"Özgə qadın gözləri çəkən rəssam ərləri barədə xanımlar nə düşünür?!"
Oxunub: 4774
24 Jun 2016 | 00:29


















Bir müddətdir ki, tanınmış publisist-jurnalist Vahid Qazinin yenicə çapdan çıxmış "Çöl Qala" povestinin Moderator.az saytı tərəfindən hissə-hissə təqdimatına başlamışıq. 

Təqdim etmək bizim, mühakimə yürütməksə dəyərli oxucularımızın missiyası. Bəri başdan bu povesti oxuduğunuza görə peşman olmayacağınıza, əksinə, xeyli duyğusal anlar, mənəvi rahatlıq qazanacağınıza zəmanət veririk... 

Qeyd edək ki, kitabı şəhərin kitab mağazalarından da ala bilərsiniz...

Əvvəlini bu linkdən oxuya bilərsiniz--- moderator.az/news/141428.html





VII Bölüm. Tamamlanmış yarımçıq portret
(Davamı)

Onlar həyatımın bir parçasına elə çevriliblər ki, yazışmalarını oxuduğum müddətcə başqa heç bir iş görə, heç nə haqda düşünə bilmirəm. Sanki rejissor kimi çəkəcəyim filmin ssenarisini oxuyuram. Oxuduqca da bəzi yerləri dəyişmək, başqa cür yazmaq istəyirəm. Amma heç nəyi dəyişə bilmirəm - qələm mənim əlimdə olsa da, ssenarini iradəmdən kənar qüvvə yazır, tale yazırmış kimi. Mən hadisələri arxamca sürümək istərkən özüm onun dalına düşmüşəm.

***
Qadın: Səndən xəbər çıxmadı axı! Gəlmisən?.. Telefonun da bağlıdır. Mənə zəng vur!

***
Bax, bəyəndiyin ağ paltarı ütüləmişəm. Görüşümüzə hazırlaşıram, əzizim. Bilirsən sənə nə qədər deyəcəklərim var?! Bir ömürlük! Səbrin çatar mənim ömür söhbətimi dinləməyə? Onu tək sənə danışacam, gizli heç nə qalmayacaq. Təki dinləyənin olsun, danışmağa nə var ki... Ürəyimdəki bütün düyünləri qoyacam sən açasan. Bacımla ərimin xəyanəti hələ son deyil. Sənə ən böyük sirrimi də söyləyəcəm. Görək buna nə deyəcəksən! Səni Tanrı yox, mən yaratmışam deyəndə hədəfə vurdun. Kimsən, hardan gəlmisən, realmısan, ya xəyalmısan? Bilirsən, “Sənə ehtiyacım yoxdur” sözlərini yalan yazırdım ”“ sənə heç vaxt olmayan kimi ehtiyacım var! Mənə bircə kəlmə yaz!

***
Allahım, məni yenəmi sevdiklərimlə sınağa çəkirsən? Hələ çoxmu sürəcək bu sınağın? Olmaya o da bu təyyarədədir? 

...Qurbanım olum, mənə bir söz yaz! Yoox! Sən saytların yazdığı bu qəzada ola bilməzsən!!!

***
Bilirəm, özün bilə-bilə mənsiz getdin. Qabaqca getdin ki, gedib ocaq qalayasan, oraları isidəsən, mən gələndə üşüməyim... Yox, ora soyuq deyil axı, orda həmişə bahardır...

***
Bir aydır yoxsan... Məni yıxdın! Yazmışdın ki, “ürəyin istəyəndə düşüb gedərsən, qorxma, məndən yıxılmaq mümkün deyil”. Amma yıxdın, səndən də yıxıldım, özü də çox pis yıxıldım. 

Yas məclisinə getmədim. Həmin günlər səndən bərk incimişdim. Hirsliydim. Çıxıb getdiyinə görə yox, mənsiz getdiyinə görə. Birgə qurduğumuz dünyamıza tək getdiyinə görə. Amma eşitdim, məclisin izdihamlı keçib. Səni sevən çox imiş. Qəzetlər yazdı, televiziyaların söhbəti sən oldun ”“ təyyarə qəzasında ölən tək azərbaycanlı...

Yazmışdın ki, o şəklə ilk sən baxacaqsan, nə oldu bəs? O gün özümü toparlayıb sizə getdim. Xanımına “jurnalistəm” dedim, yaradıcılığınla maraqlandığımı dedim. Gözəl xanımın varmış. Sizdə olduğum bir saat sənlə keçirilmiş bir ömür kimi oldu. Sənin çox rəsmini gördüm, ancaq son çəkdiyin yox idi.

***
Yazışmalarımızı dönə-dönə oxuyuram. Bir dəfə də mənə müraciətdə “Sən” sözünü kiçik hərflə yazmayıbmışsan, məndən fərqli olaraq... Sən nə qədər böyükmüşsən!

***
Telefonumda mənə yazdığın mesajları oxuyuram. Ayrı-ayrı vaxtlarda, ovqatlarda yazılıb. Mənsə çox vaxt onlara laqeyd olmuşam. Soyuq ürəklə oxumuşam! Yazdıqlarının çoxunu silmişəm. Elə peşmanam ki... 

Bax, bu, ilk aylarımızın sms-ləridir. Bizim dünyamızın divarlarına yazıram, oxuyasan, xatırlayasan, ...günahımdan keçəsən.

***
“Sənə yaman öyrəşmişəm. Səncə, bu normal haldı, ya anormal?” “Bəlkə mən bu suala cavab verməyim...” “Yaxşı, bəs bu haldan sonrakı mərhələnin adı nədi?” “Ağrı çəkmək, dünyanın ən ləzzətli ağrısını çəkmək, o qədər ləzzətli ki, zamanın dayanmasını istəyirsən”. “Buna hazırsanmı?” “Əvvəlkini hələ də keçə bilmirəm, yenisi məni yıxar”. “Ürəyin istəyəndə düşüb gedərsən, qorxma, məndən yıxılmaq mümkün deyil”.

***
“Şəklini məndən yaxşı çəkən olsa, özümü ataram Qız Qalasından. Təsəvvür eləyirsən, bundan sonra onun adı da dəyişər, daha Qız Qalası yox, Oğlan Qalası deyərlər, ya da Rəssam Qalası... Minillik bir adı dəyişmək üçün özünü atmağa dəyməzmi?”

***
 “Öldün, getdin,
Bağışla, ağlaya bilməyəcəm sənə...
Bilirsənmi neçə ağac kəsilib
Gözlərimin önündə,
Qayalardan atılan
Neçə şəlalə intiharı görmüşəm?
Özüm də bilmirəm,
Neçə ulduz basdırmışam göylərdə,
Neçə insanın umudunun meyitini
Buza qoymuşam qəlbimdə?
...Bağışla, çoxdur ölənlərim,
Sənə ağlaya bilməyəcəm...” 

***
“Termometrə bənzədirəm ağıllı qadını. Onunla şüurun istənilən qatında, qəlbin hər cür halında danışa bilirsən. 30, 40 dərəcə istidə, yaxud 20, 30 dərəcə şaxtada yaşaya bildiyin kimi. Beləsi bütün səviyyələrdə, mövzularda söhbətə hazır, açıq olur”.

***
“...Mən həyat qalamın darvazalarını qasırğa tək yerindən qoparan adamlara güvənə bilmərəm”. “Bəlkə qalasız, darvazasız həyat daha gözəldir. Bir də ki, nə bilirsən həqiqət hardadır?” “Ətrafımdakıları və özümü hər zaman güvəndə saxlamağı xoşlayıram. Bunu düzənlikdə necə etmək olar?” “Dünyanın ən böyük fatehi Çingiz xan dünyanın ən qüdrətli və güvənli imperiyasını düzənlikdə yaradıb. Bir dənə də qala tikməyib, darvaza asmayıb. Bilirsən nəylə? İradəsi və ədalətiylə!”

***
“Sənlə mənə aydın olmayan bir məkana düşürəm, orada özümü çox rahat hiss edirəm. O məkan bu dünyada deyil, başqa yerdədi, mənim bilmədiyim, heç min il sonra da ağlıma gəlməyəcək yerdədi. Bu yerin adı nədi? Bilmirəm! Mən sənə inanıram. Sadəcə, sənin umudlarını doğrultmamaq qorxum var. Bəlkə də o üzdən sənə inamsız görünürəm”.

***

Rəssamın telefonla göndərdiyi hələ bir xeyli mesaj da vardı. Onları da mətnə əlavə edib-etməməyə qərar verə bilmirdim. Sonra onlara bir də baxacam.

***
Əzizim, bu qədər olanlardan sonra yenə Allahdan sevgi dolu bir ürək istəyirəm. Sənin yanına bir ürək dolusu sevgiylə gəlim deyə. Qoy bütün boşluqlarımı sevgi doldursun. Saf, məsum, həsrəti ürək göynədən, hər gecəsi intizar dolu, sabahları yollara baxan lal baxışlarla ötüşən, öpüşünü düşünəndə dodaqlarımı əsdirən, varlığı ilə mənim də var olmamı mənə xatırladan, bütün vücudumu bürüyən bir sevgi! Öz yaratdığımız dünyanı istəyirəm!

***
Bu gün yenə məktublarını oxuyurdum. Onları çap eləmişəm. Daha kompüterdən oxumuram. Yatağım sözlərin yazılmış vərəqlərlə dolur gecələr, onlara sarılıb yatıram. Qoxunu alıram onlardan. Sənin qoxunu duymadım he甦 Bilsən özümü nə qədər lənətləyirəm buna görə”¦ Bir udumluq qoxun üçün canımı verərəm indi. 

Vərəqlər bədənimə yapışır. Üzümə, gözümə, dodaqlarıma, sinəmə, qollarıma, ayaqlarıma, ”¦hər yerimə. Səni dərimlə duyuram. Qucaqlayıb bağrıma basıram. Yatağımda dikəlib dizlərimi qucaqlayıram. Göz yaşlarım yanağımdan üzü aşağı süzülür, dodağım duz dadır, çənəmdən sinəmə damcılayır, döşümün üstündəki vərəqə düşür. Bilirsən hansı sözlərinə? “Ehhh, Qadın! Sən hardan biləsən mənim həyəcanımı, mənim duyğularımı, mənim ehtirasımı, həyat eşqimi, mənim SEVGİmi. Bu anımda sən TANRIMsan... Amma bunun sənin indiki anına, halına dəxli yoxdu... Bu mənim anımdı, mənim halımdı”.

***

Kövrək adam deyiləm. Xarakterim belədi. Hər sentimental söz mənə təsir eləməz. Amma boynuma alıram, bu sözlərdən pis oldum, gözüm yaşardı. Ona yazığım gəldiyindən deyil, öz halıma acıdığımdan ağladım elə bil. Bir anlıq elə zənn elədim ki, bu sözləri mənə yazır. Dəli bir istək keçdi könlümdən. İstədim Rəssamın adından ona yazam. Könlünü alam, ovudam. Yaza bilərdim. Kod oğurlayıb birinin yazılarını oxuyan, onun sevgilisinə də tamah salar, hələ başqa nə alçaqlıq desən eləyər. Bütün bu şəbəkə olayından bəri ilk kəs düşüncələrimə görə xəcalət çəkdim.

***
Bu gün sərginin açılışı oldu. Yoxluğunun bir ili tamam olan gün. Dostların təşkil eləmişdilər, sağ olsunlar. Yaxşı dostların varmış. Nazirlər, deputatlar, xeyli tanınmış adam gəlmişdi. Tiflisdən rəssam dostun da gəlmişdi. Səni futbola saxlaya bilmədiyi üçün özünü az qala lənətləyirdi. Çox təsirli çıxış elədi. Xanımına heyran qaldım. Hər gələn tamaşaçıya əziz adamı kimi elə baxırdı ki... Elə bil onlardan sənin iyini çəkirdi. Səninlə fəxr elədiyi rəsmlərə baxışından duyulurdu. Xəfif təbəssümü, məsum gözləri onun gözəlliyini daha da artırırdı. 

Mən o şəkli, mənim şəklimi gördüm. Elə bil bədənimdən cərəyan keçdi. İldırım vurubmuş kimi donub qaldım bir müddət. Salonun baş divarından tək asmışdılar. Ən çox tamaşaçı da elə onun qabağına yığılmışdı. İndi bildim sən bunu niyə həm yarımçıq, həm də bitmiş sayırmışsan. Tabloda yalnız bir cüt göz var... Onlar mənim gözlərimdir! 

Bilirsən, altından nə yazmışdılar? “Tamamlanmayan naməlum qadın portreti”. Az qalırdım qışqıram: “Yox, tamamlanıb. Mənəm! O, məni elə beləcə görüb, onunçün mən beləyəm!..” Amma deyə bilmədim. 

Tamaşaçıların hərəsi bir söz deyirdi: “Yeni işdir. Yəqin səfərdən sonra tamamlayacaqmış”, “Qəribədir, rəsm tamamlanmayıb, amma gözlər tam çəkilib”, “Görəsən, bu qadın kimdir?”, “Allah bilir!” 

Gözlərim isə sənin bu söhbəti dinləyə-dinləyə rəsmə baxan xanımında idi. İlahi, o necə də gözəldi, başını dik tutmağı necə də bacarırdı! Görəsən, bu gözlərə baxıb nə düşünürdü? Özgə qadın gözləri çəkən rəssam ərləri barədə nə düşünür xanımlar?! 

Mənə elə gəldi ki, o məni tanıdı. Evinə gələn “jurnalist” kimi yox, tablodakı gözlərin yiyəsi kimi tanıdı. O qədər adam içində gözü məni alanda donub qaldı, sonra çevrilib rəsmə bir də baxdı. Qəribə vəziyyət alındı. O da, mən də bilmədik neyləyək, hər ikimizin başı qabağa əyildi, amma bu, salam vermək deyildi. Yaxşı ki, kimsə ona yaxınlaşdı, arxaya çevrildi. Dərhal yox oldum. Sizə getdiyim günü lənətləyirəm. Böyük səhv idi. ...Görən tanıdımı? Bir gözlə adamı tanımaq beləmi asandı? Bəs niyə elə baxdı mənə?

Belə bir gözəlin sevdiyi adam sevgisini niyə başqa yerdə axtarsın? Bəlkə qiyamətəcən açılmayacaq insan sirlərindən biri də budur, nə biləsən?! Amma mən bu gün anladım! Bunu mənə sən anlatdın. Sənin axtardığın qadın sevgisi deyildi. Biz özgənin yaratdığı dünyada yaşayırıq. Fərq etməz o dünya necə yaranıb, Allahın “Ol!” əmrindən, ya elmin dediyi Böyük Partlayışdan! Bizə öz dünyamız lazımdır. HƏR KƏS ÖZÜNÜ KİRAYƏNİŞİN SANDIÄžI ÖZGƏ DÜNYADAN YENİ DÜNYAYA, ÖZÜNÜN YARATDIÄžI, SAHİBİ OLDUÄžU DÜNYAYA CAN ATIR. Öz dünyasını yarada bilən insanlığın sirrini açmış kimidir. Sən bunu yarada bildin. Biz bunu birlikdə yaratdıq. 

***
Bu gün yenə sərgidəydim. Dünən də, srağagün də getmişdim. Hər gün gedirəm. Xanımın olmayan vaxtda gedirəm. Hələ bir müddət davam edəcək. Sonra İstanbula, Moskvaya aparacaqlar. Nə qədər burdadır, hər gün gedəcəm. Hər dəfəsində səni bir başqa yandan görmək, kəşf eləmək üçün.

Elə bil rəsmlərin bir portretin mozaik parçalarıdır. Onları topalayıb puzldakı kimi hər hissəni öz yerinə qoysan, bütöv şəkil alacaqsan. Mən də sənin bu şəkillərini hissə-hissə düzdüm xəyalımda. Böyük bir portret alındı. Bu, sənin rəsmin idi. Rəsmlərin sənin varlığının əksidir. Mən səni gördüm. Qəlbini duydum. Sənin gözlərinlə baxdım rənglərə. Sən adi gözlə baxmırsan, sənin gördüyün rəngləri biz görmürük. Sən rəngin o üzünü, bətnini görürsən. Çəkdiyin insanın dərisi necə nəfəs alır, duyursan. Saçın necə uzandığını hiss edirsən. İnsanın içindən üzünə axan kədərin, sevincin yolunu bilirsən. Kədəri, ağrını, əzabı, sevinci, sevgini biz dağı, daşı, ağacı gördüyümüz kimi görürsən.

***
Qəza iyunun birində baş vermişdi. Qadının qəzadan sonra yazdığı on bir mesaj arasında zaman məsafəsi müxtəlif idi. Bu müddətdə ilk üç mesaj qəzadan sonrakı birinci ayda yazılıb. Növbəti dörd mesaj isə sərgiyədək yazılanlardı. Axırıncı məktublar sərgi dövründə, sonuncu, rus dilində “Yoxluq” şeiri isə bir ay əvvəl qoyulmuşdu.

***
Əzizim, mənsiz orda günün necə keçir? Darıxmamısan? Darıxma! Deyəsən, az qalıb, tezliklə gələcəm yanına. Bunu həkimin gözündən oxudum bu gün. Heç iki il qabaq sağalmaz bir xəstəliyə tutulduğumu deyəndə gözləri belə ümidsiz deyildi, səsi belə titrəməmişdi. Anladım ki, sayılı günlərim qalıb. Amma qorxum yoxdur, vallah yoxdur. Əksinə, sevgilisiylə görüşə aparası qatara bilet alan sərnişin kimiyəm. Birdə ki, burda yaşamaqdan yorulmuşam. Gəlirəm yanına. Qarşıla məni, əzizim! İnanıram sənə, Allah haqqı inanıram. 

***
İki həftədir yataqdayam. Axır ki, düşdüm yatağa. Bu gün yenə həkim gəlmişdi. Xoşum gəlir ondan, kişi adamdır. Xəstəliyimi əvvəl gündən üzümə demişdi, özü də gülə-gülə, heç nə olmayıbmış kimi. Deyəsən, o da bu dünyada kirayənişin yaşayanlardandır, ...bizim kimi. Evdəkilər əməliyyat üçün İstanbula aparmağa təkid edirlər. Həkim etiraz eləmir, amma duyuram ki, sadəcə onların son ümidini qırmaq istəmir.

Getməyəcəm, qoymayacam aparsınlar! Özü də onların yanına! Təsəvvür edirsən?! Qardaşımın bacımla telefonda danışığını qulağım çaldı. Yalvarırmış, deyirmiş ki, İstanbula gətirin onu. Həkimə göstərəcəkmiş, özü baxacaqmış mənə. Bəs üzümə necə baxacaqmış görən? 

Mən sənin yanına gələcəm. Səni burda çox gözlətdim, orda da gözləmənə qıymaram. Gəlirəm! 

Həmişə sən mənə şeir göndərirdin. İndi mən yollayım. Bunu bu dünyada kirayənişin kimi yaşamış bir şair yazıb ”“ Aydın Əfəndi.

Если кто
меня спросит ”“
скажи его нет.
Скажи ”“ он на Работе.
Скажи его нет, ”“
пригласили на Прощальный обед.
Скажи его нет, ”“
на редкий спектакль достал он билет.
Скажи его нет, ”“
он вышел застать до начала Рассвет.
Если кто
меня спросит ”“
скажи его нет.
Он вернется через тысячи лет. 


Ardı var...
Oxşar xəbərlər
18:31, Bu gün
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
18:22, Bu gün
Bu dərmanı içəndə tərəvəz yeməyin
18:20, Bu gün
Şəkidə 59 yaşlı kişi iki nəfəri odlu silahla qətlə yetirib
18:18, Bu gün
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
17:55, Bu gün
Tanınmış futbolçu milli karyerasını başa vurub
17:53, Bu gün
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
17:53, Bu gün
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
17:49, Bu gün
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
17:45, Bu gün
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
17:41, Bu gün
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
17:35, Bu gün
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
17:30, Bu gün
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
17:25, Bu gün
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
17:20, Bu gün
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
17:15, Bu gün
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
17:10, Bu gün
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
17:05, Bu gün
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
17:00, Bu gün
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
16:57, Bu gün
Şərura dolu düşüb - FOTO/VİDEO
16:54, Bu gün
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
16:50, Bu gün
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
16:45, Bu gün
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
16:41, Bu gün
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
16:40, Bu gün
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
16:34, Bu gün
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
16:28, Bu gün
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
16:24, Bu gün
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
16:22, Bu gün
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
16:16, Bu gün
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
16:10, Bu gün
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
16:05, Bu gün
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
16:00, Bu gün
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
15:55, Bu gün
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:50, Bu gün
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
15:45, Bu gün
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
15:40, Bu gün
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
15:35, Bu gün
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
15:30, Bu gün
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
15:25, Bu gün
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
15:24, Bu gün
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
15:20, Bu gün
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
15:15, Bu gün
Keçmiş məhkumlar narkotiklə tutuldular
15:15, Bu gün
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
15:10, Bu gün
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
15:05, Bu gün
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
15:01, Bu gün
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
14:57, Bu gün
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
14:52, Bu gün
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
14:46, Bu gün
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
14:40, Bu gün
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
14:36, Bu gün
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
14:31, Bu gün
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
14:29, Bu gün
Azərbaycanda zəlzələ olub
14:28, Bu gün
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
14:25, Bu gün
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
14:20, Bu gün
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
14:14, Bu gün
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
14:11, Bu gün
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
14:09, Bu gün
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:05, Bu gün
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
13:59, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
13:25, Bu gün
Yorn Auqestad: “Qarabağda və Şərqi Zəngəzurda biz Azərbaycanın tarixi ilə daha yaxından tanış olduq”
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
12:58, Bu gün
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
12:54, Bu gün
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
12:51, Bu gün
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
12:47, Bu gün
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
12:41, Bu gün
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
12:39, Bu gün
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
12:32, Bu gün
Tanınmış müəllim vəfat etdi - FOTO
12:27, Bu gün
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
12:22, Bu gün
Gənc bioloqlar "Biz irəlidəyik" adlı ekoloji aksiya keçirdi - FOTO
12:14, Bu gün
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
12:08, Bu gün
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
11:59, Bu gün
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
11:55, Bu gün
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
11:50, Bu gün
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
11:47, Bu gün
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
11:42, Bu gün
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
11:39, Bu gün
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
11:38, Bu gün
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
11:36, Bu gün
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
11:35, Bu gün
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi
11:31, Bu gün
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
11:25, Bu gün
Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...
GÜNLÜK
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq