“Vyana görüşü Qarabağ probleminin həllinə töhfə verə bilər”
Gündəm
5641
16 May 2016 | 11:54

“Vyana görüşü Qarabağ probleminin həllinə töhfə verə bilər”

Bu gün Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada görüşü planlaşdırılır. Maraqlıdır, Vyana görüşü Qarabağ probleminin həllinə nə isə verə bilərmi?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Qabil Hüseynli Vyana görüşünün problemin həllinə töhfə verə biləcəyini vurğuladı:

“ABŞ və Fransanın problemin həllində müəyyən qədər maraqlı olduğunu nəzərə alsaq, ehtimal etmək olar ki, bu görüş problemin həllində müəyyən irəliləyişə yol açsın. Azərbaycan həm geosiyasi əhəmiyyətinə, həm enerji imkanlarına görə ABŞ və Fransa üçün vacib dövlətdir. Azərbaycan və bu qəbildən olan ölkələrdə sülhün mövcudluğu bu dövlətlərin də maraqlarına uyğundur. Bu baxımdan hesab edirəm ki, həmin dövlətlər Rusiya və Ermənistanın müqavimətini qıraraq sülhyaratma prosesinə təkan verə bilərlər. Başqa sözlə desək, Vyana görüşü problemin həllinə töhfə verə bilər”.

 

Seymur Əliyev

Link kopyalandı!
Son xəbərlər