Siyasi şərhçi Elxan Mehdiyev: “Torpaqları azad etmək üçün tarixi an yetişir”
Oxunub: 3903
27 Apr 2018 | 10:10
Siyasi şərhçi Elxan Mehdiyev:  “Torpaqları azad etmək üçün tarixi an yetişir”
"...Erməni cəmiyyətinin Sarkisyan xəstəliyindən hələ sağalması  çətindir”.

Moderator.az Ermənistanda baş verən hadisələri şərh etmək üçün konfliktoloq Elxan Mehdiyevdən müsahibə götürüb. 

Müsahibəni təqdim edirik:

- Elxan bəy, Ermənistandakı durumu necə dəyərləndirirsiniz?

- Serj Sarkisyan höküməti Qarabağdakı keçmiş terrorçulardan, başkəsənlərdən, hərbi cinayətkarlardan, Xocalıda insanlığa qarşı cinayət törədənlərdən ibarət bir qrupun iradəsi ilə idarə olunurdu. Bu adamlar həm parlament və hökümətdə,həm də güc strukturları - polis və kəşfiyyatda  yerləşiblər. Əsasən də keçmiş Dağlıq Qarabağ vilayətindən olan adamlardır. Digərləri böyük həcmdə mülkiyyətə sahibdirlər. Pasinyan onları süpürüb atmaq istəyir. Onlar isə 20 ildən artıqdır ölkəyə nəzarət edirlər. Paşinyanın onlarla mübarizəsi heç də asan olmayacaq. Eyni zamanda Sarkisyanın adamları orduda da mühüm yerləri tuturlar. Bu baxımdan hələ orada çox hadisələr baş verəcək. Paşinyan yeni parlament seçkiləri tələb etməkdə israrlı görünür. Onun seçkilərə qədər baş nazir olması da indiki dönəmdə bir nömrəli məsələdir. Mövcud müvəqqəti baş nazir isə məsələni fırladıb yeni seçkilərə qədər baş nazir qalmaq üçün addımlar atır və rejimi xilas etməyə çalışır. Nəticədə Pasinyan hərəkatı indi Sarkisyanın partiyasının və Karapetyanın tamamilə hakimiyyətdən getməsini tələb edir. İndiki durum Sarkisyanın istefasından öncəki durumdan daha da təhlükəli mərhələyə girmişdir və Rusiya və Amerikanın orada canfəşanlığı da bununla bağlıdır. Hər iki dövlət daha çox Karen  Karapetyana meyl edirlər, amma, sonucda K.Karapetyan da rüsvayçılıqla Rusiyaya qaçacaq. 

Movcud vəziyyətdən çıxış yolu kimi Paşinyan özünün baş nazir olmasını görür. Lakin onun da baş nazir olmasının həm müsbət və həm də, daha çox mənfi tərəfləri vardır. Mənfi odur ki,o baş nazir olarsa, o zaman köhnə klan onun işini sabotaj edib seçkilərə qədər nüfuzdan salmağa çalışacaq. Belə olduqda Paşinyan sərt tədbirlər görməsə irəliyə gedə bilməyəcək, amma onun demokratik şüarlarla gəlib sərt tədbirlər görməsi də çətin olacaq. Nəticədə onun nüfuzu azalacaq. Karen Karapetyan qalsa  iki-hakimiyyətlilik olacaq və sonucda yenə də zəif hakimiyyət və talançılıq hökm sürəcək. Ona görə də Ermənistan hələ bir müddət qeyri-stabil mühitdə olacaq. Ermənistan müstəqillik qazandıqdan  bəri ən ağır duruma düşüb və hakimiyyət daha da zəifləyəcək. 

- Sizcə Azərbaycan bu durumda nə etməlidir?

- Ermənilərin indiki durumda qorxduqları ancaq Azərbaycandır. Azərbaycanın hücuma keçib torpaqları geri alması qorxusudur.  Bəli, Azərbaycan üçün tarixi məqam yetişir. Bu məqamı da ermənilər özləri yetişdirir. Azərbaycanın bu günə qədər hərbi addım atmaması düzgün addım idi. Yoxsa belə addım Sarkisyanın yeganə xilası olacaqdı. Amma indi tarixi an yaxınlaşır və yetişir. Azərbaycanın bu tarixi məqamdan necə istifadə edəcəyi ağıl, iradə, qətiyyət və vaxtında qəti qərar verməkdən asılı olacaq. Həmən məqam buraxılsa, hadisələrin arxasınca sürünülsə, bu millət “əlvida torpaqlar” deməlidir. Çünki, yeni hakimiyyət də özünə gələn kimi torpaqlardan çıxmamaq kursunu götürəcək. Necə ki, Sarkisyan 2016 Apreldən sonra belə etdi.  Düşünürəm ki, Azərbaycanda hər kəs belə düşünür.  Azərbaycanı burada nə Minsk Qrupu ,nə Rusiya, nə Amerika ilgiləndirməli deyil. Vətənini azad etmək istəyən şəxs bu haqda düşünməz. Düşünürsə onun üçün Vətən adlı bir şey yoxdur.  Azərbaycan ordusu, onun kəşfiyyat strukturları indi 24 saat çalışmalıdır. Qəti addım üçün tam hazır vəziyyətdə olmalıdır. Həmən addım vaxtında atılmasa Azərbaycan məğlub olacaq. 1993 –cü ildə ermənilər bizim torpaqları siyasi xaosdan istifadə edib tutdular, indi isə Ermənistanda həmən an yetişir.O zaman tarix ermənilər üçün işlədi, indi isə bizim üçün işləyir və o an yetişir.

- Elxan bəy, ATƏT Minsk Qrupu həmsədrlərinin son bəyanatını necə şərh edərdiniz? 

- Yuxarıda  qeyd etdiyim ki, Ermənistan qorxu içindədir. Xarici işlər naziri Nalbandyan bütün xarici səfirlikləri nazirliyə yığıb yalvarır ki, onların ölkələri Azərbaycana təsir və təzyiq etsin. ATƏT həmsədrlərinə və Rusiyaya təcili teleqramlar göndərib. Aprelin 24-də Baş Nazir vəzifəsini icra edən K. Karapetyan da Ermənistandakı xarici səfirləri  qəbul edib ve eyni mesajları onlara vererək Azərbaycanı durdurmağa çağırır.  Minsk Qrupu isə neçə illərdir onların başını sığallayır və bu bəyanat da oradan qaynaqlanır.

Minsk Qrupunun bəyanatı Azərbaycanı torpaqlarını azad etməkdən çəkindirməyə yönəlib. Buna həm də erməni ağzi ilə danışmaq deyirlər. Heç bir yoxlanmamış fakta arxalanmadan erməni videosu əsasında bu cür bəyənat vermək, guya ki, Azərbaycanı çəkindirməyə yönəlib. Azərbaycan rəhbərliyi  bu həmsədrlərdən bir şeyi soruşmalıdır:yaxşı, erməınilər hücum edib bizim torpaqları tutsa,qalan kəndləri də xarabaya çevirsə, o zaman həmən həımsədrlər erməninin qarşısını alacaqlarmı? Onlarla döyüşəcəklərmi?  Əksinə, Azərbaycan indiki dönəmdə təmas xəttinə daha böyük silah,sursat və texnika yığmalıdır və bunu açıq bəyan etməlidir. Çünki qarşı tərəfdə tam qeyri sabitlikdir, ordusunda qeyri-müəyyənlikdir və Azərbaycanın yaşayış məntəqələri tam da atəşkəs xəttinin yanındadır və əhalinin təhlükəsizliyi  ən azından ehtiyat tədbirləri görməyi tələb edir...

Minsk qrupu yaranandan Azərbaycan torpaqlarının işğalı sürətləndi. 1993-cü ildə ermənilər Azərbaycanı işğal edəndə Minsk qrupu nə deyirdi. Sadəcə müşahidə edirdi və əksinə ermənilər torpaqları işğal etdikləri günlərdə Azərbaycanı danışıqlara salıb beynəlxalq ictimaiyyəti  “ tərəflər danışırlar” deyərək aldadıb çaşdırır və işğalı pərdələyirdi.  20 il sonra isə Minsk qrupu ortaya üç prinsip qoymaqla torpaqların azad edilməsini elə bir  çuxura salmışdır ki, buradan dinc yolla çıxmaq mümkün deyil....  Ermənistanın sülh yolu ilə torpaqlardan çıxmaq istəmədiklərini İlham Əliyev dəfələrlə bildirib.

- Sizcə dinc yolla, yeni erməni hakimiyyəti ilə bu işi həll etmek mümkündürmü?

- Bilirsiz, burada məsələnin iki tərəfi var. Bir tərəfdən qatil Sarkisyanın getməsi  vəziyyəti rasional olaraq kökündən dəyişir. Çünki hakimiyyət və hakimiyyətdəkilər bu caninin iradəsinə tabe idi və onların da torpaqlardan çıxmaq fikirləri yok idi. Danişiqlara getməklə də işğalı uzatmaq, işğal ərazilərini məskunlaşdırmaq və bu işi 25 il uzatdıqları kimi qeyri - müəyyənliyə qədər də uzatmaq və sonucda torpaqların əksər hissəsini və ən azı Kəlbəcər ve Lacını da Ermenistana qatmaqdır.  Sarkisyan butun bunları açıq söyləyirdi. O deyirdi ki,” həll məni maraqlandırmır, əsas məsələ odur ki, Qarabağ ve bu gədər rayonlar bizim əlimizdədir”. “ Biz bu məsələni həll etmişik və bu ərazilər bizim vətənimizdir”-deyirdi. Sarkisyanın həyatda qalması ancaq işğalla bağlı idi. Bu onun şəxsi davası idi. Onun getməsi bir çirkab yuvasının Ermənistandan və bölgədən kəsilib atılmasına bənzəyir. 

Mən heç də demirəm ki, Paşinyan sülh üçün özünü qurban verəcək əksinə hakimiyyətə gələrsə, bir dönəm daha da radikal mövqe sərgiləyəcək. Amma ölkəsinin gələcəyi və qurmaq istədiyi iqtisadiyyatı Türkiyə və Azərbaycanla münasibətlərdən asılıdır. Bunu Ter-Petrosyan açıq şəkildə deyir. Əgər o da bu yolu tutarsa, o zaman torpaqlardan çıxmalıdır. Belə etdiyi halda da daxili siyasətlə üzləşəcək, çünki erməni cəmiyyətinin Sarkisyan xəstəliyindən hələ sagalması da çətindir. Məsələn, Nikol Pasinyan  parlament seçkilərinə getsə və seçimləri udsa da, parlamentdə koalisyon höküməti olacaq. Onun böyük siyasi təşkilatlanmış quvvəsi yoxdur ki, təkbaşına parlamenti idarə etsin ve güclü baş nazir olsun. Azad seçki nəticəsində cəmiyyətin bütün təbəgələri seçimə qoşulacaq və düşünürəm ki, gələcəkdə o baş nazir olsa da koalisiyalı olacaq. Bu zaman sülh danışıqları da davam edəcək və danışıqlar da parlament müzakirəsi mövzusu olacaq. Lap tutaq ki, Azərbaycanla razılığa gəldilər, o zaman o müqaviləni demokratik parlamentdən necə keçirəcək? Onun rəgibləri və indiki Sarkisyançılar ( onsuz da o da birazdan güc toplayacaq) ayaga qalxıb: “bu satqin Qarabağı Azərbaycana satdı”- deyəcək və onu devirməyə çalışacaq və bu işdə də xalq da ona qarşı çıxacaq. Necə olacaq sülh müqaviləsi o zaman?. Əksinə onun işi daha çətin olacaq. Onun işi cəhənnəmə, bizim torpaqlar da Ermənistanın artıq daxili siyasətinin məsələsinə çevriləcək, işğal davam edəcək. Digər tərəfdən,milli dövlət sistemi seçki yolu ilə dəyişən demokratik sayılan millətçi ölkələrdə bu cür məsələlər həll olunmur. Buna İsrail, Yunanıstan elə ən yaxın nümunədir.

Hadisələrin bu cür gedişinə həmən həmsədrlər və ya demokrtaik institutlar da normal yanaşacaq. Ermənistanda demokratik debatlar gedir- deyəcəklər. .Bu baxımdan şərəfinə sağlıq dediyimiz həmsədrlər də - “orası bir demokratik parlamentdir, razılıq olmalıdır”- deyib Azərbaycana daha da təzyiq edəcək və daha bir 20 il də belə sürüyəcəklər.

- Bəs, nə etmək lazımdır ki, proses normal istiqamətdə getsin?

- O zaman bu işlər normal istiqamətdə gedər ki,cəmiyyət dəyişsin, cəmiyyət demokratik dəyərlərin daşıyıcısı olsun. Amma, qarşıdakı 20 ildə bu cür dəyişiklik də mümkün deyil. Ermənistandakı indiki hərəkat demokratik yox, anti Sarkisyan hərəkatıdır və erməni cəmiyyəti də demokratik deyil, əksəriyyəti millətçilik, irqçılik, faşizm üzərində köklənmiş geniş kütlədən ibarətdir. Çünki onlar hələ də açıq şəkildə çıxıb “azərbaycanlılarla sülh olmalıdır”, “işğal bitməlidir”, “Xocalı pislənməlidir”  deyə bilmirlərsə, orada demokratiyadan danışmaq mümkün deyil. Bu cür danışan ya öldürüləcək ya da yaxşı halda döyüləcək və cəmiyyətdən izolə olunacaq. İsrail höküməti  bu cür qəddarlıqlar edir, amma on minlərlə yəhudi əhali çıxıb Fələstinliləri müdafilə edir, onlarla həmrəy olur. Çünki demokrtatik cəmiyyətdir, hüquq sistemi vardır, baxmayaraq ki, orda da tənəzzül gedir.

Ona görə də, yaxınlaşan bu tarixi məqamın hər dəqiqəsi bizim üçün həyati əhəmiyyət daşıyır və Azərbaycan diplomatiyası və onun ordusu həmahəng olaraq gedən prosesləri yaxından izləməli və zamanında qəti qərarını verib bu məsələni birdəfələik həll etməlidir. Vətənini işğaldan qurtarmalı və tarix yazmalıdır. Ondan sonra hər kəs Azərbaycanı dəstəkləyəcək.
Oxşar xəbərlər
13:45, Bu gün
Həkimlərin əməliyyat görüntülərini paylaşması nə dərəcədə DÜZGÜNDÜR?
13:41, Bu gün
İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
13:37, Bu gün
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı - FOTO
13:33, Bu gün
Sabah 32 dərəcə isti olacaq - PROQNOZ
13:29, Bu gün
Prezident: “Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır”
13:26, Bu gün
“Gəldim ki, uşaqları xəstəxanaya aparıblar- tez ora qaçdım... Cərrahın da adı Andranik idi...”
13:24, Bu gün
Prezident: “Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir”
13:19, Bu gün
“17 il ərzində 5 dəfə onu ölümün caynağından çıxartdım, deyirdi ki, yubileyimi görməyəcəm” - Sənətkarın qızı - FOTO + ÖZƏL
13:14, Bu gün
Polisin "saxla" əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
13:10, Bu gün
Azərbaycanın kirayənişinini BU 3 ÖLKƏ silahlandırır - Millət vəkilindən İLGİNC YAZI
13:05, Bu gün
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
13:01, Bu gün
Azərbaycanda genişzolaqlı internetin sürəti 38% artıb
12:59, Bu gün
BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir
12:55, Bu gün
Bərdədə narkomaniya və erkən nikahla mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib - FOTO
12:50, Bu gün
Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər”
12:47, Bu gün
Vidadi İsayev Bərdənin Qaradəmirçi kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
12:43, Bu gün
Laçın və Zabux sakinlərinə məşğul ola biləcəkləri 40-dan çox peşə təqdim edilib
12:40, Bu gün
Türkiyəli general: “Monitorinq Mərkəzi atəşkəsə nəzarət missiyasını uğurla davam etdirib”
12:37, Bu gün
İlham Əliyev: “COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək”
12:34, Bu gün
Almaniya kansleri: “Bakıda noyabrda keçiriləcək COP29 uğurlu olacaq” - YENİLƏNİB
12:30, Bu gün
Prezident: “Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik”
12:26, Bu gün
Rusiyalı general: “Ağdamdakı monitorinq mərkəzi üç ölkə hərbçilərinin uğurlu əməkdaşlığının nümunəsidir”
12:23, Bu gün
“COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır”
12:20, Bu gün
Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab: “Açıq siyasi sifarişdir”
12:18, Bu gün
Prezident: “Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var”
12:15, Bu gün
Kərim Vəliyev: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifələrinin öhdəsindən layiqincə gəldi”
12:12, Bu gün
İlham Əliyev: “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”
12:09, Bu gün
“Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir” - Kamaləddin Qafarov
12:05, Bu gün
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlandı - FOTO
12:00, Bu gün
COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşüb - FOTO
11:56, Bu gün
Bakıda təhlükəli anlar: Qaydaları pozub qəza törədən sürücü hadisə yerindən qaçdı - ANBAAN VİDEO
11:52, Bu gün
“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib - FOTO
11:47, Bu gün
Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO
11:42, Bu gün
Bu gün Mir Cəlal Paşayevin doğum günüdür
11:38, Bu gün
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü
11:33, Bu gün
Milli ideyaların yaranması istiqamətində UNEC-də növbəti ictimai müzakirə: "Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan" - FOTO
11:28, Bu gün
Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB
11:25, Bu gün
Azərbaycanda latın əlifbası ilə yazılan ilk əlyazmanın saxlanıldığı muzeydən REPORTAJ - FOTO
11:23, Bu gün
Ana 3 yaşlı qızını caduya görə öldürdü
11:20, Bu gün
XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub - FOTO
11:19, Bu gün
İranda dörd məhkum edam edilib
11:17, Bu gün
Yasamalda tikili və obyektlərin fasadlarında alkopanların söküntüsünə başlanıldı - SƏBƏB MƏLUM DEYİL - VİDEO
11:15, Bu gün
Ukrayna Silahlı Qüvvələrinin məşhur qadın snayperi öldürülüb
11:11, Bu gün
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
11:08, Bu gün
Bakıda evdə meyit tapılıb
11:00, Bu gün
Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik
10:55, Bu gün
Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür
10:52, Bu gün
Ukraynada sabiq nazir həbs edilib
10:49, Bu gün
Deputat: Azərbaycanda əlilliyin təyin edilməsi ilə bağlı boşluq var
10:48, Bu gün
İrəvan Ermənistan və Azərbaycan XİN başçılarının Qazaxıstanda görüş imkanlarını nəzərdən keçirir
10:41, Bu gün
Bu qidalar ömrü qısaldır - DİQQƏTLİ OLUN
10:39, Bu gün
Yunanıstan Ukraynaya silah verməyəcəyini bəyan edib
10:36, Bu gün
Polisin “saxla” əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
10:33, Bu gün
NİİM əhaliyə müraciət etdi - VİDEO
10:30, Bu gün
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
10:20, Bu gün
Ombudsmanın əlilliyi olan şəxslərin hüquqlarının qorunması ilə bağlı illik hesabat hazırlamağı təklif edilib
10:18, Bu gün
"Dalğa-2024" birgə taktiki təlimi başa çatıb - FOTO/VİDEO
10:15, Bu gün
NİİM əhaliyə müraciət etdi - VİDEO
10:12, Bu gün
36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb
10:12, Bu gün
ABŞ-də ilk dəfə insana süni ürək və donuz böyrəyi implantasiya edilib - FOTO
10:11, Bu gün
Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub - VİDEO
10:10, Bu gün
Azərbaycanlı futbol mütəxəssisi “Barselona”nın prezidenti ilə görüşdü - FOTO
10:08, Bu gün
Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var
10:05, Bu gün
Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyənin “TRT Avaz” kanalı ilə ortaq layihələr həyata keçirəcək
10:00, Bu gün
"Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək" - "Cümü"yə 18 il həbs verildi
10:00, Bu gün
Nazirlərin may ayında vətəndaş qəbulu cədvəli açıqlanıb - SİYAHI
09:55, Bu gün
Bu xroniki xəstəliklər xərçəngə çevrilə bilər
09:50, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda YENİLİK
09:46, Bu gün
Millət vəkilinə ağır itki
09:37, Bu gün
Gündə bir insanın yoxa çıxdığı ən təhlükəli ölkə - VİDEO
09:29, Bu gün
"iPhone" satışları rekord səviyyəyə düşüb
09:23, Bu gün
Aprelin sonu iki bürcə ciddi problemlər gətirəcək
09:18, Bu gün
Dəhşətli avtobus qəzası: 13 ölü, 40 yaralı var
09:11, Bu gün
Türkiyənin nüvə dövlətinə çevrilməsi niyə əngəllənir?
09:00, Bu gün
Azərbaycanda general vəfat etdi
08:47, Bu gün
Minsk NATO-ya qarşı - Yeni hərbi doktrina qəbul edildi
08:36, Bu gün
Rusiya irəli gedir, ABŞ isə 2 ölkədən qoşunlarını ÇIXARIR
08:24, Bu gün
Ermənistan azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”
08:11, Bu gün
Suraxanı və Binə qəsəbəsi illər əvvəl - NADİR GÖRÜNTÜLƏR - VİDEO
07:57, Bu gün
Arıqlamaq istəyənlər hansı meyvələrdən imtina etməlidirlər?
07:55, Bu gün
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
07:53, Bu gün
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
07:45, Bu gün
“Bir telefon zəngi...”- Sikorski Ukraynadakı müharibəni bitirməyin yolunu söylədi...
07:00, Bu gün
Trampın komandası həmin dövlətləri SƏRT CƏZA İLƏ HƏDƏLƏDİ
06:56, Bu gün
Onu çiy yemək lazımdır: Həkim çuğundurun  kişilərə təsirini açıqladı
06:37, Bu gün
İsrail bombardmanından sonra 1 yaşlı uşağın üzünə 200 tikiş qoyuldu və əli kəsildi...-VİDEO
06:35, Bu gün
Daha 140 nəfər doğma Füzuli şəhərinə qayıdır - FOTO/VİDEO
06:20, Bu gün
Hər gün südlü çay içən qadın böyrəyini itirmək  təhlükəsi ilə üzləşib
01:32, Bu gün
KİV: Müharibədən qayıtmış Rusiya hərbçiləri ümumilikdə 100-dən çox insanı qətlə yetiriblər
01:09, Bu gün
FHN bu stansiyada təlim keçirəcək
01:02, Bu gün
ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır
01:01, Bu gün
Niderlandlı baş məşqçi “Liverpul”un onunla maraqlandığını təsdiqləyib
00:39, Bu gün
Bakıda avtomobil aşıb: Xəsarət alanlar var
25 Apr 2024 | 23:29
Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib
25 Apr 2024 | 23:25
FİFA və UEFA İspaniya klublarını beynəlxalq turnirlərdən kənarlaşdıra bilər
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 22:58
“Taliban” altı İran sərhədçisini saxlayıb
25 Apr 2024 | 22:56
“Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik”-Qüdrət Həsənquliyev
25 Apr 2024 | 22:54
Nədən Misir prezidenti Qəzza sakinlərini ölkəsində görmək istəmir?..
GÜNLÜK
25 Apr 2024 | 15:34
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
25 Apr 2024 | 14:45
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 14:47
Elzanın keçmiş əri kameradan qaçdı - VİDEO
25 Apr 2024 | 14:29
TƏHMİNƏnin səsi: “Bu sirrin üstünü o açdı, canlı efirdə şok oldum...”
25 Apr 2024 | 17:40
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
25 Apr 2024 | 18:14
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
25 Apr 2024 | 15:19
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:22
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 15:04
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
25 Apr 2024 | 16:58
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
AYLIQ
25 Apr 2024 | 15:34
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
25 Apr 2024 | 14:45
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 14:47
Elzanın keçmiş əri kameradan qaçdı - VİDEO
25 Apr 2024 | 14:29
TƏHMİNƏnin səsi: “Bu sirrin üstünü o açdı, canlı efirdə şok oldum...”
25 Apr 2024 | 17:40
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
25 Apr 2024 | 18:14
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
25 Apr 2024 | 15:19
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:22
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 15:04
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
25 Apr 2024 | 16:58
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO