina etməlidirlər?
07:55, Bu gün
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
07:53, Bu gün
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
07:45, Bu gün
“Bir telefon zəngi...”- Sikorski Ukraynadakı müharibəni bitirməyin yolunu söylədi...
GÜNLÜK
25 Apr 2024 | 15:34
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
25 Apr 2024 | 14:45
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 14:47
Elzanın keçmiş əri kameradan qaçdı - VİDEO
25 Apr 2024 | 18:14
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
25 Apr 2024 | 17:40
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
25 Apr 2024 | 15:19
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:22
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 15:04
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
25 Apr 2024 | 16:58
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:42
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
AYLIQ
25 Apr 2024 | 15:34
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
25 Apr 2024 | 14:45
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 14:47
Elzanın keçmiş əri kameradan qaçdı - VİDEO
25 Apr 2024 | 18:14
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
25 Apr 2024 | 17:40
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
25 Apr 2024 | 15:19
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:22
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 15:04
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
25 Apr 2024 | 16:58
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:42
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO