Əlirza Həbilov: “Əyyub Kərimov müsbət obraz idi” - MÜSAHİBƏ
Oxunub: 4119
18 May 2018 | 16:32
Əlirza Həbilov: “Əyyub Kərimov müsbət obraz idi”   - MÜSAHİBƏ

Bu gün mərhum hüquqşünas, “Femida” qəzetinin baş redaktoru Əyyub Kərimovun 60 illik yubileyidir. Moderator.az saytı olaraq tanınmış hüquqşünas Əlirza Həbilovla söhbətimizdə onun Əyyub bəylə bağlı fikirlərini, düşüncə və xatirələrini öyrənməyə çalışdıq.

 

-Əlirza bəy, bu gün mərum hüquqşünas və jurnalist Əyyub bəyin 60 illik yubileyidir. Maraqlıdır, Əyyub bəyi bir insan, bir hüquqşünas kimi necə xarakterizə edərdiniz?

 

-Mən öncə sizə minnətdarlığımı bildirmək istəyirəm ki, Əyyub bəy, onun ailəsi üçün əziz olan belə bir gündə onu yad edirsiniz. Bu əlamətdar günlə bağlı mənim düşüncəmi öyrənmək istədiyiniz üçün də sizə minnətdaram.

2 mart tarixi mənim arzulamadığım bir gün oldu. Mən martın 2-də Əyyub bəyin vəfatı ilə bağlı xəbəri eşidəndə çox sarsıldım. Bizim peşə fəaliyyəti ilə bağlı yaranmış münasibətlərimiz öz məcrasını dəyişərək dostluq məcrasına keçmişdi. Son illər Əyyub bəylə demək olar ki, müntəzəm olaraq görüşürdük. Əyyub bəy bir insan kimi müsbət bir xarakterə malik idi. O, nəyisə dəqiqləşdirmək, öyrənmək üçün fikir mübadiləsi aparmağa heç vaxt çəkinməzdi. Şəxsən mən hesab edirəm ki, istənilən bir insanın bilmədiyi şeyi soruşması, onu öyrənəyə cəhd etməsi həmin şəxsin böyüklüyünü göstəricisidir. O, həm hüquqşünas, həm də jurnalist kimi təcrübəyə malik bir insan idi. Mən onu adi şəxslərdən biri kimi qəbul etməmişəm. Əyyub bəyin özünəməxsus xarakteri var idi. Bu, təbii, doğal xarakter idi. O, dediyi fikirlərin üzərində dayanır, onları əsaslandırmağa çalışırdı. O, daxilən mötəbərliyinə inamadığı fikri ifadə etməzdi. Onun daha bir müsbət cəhəti əks-arqumentləri dinləmək və bu arqumentlər əsaslıdırsa, onu qəbul etmək bacarığı idi. O hər zaman deyirdi ki, əgər siz mənim dediyimin əksini iddia edirsinizsə, o zaman məni bu fikrin doğruluğuna inandırın. Əgər inandıra bilsəniz, mən də  bu fikri qəbul edəcəm.

 

-Əyyub bəyin məhkəmə proseslərində davranış tərzi, qarşı tərəfə yanaşma forması haqqında nə deyə bilərsiniz?

 

-Bilirsiniz, bəzən bizdə Avropadan fərqli olaraq çox zaman vəkillərin mövqeyi müvəkkillərinin mövqeyi ilə eyniləşdirilir. Hətta təcrübədə məhkəmə prosesindən çıxandan sonra vəkilin bıçaqlanması və s. kimi hallar var. Hesab edirəm ki, bunlar zaman keçdikcə yoluna düşəcək. Əyyub Kərimov isə çıxdığı proseslərdə qarşı tərəfə məhz inkişaf etmiş ölkələrin vətəndaşlarının prizması baxımından yanaşırdı. O, heç vaxt qarşı tərəfi nə təhqir etməz, nə də qarşı tərəflə bağlı kobud ifadə işlətməzdi. Bu, onun mədəniyyətindən irəli gələn bir şey idi.

Hesab edirəm ki, bu, onun bünövrəsinin sadə, zəhmətkeş ailə ilə bağlı olmasından irəli gəlirdi. Məhz buna görə onun xarakteri bu qədər təmiz və gözəl idi. O, həqiqətən də sadə insan idi.

 

-Əlirza bəy, bildiyiniz kimi Əyyub Kərimov həm də şeirə, ədəbiyyata bağlı bir şəxs idi. Son vaxtlar sosial şəbəkə və mətbuatda onun anasından bəhs edən şeirinin videosu da geniş yayılıb. Sizcə bu video həm də onun daxili dünyasının real təcəssümü hesab edilə bilərmi?

 

-Təbii ki, elədir. Bu video isə mənə daha doğmadır.  Bilirsiniz, bizim onunla söhbətimiz hər zaman ancaq öz daxili dünyamızla bağlı olub. Onunla heç vaxt başqa məsələlərin müzakirəsini aparmamışıq. Həmin görüşlərdən biri də 1 dekabr 2017-ci il tarixinə, mənim doğum günümə təsadüf edir. Ə.Kərimov ad günümlə bağlı “Lido” restoranında öz anasına yazdığı şeiri mənim xahişimlə deyib. O, bilirdi ki, mən bu şeiri böyük hörmət və maraqla dinləyirəm. O, bu şeiri mənə hədiyyə kimi ad günümdə səsləndirdi. Onu “Təzadlar” qəzetinin baş redaktoru hörmətli Asif Mərzili çəkib və yayımlayıb. Mən hər dəfə bu vidoya baxanda elə bil ki, bütün həyatım, keçmişim gözümün önündən gəlib keçir. Çox istərdim ki, bu gün Əyyub bəy sağ olardı və öz ad gününü yaxınlarının çevrəsində qeyd edərdi. Lakin bu bir qismətdir və biz hamımzız taleyimizlə barışmağa məcburuq.

 

-Əyyub bəy öz gələcək planları haqqında sizə nə isə demişdimi? Sizcə onun gələcəklə bağlı hansı planları vardı?

 

-Onun qarşıda ailəsi, övladları ilə bağlı görəcəyi işlər çox idi. O, mənimlə söhbətində deyirdi ki, öz xatirələri üzərində işləyir. Ayrı-ayrı tanınmış şəxsiyyətlərlə də müsahibələr hazırlayırdı. Məqsəd onları dərc etmək idi. Təəssüflər olsun ki, bütün bunlar yarımçıq qaldı.

Mən bir daha sizin vasitənizlə Əyyub bəyin ailəsini onun doğum günü münasibəti ilə təbrik edirəm. Çünki o insan bu gün həyatda olmasa da, onun həyatda çox böyük fəaliyyəti olub. Onun həyatda qoyub getdiyi iki övladı var. Bundan sonra bu ailənin yükünü onun həyat yoldaşı və atasının adını daşıyan övladı çəkmək məcburiyyətindədir. Allah onlara kömək olsun!

 

-Onu bir jurnalist kimi necə dəyərləndirərdiniz?

 

-O, müsbət obraz idi. Onu başqa cür qiymətləndirmək ədalətsizlik olar. Ola bilsin ki, bir şəxsin, xüsusilə də jurnalistin fikirləri ilə razılaşmayan çox adam ola bilər. Ancaq bu məsələdə tərəfləri kimsənin qınamağa haqqı yoxdur. Çünki hər kəsin özünəməxsus baxışı, düşüncə tərzi var. Odur ki, bu fikirlərlə razılaşıb-razılaşmamaq məsələsi fərdidir. Mən görməmişəm ki, Ə.Kərimov jurnalistikaya xas olmayan, qəbul edilməyən hansısa ikili mövqe tutsun. Kiminsə barəsidə bir müddət bir cür, sabahsa başqa cür yazsın. Bunlar Ə.Kərimova xas olan xüsusiyyət deyildi. O, yazdığı, dediyi fikrə görə məsuliyyəti də qəbul etməyə hazır idi. Ancaq jurnalist olaraq öz yazdığı ilə bağlı təkzib vermək, bildiyim qədəri ilə onun jurnalistika fəaliyyətində olmayıb. Onun dostluq etdiyi, münasibət saxladığı insanlaırn heç biri təsadüfi adamlar olmayıb. Məsələn, mən onin dilindən dəfələrlə sizinlə bağlı, jurnalist Seymur Əliyevlə bağlı hər zaman müsbət fikirlər eşitmişəm. Onun siyahısında təriflədiyi, dəyər verdiyi insanların sayı çox deyildi. Bu adamlaırn sayı az idi və qeyd etdiyim kimi, sizin adınızı da tez-tez onun dilindən eşitmişəm. Dünən axşamüstü siz mənə zəng edəndə mən sözün düzü çox şad oldum ki, onun verdiyi dəyər özünü bir daha təsdiq etdi. Bu gün siz təşəbbüsçüsünüz ki, onun haqqında fikirlər söylənilsin və siz bu fikirləri ictimaiyyətə çatdırasınız.

 

-Əyyub bəylə bağlı tez-tez xatırladığınız, yada saldığınız hansısa bir hadisə, bir olay varmı?

 

-Təbii ki, var. Məsələn, bir dəfə Ali Məhkəmədə Əyyub bəyin şikayəti əsasında sizə məlum olan məsələ ilə bağlı işə baxılırdı. Mən gördüm ki, zala daxil olanda Əyyub bəyin yanında iki cavan uşaq da var. Onlardan biri qız, digəri isə oğlan idi. Mən düzü fikirləşdim ki, yəqin Əyyub bəy ATƏT-in, yaxud hansısa digər beynəlxalq təşkilatın nümayəndəsini də dəvət edib.

Biz Əyyub bəylə görüşdük və zalda yanaşı oturduq. Əyyub bəylə gələn şəxslər isə arxada əyləşdi. Məhkəmə bizim çıxışlarımızı dinlədikdən sonra müşavirəyə getdi. Məhkəmə müşavirəyə gedəndə Əyyb bəy mənə yaxınlaşdı və  dedi ki, Əlirza müəllim, bilirsiniz bu uşaqlar kimdir? Dedim yəqin jurnalist, yaxud da hansısa təşkilatın nümayəndələridir. Dedi ki, yox,  Əlirza müəllim, onlar mənim övladlarımdır. Biri qızım, digəri isə oğlumdur. Sözün düzü, mən Əyyub bəyə iradımı bildirdim. Dedim ki, belə bir məhkəmə prosesinə övladları gətirmək düzgün deyil. O, isə bildirdi ki, uşaqların özləri məhkəmədə iştirak etməyə maraq göstərib.

Əyyub bəy məhkəmədəki çıxışı zamanı mənimlə bağlı müəyyən fikirlər söylədi. Mən ona heç bir reaksiya vermədim. Bu hadisənin üstündən 3-4 gün keçmişdi. Əyyub bəy mənə zəng etdi. Dedi ki, sizinlə görüşmək istəyirəm. Biz görüşdük. O, mənə dedi ki, bilirsən, neçə gündür ki, mən uşaqların yanında çox çətin vəziyyətdə qalmışam. Soruşdum ki, niyə? Dedi ki, uşaqlar mənə deyir ki, ata, sən Əlirza müəllimə qarşı düz eləmədin. Mən dedim ki, Əyyub, bu sözü hər adam gəlib deməz ha... Bu sənin böyüklüyündür. Sonralar onun övladları ilə görüşən zaman da Əyyub bəy dedi ki, bax bu həmin uşaqlardır ki, onlar məni yox, səni müdafiə etdilər. Mənsə qeyd etdim ki, belə təmiz əqidəli, sağlam ruhlu övladlar böyütdüyün üçün sənə minnətdaram. Görün o, nə qədər müsbət obrazlı şəxs idi ki, uşaqlarının etirazını mənimlə bölüşürdü. Etiraf özü böyüklüyün bir əlamətidir. Onda bu əlamətlər var idi. Mən bütün bu qeyd etdiklərimlə bərabər şəxsən sizə də öz minnətdarlığımı bildirirəm. Çox sağ olun ki, siz Əyyub bəyi bu gün də - o həyatda olmadığı gündə də yad edirsiniz.  Əslində, bu da sizin böyüklüyünüzdür.

 

Seymur Əliyev

 

 

 

Oxşar xəbərlər
00:51, Bu gün
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR + YENİLƏNİB/VİDEO
00:47, Bu gün
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
00:46, Bu gün
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
00:07, Bu gün
Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib
00:06, Bu gün
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
26 Apr 2024 | 23:56
Kişi, yoxsa qadın həkimlər daha yaxşıdır? - Tədqiqat
26 Apr 2024 | 23:38
Bayden həyat yoldaşı və qızının ölümündən sonra intihar barədə düşündüyünü deyib
26 Apr 2024 | 23:04
Avtosfer.az saytının 10 yaşı tamam oldu
26 Apr 2024 | 22:55
Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir - VİDEO
26 Apr 2024 | 22:48
Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO
26 Apr 2024 | 22:40
Qəribə yerişi ilə məşhurlaşan vəkil: "Əxlaqsız təkliflər alıram"(VİDEO)
26 Apr 2024 | 22:38
May ayının əvvəlində Qəzza sahillərində süni ada peyda olacaq
26 Apr 2024 | 22:32
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - RƏSMİ AÇIQLAMA
26 Apr 2024 | 22:29
Ermənistanda aksiyalar davam edir - VİDEO
26 Apr 2024 | 21:47
Bakcell ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
26 Apr 2024 | 21:44
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
26 Apr 2024 | 21:42
Bakı Marafonuna 15 mindən çox iştirakçı qoşulub
26 Apr 2024 | 21:36
Türkiyənin BMT-dəki yeni daimi nümayəndəsi vəzifəsinin icrasına başlayıb
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 21:20
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olundu
26 Apr 2024 | 21:15
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 21:02
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
26 Apr 2024 | 20:59
Yaxşı qarpız seçməyin ƏN SADƏ üsulu
26 Apr 2024 | 20:57
ABŞ-da İsrail əleyhinə etirazlar təhlükəli miqyas alıb
26 Apr 2024 | 20:57
KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb”
26 Apr 2024 | 20:54
KİV: Qəzza ilə bağlı Misir-İsrail görüşündə ciddi irəliləyiş əldə olunub
26 Apr 2024 | 20:54
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib
26 Apr 2024 | 20:43
Marketdəki bu qidalardan UZAQ DURUN – Tullantıdan hazırlanır
26 Apr 2024 | 20:41
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
26 Apr 2024 | 20:38
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 20:37
Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı
26 Apr 2024 | 20:24
Azərbaycan cüdoçusu Avropa çempionu olub
26 Apr 2024 | 20:22
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 20:20
Xanımlar DİQQƏT: Bu meyvənin tumu botoks effekti verir
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 20:12
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
26 Apr 2024 | 20:07
Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü
26 Apr 2024 | 20:05
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
26 Apr 2024 | 20:00
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 19:51
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
26 Apr 2024 | 19:50
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 19:43
Soydaşlarımız Berlində İlham Əliyevi “Qarabağ Azərbaycandır!” şüarı ilə qarşılayıblar - VİDEO
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 19:36
Azərbaycan və Qazaxıstan peşəkar hərbi kadrların yetişdirilməsini müzakirə etdi - FOTO
26 Apr 2024 | 19:30
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
26 Apr 2024 | 19:29
Xalq artisti konsertdə izdiham yaşatdı - VİDEO
26 Apr 2024 | 19:23
Azərbaycanda qeyri-adi yol nişanı - Rəsmi qurumlardan CAVAB: “Vaxtım yoxdur, əlimdə işim var” + FOTO
26 Apr 2024 | 19:12
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
26 Apr 2024 | 19:04
İranda qondarma “erməni soyqırımı” tədbirləri nədən xəbər verir? - VİDEO
26 Apr 2024 | 19:00
Moskvadan İrəvana məktub: “Ayıb olsun!”
26 Apr 2024 | 18:59
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:43
14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı
26 Apr 2024 | 18:36
Talıb Talenin toyu olacaq - VİDEO
26 Apr 2024 | 18:33
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 18:29
“Cümü”yə 18 il həbs verildi
26 Apr 2024 | 18:23
Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO
26 Apr 2024 | 18:18
Almaniya dövlət başçısı Prezident İlham Əliyevi qarşılayıb
26 Apr 2024 | 18:13
Sahil Babayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib - FOTO
26 Apr 2024 | 18:05
Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”
26 Apr 2024 | 18:00
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTOLAR
26 Apr 2024 | 17:57
Bakının bir rayonunda qaz kəsiləcək
26 Apr 2024 | 17:55
BDU tələbələri “Tullantıdan sənətə” muzeyində - FOTO
26 Apr 2024 | 17:52
“Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib - FOTO
26 Apr 2024 | 17:48
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
26 Apr 2024 | 17:46
Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək
26 Apr 2024 | 17:44
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
26 Apr 2024 | 17:38
Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO
26 Apr 2024 | 17:35
Sağlamlıq arayışının elektron formada veriləcəyi tarix açıqlandı - FOTO
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 17:28
Nazirdən həbs olunan müdirin yerinə TƏYİNAT
26 Apr 2024 | 17:24
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 17:20
Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO
26 Apr 2024 | 17:17
İranın bəzi əyalətlərini su basıb - VİDEO
26 Apr 2024 | 17:14
Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı - FOTO
26 Apr 2024 | 17:11
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
26 Apr 2024 | 17:08
İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirildi - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 17:05
Bakıda oğlunu öldürən ataya hökm oxundu
26 Apr 2024 | 17:00
Hava anomaliyaları: Apreldə yumurta ölçüsündə dolunun yağması normaldır?
26 Apr 2024 | 16:55
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
26 Apr 2024 | 16:49
Peskov: “Artıq Avropa ilə münasibətlərimizi yeni əsasda qurmalı olacağıq”
26 Apr 2024 | 16:46
Azərbaycan-Almaniya münasibətləri sürətli inkişaf dövründə: İlham Əliyevdən mühüm mesajlar - ŞƏRH + FOTO
26 Apr 2024 | 16:42
Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşdi - FOTO
26 Apr 2024 | 16:38
Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?
26 Apr 2024 | 16:35
Türkiyəli sosial fenomen azadlığa buraxıldı - FOTO
26 Apr 2024 | 16:32
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər
26 Apr 2024 | 16:28
Bu da Nura Surinin pilot qardaşı - VİDEO
26 Apr 2024 | 16:26
Azərbaycan Teymurilərlə mübarizədən də qalib çıxdı...-Akif Nağıdan tariximizə fərqli baxış
26 Apr 2024 | 16:24
Avropa Parlamenti Rusiya və İranla bağlı iki vacib qətnamə qəbul edib
26 Apr 2024 | 16:19
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - FOTO/VİDEO
26 Apr 2024 | 16:15
Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirildi - FOTO
26 Apr 2024 | 16:10
Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edəcək
26 Apr 2024 | 16:05
Xocalı al lalələrlə bəzənib - FOTO
26 Apr 2024 | 16:02
​Nazim Quliyev həbs edildi
26 Apr 2024 | 16:00
Ankaradan İrəvana yeni mesajlar: Ermənistan öz taleyini düşünməlidir - ŞƏRH + FOTO
26 Apr 2024 | 15:55
Nərimanov rayonunda beş kq narkotiklə saxlanılan şəxs həbs olundu - FOTO/VİDEO
26 Apr 2024 | 15:50
Baydenin xüsusi nümayəndəsinin müavini: “Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir” - MÜSAHİBƏ
26 Apr 2024 | 15:46
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib - FOTO
GÜNLÜK
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 07:53
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 08:24
Ermənistan azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”
26 Apr 2024 | 06:37
İsrail bombardmanından sonra 1 yaşlı uşağın üzünə 200 tikiş qoyuldu və əli kəsildi...-VİDEO
26 Apr 2024 | 06:56
Onu çiy yemək lazımdır: Həkim çuğundurun  kişilərə təsirini açıqladı
26 Apr 2024 | 06:20
Hər gün südlü çay içən qadın böyrəyini itirmək  təhlükəsi ilə üzləşib
26 Apr 2024 | 07:45
“Bir telefon zəngi...”- Sikorski Ukraynadakı müharibəni bitirməyin yolunu söylədi...
26 Apr 2024 | 07:00
Trampın komandası həmin dövlətləri SƏRT CƏZA İLƏ HƏDƏLƏDİ
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 07:53
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 08:24
Ermənistan azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”
26 Apr 2024 | 06:37
İsrail bombardmanından sonra 1 yaşlı uşağın üzünə 200 tikiş qoyuldu və əli kəsildi...-VİDEO
26 Apr 2024 | 06:56
Onu çiy yemək lazımdır: Həkim çuğundurun  kişilərə təsirini açıqladı
26 Apr 2024 | 06:20
Hər gün südlü çay içən qadın böyrəyini itirmək  təhlükəsi ilə üzləşib
26 Apr 2024 | 07:45
“Bir telefon zəngi...”- Sikorski Ukraynadakı müharibəni bitirməyin yolunu söylədi...
26 Apr 2024 | 07:00
Trampın komandası həmin dövlətləri SƏRT CƏZA İLƏ HƏDƏLƏDİ