Rusiya Ordusunun Baş Qərargahı Suriya Ərazisindəki iki Rusiya hərbi bazasında 2G və 3G siqnallarının basdırılması üçün ordunun radioelektron mübarizə qüvvələrinə əmr verib.
Bu barədə Rusiya Baş Qərargahının 8-ci bölmə rəhbəri general-leytenant Yuri Kuznetsov tərəfindən 2 fevralda imzalanmış sənəddə qeyd olunub. RBK-nın Mudafiə Nazirliyindəki mənbəyinə əsasən bu əmr pilotsuz aparatların Suriyadakı Rusiya bazalarına hücumuna görə verilib.
Onun sözlərinə görə bu tipli aparatlar telefon nömrəsinə əsasən konkret siqnala köklənə bilir.
Əmr Xmeymim və Tartusdakı hərbi bazalara görə verilib. Bundan əlavə bu bazalardakı hərbçilərin ailələri ilə əlaqə yaratmaqları üçün telefon köşklərinin sayının artırılması üçün də göstərişlər verilib.
Əmrdə Kuznetsovun göstərişi ilə, Rusiya gömrük işçilərinin hərbi polislə qarşılıqlı əlaqələrinin genişləndirilməsi də xüsusi vurğulanır.
Bununla Rusiya gömrükçüləri Rusiyadan Suriyaya göndərilən hərbçilərin mobil vasitələri haqqında hərbi polisə məlumatlandırmalıdır. Bunu həm də, Rusiya tərəfinin informasiya sızmasının qarşısını almaq cəhdi kimi də qiymətləndirmək olar.
Qeyd edək ki, Suriyadakı Rusiya obyektlərinə ilk bu tipli hücum 2017-ci ilin 31 dekabrında olub. Yayılan məlumatlarda qeyd olunurdu ki, bu hücumlar dronlarla həyata keçirilib. Daha sonra isə Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, minaatanlardan hücum olunub.(Modern.az)