"Prezident Aparatına həmin vaxtlar rus ordusu generallarının biri gedib biri gəlirdi" - TARİX
Hadisə
Oxunub: 4219
26 Apr 2019 | 22:01
Gələn ayın əvvəlində Şuşanın işğalının 27-ci ildönümünü hüznlə qeyd edəcəyik.

Moderator.az olaraq Milli Qvardiyanın keçmiş komandiri, həmin dövrdə ölkədə baş verən proseslərin içərisində olmaqla ölkənin siyasi palitrasına hamıdan yaxşı bələd olan polkovnik Əzizağa Süleymanovun silsilə yazılarını təqdim edəcəyik:

"1992-ci ilin mart ayının 6-da Ayaz Mütəllibov istefaya gedəndən sonra Ali Sovetinin sədri, ölkə prezidentinin səlahiyyətlərini icra edən Yaqub Məmmədov Daxili İşlər Naziri general-mayor Tofiq Kərimovu vəzifəsindən azad etməklə  özünə gələcəkdə böyük təhlükə hesab etdiyi Ali Sovetin sədr müavini Xalq Cəbhəsi təşkilatının idarə heyətinin üzvü Tamerlan Qarayevin, O cümlədən Tamerlan Qarayevin üzv olduğu Xalq Cəbhəsi təşkilatının əlindən silahlı güc mənbəyinin alındığını hesablamışdı. Daxili İşlər Naziri Tofiq Kərimov deyilənlərə görə Qarabağlı olaraq Respublika Ali Sovetinin sədir müavini Xalq Cəbhəsi təşkilatının idarə heyətinin üzvü Tamerlan Qarayevin dayısı idi. Tofiq Kərimovun keçmiş baş prokuror olmuş Abbas Zamanovla yaxın qohumluq əlaqəsi var idi. Abbas Zamanov həm də Tamerlan Qarayevin qayınatası idi. Bu amili nəzərə alan Ayaz Mütəllibov Tofiq Kərimovu Daxili İşlər Naziri vəzifəsinə təyin etmişdi. Bundan öncə - 1991-ci ilin noyabrın 13-də prezident Daxili İşlər Naziri vəzifəsində işləyən Məhəmməd Əsədovu Prezident aparatında yüksək vəzifəyə - müdafiə və dövlət təhlükəsizliyi məsələləri üzrə Dövlət müşaviri təyin etmişdi. 
      
Erməni millətçiləri ilə cəbhə bölgəsində yaranmış olan hərbi döyüş vəziyyəti günü gündən ağırlaşırdı. Vətənin müdafiəsinə cəlb edilən əsas güc mənbəyi ölkənin kasıb təbəqəsinin  balalarının üzərinə düşürdü. Düşünülməmiş plansız keçirilən Daşaltı əməliyyatı, Xocalı faciəsi, ölkə əhalisi arasında öz mənfi təsirini artıq göstərirdi. Dağlıq Qarabağ bölgəsində baş verən toqquşmalar, lokal məğlubiyyətlər, elə bil xalqda ruh düşgünlüyü əmələ gətirirdi. Dağlıq Qarabağ və ona bitişik olan ətraf rayonlar tez-tez erməni separtçılarının təxribatlarına məruz qalırdı. Ölkə daxili müxəlifət yönlü siyasi qüvvələr  Ayaz Mütəllibovun istefasından sonra hakimiyyəti ələ almaq üçün hər an fürsət gözləyirdilər.
      
Dövlət rəhbərliyində çaşqınlıq əmələ gəlmişdi. Sanki elə bil hökümət yox idi. Müxəlifət qüvvələri tərəfindən gündəlik dövlət rəhbərliyi əleyhinə mitinqlər təşkil edilirdi. Demək olar ki,  bütün siyasi qüvvələr ölkə daxilində yaranmış  bu çaxnaşmadan istifadə etmək istəyirdilər. Ölkə daxilindəki siyasi qüvvələr arasında Xalq Cəbhəsi təşkilatı xüsusi çəkiyə malik idi. Bu təşkilatın daxilində təşkilata rəhbərlik edən liderlər arasında fikir ayrılıqları olmasına baxmayaraq kütləvi şəkildə ölkə əhalisinin hakimiyyətə etimadsızlıq göstərməsi nəticəsində xalqa arxalanan bu təşkilat  hakimiyyəti ələ almaq üzrə idi. Sanki ölkədə iki hakimiyyətlik yaranmışdı. Dövlətə rəhbərlik edən şəxslər hakimiyyəti əldən vermək istəmirdilər. Prezident Aparatına həmin anlar rus ordusu generallarının biri gedib biri gəlirdi. Ən cox da Prezident Aparatına gəlib - gedən rus generalı Popov idi. Prezidentin səlahiyyətlərini icra edən Yaqub Məmmədov belə bir vəziyyətdə artıq dövləti idarə edə bilməyəcəyini başa düşürdü. Hakimiyyəti əldən verməmək üçün Yaqub Məmmədov da müəyyən variantlara əl atırdı. İqtidara yaxın olan siyasi qruplaşmalardan istifadə edirdi. O vaxt bütün bu hadisələr bizim gözümüzün qarşısında baş verirdi. Milli Qvardiya komandanının göstərişinə əsasən  Prezident Aparatının mühafizəsinə rəhbərlik etmək birbaşa mənə həvalə edilmişdi. Müxəlifətdə olan siyasi qüvvələr  dəstə-dəstə Prezident Aparatına gəlir, prezidentin vəzifəsini icra edən  Yaqub Məmmədova siyasi təzyiq göstərərək cürbəcür tələblər irəli sürürdülər. Onları Prezident Aparatı qarşısında mən qarşılayır, gedəndə də yola salırdım. Bir yandan da öz səlahiyyətlərini Ali Sovetin sədrinə verib istefaya gedən keçmiş prezident Ayaz Mütəllibovun tərəfdarları Ayaz Mütəllibovun istefasını qəbu etmək istəmirdilər. Onlar israrla Xocalı faciəsinin istintaqını tələb edirdilər. Ayaz müəllimin yenidən hakimiyyətə qayıtmasını qarşılarına məqsəd qoymuşdular. Ölkədə hər bir siyasi təşkilatın silahlı dəstəsi var idi. Ölkənin hər bölgəsində  gizli qruplaşmalar təşkil edilir, bu qruplaşmalar və bir çox siyasi təşkilatlar öz aralarında hakimiyyəti ələ almaq üçün gizli sövdələşmələr aparırdılar. Üzdə olmayıb arxada çox güclü təbliğat aparan siyasi qruplaşmanın biri də özlərini Heydər Əliyev tərəfdarları kimi qələmə verənlər idi. Onların əsas məqsədləri Azərbaycan Respublikasının Konistitutsiyasında əks olunan  prezident seçkisi ilə bağlı 65 yaş həddinin aradan götürülməsi tələbi idi. Bu maddə ölkə Konistitutusiyasında dəyişdirilərdisə böyük gücə malik bir siyasi təşkilat ölkə daxilində siyasi meydana çıxacaqdı.   

Milli Qvardiyanın yarandığı ilk gündən 4-5 zabit ştat cədvəli üzrə ölkə prezidenti tərəfindən vəzifələrə təyin edilmişdi. Onlardan da biri də mən idim. Milli Qvardiyanın ilk dəfə ölkə prezidenti tərəfindən təsdiq edilmış nizamnaməsinə əsasən Milli Qvardiyaçılara Milli Qvadiyaçı zabit hərbi rütbələri verilməyə başlanmışdı. Bundan əvvəl rütbəsindən asılı olmayaraq Qvardya sıralarına qəbul olunan hər bir şəxs Qvardiyaçı sayılırdı. Milli Qvardiya komandanını səlahiyyətləri ölkə prezidenti tərəfindən təsdiq edildikdən sonra komandanın əmrinə əsasən Qvardiyaçı zabit rütbəsi o şəxslərə verilirdi ki, həmin şəxs Milli Qvardiya komandanın əmrinə əsasən ştat cədvəli üzrə zabit vəzifəsinə təyin edilsin Milli Qvardiyanın nizamnaməsi. ölkə prezidenti tərəfindən təsdiq edildikdən sonra  Milli Qvardiyada ştat cədvəli üzrə zabit vəzifələrinə təyinatlar gedirdi.  Bu gündən etibarən komandanın əmri ilə Milli Qvardiyada xidmət edib vəzifəyə təyin edilən başqa zabitlərin hərbi rütbələri təsdiq edilirdi. Biz yenidən şəxsi heyətin hərbi hazlıq qabiliyyətini artırmaq üçün hərbi təlimlərə üstünlük vermişdik. 
 Bu ərəfələrdə hakimiyyət rəhbərliyinin göstərdiyi syasi, iqtisadi cəhdlərə baxmayaraq ölkənin daxilində siyasi vəziyyət heç cür sabitləşmirdi.  
      
Azərbaycan Respublikasından çıxıb getmək üzrə olan rus ordusu çox böyük səxavətlə əlində olan silahları ölkə daxilindəki siyasi qurumlara pulla satır, ya da onların üzvləri ilə gizli danışıqlara gedərək, hərbi hissələrin silah anbarlarına basqın olub deyə, əldən verirdilər. Bəzən də hərbi hissə komandirlərinin göstərişi ilə hərbi hissələrin silah anbarlarından çıxardılıb Rusiyaya aparılan silahların müəyyən hissəsi orada xidmət edən Azərbaycanlı zabit və gizirlərin vaxtında verdikləri məlumata əsasən  yeni yaranmış silahlı dəstə üzvlərinin köməkliyi ilə yollarda saxlanılaraq qənimət kimi götürülürdü. Azərbaycandan cıxıb getmək üzrə olan keçmiş Sovet ordusunun hərbi hissələrinin sıralarında xidmət edən Azərbaycan vətəndaşları olan zabit və gizirlər Azərbaycan höküməti dövlət orqanlarının rəhbərləri ilə deyil, birbaşa siyasi təşkilatların rəhbərləri ilə əlaqə saxlayır, Sovet ordusuna komandirlik edən zabitlərin silah və sursatla bağlı hərəkətləri barəsində onlara məlumat verirdilər. Bu yolla da həmin siyasi qüvvələr silahlı siyasi güc mərkəzinə çevrilirdi. Dövlət orqanlarının bəzi güc nazirliklərinin rəhbərləri də gələcəkdə öz siyasi karyeryasını qorumaq naminə hakimiyyətə müxalifətdə olan  siyasi müxəlifət qüvvələrinin rəhbərləri ilə isti münasibət quraraq rəhbərlik etdikləri dövlət orqanlarında xidmət edən əməkdaşları vasitəsi ilə əldə etdikləri silahla bağlı məlumatları ölkə rəhbərliyinə vaxtında məlumat vermir, separatçı mövqey tuturdular. Azərbaycan Respublikası ərazisində yerləşən keçmiş Sovet ordusunun silah və sursatı Azərbaycan hökümətinə təhvil verilməli idi. Bu işlə hökümət üzvülərinin səlahiyyətli nümayəndələri məşğul olmalı idilər. O cümlədəndə bu Müdafə Nazirinin borcu idi. Lakin hökümət üzvüləri, Xüsusən də müdafiə naziri siyasi oyunbaza çevrilmiş, dövlətə rəhbərlik edən prezidentin səlahiyətlərini yerinə yetirən Ali Sovetin sədri Yaqub Məmmədovun başı isə sökülməkdə olan  hökumət özəyinin bərpasına qarışmışdı.
  
Azərbaycan Respublikasının dövlət başçısı səlahiyyətlərini icra edən Ali Sovetin sədri Yaqub Məmmədov ölkə daxili və ölkə xarici siyasi sahədə yaranmış olan əhval ruhiyyənin təzyiqinə dözməyərək ölkə daxilində iqtidara qarşı yaranmış siyasi qüvvələr qarşısından geri çəkilməyə başlamışdı. Bunu hiss edən siyasi qüvvələr isə onun dövləti idarə etdiyi prezident aparatının kandarına günbəgün yaxınlaşırdılar. Yaqub Məmmədov idarə etdiyi hakimiyyətin ömrünü uzatmaq üçün bu siyasi qüvvələr arasında manevr edir, özünə tərəfdaş axtarırdı. Yaqub Məmmədov ölkənin idarəetməsində təcürbəsizlikdən səhvlərə yol verirdi. Xocalı şəhərinin ermənilər tərəfindən işğal edilməsindən sonra Ağdam rayonuna cəbhə bölgəsinə gedib, bir birinə düşmən kəsilən iki özünümüdafiə taborunun komandirini həbs etdirmək əvəzinə Ağdam rayonunun mərkəzi klubuna toplaşan insanların gözü qarşısında bu tabor komandirlərini barışdırmağa cəhd etməsi Yaqub müəllimin ölkə rəhbəri olaraq siyasi karyerasına ləkə salmış oldu. Onun bu barışdırıcı siyasəti Yaqub Məmmədovun dövlət rəhbəri kimi zəif xarakterə malik olduğunu üzə çıxarmış oldu. Bununla da Yaqub müəllim oturduğu iqamətgaha sarı siyasi qüvvələrin yolunu açmış olurdu. Özünə yeni  komanda formalaşdıra bilməyən Yaqub Məmmədotv keçmiş ölkə prezidenti Ayaz Mütəllibovun komandası ilə işləmək məcburiyətində qalmışdı.
 
Ardı var...
Oxşar xəbərlər
00:07, Bu gün
Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib
00:06, Bu gün
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
26 Apr 2024 | 23:56
Kişi, yoxsa qadın həkimlər daha yaxşıdır? - Tədqiqat
26 Apr 2024 | 23:38
Bayden həyat yoldaşı və qızının ölümündən sonra intihar barədə düşündüyünü deyib
26 Apr 2024 | 23:04
Avtosfer.az saytının 10 yaşı tamam oldu
26 Apr 2024 | 22:55
Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir - VİDEO
26 Apr 2024 | 22:48
Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO
26 Apr 2024 | 22:40
Qəribə yerişi ilə məşhurlaşan vəkil: "Əxlaqsız təkliflər alıram"(VİDEO)
26 Apr 2024 | 22:38
May ayının əvvəlində Qəzza sahillərində süni ada peyda olacaq
26 Apr 2024 | 22:32
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - RƏSMİ AÇIQLAMA
26 Apr 2024 | 22:29
Ermənistanda aksiyalar davam edir - VİDEO
26 Apr 2024 | 21:47
Bakcell ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
26 Apr 2024 | 21:44
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
26 Apr 2024 | 21:42
Bakı Marafonuna 15 mindən çox iştirakçı qoşulub
26 Apr 2024 | 21:36
Türkiyənin BMT-dəki yeni daimi nümayəndəsi vəzifəsinin icrasına başlayıb
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 21:20
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olundu
26 Apr 2024 | 21:15
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 21:02
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
26 Apr 2024 | 20:59
Yaxşı qarpız seçməyin ƏN SADƏ üsulu
26 Apr 2024 | 20:57
ABŞ-da İsrail əleyhinə etirazlar təhlükəli miqyas alıb
26 Apr 2024 | 20:57
KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb”
26 Apr 2024 | 20:54
KİV: Qəzza ilə bağlı Misir-İsrail görüşündə ciddi irəliləyiş əldə olunub
26 Apr 2024 | 20:54
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib
26 Apr 2024 | 20:43
Marketdəki bu qidalardan UZAQ DURUN – Tullantıdan hazırlanır
26 Apr 2024 | 20:41
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
26 Apr 2024 | 20:38
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 20:37
Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı
26 Apr 2024 | 20:24
Azərbaycan cüdoçusu Avropa çempionu olub
26 Apr 2024 | 20:22
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 20:20
Xanımlar DİQQƏT: Bu meyvənin tumu botoks effekti verir
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 20:12
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
26 Apr 2024 | 20:07
Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü
26 Apr 2024 | 20:05
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
26 Apr 2024 | 20:00
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 19:51
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
26 Apr 2024 | 19:50
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 19:43
Soydaşlarımız Berlində İlham Əliyevi “Qarabağ Azərbaycandır!” şüarı ilə qarşılayıblar - VİDEO
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 19:36
Azərbaycan və Qazaxıstan peşəkar hərbi kadrların yetişdirilməsini müzakirə etdi - FOTO
26 Apr 2024 | 19:30
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
26 Apr 2024 | 19:29
Xalq artisti konsertdə izdiham yaşatdı - VİDEO
26 Apr 2024 | 19:23
Azərbaycanda qeyri-adi yol nişanı - Rəsmi qurumlardan CAVAB: “Vaxtım yoxdur, əlimdə işim var” + FOTO
26 Apr 2024 | 19:12
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
26 Apr 2024 | 19:04
İranda qondarma “erməni soyqırımı” tədbirləri nədən xəbər verir? - VİDEO
26 Apr 2024 | 19:00
Moskvadan İrəvana məktub: “Ayıb olsun!”
26 Apr 2024 | 18:59
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:43
14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı
26 Apr 2024 | 18:36
Talıb Talenin toyu olacaq - VİDEO
26 Apr 2024 | 18:33
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 18:29
“Cümü”yə 18 il həbs verildi
26 Apr 2024 | 18:23
Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO
26 Apr 2024 | 18:18
Almaniya dövlət başçısı Prezident İlham Əliyevi qarşılayıb
26 Apr 2024 | 18:13
Sahil Babayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib - FOTO
26 Apr 2024 | 18:05
Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”
26 Apr 2024 | 18:00
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTOLAR
26 Apr 2024 | 17:57
Bakının bir rayonunda qaz kəsiləcək
26 Apr 2024 | 17:55
BDU tələbələri “Tullantıdan sənətə” muzeyində - FOTO
26 Apr 2024 | 17:52
“Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib - FOTO
26 Apr 2024 | 17:48
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
26 Apr 2024 | 17:46
Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək
26 Apr 2024 | 17:44
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
26 Apr 2024 | 17:38
Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO
26 Apr 2024 | 17:35
Sağlamlıq arayışının elektron formada veriləcəyi tarix açıqlandı - FOTO
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 17:28
Nazirdən həbs olunan müdirin yerinə TƏYİNAT
26 Apr 2024 | 17:24
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 17:20
Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO
26 Apr 2024 | 17:17
İranın bəzi əyalətlərini su basıb - VİDEO
26 Apr 2024 | 17:14
Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı - FOTO
26 Apr 2024 | 17:11
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
26 Apr 2024 | 17:08
İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirildi - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 17:05
Bakıda oğlunu öldürən ataya hökm oxundu
26 Apr 2024 | 17:00
Hava anomaliyaları: Apreldə yumurta ölçüsündə dolunun yağması normaldır?
26 Apr 2024 | 16:55
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
26 Apr 2024 | 16:49
Peskov: “Artıq Avropa ilə münasibətlərimizi yeni əsasda qurmalı olacağıq”
26 Apr 2024 | 16:46
Azərbaycan-Almaniya münasibətləri sürətli inkişaf dövründə: İlham Əliyevdən mühüm mesajlar - ŞƏRH + FOTO
26 Apr 2024 | 16:42
Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşdi - FOTO
26 Apr 2024 | 16:38
Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?
26 Apr 2024 | 16:35
Türkiyəli sosial fenomen azadlığa buraxıldı - FOTO
26 Apr 2024 | 16:32
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər
26 Apr 2024 | 16:28
Bu da Nura Surinin pilot qardaşı - VİDEO
26 Apr 2024 | 16:26
Azərbaycan Teymurilərlə mübarizədən də qalib çıxdı...-Akif Nağıdan tariximizə fərqli baxış
26 Apr 2024 | 16:24
Avropa Parlamenti Rusiya və İranla bağlı iki vacib qətnamə qəbul edib
26 Apr 2024 | 16:19
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - FOTO/VİDEO
26 Apr 2024 | 16:15
Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirildi - FOTO
26 Apr 2024 | 16:10
Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edəcək
26 Apr 2024 | 16:05
Xocalı al lalələrlə bəzənib - FOTO
26 Apr 2024 | 16:02
​Nazim Quliyev həbs edildi
26 Apr 2024 | 16:00
Ankaradan İrəvana yeni mesajlar: Ermənistan öz taleyini düşünməlidir - ŞƏRH + FOTO
26 Apr 2024 | 15:55
Nərimanov rayonunda beş kq narkotiklə saxlanılan şəxs həbs olundu - FOTO/VİDEO
26 Apr 2024 | 15:50
Baydenin xüsusi nümayəndəsinin müavini: “Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir” - MÜSAHİBƏ
26 Apr 2024 | 15:46
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib - FOTO
26 Apr 2024 | 15:42
BDU-da “Türk otağı” açılıb - FOTOLAR
26 Apr 2024 | 15:38
Prezident: “Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq”
26 Apr 2024 | 15:35
Fuad Muradov 7 kişini intim münasibətlə bağlı şantaj edib? - İş məhkəmədə
GÜNLÜK
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 00:39
Bakıda avtomobil aşıb: Xəsarət alanlar var
26 Apr 2024 | 01:01
Niderlandlı baş məşqçi “Liverpul”un onunla maraqlandığını təsdiqləyib
26 Apr 2024 | 01:02
ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır
26 Apr 2024 | 01:09
FHN bu stansiyada təlim keçirəcək
26 Apr 2024 | 07:53
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
26 Apr 2024 | 01:32
KİV: Müharibədən qayıtmış Rusiya hərbçiləri ümumilikdə 100-dən çox insanı qətlə yetiriblər
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 08:24
Ermənistan azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 00:39
Bakıda avtomobil aşıb: Xəsarət alanlar var
26 Apr 2024 | 01:01
Niderlandlı baş məşqçi “Liverpul”un onunla maraqlandığını təsdiqləyib
26 Apr 2024 | 01:02
ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır
26 Apr 2024 | 01:09
FHN bu stansiyada təlim keçirəcək
26 Apr 2024 | 07:53
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
26 Apr 2024 | 01:32
KİV: Müharibədən qayıtmış Rusiya hərbçiləri ümumilikdə 100-dən çox insanı qətlə yetiriblər
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 08:24
Ermənistan azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”