25 dil bilən azərbaycanlı: "Təvazökarlıq axmaqların yoludur"
Oxunub: 2235
21 Jun 2017 | 16:46
25 dil bilən azərbaycanlı:
Bir çoxumuz xarici dil öyrənmək üçün illərimizi sərf edir, gecə-gündüz əziyyət çəkirik. Bəzən istəyimizə çatırıq, bəzən də yox. Əksəriyyətimiz daha çox dil bilən insanlara həsəd aparırıq, onlar kimi olmağı arzulayırıq. 

Elələri də var ki, 2, 3, 4 yox, nə az, nə çox - düz 25 dil bilir. Və belə insanlardan biri də Azərbaycanda yaşayır. Bu həmyerlimizin adı Emin Quliyevdir. Çoxları onu 25 dil bilən poliqlot və təlimçi kimi tanıyır. 

Beləliklə Moderator.az Emin Quliyevlə müsahibəni təqdim edir:.

- Hamı sizi 25 dil bilən poliqlot kimi tanıyır, bu dillərin hansını daha mükəmməl bilirsiz?

- Əvvəllər məsələyə dil öyrənmək kimi yanaşırdım, amma indi belə deyil. İtalyan, ispan, fransız, ingilis, alman, ukrayn, katalan dilləri olmaqla ümumilikdə 25-30 dildə normal danışıram. Hələ türk dünyasının dillərini saymıram. Yəni, belə götürsək 50-dən çox dil bilirəm. Bunlar arasında da əla, normal və nisbətən zəif şəkildə bildiklərim var. Ən böyük arzum dünyada dillərin sayını azaltmaqdır. Yəni hansı dillər hansı dillərin içərisinə daxil edilə bilər, dünya yarananda hansı ana dillər mövcud olub və o ana dillərə təsir edən bütöv bir dil olubmu? Seçdiyim 125 dil var ki, müntəzəm olaraq məşğulam. Bəzən deyirlər ki, nə üçün sənin bildiyin dillərin sayı artmır. Deyirəm ki, başqa işim gücüm yoxdur?! Artıq məni elmi məsələlər daha çox maraqlandırır.

- Çoxlu dil öyrənməyə marağınız nə vaxtdan başlayıb?

- 13 yaşımda İranda iki həftə olmuşdum və fərqinə varmadan gəlib gedənlərə farsca cavab verirdim. O zamandan dillərə marağım olub. Bu şeylərin hamısının arxasında musiqi duyumu dayanır. Yəni qulağın yaxşı eşitməsi vacib məsələdir. Dilləri qrup şəklidə öyrənirəm. Əvvəllər qatı türkçü idim. Ərəb dilini sevmirdim, islam qarışıq. Amma bu yaxınlarda bir şey baş verdi və artıq ərəb dilini də öyrənməyə başlamışam. 20 günə dilin strukturunu demək olar ki, mənimsəmişəm. Ən böyük istəyimdən biri də qədim dillərdən ”“ akkad, kopt və s. hansısa birini öyrənməkdir.

"Bəşəriyyət, dünya, hər şey böyük bir enerjidən ibarətdir. Biz nə qədər ki, mövcuduq o enerji yaşayır, biz olmasaq o da olmayacaq. Bütün dinlər ritualdır. Quranda çox gözəl şeylər yazılıb, amma şairanə formada. Uzağa getməyək, dünyada ən vacib amillərdən biri də afermasiyadır. “İnşallah”, “Şükr et”, təzə bir şey də yaranıb “SİRR” və s. bunlar hamısı afermasiya, tarazlıq üzərində qurulub. Bütün dinlər də insandan bunu tələb edir. İslam sadəcə bu mexanizmanın bir parçasıdır. Başqa bir parçası buddizmdir, digər biri xristianlıq, iudaizmdir, biri ayurveda olub, hansı ki, 4 min il bundan öncə yaranıb, orada da maraqlı şeylər yazılıb. Ona görə bütün dinlərə baxışım eynidir. Pis səslənə bilər, amma bir şeyi deyim ki, mən bu dünyaya kiminsə arxasınca getmək üçün gəlməmişəm, sadəcə öz yolumu gedəcəyəm. Hətta bilsəm ki, o yerdə cənnət var, yenə də mənim üçün maraqlı deyil. Mən qaşımaq, araşdırmaq, öyrənmək üçün gəlmişəm".

- Çox dil bilməyin mənfi cəhətləri nədir?

- Çox dil bilmək yazı qabiliyyətimin itməsinə səbəb olub. Bununla bağlı araşdırma apardım. Məlum oldu ki, bu, çox dil bilənlərdə, bir də psixoloji xəstəliyi olan insanlarda olur.

- Eyni zamanda bədii yaradıcılıqla da məşğulsuz. Nədən yazırsız, romanlarınızın ana xəttini hansı mövzu təşkil edir və nə zaman çap etdirəcəksiniz?

- 16 romanım var, amma bizim cəmiyyət üçün deyil. Həddindən artıq dünyəvi və vacib mövzulardır. Transhumanizmi çox sevirəm, gələcəyin insanları başqa cür yaşamalıdır və s. mövzularda öz qəhrəmanlarımı yaratmışam və onlar silsilə kitablarımda, romanlarımda müxtəlif mövzulara toxunurlar. Təəssüf ki, bizim cəmiyyət belə şeyləri oxumur, onları daha çox məişət mövzuları maraqlıdır. Bu ilin sonuna kimi 4 kitab çap etdirmək fikrim var. Onlardan biri Azərbaycan dilində olacaq. Həmin kitab "Növbəti insan" adlanır.

- Eminin başqa hansı qabiliyyətləri var?

- Musiqi ilə də məşğulam, vokalı sərbəst şəkildə öyrənmişəm. Eyni zamanda idmanla da ara-sıra məşğul oluram və ən böyük arzularımdan biri də yeni bir idman növü yaratmaqdır.

- Yaratmaq istədiyiniz idman növü necə bir şey olacaq?

- Bilirsiniz hər şeyin kökündə bir məsələ dayanır. Maksimalizm, idealizm. Əslində çox pis bir şeydir. Hər şeyi ideallaşdırırsan, hətta bu şey o qədər qanına işləyir ki, telefon belə almaq istəmirsən. İstəyirsən ki, içi olsun üstünü özün yığasan, kompüterin sənin istədiyin kimi olsun, köynəyini, şalvarını özün tikəsən və s. Demirəm bu şeylərin hamısı məndə var, amma nəyisə qurmağa, düzəltməyə, yaratmağa marağım 16 yaşımdan olub. Evdə qırıq şeylərdən maqnitafon yığırdım, cırıq ayaqqabılardan yenisini düzəldirdim, mebel yığa bilirəm, hətta elektron gitara düzəltmişdim, sadəcə indi vaxtım yoxdur deyə hamısını bir qırağa qoymuşam. Rusların bir sözü var: "Tалантливый человек, талантлив во всем". Yəni sən bir şeyi mükəmməl bacarırsansa, bu, o deməkdir ki, sənin beynin yaxşı analiz edə bilir və ölçüb-biçmək qabiliyyətin var. İstəsən onu başqa sahəyə də tətbiq edə bilərsən. Yəni bir insanın gözəl əl qabiliyyəti varsa, mütləq o, gözəl bir yazıçı ola bilər, sadəcə həmin sahədə hələ özünü yoxlamayıb. Mənim 14 ssenarim var, hətta ingilis dilində bir kinokompaniya yaratmaq istəyirdim, sadəcə görürəm ki, bu şeylərin hamısına ömür çatmır. Yaşa dolduqca insan başa düşür ki, bu şeyləri sevir, amma ona daha yaxın olan şeyləri, ən vacibləri önəm verməlidir, yoxsa hamısından olar. Ona görə də, düşünürəm ki, prioritetləri ön plana salmaq lazımdır.

"İnsan yazıq, bədbəxt məxluqdu yer üzünə gəlib, ən böyük problemi də iqtisadi asılılıqdır. İnsan maraqlı işləməlidir, çörəkpulu üçün yox. Mənə bir il vaxt versələr, desələr ki, al bu pulu, işləmə, elmi fəaliyyətlə məşğul ol. Söz verirəm ki, həmin bir ildə mən dünyanın ən məşhur insanı ola bilərəm. Amma kimdir onu edən?! Heç kim etməz. Başqa bir millət olsaydı, bəlkə edərdi, bizdə bu, mümkün deyil. Hərdən yanıb tökülürəm ki, o qədər işlərim, fikirlərim var, amma heç birini gerçəkləşdirə bilmirəm"


- Dil öyrənənlərə məsləhətiniz nədir? 

- Ümumiyyətlə hansısa bir sahəni öyrənən insanlar üçün əsas bir şeyi deyərdim ki, heç bir şey ilk baxışdan göründüyü kimi deyil. Hər bir sahədə pərdəarxası bir mexanizm var. Məsələn, mən 17 yaşımda olarkən məktəbdə ingilis dilindən “1” alırdım, çünki avara idim. Məktəbi tərifnamə ilə bitirsəm də, etiraf edirəm ki, avara olmuşam. Təsadüfən uşaqlardan biri dedi ki, kim ingilis dilini yaxşı bilsə, onu Amerikaya aparacaqlar. Mən də başladım və 4 aya ingilis dilini öyrəndim, hətta sonra mənə “1” yazan müəllimin belə qrammatik səhvlərini düzəldirdim. Bu, nəyisə çox istəməkdən irəli gəlir, bir də götürmə qabiliyyəti lazımdır. Məsələn, dünyada məşhur şəxslərdən kimi soruşsanız, onun doğulduğu tarixi, yaşadığı şəhəri sizə deyə bilərəm. Bir dəfə eşitdiyim şey yadımda qalır. Amma bu fitri istedad, pataloji bir şey deyil, metadolojidir. Yəni elə bir yaddaş zamanla formalaşıb. İnsan doğulanda yaddaş kimdəsə güclü, kimdəsə zəif olmur. Yəni istənilən dili 10-15 günə öyrənmək olar, əgər o insan beyin olaraq buna hazırdırsa. Dil iki cür öyrənilir: təbii və süni yolla. Təbii forma odur ki, gedib o ölkədə yaşayırsan və həmin dili təbii şəkildə öyrənirsən. Biz hazırda dili süni şəkildə öyrənirik. Dili birinci dəfə öyrənənlə 3-cü bir dili öyrənən arasında fərq eyni deyil. Ona görə, ümumi şəkildə məsləhət də verə bilmirəm. Amma dil əsasən eşidilərək öyrənilməlidir. Bu yolla öyrəniləndə sürət daha böyük olur. Musiqi, kino və s. yolla. Bir də sərt düşünmə qabiliyyəti olmalıdır, yəni heç nə kortəbii şəkildə öyrənilməməlidir. Ümumiyyətlə nə ilə məşğul olursansa ol, bunu şüurlu şəkildə etməlisən. Əfsuslar olsun ki, hər insan şüurlu şəkildə bir işlə məşğul olmağın nə demək olduğunu dərk etmir. 

"Çox adam deyə bilər ki, yekəxanadır. Onlar belə deyəndə mən əksinə sevinirəm. Amma biri var yekəxanalıq, biri də var özünün kim olduğunu bilib heç kimə göstərməmək. Bilirsinizmi təvazökarlıq axmaqların yoludur. Mənim yaxın bir dostumun gözəl sözü var. Deyir, "Yaxşı insan olmaq yaxşı şeydir, amma ən yaxşısı odur ki, onu hamı bilsin". Vokal bacarığım da var. Təsəvvür et ki, bir gün küçədə gedirəm və "Tarqovı"nın ortasında oxumağa başlayıram. O Emin daha məşhur olacaq, yoxsa burada əyləşən?! Təbii ki, o. Bütün böyük nailiyyət əldə edən insanlar müəyyən qədər dəli olublar. Bu baxımdan həyatda dəli olmaq ən böyük xoşbəxtlikdir. Çox ağıllı olub, çox düşünməyin bir əhəmiyyəti yoxdur".

- Cəsarətli addım atmaqdan danışdınız. Həyatda buna bənzər addımınız olubmu?

- Xeyr, təəssüf ki, olmayıb.

- İndi küçəyə çıxıb bütün gücünüzlə bir mahnı oxuya bilərsiz?

- Xeyr, artıq o yaşım deyil. Amma bir gün buna oxşar nəsə edəcəm. (gülür)

Hansısa bir mahnını götürüb müxtəlif dillərdə oxumağı necə, istəmisiniz?

- Başqasının yox, lakin öz yazdığım mahnılardan birini bu şəkildə oxumaq fikrim var. Dünyanın ən güclü ifaçıları, Maykl Cekson, Fredi Merkuri ancaq öz mahnılarını oxuyublar. Kiminsə mahnısını oxumaq onun kölgəsində qalmaqdır. Niyə görə Azər Zeynalov Rəşid Behbudovdan o yana çıxa bilmədi?! Çünki onun mahnıları ilə başladı, onu yamsıladı və s. Hələ bəziləri dünyanın məşhur müğənnilərinin mahnılarını oxuyub, hətta həmin mahnılarla konsert də verirlər. Onlar bədbəxt insanlardır. Bu, başqasının cırıq ayaqqabılarını geyinməyə bənzəyir.(qaynarinfo)
Oxşar xəbərlər
17:38, Bu gün
Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO
17:35, Bu gün
Sağlamlıq arayışının elektron formada veriləcəyi tarix açıqlandı - FOTO
17:32, Bu gün
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
17:29, Bu gün
İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşdü - YENİLƏNİB + FOTO
17:28, Bu gün
Nazirdən həbs olunan müdirin yerinə TƏYİNAT
17:24, Bu gün
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
17:20, Bu gün
Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO
17:17, Bu gün
İranın bəzi əyalətlərini su basıb - VİDEO
17:14, Bu gün
Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı - FOTO
17:11, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:08, Bu gün
İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirildi - YENİLƏNİB + FOTO
17:05, Bu gün
Bakıda oğlunu öldürən ataya hökm oxundu
17:00, Bu gün
Hava anomaliyaları: Apreldə yumurta ölçüsündə dolunun yağması normaldır?
16:55, Bu gün
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
16:49, Bu gün
Peskov: “Artıq Avropa ilə münasibətlərimizi yeni əsasda qurmalı olacağıq”
16:46, Bu gün
Azərbaycan-Almaniya münasibətləri sürətli inkişaf dövründə: İlham Əliyevdən mühüm mesajlar - ŞƏRH + FOTO
16:42, Bu gün
Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşdi - FOTO
16:38, Bu gün
Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?
16:35, Bu gün
Türkiyəli sosial fenomen azadlığa buraxıldı - FOTO
16:32, Bu gün
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər
16:28, Bu gün
Bu da Nura Surinin pilot qardaşı - VİDEO
16:26, Bu gün
Azərbaycan Teymurilərlə mübarizədən də qalib çıxdı...-Akif Nağıdan tariximizə fərqli baxış
16:24, Bu gün
Avropa Parlamenti Rusiya və İranla bağlı iki vacib qətnamə qəbul edib
16:19, Bu gün
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - FOTO/VİDEO
16:15, Bu gün
Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirildi - FOTO
16:10, Bu gün
Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edəcək
16:05, Bu gün
Xocalı al lalələrlə bəzənib - FOTO
16:02, Bu gün
​Nazim Quliyev həbs edildi
16:00, Bu gün
Ankaradan İrəvana yeni mesajlar: Ermənistan öz taleyini düşünməlidir - ŞƏRH + FOTO
15:55, Bu gün
Nərimanov rayonunda beş kq narkotiklə saxlanılan şəxs həbs olundu - FOTO/VİDEO
15:50, Bu gün
Baydenin xüsusi nümayəndəsinin müavini: “Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir” - MÜSAHİBƏ
15:46, Bu gün
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib - FOTO
15:42, Bu gün
BDU-da “Türk otağı” açılıb - FOTOLAR
15:38, Bu gün
Prezident: “Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq”
15:35, Bu gün
Fuad Muradov 7 kişini intim münasibətlə bağlı şantaj edib? - İş məhkəmədə
15:31, Bu gün
İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq”
15:28, Bu gün
Almaniya Kansleri: “Rasizmin qarşısının alınması üçün əlimizdən gələni edirik”
15:24, Bu gün
Azərbaycan Prezidenti: “Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb”
15:20, Bu gün
İlham Əliyev: "Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var"
15:18, Bu gün
BDU tələbəsi qeyri-formal tədris metodları vasitəsilə təlimlər keçəcək
15:15, Bu gün
Prezident Almaniyaya təşəkkür etdi
15:13, Bu gün
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
15:12, Bu gün
Ermənistanda kilsə oyunları: Baqratın şirin arzusu - ANALİZ + FOTO
15:11, Bu gün
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək
15:07, Bu gün
Avropa Parlamentində anti-Azərbaycan çağırışlar: Sülhə və demokratiyaya sayğısızlıq - ŞƏRH + FOTO
15:05, Bu gün
Stanislav Tkaçenko: “İrəvan danışıqlar prosesini ləngitmək üçün bütün vasitələrdən istifadə edib” - MÜSAHİBƏ
15:03, Bu gün
Olaf Şolts: “Almaniya Azərbaycan və Ermənistana sülh yolunda dəstək göstərməyə hazırdır”
15:00, Bu gün
Prezident: “Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır”
14:57, Bu gün
Olaf Şolts İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsinə görə təşəkkür etdi
14:54, Bu gün
Ermənistanın VOMA terror təşkilatı aktivləşib: Yaş, cins, məzhəb fərq etmir
14:51, Bu gün
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
14:47, Bu gün
Alla Puqaçova haqqında gəzən söhbətlərə cavab verdi - “Vecimə deyil”
14:44, Bu gün
Prorektorun qətlini sifariş edən rektorun məhkəməsi TƏXİRƏ salındı
14:40, Bu gün
Britaniya hökuməti Kral III Çarlzın ölümünə fəal şəkildə hazırlaşır
14:36, Bu gün
İlham Əliyevlə Şoltsun geniş tərkibdə görüşü başa çatdı - YENİLƏNİB
14:36, Bu gün
Anar Quliyev Qusarda vətəndaş qəbulu keçirdi
14:34, Bu gün
Lənkəran sakinləri: “Xəstəmizi tibb müəssisəsinə aparmaq 30-40 manata başa gəlir” - VİDEO
14:28, Bu gün
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
14:27, Bu gün
“Onlar reytinq haqqında düşünür, səbəb olduqları intiharlar haqqında yox”
14:23, Bu gün
"Biz qalib gələcəyik, başqa alternativimiz yoxdur" - Zelenski
14:20, Bu gün
Əliyevlə Şoltsun təkbətək görüşü başa çatdı - YENİLƏNİB + FOTO
14:18, Bu gün
Gənc oğlan arvadının başqa kişilərlə gəzdiyindən şübhələndi, həyətə çağırıb... – Şok təfərrüat
14:14, Bu gün
Şoltsla Berbok Əliyevi belə qarşıladılar - FOTO
14:10, Bu gün
Bakıda velosiped yollarına quraşdırılan baryerlər kimlərin qəzəbinə tuş gəlib? - FOTO
14:06, Bu gün
AFFA “Qarabağ” klubunu cərimələyib
14:02, Bu gün
Türkandan plastik əməliyyatını tənqid edənlərə: "Geridəqalmışlar"
13:59, Bu gün
Bakıda körpə pəncərədən düşərək ölüb
13:54, Bu gün
Vəkil: “Ermənistan Azərbaycan ərazisinin beşdəbirini işğal etdikdən sonra bu ərazilərə iddia edib”
13:49, Bu gün
İranda bir gündə dörd məhbus edam edildi: Biri qadındır - FOTO
13:45, Bu gün
Həkimlərin əməliyyat görüntülərini paylaşması nə dərəcədə DÜZGÜNDÜR?
13:39, Bu gün
Vəkil: “Azərbaycanın iddiası Ermənistanın 30 illik etnik təmizləmə kampaniyasına əsaslanır”
13:37, Bu gün
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı - FOTO
13:33, Bu gün
Sabah 32 dərəcə isti olacaq - PROQNOZ
13:29, Bu gün
Prezident: “Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır”
13:26, Bu gün
“Gəldim ki, uşaqları xəstəxanaya aparıblar- tez ora qaçdım... Cərrahın da adı Andranik idi...”
13:24, Bu gün
Prezident: “Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir”
13:21, Bu gün
Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edildi
13:19, Bu gün
“17 il ərzində 5 dəfə onu ölümün caynağından çıxartdım, deyirdi ki, yubileyimi görməyəcəm” - Sənətkarın qızı - FOTO + ÖZƏL
13:14, Bu gün
Polisin "saxla" əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
13:10, Bu gün
Azərbaycanın kirayənişinini BU 3 ÖLKƏ silahlandırır - Millət vəkilindən İLGİNC YAZI
13:05, Bu gün
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
13:01, Bu gün
Azərbaycanda genişzolaqlı internetin sürəti 38% artıb
12:59, Bu gün
BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir
12:55, Bu gün
Bərdədə narkomaniya və erkən nikahla mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib - FOTO
12:50, Bu gün
Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər”
12:47, Bu gün
Vidadi İsayev Bərdənin Qaradəmirçi kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
12:43, Bu gün
Laçın və Zabux sakinlərinə məşğul ola biləcəkləri 40-dan çox peşə təqdim edilib
12:40, Bu gün
Türkiyəli general: “Monitorinq Mərkəzi atəşkəsə nəzarət missiyasını uğurla davam etdirib”
12:37, Bu gün
İlham Əliyev: “COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək”
12:34, Bu gün
Almaniya kansleri: “Bakıda noyabrda keçiriləcək COP29 uğurlu olacaq” - YENİLƏNİB
12:30, Bu gün
Prezident: “Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik”
12:26, Bu gün
Rusiyalı general: “Ağdamdakı monitorinq mərkəzi üç ölkə hərbçilərinin uğurlu əməkdaşlığının nümunəsidir”
12:23, Bu gün
“COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır”
12:20, Bu gün
Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab: “Açıq siyasi sifarişdir”
12:18, Bu gün
Prezident: “Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var”
12:15, Bu gün
Kərim Vəliyev: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifələrinin öhdəsindən layiqincə gəldi”
12:12, Bu gün
İlham Əliyev: “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”
12:09, Bu gün
“Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir” - Kamaləddin Qafarov
12:05, Bu gün
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlandı - FOTO
12:00, Bu gün
COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşüb - FOTO
GÜNLÜK
25 Apr 2024 | 18:14
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
25 Apr 2024 | 17:56
Xocalıda insan qalıqlarının sayı 8-ə çatdı - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 19:45
“... millət görsün kim kişidir, kim dişi...” - Talehə AĞIR CAVAB
25 Apr 2024 | 18:21
24 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEO
25 Apr 2024 | 17:54
COP29 sülh prosesinin nəticəsidir
25 Apr 2024 | 17:59
Naxçıvan DSMF-nin sədri vəzifəsindən azad olunub
25 Apr 2024 | 18:24
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
25 Apr 2024 | 18:53
Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - FOTO/VİDEO
25 Apr 2024 | 18:40
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
25 Apr 2024 | 18:14
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
25 Apr 2024 | 17:56
Xocalıda insan qalıqlarının sayı 8-ə çatdı - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 19:45
“... millət görsün kim kişidir, kim dişi...” - Talehə AĞIR CAVAB
25 Apr 2024 | 18:21
24 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEO
25 Apr 2024 | 17:54
COP29 sülh prosesinin nəticəsidir
25 Apr 2024 | 17:59
Naxçıvan DSMF-nin sədri vəzifəsindən azad olunub
25 Apr 2024 | 18:24
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
25 Apr 2024 | 18:53
Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - FOTO/VİDEO
25 Apr 2024 | 18:40
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ