Parlamentdə Rəqabət Məcəlləsinin layihəsi üzrə dinləmə KEÇİRİLƏCƏK 
698
22 Sep 2023 | 19:09

Parlamentdə Rəqabət Məcəlləsinin layihəsi üzrə dinləmə KEÇİRİLƏCƏK 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin təşəbbüsü ilə sentyabrın 26-da parlamentdə Rəqabət Məcəlləsinin layihəsi üzrə ictimai dinləmə keçiriləcək. 

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, Məcəllənin parlamentdə qəbulunun ölkə iqtisadiyyatının inkişafına, biznes mühitinin əlverişliliyinin artırılmasına göstərə biləcəyi təsir nəzərə alınaraq bu barədə qərar qəbul olunub. 

Dinləmədə Milli Məclisdə təmsil olunmuş siyasi partiyaların nümayəndələri, digər millət vəkilləri, İqtisadiyyat Nazirliyinin əlaqədar vəzifəli şəxsləri, sahibkarlar assosiasiyalarının, ticarət palatalarının, QHT-lərin təmsilçiləri, ekspertlər və mütəxəssislər iştirak edəcəklər. 
Xatırladaq ki, Rəqabət Məcəlləsinin layihəsi Milli Məclisə Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü ilə daxil olub. 

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər