“Övladlarımın hamısı dövlət qurumunda işləyir” - Uzaq səfər kapitanı - Video
Oxunub: 2037
15 Jan 2018 | 12:58
“Övladlarımın hamısı dövlət qurumunda işləyir” -  Uzaq səfər kapitanı - Video

Atlantik, Sakit və Hind okeanı sahillərindəki bütün limanlar, ölkələr ona doğmadır. 32 illik dənizçilik həyatı kapitanı doğma sulardan ayrı salsa da həyatda çox şey öyrədib. Fədakarlıq və vəfa tələb edən bu peşənin sahibi hər bir çətin işin öhdəsindən zamanında və düzgün şəkildə gəlməyi bacarıb. Həmişə daşıdığı əmanətin müqəddəsliyini, gəminin isə namusu olduğunu yaxşı dərk edib.  

Günün bu günü də dənizin həsrətini çəkir. Elə buna görə də 72 yaşlı Muxtar Axundov hər gün Xəzərin sahilində səhər-axşam yürüşünə çıxır. Tələbə yoldaşlarını, onlarla keçirdiyi günləri, baş verən hadisələri tarixinə və gününə kimi dəqiq xatırlayır. 

Moderator.az qafqazinfo-ya istinadən uzaq səfərlər kapitanı, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi sədrinin məsləhətçisi Muxtar Axundovun müsahibəsini təqdim edir:

- Sizi bir kapitan kimi öz dilinizdən oxuculara tanıtmaq yaxşı olardı. Muxtar Axundov kimdir? Necə oldu ki, dənizçi olmaq qərarına gəldiniz? Ailəniz buna qarşı çıxmışdı, necə qalib gəldiniz?

- Dənizçilik sənətini uşaqlıq vaxtından sevmişəm. Çünki Kür çayının sahilində böyümüşəm. O zaman Kürdə çay gəmiləri hərəkət edərdi. Həmişə sahilə çıxıb həmin gəmilərə baxardıq. Ancaq bu sənəti daha da sevmək üçün çalışırdım ki, məktəbə daxil olum. Ancaq atamın bibisi qızı razı deyildi. Çünki öz oğlu hərbçi idi. Həmişə evdən uzaqlarda olurdu. O zaman mən qəti olaraq qərar verdim ki, dənizçi olacağam. 1962-ci ildə Qafur Məmmədov adına Dəniz Yolları Məktəbinə daxil oldum. I kursdan əlaçı tələbələrdən idim. I kursu bitirəndən sonra bizi Qara dənizdə yelkənli gəmilərdə təcrübə keçməyə apardılar. İlk dəniz təcrübəm də o vaxtdan başladı. Səfərə çıxdığım gəmi “Tovariş” gəmisi idi. 3 ay bu gəmidə üzdüm. 1965-1966-cı illərdə IV kursda Xəzər Dəniz Gəmiçiliyinin xaricdə üzən gəmilərində matros kimi təcrübə də keçmişik. 1967-ci ildə məktəbi bitirdim. Sonra Xəzər Dəniz Gəmiçiliyinin gəmilərində işləməyə başladım.

- Necə oldu ki, uzaq səfərlər kapitanı oldunuz? Çünki hər dənizçi bu titula sahib olmur...

- Məktəbi qurtaran hər dənizçi kapitan olmur. Müəyyən pillələrdən keçmək lazımdır. Əvvəl matros, sonra kapitanin 3-cü, 2-ci, baş köməkçisi olmalısan. Bütün bu dərəcələrə qalxdıqca, bununla bərabər həmişə imtahan da verirsən. İlk imtahandan gəmiçilikdə əla qiymət aldım və 12 min tonluq “Syurupa” gəmisində işləməyə başladım. 1 il 3-cü köməkçi, bir o qədər zaman da 2-ci köməkçi, sonra isə baş köməkçi işlədim. Yaxşı təcrübə yığdıqdan sonra 1979-cu ildən gəmiçilik rəhbərliyi tərəfindən kapitan vəzifəsinə təyin olunmağıma icazə verildi. Kapitanın gərək dünyagörüşü olsun. Dövlətin bütün qurumlarında olan, yerinə yetirilən planlardan xəbəri olmalıdır. Çünki kapitan xaricdə həmin dövlətin nümayəndəsidir. Mən uzaq səfərlər kapitanı adını mərhum prezidentimiz Heydər Əliyevin vaxtında almışam. O zaman qərarın təsdiq olunması üçün Dənizçilik Nazirliyinə sənəd göndərilirdi. Orada da müsahibə keçiriləndən sonra uzaq səfərlər kapitanı adı verilirdi.

-  Tələbəlik illərindən danışa bilərsinizmi? Hansı məşhur uzaq səfərlər kapitanı olan tələbə yoldaşlarınız var? Məsələn, bildiyimə görə, Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirovla bir oxumusunuz...

- Bəli. Uzaq səfərlər kapitanlarından Aydın Bəşirov, Cavanşir Kərimov, Mehman Mamedov,  Akif Muradov,  Fikrət Həsənov, Mirzərəhim Bədəlov tələbə yoldaşlarım olub. Aydın Bəşirovla səfərlərimiz də olub. 1981- ci ildə “Rəşid Behbudov” gəmisində səfər etmişik. Aydın müəllim gəmiyə bir səfərlik kapitan gəlmişdi. Belə ki, gəminin kapitanı xəstələnmişdi. Biz onunla Ukraynanın Reni limanından Bolqarıstanın Varna limanına getdik. 

Demək olar ki, birinci kursdan bu günə qədər bir yerdə olmuşuq. Bizimlə bir qrupda oxuyan Aydın Ağayev “İnterpol”da polkovnik oldu. Fikrət Həsənovun oğlu  İmamyar Həsənov Amerikada yaşayır. O, Dünya Folklor Ansamblının prezidentidir. Həm də kamança çalır. 

Məktəbi qurtarandan sonra da istirahət vaxtımız olanda həmişə zəngləşib görüşərdik. Bayramlarda da görüşürük. Çünki bizim uşaqlığımız bir yerdə keçib. Bir-birimizin toylarında olmuşuq. Hazırda da dost münasibətlərimiz davam edir.  

- Sizi vəzifəyə Aydın Bəşirov dəvət etdi? 

- Aydın müəllim rəis olanda məni dənizdən çağırdı ki, ona lazımam. Dedi ki, Türkiyədə nümayəndəliyin rəisi sən olmalısan. Mən 1999-2003- cü ilədək Türkiyədə Xəzər Dəniz Gəmiçiliyinin nümayəndəliyinin rəhbəri olmuşam.  O zaman Yunanıstanda və İsraildə olan nümayəndəliyimiz də Türkiyə nümayəndəliyinin tərkibinə daxil idi. Ondan sonra da Aydın müəllim məni “Gəmiçiliy”ə rəisin müavini dəvət etdi. Mən Gəmiçiliyin Beynəlxalq əlaqələr və kommersiya bölməsinin müavini oldum. 2013- cü ildə QSC yaranana qədər həmin vəzifədə qaldım. Sonra indiki sədr Rauf müəllimin birinci müavini oldum.  İndi Aydın müəllim istirahətdədir. Özü səhhətinə görə işləmək istəmir. Bilirsiniz ki, 19 il gəmiçiliyə rəhbərlik edib. Gəmiçilik də çətin peşədir.

- Gəmilərin bir neçə növü var. RO-RO tipli gəmilər, bərələr, tankerlər və s.. Kapitanın bunların hər birini idarə etmək səlahiyyəti var?

- Öz təcrübəmdən danışım. Biz məktəbi qurtarandan sonra 1 il təcrübə yığmaq lazım idi. Bu zaman müxtəlif tipli tankerlərdə, quru yük daşıyan gəmilərdə, bərələrdə çalışmışıq. Bu gəmilərdən “Bakı”, “Rəşid Behbudov”, “Zəngilan”, “B.Sərdarov”, “Şamxor”, “Biləcəri”, “Qudermes”, “Şair Sabir” və s. gəmiləri qeyd edə bilərəm. 1983- cü ildən isə bərələrdə çalışmağa başladım. Bunlar müxtəlif təyinatlı gəmilərdir.

- Gəmi səfərə çıxmazdan əvvəl hansı hazırlıq mərhələlərindən keçir?

- Hər gəmi səfərə çıxmamışdan qabaq bütün gəmi heyəti hazırlanır. Yükün vurulması, bərkidilməsi yoxlanılır. Gəminin mexanizmlərini, naviqasiya qurğularını hazırlamaq lazımdır. Sonra kapitanın baş köməkçisi baş mexaniklə bərabər kapitana məruzə edir ki, gəmi səfərə çıxmağa hazırdır. Sonra hansı ölkənin limanlarına gediriksə, o limanlardan icazələr alınır. Eyni zamanda, gəmi heyət tərəfindən yoxlanılır ki, içində başqa adamlar, başqa yüklər olmasın. Limandan çıxmağa icazə alınandan sonra gəmi hərəkətə başlayır.

- Bosfor və Dardanel boğazlarından keçmək xüsusi diqqət tələb edir. Bu proses çətindir, çünki dar keçiddir. Bu zaman nələrə diqqət edirsiniz?

- Üzdüyümüz çox yerlərdə boğazlar var. Bosfor boğazını 15-20 il bundan qabaq keçmək üçün biz Odessa şəhərində imtahan verirdik. Hazırda isə yeni texnika yaranıb. İndi boğazı sahildən idarə edirlər. Kapitan öz biliyinə arxayındırsa, boğazı özü sərbəst də keçə bilər. İstəmirsə, bu proses sahildən idarə olunur. Dardanel boğazından keçmək Bosfor boğazına nisbətən asandır. Süveyş kanalı, Cəbəllüttariq, Bab-əl-Məndəb, La-Manş boğazlarını keçmək üçün kapitan öz köməkçiləri ilə əvvəlcədən hazırlıq görməlidir. Çox adam fikirləşir ki, görəsən bizim gəmilər Qara dənizə necə gedib çıxır? Biz Volqa çayından, Volqoqrad şəhərinə çatmamış Don çayına giririk. Volqa çayı ilə Don çayı arasında müəyyən hündürlüklər var. Orada şlüzlər düzəldilib. Gəmi 10 metr yuxarı qalxır və o biri kanala keçir. Volqa-Don kanalı 16 metr yarımadək eni, 3,2 metrədək suya oturumu olan gəmiləri qəbul edir. Biz bu gün yeni bərələri okean sularına keçirmək üçün Volqa-Balt kanalı ilə hərəkət edirik.

- Siz öz təcrübənizdə boğazlardan keçən zaman çətinlik yaşamısınız?

- Çətinlik hər zaman yarana bilər. Məsələn, Bosfora tankerlər girəndə başqa gəmilər buraxılmır. Bosfor boğazının daxilində üzən sərnişin gəmiləri var ki, onlar bizə çətinlik yaradırdı. 

- Beynəlxalq sularda üzməyin müəyyən prosedurları var və onlara əməl edilməlidir. Əgər komandir heyəti hər hansı səhvə yol verərsə, cərimələr də ödəmək lazım olur...

- Kapitan öz dövlətinin nümayəndəsidir. Onun səlahiyyəti olduqca böyükdür. Əgər bir sadə hadisə baş veribsə, başqa dövlətin səlahiyyətli şəxsi gəmiyə girirsə, o zaman kapitan tələb edir ki, bizim ordakı səfirimiz, ya da səfirlik nümayəndəmiz mütləq prosesdə iştirak etsin. Özbaşınalıq baş vermir. Qabaqlar biz Liviya sahillərində, limanlarında olanda onların nümayəndələri gəlib yoxlamalar edirdilər. Bundan sonra asudə vaxt verirdilər. Gəmi heyəti şəhərə çıxıb gəzinti də edə bilərdi. Elə olurdu ki, gecə saat 1-də gəlib deyirdilər ki, bizi yoxlamaq istəyirlər. Səmimi deyirəm ki, dünya praktikasında olmayıb ki, Azərbaycan dənizçiləri hansısa qayda-qanunu pozsunlar. 1965-ci ildən bütün dünya okeanlarında işləmişəm. Bizim gəmilərdə heç vaxt qayda pozuntusu olmayıb.

- Dənizçilik peşəsini tamamlayan bir sıra ifadələr var. Deyirlər ki, “Dənizçilik yaradana yaxınlıq, iman və inanc peşəsidir”. Həm də bu peşəyə Nuh peyğəmbərin peşəsi kimi də baxırlar. Siz özünüzü necə ifadə edərdiniz?

- Sədi Şirazinin bir gözəl kəlamı var. Deyir ki, “Dənizdə çox xeyir olsa da hasil, şübhəsiz, yaxşıdır yenə də sahil”. Dənizçilik peşəsi həqiqətən çox çətin peşədir. Elə vaxt olur ki, 7 ay ailədən uzaq olursan. Bütün ailə üzvlərinin tərbiyəsi evdəki xanımın üzərinə düşür. Mənim iki oğlum, bir qızım, nəvələrim var. Oğlanlarım yaxşı təhsil alıblar. Dövlət qurumlarında işləyirlər. Qızım da həmçinin. Ancaq dənizçi kimi həmişə ailədən aralı olursan. Bu, bir az çətin vəziyyətdir.

- Elə buna görə də dənizçi özünə elə həyat yoldaşı seçməlidir ki, bu peşənin çətinliklərinə dözə bilsin. Yəni xanım övladlara həm ana, həm ata olmalıdır. Hər hansı çətinlik yaşayanda tək mübarizə aparmağı bacarmalıdır. Xanımınızın heç gileyləndiyi hallar olubmu?

- Belə hal olubsa da gizlədib. Özümüz də uşaq olmuşuq. Həm də dəcəl uşaq olmuşuq. Çünki Kür çayı sahilində böyümüşük. Anam, nənəm həmişə axtarırdı məni. Deyirdilər ki, yenə haradasa çimir.

- Deyəsən, 3 övladınız anadan olan zaman hər birində səfərdə olmusunuz...

- Bəli, elə olub. Böyük oğlum anadan olanda “Kirovabad” gəmisini Qara dənizə aparmalı idik. Noyabrın 7-si Bakıdan çıxmalı idik. Ticarət gəmisi olsa da, məsuliyyəti hərbçi kimi hiss edirsən. Bir də gəlib dedilər ki, oğlun olub. Dedim ki, necə yəni, gecə saat 4-də adamın oğlu olar? Mən söz vermişəm gəlməliyəm. O zaman ailəm rayonda qalırdı. Gəldim bir günlük, təzədən qayıtdım, bir də 7 aydan sonra qayıtdım. Mən qayıdanda oğlum yavaş-yavaş ayağa dururdu. İkinci oğlum olanda da Qara dənizdə idim. Qızım doğulandan iki ay sonra onu gördüm.

- Yəqin o baxımdan həm də deyirlər ki, ən yaxşı həsrət çəkən adamlar dənizçilərdir. Çünki qovuşmağın necə gözəl hiss olduğunu onlar qədər kimsə çətin anlayar...

- Düzdür. Bir də gərək gəmidə olanda heyətə qarşı diqqətli davranasan. Çünki hər kəsin fərqli psixoloji durumu var. Bərə gəmilərində 50 nəfərlik, quru yük gəmilərində, tankerlərdə 22-24 nəfərlik heyət olur. Onlar da bizimlə bərabər neçə ay gəmidə olurlar. Elə şərait yaratmalısan ki, bu adamlar pessimizmə qapılmasınlar. Oturub fikirləşməsinlər. Düzdür, ailə ilə danışmaq olurdu. Yenə də görürsən ki, kimsə evlə danışanda, ona nəsə söz deyəndə fikrə qapılır. Kapitan çalışmalıdır ki, həmişə o adamla ünsiyyət yaratsın. Gəmi bir ailədir. Kapitan da onun başçısı kimi daim ailə üzvlərinin qeydinə qalmalıdır. Bir dəfə Yunanıstan dövləti bizim gəmiçilikdən yeni gəmini Rumıniyadan qəbul etmək üçün iki heyət istədi. Mən “Daşkənd” gəmisinə kapitan getdim. Biz Rumıniyadan gəmini qəbul etdik. 14 nəfər idik. Həmin gəmidə 9 ay işlədik. Səfərlər Atlantik, Hind okeanları, Avropanın əksər ölkələrinə idi. 9 ay müddətində narazı qalan olmadı.

- Dəniz insanı özünə bağlayır, bu işə girdinsə, ondan ayrılmaq asan olmur...

- 6-7 ay dənizdə olursan. İşdə olduğun vaxt istirahət günlərin yığılır. Bu, 40-60 günə çatır. Sahildə olanda özündən asılı olmayaraq istəyirsən ki, dənizə gedəsən. Həqiqətən dəniz səni çəkir. 1999-cu ildə Xəzər Dəniz Gəmiçiliyinin Türkiyədəki nümayəndəliyinin rəhbəri idim. Orada gəmilər təmir olunurdu. O zaman çox darıxmırdım. Sonra 2003-cü ildə məni Bakıya çağırdılar. Gəmiçilik rəisinin müavini oldum. Burada artıq hiss elədim ki, dənizdən ötrü darıxıram. İstəyirdim ki, məni gəmiylə ezamiyyətə göndərsinlər. 15 yaşından etibarən dənizdə olan adam kimi mənə ondan uzaq qalmaq çətin idi. Sonra yavaş-yavaş öyrəşirsən. Məcbur olursan ki, yeni kadrların hazırlanmasına kömək edəsən. Ona görə də adam bir qədər sakitləşir.

- Sizin saysız-hesabsız beynəlxalq səfərləriniz olub. Gəmiçilikdə bütün səfərlər yaddaqalan olur?

- Elə səfərlər olur ki, fırtınaya düşə bilərsən. Fırtına dayanandan sonra deyirsən ki, ay Allah, buradan qurtardıq. Birincisi, qorxmamaq lazımdır. Çünki heyət də kapitana baxıb hərəkət edir.

Dənizdə çox hadisə ola bilər. Dənizin ortasında baş mühərrik də xarab ola bilər. Dalğaya da düşə bilərsən. Başqa gəmidə hadisə ola bilər. Sən o gəmiyə köməlik edə bilərsən.

1979-cu ildə Xəzərin ən təcrübəli kapitanlarından biri olan İsa Fərmanovun baş köməkçisi idim. Elə oldu ki, kapitan xəstələndi. Onun “podaqra” xəstəliyi var idi. Suriyanın Tartus limanında lövbərdə dayanmışdıq. Mən liman rəhbərindən xahiş etdim ki, sahildən həkim istəmirəm, gedib lövbərdə dayanmış Rusiya gəmisindən həkim gətirim. Mənə icazə verdilər. Xilasedici qayıqla gedib həkimi digər gəmidən götürüb gəldim. O vaxt bizim gəmilərdə həkim yox idi. Böyük gəmilərdə həkim götürməyə icazə verirdilər. Kapitanı həkim müayinə etdi. Yəni başa düşmək lazımdır ki, bir yerdə dayanmaq olmaz. Mənim kapitanım xəstələnib, mən durub baxmalıyam ki, sahildən nə vaxt həkim gələcək?!

- Xəzər, Oxot dənizi, Biskay körfəzi fırtınanın ən çox olduğu dənizlərdir. Fırtınaya da düşdüyünüz vaxtlar çox olub. Qorxmamaqdan əlavə, digər görülən hansı tədbirlər var? Sonu düşündüyünüz anlar olub?

- Biz yeni yunan gəmisini Panama bayrağı altında qəbul etmişdik. Rumıniyanın Qalas limanından dəmir yükü vurub Belçikanın Antverpen limanına gedirdik. Biskayda bizi çox böyük şimal-qərb küləyi tutdu. İstiqamətlə getmək mümkün deyildi. Eyni zamanda gəminin göyərtəsində “şiftinq bor”ların qalması təhlükəli idi. Mənə lazım idi ki, gəmini döndərib onları dənizə ataq. Heyəti cəmləşdirib Fransa sahillərinə tərəf döndük. Onları məcburən dənizə atdıq. Hərçənd ki, onlar gəminin inventarı idi. Külək sakitləşəndən sonra yenidən yolumuza davam etdik. 

Elə də olur ki, qabağa getmək əvəzinə gəmi ancaq yerindəcə özünü saxlaya bilir. Xəzərdə demək olar ki, ilin 280 günü küləkdir. Əsas da şimal və şimal-qərb küləkləridir.

- Batan gəmi görmüsünüz?

- Yox, mən belə halla rastlaşmamışam. Ancaq gəmi olub ki, köməyə ehtiyacı yaranıb. Gəmiyə yaxınlaşıb kömək etmişik. Bizim dənizçilər çox təcrübəlidirlər.

- Dənizçilərin adətən şeirə, sənətə xüsusi meyli olur. Sizin bu işlərlə aranız necədir?

- Mənim musiqiyə çox həvəsim var. 1972-ci ildə “Kirovabad” gəmisiylə İtaliyanın Recci Di Kalabriya limanına gedirdik. Həmin liman Messina körfəzinə yaxın yerləşir. O zaman gəmidə maqnitofon var idi. Mənim də əlimdə Yaqub Məmmədovun “Çahargah” muğamının lenti var idi. Kapitanın baş köməkçisi idim. Xarici nümayəndələr də gəlib kapitanın yanında oturmuşdular. Kapitanın 1-ci, 2-ci, 3-cü köməkçisi gəminin orta yaşayış yerində yaşayır. Qalan heyət isə arxa tərəfdə yaşayır. Kapitan Ozerov məni çağırdı. Dedi ki, burada italyanlardan bir yoldaş oturub, məndən xahiş edir ki, o musiqini kim çalırsa, ona qulaq asmaq istəyir. Gəldi bizim otaqda muğama qulaq asdı. Çox bəyəndi. “Çahargah”ın mənsuriyyə hissəsini Yaqub Məmmədov oxuyurdu. Həmin lenti bizdən istədi və üzünü köçürüb hədiyyə etdik.

1993-cü ildə “Rəşid Behbudov” gəmisi ilə İtaliyanın Torres limanına yan aldıq. Mənə dedilər ki, yanıma liman rəisi gəlmək istəyir. Onu tanıyıb-tanımadığımı soruşdu. Sən demə, bu, o lenti verdiyimiz şəxs imiş. Verdiyimiz kaseti də o vaxta kimi saxlayıb.

Mən muğam dinləmək həvəskarıyam. Bakıda keçirilən muğam müsabiqələrinin hamısında tamaşaçı kimi olmuşam. 

- Dəniz xəstəliklərindən qorunmaq üçün nələr edirsiniz?

- Bütün dənizçilər hər il həkim komissiyasından keçir. Yəni xəstə adam dənizə getmir. Komissiya dənizçiləri çox diqqətlə yoxlayır. Bizim öz xəstəxanamız var. Hansısa hadisə ola bilər. Heç kim bundan sığortalanmayıb. Ancaq xəstə adam çətin ki, dənizdə dayana bilsin.

- 20 yanvar hadisələrində dənizçilərimizin də böyük xidmətləri olub. Həmin günləri necə xatırlayırsınız?

- O zaman “Sovetskaya Kalmıkiya” bərəsinin kapitanı idim. Yanvarın 19-u biz Bakıya gəlirdik. “Dağıstan” gəmisi limanda dayanmışdı. Saat 7 radələrində Bakıya yaxınlaşırdıq. Gördüm ki, televizor birdən-birə kəsildi. Biz Nargin adasına yaxınlaşırdıq. Sonra dedilər ki, “Dağıstan” gəmisi yenidən limana qayıdır. O gəmidə də Mübariz Mədətov kapitan idi. Dedim ki, nə olub? Bakıdan dedilər ki, gəl lövbərə, dayan. Saat 11 radələrində hay-küy qalxmışdı. Sakit havada sahildən gələn səslər dənizə yaxşı yayılır. Dedilər ki, sahildə qırğındır. Bir az keçdi. “Dağıstan” gəmisi çıxdı. Mənə icazə verdilər ki, limana yan alım. Mən də o vaxt 16 vaqon, 10 dənə də tırı sürücüləri ilə bərabər daşıyırdım. Dedilər ki, gəmi boşalmayacaq. O vaxt gəmiçiliyin rəhbəri Teymur Əhmədovla danışdım. Dedi ki, nəyin bahasına olursa-olsun burdan çıxıb Türkmənistana getməlisən. Çünki hərbçilər gəmini ələ keçirə bilərlər. Mən də 10 dənə tırı sürücülərlə bərabər dəmir yoluna təhvil verdim. Vaqonlarla Türkmənistana çıxıb getdik. Təxminən yanvarın 24-də Bakıya gəldik. O zaman da Xəzər dəniz neft donanması yaxşı  əşkilatçılıq etmişdi. Bütün buxtanı gəmilər kəsmişdi ki, limandan hərbi gəmilər bayıra çıxmasın. “Sabit Orucov” gəmisində Neft Donanmasının, gəmiçiliyin kapitanlarının iştirakı ilə iclas etdilər. Azərbaycanlıların çoxu Orta Asiyada yaşayırdı. Biz sərnişin daşıyırdıq. Təyyarə ilə gəlmək çətin idi. Onda belə qərar qəbul etdilər ki, bütün gəmilər gedib işlədiyi yerlərdə dayansınlar, amma işə çıxmasınlar. İclas bitəndən sonra Bakı limanında lövbərdə dayanan gəmilər lövbərdən çıxmağa başladılar. Saat 4-un yarısında avtomat səsləri gəldi. Kimsə hərbçilərə deyib ki, “Sabit Orucov” gəmisində iclas keçirilir. Gəlib avtomatla gəmilərin şüşələrini qırmışdılar.

-  Kapitanlar yenilikçi, intellektual olurlar. Hər sahədəki yenilikləri izləyirlər. Proses indi də davam edirmi?

- Yenilikləri izləyirik. Sizinlə “Kapitan körpü”sündə olduq. Biz oxuyan vaxt elə şey yox idi. Görün tələbələri indi necə hazırlaşdırırlar. İndi onlar hər şeyi gözlərinin qabağında görürlər. Bizə prosesi tələbə olanda köhnə kapitanlardan Hacımurad Pənahov, Dərya Dadaşov, İsa Fərmanov, Cabir Məmmədov gəlib danışardı. Qabaqlar dənizdə gəminin yerini günəşlə təyin edirdik. Amma indi peyk sənə hansı nöqtədə olduğunu deyir. Amma köhnə üsulu da heç vaxt yaddan çıxarmırlar. Belə ki, günəşin hündürlüyü ilə gəminin yerini təyin etmək olur.

- Dünyada ticarətin 75 faizi dəniz üzərindən həyata keçirilir. Hava, quru, dəmir yolundan da çox dəniz ticarəti ölkələrin iqtisadiyyatına xeyir gətirir. Azərbaycan dövlətinin bu sahədən gəliri nə qədərdir?

- Bu saat dünyada ən ucuz daşımalar dənizdədir. Xəzər dənizində bəzi yerlərdə dərinlik çox olmadığına görə yükü çox götürmək olmur. Hazırda balkerlər, tankerlər var ki, onlar 120-130, 250-300 min ton yük götürür. Ötən il Bakı-Tbilisi-Qars dəmiryolu xətti açıldı. Bunun Azərbaycana çox böyük xeyri var. Dəniz ticarəti həmişə dövlətin ən gəlir gətirən yeridir.

Oxşar xəbərlər
18:00, Bu gün
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTOLAR
17:57, Bu gün
Bakının bir rayonunda qaz kəsiləcək
17:55, Bu gün
BDU tələbələri “Tullantıdan sənətə” muzeyində - FOTO
17:52, Bu gün
“Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib - FOTO
17:48, Bu gün
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
17:46, Bu gün
Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək
17:44, Bu gün
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
17:38, Bu gün
Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO
17:35, Bu gün
Sağlamlıq arayışının elektron formada veriləcəyi tarix açıqlandı - FOTO
17:32, Bu gün
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
17:29, Bu gün
İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşdü - YENİLƏNİB + FOTO
17:28, Bu gün
Nazirdən həbs olunan müdirin yerinə TƏYİNAT
17:24, Bu gün
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
17:20, Bu gün
Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO
17:17, Bu gün
İranın bəzi əyalətlərini su basıb - VİDEO
17:14, Bu gün
Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı - FOTO
17:11, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:08, Bu gün
İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirildi - YENİLƏNİB + FOTO
17:05, Bu gün
Bakıda oğlunu öldürən ataya hökm oxundu
17:00, Bu gün
Hava anomaliyaları: Apreldə yumurta ölçüsündə dolunun yağması normaldır?
16:55, Bu gün
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
16:49, Bu gün
Peskov: “Artıq Avropa ilə münasibətlərimizi yeni əsasda qurmalı olacağıq”
16:46, Bu gün
Azərbaycan-Almaniya münasibətləri sürətli inkişaf dövründə: İlham Əliyevdən mühüm mesajlar - ŞƏRH + FOTO
16:42, Bu gün
Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşdi - FOTO
16:38, Bu gün
Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?
16:35, Bu gün
Türkiyəli sosial fenomen azadlığa buraxıldı - FOTO
16:32, Bu gün
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər
16:28, Bu gün
Bu da Nura Surinin pilot qardaşı - VİDEO
16:26, Bu gün
Azərbaycan Teymurilərlə mübarizədən də qalib çıxdı...-Akif Nağıdan tariximizə fərqli baxış
16:24, Bu gün
Avropa Parlamenti Rusiya və İranla bağlı iki vacib qətnamə qəbul edib
16:19, Bu gün
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - FOTO/VİDEO
16:15, Bu gün
Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirildi - FOTO
16:10, Bu gün
Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edəcək
16:05, Bu gün
Xocalı al lalələrlə bəzənib - FOTO
16:02, Bu gün
​Nazim Quliyev həbs edildi
16:00, Bu gün
Ankaradan İrəvana yeni mesajlar: Ermənistan öz taleyini düşünməlidir - ŞƏRH + FOTO
15:55, Bu gün
Nərimanov rayonunda beş kq narkotiklə saxlanılan şəxs həbs olundu - FOTO/VİDEO
15:50, Bu gün
Baydenin xüsusi nümayəndəsinin müavini: “Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir” - MÜSAHİBƏ
15:46, Bu gün
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib - FOTO
15:42, Bu gün
BDU-da “Türk otağı” açılıb - FOTOLAR
15:38, Bu gün
Prezident: “Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq”
15:35, Bu gün
Fuad Muradov 7 kişini intim münasibətlə bağlı şantaj edib? - İş məhkəmədə
15:31, Bu gün
İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq”
15:28, Bu gün
Almaniya Kansleri: “Rasizmin qarşısının alınması üçün əlimizdən gələni edirik”
15:24, Bu gün
Azərbaycan Prezidenti: “Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb”
15:20, Bu gün
İlham Əliyev: "Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var"
15:18, Bu gün
BDU tələbəsi qeyri-formal tədris metodları vasitəsilə təlimlər keçəcək
15:15, Bu gün
Prezident Almaniyaya təşəkkür etdi
15:13, Bu gün
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
15:12, Bu gün
Ermənistanda kilsə oyunları: Baqratın şirin arzusu - ANALİZ + FOTO
15:11, Bu gün
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək
15:07, Bu gün
Avropa Parlamentində anti-Azərbaycan çağırışlar: Sülhə və demokratiyaya sayğısızlıq - ŞƏRH + FOTO
15:05, Bu gün
Stanislav Tkaçenko: “İrəvan danışıqlar prosesini ləngitmək üçün bütün vasitələrdən istifadə edib” - MÜSAHİBƏ
15:03, Bu gün
Olaf Şolts: “Almaniya Azərbaycan və Ermənistana sülh yolunda dəstək göstərməyə hazırdır”
15:00, Bu gün
Prezident: “Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır”
14:57, Bu gün
Olaf Şolts İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsinə görə təşəkkür etdi
14:54, Bu gün
Ermənistanın VOMA terror təşkilatı aktivləşib: Yaş, cins, məzhəb fərq etmir
14:51, Bu gün
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
14:47, Bu gün
Alla Puqaçova haqqında gəzən söhbətlərə cavab verdi - “Vecimə deyil”
14:44, Bu gün
Prorektorun qətlini sifariş edən rektorun məhkəməsi TƏXİRƏ salındı
14:40, Bu gün
Britaniya hökuməti Kral III Çarlzın ölümünə fəal şəkildə hazırlaşır
14:36, Bu gün
İlham Əliyevlə Şoltsun geniş tərkibdə görüşü başa çatdı - YENİLƏNİB
14:36, Bu gün
Anar Quliyev Qusarda vətəndaş qəbulu keçirdi
14:34, Bu gün
Lənkəran sakinləri: “Xəstəmizi tibb müəssisəsinə aparmaq 30-40 manata başa gəlir” - VİDEO
14:28, Bu gün
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
14:27, Bu gün
“Onlar reytinq haqqında düşünür, səbəb olduqları intiharlar haqqında yox”
14:23, Bu gün
"Biz qalib gələcəyik, başqa alternativimiz yoxdur" - Zelenski
14:20, Bu gün
Əliyevlə Şoltsun təkbətək görüşü başa çatdı - YENİLƏNİB + FOTO
14:18, Bu gün
Gənc oğlan arvadının başqa kişilərlə gəzdiyindən şübhələndi, həyətə çağırıb... – Şok təfərrüat
14:14, Bu gün
Şoltsla Berbok Əliyevi belə qarşıladılar - FOTO
14:10, Bu gün
Bakıda velosiped yollarına quraşdırılan baryerlər kimlərin qəzəbinə tuş gəlib? - FOTO
14:06, Bu gün
AFFA “Qarabağ” klubunu cərimələyib
14:02, Bu gün
Türkandan plastik əməliyyatını tənqid edənlərə: "Geridəqalmışlar"
13:59, Bu gün
Bakıda körpə pəncərədən düşərək ölüb
13:54, Bu gün
Vəkil: “Ermənistan Azərbaycan ərazisinin beşdəbirini işğal etdikdən sonra bu ərazilərə iddia edib”
13:49, Bu gün
İranda bir gündə dörd məhbus edam edildi: Biri qadındır - FOTO
13:45, Bu gün
Həkimlərin əməliyyat görüntülərini paylaşması nə dərəcədə DÜZGÜNDÜR?
13:39, Bu gün
Vəkil: “Azərbaycanın iddiası Ermənistanın 30 illik etnik təmizləmə kampaniyasına əsaslanır”
13:37, Bu gün
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı - FOTO
13:33, Bu gün
Sabah 32 dərəcə isti olacaq - PROQNOZ
13:29, Bu gün
Prezident: “Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır”
13:26, Bu gün
“Gəldim ki, uşaqları xəstəxanaya aparıblar- tez ora qaçdım... Cərrahın da adı Andranik idi...”
13:24, Bu gün
Prezident: “Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir”
13:21, Bu gün
Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edildi
13:19, Bu gün
“17 il ərzində 5 dəfə onu ölümün caynağından çıxartdım, deyirdi ki, yubileyimi görməyəcəm” - Sənətkarın qızı - FOTO + ÖZƏL
13:14, Bu gün
Polisin "saxla" əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
13:10, Bu gün
Azərbaycanın kirayənişinini BU 3 ÖLKƏ silahlandırır - Millət vəkilindən İLGİNC YAZI
13:05, Bu gün
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
13:01, Bu gün
Azərbaycanda genişzolaqlı internetin sürəti 38% artıb
12:59, Bu gün
BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir
12:55, Bu gün
Bərdədə narkomaniya və erkən nikahla mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib - FOTO
12:50, Bu gün
Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər”
12:47, Bu gün
Vidadi İsayev Bərdənin Qaradəmirçi kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
12:43, Bu gün
Laçın və Zabux sakinlərinə məşğul ola biləcəkləri 40-dan çox peşə təqdim edilib
12:40, Bu gün
Türkiyəli general: “Monitorinq Mərkəzi atəşkəsə nəzarət missiyasını uğurla davam etdirib”
12:37, Bu gün
İlham Əliyev: “COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək”
12:34, Bu gün
Almaniya kansleri: “Bakıda noyabrda keçiriləcək COP29 uğurlu olacaq” - YENİLƏNİB
12:30, Bu gün
Prezident: “Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik”
12:26, Bu gün
Rusiyalı general: “Ağdamdakı monitorinq mərkəzi üç ölkə hərbçilərinin uğurlu əməkdaşlığının nümunəsidir”
12:23, Bu gün
“COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır”
GÜNLÜK
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 19:45
“... millət görsün kim kişidir, kim dişi...” - Talehə AĞIR CAVAB
25 Apr 2024 | 18:53
Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - FOTO/VİDEO
25 Apr 2024 | 18:40
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
25 Apr 2024 | 19:22
Prezidentin təyyarəsi Füzulidən Berlinə uçdu - FOTO
25 Apr 2024 | 19:10
Kişi xəyanətini etiraf edən arvadını boğub öldürdü
25 Apr 2024 | 18:57
Naxçıvan Muxtar Respublikasının yeni baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 18:47
Aprelin bütün sosial ödənişləri YEKUNLAŞDI
25 Apr 2024 | 19:50
Tanınmış müğənninin həyat yoldaşı iflic oldu - FOTO
25 Apr 2024 | 18:44
Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü saxlanıldı - VİDEO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 19:45
“... millət görsün kim kişidir, kim dişi...” - Talehə AĞIR CAVAB
25 Apr 2024 | 18:53
Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - FOTO/VİDEO
25 Apr 2024 | 18:40
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
25 Apr 2024 | 19:22
Prezidentin təyyarəsi Füzulidən Berlinə uçdu - FOTO
25 Apr 2024 | 19:10
Kişi xəyanətini etiraf edən arvadını boğub öldürdü
25 Apr 2024 | 18:57
Naxçıvan Muxtar Respublikasının yeni baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 18:47
Aprelin bütün sosial ödənişləri YEKUNLAŞDI
25 Apr 2024 | 19:50
Tanınmış müğənninin həyat yoldaşı iflic oldu - FOTO
25 Apr 2024 | 18:44
Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü saxlanıldı - VİDEO