Son vaxtlar Qərb liderlərinin ölkəmizə və regiona səfərləri intensiv xarakter almağa başlayıb. Oktyabrın 20-də ABŞ prezientinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun da regiona səfəri gözlənilir.
Avropa və ABŞ rəsmilərinin regiona artan səfərləri nə ilə bağlıdır? Bu səfərlər regionun və eləcə də ölkəmizin gələcəyini hansı yöndə dəyişə bilər?
Moderator.az-a açıqlama siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev bu səfərlərin üst-üstə düşməsinin təsadüf olmadığını vurğuladı:
“Təsadüfi heç nə yoxdur. Hazırda dünyanın idarə edilməsində təkqütblülükdən çoxqütblülüyə keçid məsələsi gündəmdədir. ABŞ ötən əsrin 90-cı illərindən bəri “derjava” idisə, artıq həmin “derjava” çökmək üzrədir. Onu oyundan çıxardan əsas ölkə isə Çin və Rusiyadır. Hindistan da bu prosesə qoşulmaqdadır. Hindistanın Böyük Britaniya ilə ciddi problemləri var. Hindsitan vaxtiylə dünya sənayesinin 25%-ni verirdi. Lakin İngiltərənin işğalından sonra bu göstərici əəhmiyyətli dərəcədə aşağı düşdü.
İndi ABŞ oyun qaydalarını dəyişmək istəyir. Əgər ABŞ əvvəllər bunu əvvəllər sadəcə zor gücünə edirdisə, indi bunu diplomatiya gücünə etmək istəyir.
Qafqazın açar dövləti Azərbaycandır. Əgər Azərbaycanın Qarabağ problemi həll olunsa, ərazi bütövlüyü təmin olunsa, Azərbaycan Qərbin yanında olacaq. Orta Asiyanın da açar dövləti Azərbaycan sayılır. Azərbaycan və Qazaxıstan Türkiyə ilə yanaşı türk dünyasının mühüm dövlətləridir. Azərbaycan Avropa üçün daha yaxındır.
Merkeldən sonra Avropa siyasətini formalaşdıran Makrondur. O isə birmənalı şəkildə ABŞ-ın siyasətini yürüdür. Daha doğrusu, Rotşild bimənalı şəkilə Fransada məkanlaşıb. Rotşild isə Qafqazı ələ keçirmək siyasətini gündəmə gətirir. Gürcüstanda bu, fiaskoya uğradı. Ermənitanda da fiaskoya uğramaqdadır. Paşinyan seçimi uğursuzdur. Azərbaycan prezidenti isə peşkar olduğu üçün, ölkəmizi Ermənistanın vəziyyətinə sala bilmirlər. Bununla yanaşı, Azərbaycana həm təzyiq göstərir, həm də kökə siyasəti yürüdürlər. Kötəklə kökəni paralel şəkildə gündəmə gətirirlər.
Bu baxımdan səfərlərin intensivləşməsini təbii qəbul etmək lazımdır.
Azərbaycan öz maraqlaırna uyğun hərəkət edəcək. Qərbin Azərbaycanın ərazi bütövlüyünü təmin etmək imkanları mövcuddur. Əgər Qərb bunu gündəmə gətirib problemi həllinə nail olacaqsa, bundan həm də Avropa udacaq. Yox əgər bərpa etməyəcəksə, o zaman istər Rusiya, istər ABŞ, istərsə də Qərb olsun– bunların heç biri ölkəmiz üçün məxsusi bir önəm kəsb etməyəcək”.
Seymur ƏLİYEV