"Hökumətin böhrandan çıxmaq üçün belə addımlara əl atacağı gözə dəymir"
Oxunub: 4229
28 Jan 2017 | 21:54

Bu və ya digər dövlət ailə kimidir. Varidatından və böyüklüyündən asılı olmayaraq, hər dövlətin öz problemləri var və ailəni saxlamaq üçün bu problemlərin həlli çox vacibdir. Adətən ailədə problemlərin ortaya çıxması ailənin iqtisadi vəziyyətindən, başqa sözlə desək, maddi durumundan asılıdır. Maddi vəziyyət pisləşdikcə, ailənin problemləri də artır. Bəzi ailələr bu problemləri həll edə bilmədikdə, hətta dağılırlar da. Ailənin dağılmaması üçün ailə başçısı əlindən gələni etməlidir ki, düşdüyü pis vəziyyətdən çıxsın. Dövlət də ailə kimidir. Heç nədən problemlər ortaya çıxır və onun həllindən ölkənin maddi durumu asılıdır. Ailə başçısı ailəsini iflasa aparan nə varsa nəzərə almalıdır, çıxış yolu axtarıb tapmalıdır. Belə olduğu halda ailə üzvləri nə baş verdiyini anlamalı, ona dayaq olmalıdırlar. Ailə daxilində olan dedi-qodulara son qoyulmalı, ailənin bütün üzvləri ailə başçısının ətrafında birləşib, düşdükləri vəziyyətdən çıxmaq üçün müəyyən işlər görməlidirlər. Ən əsası odur ki, ailə başçısına inam olmalıdır. Aydındır ki, ailənin işinə qarışanlar da müəyyən problemlər yaradırlar, ancaq ailə başçısı güclü olarsa, problemləri yaradanları ətrafından uzaqlaşdırar və öz ailəsini qoruya bilər. Dövlət də ailə kimidir. 

Gəlin bu sadə mövqedən Azərbaycan ailəsinə nəzər salaq. Azərbaycan cəmiyyətinin çatışmayan cəhətlərini göstərək, qoy müəyyən mənada tənqidimiz öz ünvanına çatsın. Biz tənqid dedikdə, heç kimi alçaltmaq istəmirik. Sadəcə olaraq, düşdüyümüz vəziyyətdən çıxmaq üçün çıxış yollarını göstərmək istəyirik. Hər şeydən əvvəl Azərbaycan ailəsini saxlayan və ona önəm verən iqtisadi imkanlarına nəzər salmalıyıq və inkişafımıza mane olan nə varsa ortaya çıxartmalıyıq.

Son iki il ölkəmiz üçün ciddi imtahanlar dövrüdür, çünki neftin qiymətlərinin aşağı enməsi və hasilatının azalması ciddi iqtisadi problemlərlə üzləşməyə səbəb olub. Sadə dildə desək, bu vaxta qədər Azərbaycanın büdcəsinin 95 % neft gəlirləri təşkil edirdi. İndi bu 95 % yoxdur, yəni devalvasiyaya qədər Azərbaycan ailəsini dolandıran 100 manatdan 95-ni neft və neft məhsullarından gələn gəlirlər təşkil edirdi. İndi bu yoxdur. Deməli ailə başçısı nəyin bahasına olursa olsun, əlinin altında olan bütün resurslarını səfərbər edib, cəmləşdirib, ailəsinin dolanması üçün vacib olan 95 manatı yerinə qoymalıdır. Zaman göstərir ki, ailə başçısı operativ şəkildə qeyri-neft sektorunun inkişafı ilə bağlı ciddi fərmanlar qəbul edir və bu Fərmanların yerinə yetirilməsindən Azərbaycanın taleyi asılıdır.

Böhrana düşmüş ölkə, xəstə insanı xatırladır. Xəstəliyin mahiyyətini dərk etmədən, xəstənin sağalacağına inanmaq axmaqlıdır. Neft qiymətlərinin aşağı enməsi, hasilatın azalması problemlər yaratsa da, ən böyük problem devalvasiya oldu. Neftin qiymətinin aşağı enməsini hasilatın artması ilə həll etmək olardı, ancaq devalvasiya 120 %-dən aratıq olduğundan Azərbaycanda iki dəfədən çox işləməli və qazanmalıdır ki, büdcə kəsrini doldursun. Odur ki, ilk növbədə iqtisadiyyatın tez gəlir gətirən sahələri işə düşməli və yaxud yaradılmalıdır. Bu problemin həllinin ilk mərhələsi olmalıdır və bu məntiqdən irəli gələn məsələdir, çünki devalvasiyadan sonra baş verən resesiya Azərbaycanda olan bütün qiymət və xidmətləri ən azı 2 dəfə-dən çox aşağı endirib. Bu ölkə iqtisadiyyatını ümumilikdə kollaps vəziyyəti aparır. Bunu dayandırmaq və ciddi tədbirlər görülməlidir.

Ölkəmiz iki dəfə devalvasiyaya uğrayıb. Aydındır ki, buna Qərbin siyasi təzyiqi kimi baxmalıyıq və onların ölkə iqtisadiyyatına vurduğu zərəri görməliyik. Devalvasiyadan sonra baş alıb gedən resesiyaya qarşı Azərbaycan hökuməti demək olar ki, bir addım belə atmayıb, resesiyadan çıxmağın yolların axtarmayıb, ən ciddi böhran sayılan resesiyadan çıxmaq üçün konkret plan işləyib hazırlamayıb. 

Nə deməkdir resessiya? Resesya bütün qiymətlərin və xidmətlərin devalvasiya dəyəri qədər aşağı düşməsidir, yəni devalvasiya 100%-sə, qiymətlər də ən azı bu qədər aşağı düşməlidir. Bu saat Azərbaycanda bütün qiymətlər bu səviyyədədir. Benzin, qaz, işıq və s. 2015-ci illə müqayisədə 100 % ucuzlaşıb. Məsələn, əgər 2015-ci ildə benzini indiki kimi 80 qəpiyə alırdıqsa, bu 1 dollar 4 sent edirdi, indi 80 qəpik 36 sentdir. Fikir verin, Azərbaycan büdcəsi nə qədər itirir. 

Azərbaycanın Eks-Prezidenti Ayaz Mütəllibovun KİV-lərə verdiyi ”Azərbaycan böhrandan çıxa bilər. Bu o qədər də ciddi problem deyil” məqaləsində resesiyadan uzaqlaşmağın və staqnasiyya nail olmağın çox asan yolları göstərilir. Müəllif hər şeydən əvvəl iqtisadi sistem elementlərinin bir-biri ilə əlaqəli olmasını və bir elementin işinin pozulması, başqalarına da necə təsir etdiyini göstərir. Ən maraqlısı odur ki, resesiyanın qarşısını almaq üçün başqa ölkələrin təcrübəsindən istifadə olunmasını əsas götürür . Məsələn , Türkiyənin, Qazaxıstanın. Bu iki ölkənin antiresesiya siyasəti maaş və pensiyaların, qiymət və xidmətlərin devalvasiya dərəcəsi qədər artırılmasını bu ölkələrin emisiya siyasəti ilə əlaqələndirir, yəni ölkə üçün lazım olan qədər pulun kəsilməzi və ÜDM artırılması ilə bu ölkələr düşdüyü iqtisadi bəladan çıxa bildilər. Azərbaycan da bunu edə bilərsə, əlbəttə ki, problemin həllindən biri olar.

Ancaq bununla belə hökumətin böhrandan çıxmaq üçün belə addımlara əl atacağı gözə dəymir, Bu boyda iqtisadiyyat universiteti, akademik institut və təşkilatlar var, ancaq Azərbaycanın böhrandan çıxmaq yollarını ilə bağlı irəli sürülən nə bir plan, nə də bir layihə mövcuddur. Təkcə Prezidentin bu və ya digər neft sektorunun inkişafı ilə verdiyi fərman və maliyyə yardımından başqa heçnə gözə dəymir. Prezidentin Fərmanlarının yerinə yetirilməməsinə qarşı məmur sabotajı də göz qabağındadır. Götürək Prezidentin Kəndlərdə Kooperativlərin yaradılması ilə bağlı Fərmanını 2 ilə yaxındır bu Fərman verilib, ancaq bir dənə də kooperativ yaradılmayıb Azərbaycanın düşdüyü bəladan çıxması üçün ilk növbədə iqtisadi inkişafımızın qarşısını alan bütün maneələri aradan qaldırılmalıdır. Ancaq belə olduğu andan qeyri-neft sektorunda canlanma özünü göstərər. Yuxarıda dövlətə tez gəlir gətirən sahələrin inkişafını gücləndirmək fikrini irəli sürdük. Daha doğrusunu desək, kənd təsərrüfatının ilk növbədə tam işləməsini nəzərdə tutduq.
Azərbaycan Prezidenti bu sahələrin inkişafı ilə bağlı Fərmanlar imzalayıb və milyonlarla bu sahəyə investisiya ayırıb. Bu son nəticədə öz bəhrəsini verməlidir. Ancaq biz buna nail olmaq üçün istehsal olunacaq mallara bazar tapmalıyıq və məhsulların Azərbaycanda çıxarılmasını asanlaşdırmalıyıq. Deməli, Prezidentin ayırdığı maliyyətinin ortaya çıxaracağı malların bazarını müəyyən etməliyik və xarici iqtisadi siyasəti bunun üzərində qurmalıyıq.

Bir həqiqət vardır ki, kəndin inkişafı kəndlinin əlindədir. Azərbaycan rayonlarına nəzər salsaq görərik ki, kənlərdə əhali qalmayıb. Kəndlilərin çoxu öz torpaq sahələrini satıb, ya şəhərlərə köçüblər, ya da xarici ölkələrə işləməyə gediblər. Gedənlər özləri ilə küllü miqdarda pul aparıblar və bu pulları Rusiya, Ukrayna və s. ölkələrin bazar və dükanlarına investisiya qoyublar. Azərbaycan Prezidentinin pambıqçılıq, tütünçülük, baramaçılıq və s. sahələrinin inkişafı ilə bağlı Fərmanlarının həyata keçirilməsinə ən böyük maneə işçi qüvvəsinin olmamasıdır. Məsələn, əkilən pambıq, tütün, üzüm və s. kim yığacaq?

Odur ki, Azərbaycan Respublikasının ən vacib məsələlərindən biri urbanizasiyaya məruz qalmış kəndlinin kəndə qayıtmaq problemidir. Kənd həmişə şəhərdən yaxşı yaşayıb. Elə etməliyik ki, kəndli kənd həyatının şəhər həyatından iqtisadi üstünlüyünü hiss etsin. Nə deməkdir iqtisadi üstünlüyünü hiss etmək? Yəni kəndə şəhərdən çox qazandığını görsün, təsərrüfatına qayıtsın.

Bu Azərbaycan Hökumətinin daxili siyasətinin əsas xətti bu olmalıdır. Kəndlilərin yaşayışına, onların istehsal etdiyi malların bazarlara çıxarılmasına nə mane olursa aradan qaldırılmalıdır. Adındır ki, Azərbaycanda istehsal edilən qida məhsulları, meyvə və tərəvəzlərdən söhbət gedir. Azərbaycan kəndlisi öz məhsulunu Şimala aparırdı və yüksək qiymətə Şimal ölkələrində satırdı. Azərbaycan müstəqilliyə çıxandan sonra bu iqtisadi sistem halına çevrilmişdi. Kənlilər arasında Azərbaycan məhsullarını Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və başqa dövlətlərə daşıyıb satan biznesmenlər mövcud idi və onların sayəsində Respublikamıza küllü-miqdarda valyuta gəlirdi və nəticələri də göz qabağındadır. Məsələn götürək Bakı şəhərində tikilən evlərin sayını. Əgər statistik təhlil etsək ,görərik ki, bu evləri alanların 80% kənd əhalisidir və bu evlər Şimaldan gələn pulların hesabına tikilib. Deməli , kənd təsərrüfatında istehsal olunan məhsulların ölkədən çıxarılması üçün hökumət ciddi tədbirlər görməlidir və anlamalıdır ki, bu mallara maneə yaradan nə varsa aradan götürülməlidir. Onun kəndlə bağlı siyasətinin mahiyyəti bu olmalıdır. Məhsulu qabağına çürüyən kənd təsərrüfatı qısa müddət ərzində müflisləşir, bunun nəticəsində kəndin boşalmasına səbəb olur.

Azərbaycan Respublikasını dünya aqrar-sənaye ölkəsi kimi tanıyıb, ancaq dərinə getsək son illərdə bu və ya digər komplekslərin tikilməsini və işə düşməsinin nəzərə almasaq, aqrar sənayedən demək olar ki, əsər-əlamət qalmayıb. Bununla belə kəndin müflisləşmə prosesinin qarşısı alınmayıb. Kəndin inkişafın bir yolu vardır, kəndlinin istehsal etdiyi məhsulun satılması və qazanc gətirməsi üçün şəraitin yaradılması Kəndin işləməsinə mane olan nə varsa, aradan qaldırılmalıdır. Kənd dolanarsa, şəhərin dolanması daha da asanlaşır.
Azərbaycanın Əks-Prezidenti A.Mütəllibovun bu yaxınlarda verdiyi intervüdə qeyd edirdi ki, bazar iqtisadiyyatının bütün sahələri bir-biri ilə sıx əlaqədardır. Birinin inkişafı, başqalarının inkişafına təkan verir. Quba alması ilə bağlı bir misal çəkir, qeyd edir ki, əgər Quba kəndlisi öz məhsulunu Rusiyaya apara bilsə, ölkəyə xarici valyuta axını başlayar və kənd özü-özünü dolandırar.

Gəlin özümüzü aldatmayaq - Azərbaycan kəndlisi bu saat dolana bilmir. Səbəbi onun dolanmasının qarşısını almışıq. Gömrük rüsumlarının qaldırılması nəticəsində, kəndli məhsulunu kənar ölkəyə çıxara bilmir. Milyon tonlarla məhsul çürüyür... Kəndlinin aktiv iqtisadi həyata qayıtması üçün onun mallarının qabağını alan maneələri aradan qaldırmalıyıq. Götürək, elə gömrüyü. Onun Azərbaycan mallarını və kənd təsərrüfatını qoruması üçün gömrük siyasəti olmalıdır və Azərbaycan mallarının kənara çıxarılması üçün asan yol xəritəsi yaratmalıdır, rüsum ən azı üç dəfə azalmalıdır və xaricdən gələn, Azərbaycan məhsullarına rəqabət yaradan mallarına gömrük rüsumu artırmalıdır. Bizdə əksinədir. Ölkəmizə xaricdən o qədər mer-meyvə gəlir ki, Azərbaycan kəndlisinin məhsulu satılmaz qalır.

Azərbaycanda xarici valyutaya tələbatın artmasını da resesiya ilə əlaqələndirmək lazımdır. Qiymət artımı əlbəttə ki, valyutanın ölkəyə gəlməməsi ilə əlaqəlidir. İstəsək də, istəməsək də, bu bazar iqtisadiyyatı bunu tənzimləyir. Böhrandan çıxmağın yeganə yolu odur ki, xaricdən Azərbaycana valyuta gətirən iqtisadi sahələrin işini asanlaşdırmalıyıq. Bayaq kəndli təsərrüfatını istehsal etdiyi məhsulun xaricə çıxarılmasının qarşısını alan faktorları qeyd etdik. Tez valyuta gətirən iqtisadi sahə kimi kəndli təsərrüfatını göstərdik.
Azərbaycan gömrüyünün qoyduğu rüsumlar Azərbaycandan çıxarılacaq malların qarşısını alır, bundan əlavə xarici ticarəti öldürür. Gömrük rüsumunu artırmaqla, qısa müddət ərzində büdcə kəsirlərinin asanlıqla doldurmaq taktikası, çox yanlış taktikadır. Bir-iki aydan sonra gömrük sistemindən daha o qədər məbləğ yığılmayacaq, çünki ölkədən çıxarılan və ölkəyə gətirilən malların həcmi birə beş azalacaq, xarici ticarət demək olar ki, tamlığı ilə çökəcək, xarici firmalara ölkəmizə investisiya qoymaqdan çəkinəcək. Bu ciddi proqnozdur. 

Böhran baş verən ölkəyə valyutanın gəlməsini təmin etmək üçün gömrük rüsumunu azaltmaq lazımdır. Bu qanunauyğun bir prosesdir. Bunu həyata keçirməmək ölkə iqtisadiyyatına düşmən zərbəsi vurmaq deməkdir.
Büdcə kəsirini düzəltmək üçün Gömrük rüsumunu qaldırmaq axmaqlıqdır desək yanılmarıq. Rüsumu qaldıranlar iqtisadi sistemin hər elementinin bir-biri ilə sıx əlaqəli olduğunu nəzərə almalıdırlar. İqtisadi sistemin bir elementindən kəsib, başqasına əlavə etdikdə heç nə udulmur, çünki bütün sistem vahid nəticə verir.

Sadə dildə bunu necə izah etmək olar? Fərz edək iqtisadi sistemin ölkəyə gətirdiyi gəlir 1000 manatdır və bu məbləği sistem bir-birindən əlaqəli olaraq qazanır. Bu 1000-in fərz edək ki, 100 gömrükdəndir. Əgər biz gömrük rüsumunu 20% qaldırsaq, buradan gələn gəlir 120 olacaq, ümumi göstərici 1000 olduğundan heç bir inkişaf olmayacaq. Rüsumun qaldırılması sistem pozuntusuna gətirib çıxaracaq, nəticədə iqtisadi sistemin gətirdiyi 1000, azalıb 850 olacaq. Yəni iqtisadiyyatın yazılmamış qanunlarından biri - gömrük rüsumunun qaldırılmasının ölkənin iqtisadi sisteminin ümumi gəlirinə zərbə vurmasıdır.

Bazar iqtisadiyyatının maraqlı nüansları vardır. Bəzən fizikanın “birləşmiş qablar qanunu”nu xatırladır. Bizə xaostik görünsə də, əslində bu xaosun özü-özünü stabilləşdirici, gözə görünməyən mexanizmləridir. Birləşmiş qablar kimi, bir tərəfdən azalırsa, o biri tərəfdən də azalır və yaxud əksinə. Sistem xaosdan uzaq olsa da, daxili dəyişiklər, birləşmiş qablarda olduğu kimi azalırsa, bütün sistem azalır. İqtisadi sistem də belədir. Böhran şəraitində biz ixracı artırmalı, idxalı azaltmalıyıq. Yəni ölkəyə valyutanın gəlməsini gücləndirməli, valyutanın çıxmasının qarşısını almalıyıq. O ölkədə ki, idxal ixracdan çoxdur. O ölkə müflisləşməyə gedir. 

Davamı var...

Tahir Cəfərli, siyasi analitik 

Oxşar xəbərlər
08:23, Bu gün
Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb
08:21, Bu gün
Zərdabda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb
08:20, Bu gün
ABŞ noyabrdan indiyədək Yəməndə 3 “MQ-9 Reaper” pilotsuz təyyarəsini itirib
08:17, Bu gün
“Liverpul” “Feyenord”a 13-15 milyon avro təzminat ödəyəcək
08:15, Bu gün
Blinken ölkələr arasında artan gərginlik fonunda İsrailə səfər edəcək
08:04, Bu gün
ABŞ-də benzin və propan daşıyan qatar relsdən çıxaraq yanıb
08:00, Bu gün
Üzünüzə küncüt çəkin və effektini görün
07:58, Bu gün
Sosial şəbəkələrdə səs yazısı yayılan narkotacir ələ keçdi - VİDEO
07:54, Bu gün
10 yaş gəncləşdirən QİDALAR
07:53, Bu gün
Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? - VİDEO
07:51, Bu gün
Avropa Komissiyasının rəhbəri COP29-a dəvət edilib
07:47, Bu gün
Şuşaya gəlib separatçılara dəstək verən Rusiya milyarderinin ailəsi dağıldı...
07:44, Bu gün
“Liverpul” “Feyenord”a 13-15 milyon avro təzminat ödəyəcək
07:22, Bu gün
Bakıda avtomobilin vurduğu 23 yaşlı piyada ağır xəsarət alıb
07:19, Bu gün
Real Madrid” Mbappeyə Olimpiadada iştirak etməyi qadağan etdi
07:16, Bu gün
Eynəyi cızıqlardan xilas edən təbii üsul - FOTO
07:08, Bu gün
Qarabağdan çıxarılan “sülhməramlı”lar döyüşmək üçün Avdeyevkaya aparılır?..
07:01, Bu gün
DƏHŞƏT: Bir ailə toyda yanaraq öldü
06:01, Bu gün
Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu?-VİDEO
00:51, Bu gün
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR + YENİLƏNİB/VİDEO
00:47, Bu gün
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
00:46, Bu gün
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
00:07, Bu gün
Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib
00:06, Bu gün
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
26 Apr 2024 | 23:56
Kişi, yoxsa qadın həkimlər daha yaxşıdır? - Tədqiqat
26 Apr 2024 | 23:38
Bayden həyat yoldaşı və qızının ölümündən sonra intihar barədə düşündüyünü deyib
26 Apr 2024 | 23:04
Avtosfer.az saytının 10 yaşı tamam oldu
26 Apr 2024 | 22:55
Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir - VİDEO
26 Apr 2024 | 22:48
Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO
26 Apr 2024 | 22:40
Qəribə yerişi ilə məşhurlaşan vəkil: "Əxlaqsız təkliflər alıram"(VİDEO)
26 Apr 2024 | 22:38
May ayının əvvəlində Qəzza sahillərində süni ada peyda olacaq
26 Apr 2024 | 22:32
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - RƏSMİ AÇIQLAMA
26 Apr 2024 | 22:29
Ermənistanda aksiyalar davam edir - VİDEO
26 Apr 2024 | 21:47
Bakcell ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
26 Apr 2024 | 21:44
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
26 Apr 2024 | 21:42
Bakı Marafonuna 15 mindən çox iştirakçı qoşulub
26 Apr 2024 | 21:36
Türkiyənin BMT-dəki yeni daimi nümayəndəsi vəzifəsinin icrasına başlayıb
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 21:20
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olundu
26 Apr 2024 | 21:15
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 21:02
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
26 Apr 2024 | 20:59
Yaxşı qarpız seçməyin ƏN SADƏ üsulu
26 Apr 2024 | 20:57
ABŞ-da İsrail əleyhinə etirazlar təhlükəli miqyas alıb
26 Apr 2024 | 20:57
KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb”
26 Apr 2024 | 20:54
KİV: Qəzza ilə bağlı Misir-İsrail görüşündə ciddi irəliləyiş əldə olunub
26 Apr 2024 | 20:54
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib
26 Apr 2024 | 20:43
Marketdəki bu qidalardan UZAQ DURUN – Tullantıdan hazırlanır
26 Apr 2024 | 20:41
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
26 Apr 2024 | 20:38
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 20:37
Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı
26 Apr 2024 | 20:24
Azərbaycan cüdoçusu Avropa çempionu olub
26 Apr 2024 | 20:22
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 20:20
Xanımlar DİQQƏT: Bu meyvənin tumu botoks effekti verir
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 20:12
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
26 Apr 2024 | 20:07
Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü
26 Apr 2024 | 20:05
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
26 Apr 2024 | 20:00
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 19:51
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
26 Apr 2024 | 19:50
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 19:43
Soydaşlarımız Berlində İlham Əliyevi “Qarabağ Azərbaycandır!” şüarı ilə qarşılayıblar - VİDEO
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 19:36
Azərbaycan və Qazaxıstan peşəkar hərbi kadrların yetişdirilməsini müzakirə etdi - FOTO
26 Apr 2024 | 19:30
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
26 Apr 2024 | 19:29
Xalq artisti konsertdə izdiham yaşatdı - VİDEO
26 Apr 2024 | 19:23
Azərbaycanda qeyri-adi yol nişanı - Rəsmi qurumlardan CAVAB: “Vaxtım yoxdur, əlimdə işim var” + FOTO
26 Apr 2024 | 19:12
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
26 Apr 2024 | 19:04
İranda qondarma “erməni soyqırımı” tədbirləri nədən xəbər verir? - VİDEO
26 Apr 2024 | 19:00
Moskvadan İrəvana məktub: “Ayıb olsun!”
26 Apr 2024 | 18:59
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:43
14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı
26 Apr 2024 | 18:36
Talıb Talenin toyu olacaq - VİDEO
26 Apr 2024 | 18:33
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 18:29
“Cümü”yə 18 il həbs verildi
26 Apr 2024 | 18:23
Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO
26 Apr 2024 | 18:18
Almaniya dövlət başçısı Prezident İlham Əliyevi qarşılayıb
26 Apr 2024 | 18:13
Sahil Babayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib - FOTO
26 Apr 2024 | 18:05
Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”
26 Apr 2024 | 18:00
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTOLAR
26 Apr 2024 | 17:57
Bakının bir rayonunda qaz kəsiləcək
26 Apr 2024 | 17:55
BDU tələbələri “Tullantıdan sənətə” muzeyində - FOTO
26 Apr 2024 | 17:52
“Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib - FOTO
26 Apr 2024 | 17:48
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
26 Apr 2024 | 17:46
Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək
26 Apr 2024 | 17:44
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
26 Apr 2024 | 17:38
Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO
26 Apr 2024 | 17:35
Sağlamlıq arayışının elektron formada veriləcəyi tarix açıqlandı - FOTO
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 17:28
Nazirdən həbs olunan müdirin yerinə TƏYİNAT
26 Apr 2024 | 17:24
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 17:20
Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO
26 Apr 2024 | 17:17
İranın bəzi əyalətlərini su basıb - VİDEO
26 Apr 2024 | 17:14
Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı - FOTO
26 Apr 2024 | 17:11
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
26 Apr 2024 | 17:08
İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirildi - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 17:05
Bakıda oğlunu öldürən ataya hökm oxundu
26 Apr 2024 | 17:00
Hava anomaliyaları: Apreldə yumurta ölçüsündə dolunun yağması normaldır?
GÜNLÜK
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 09:00
Azərbaycanda general vəfat etdi
26 Apr 2024 | 11:28
Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB
26 Apr 2024 | 08:36
Rusiya irəli gedir, ABŞ isə 2 ölkədən qoşunlarını ÇIXARIR
26 Apr 2024 | 09:50
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda YENİLİK
26 Apr 2024 | 08:47
Minsk NATO-ya qarşı - Yeni hərbi doktrina qəbul edildi
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 09:46
Millət vəkilinə ağır itki
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
AYLIQ
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 09:00
Azərbaycanda general vəfat etdi
26 Apr 2024 | 11:28
Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB
26 Apr 2024 | 08:36
Rusiya irəli gedir, ABŞ isə 2 ölkədən qoşunlarını ÇIXARIR
26 Apr 2024 | 09:50
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda YENİLİK
26 Apr 2024 | 08:47
Minsk NATO-ya qarşı - Yeni hərbi doktrina qəbul edildi
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 09:46
Millət vəkilinə ağır itki