Artur Rəsizadənin əmisi haqqında heyrətamiz ittiham...
Oxunub: 15812
13 Apr 2016 | 08:48
Artur Rəsizadənin əmisi haqqında heyrətamiz ittiham...
Moderator.az bir neçə gündür ki, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, ölkənin ən peşəkar çekistlərindən olmuş yüksək çinli keçmiş MTN zabiti İlham İsmayılın qələmə aldığı, amma hələ çap olunmayan kitabının təqdimatına başlayır. Bəri başdan oxucuları əmin etmək istəyirik ki, kitab çox maraqlıdır və müəllif o vaxt Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirdiyi halda taleyin gərdişinin onu adı gələndə sovetlər ölkəsinin hər bir guşəsində dodaqları cadar-cadar edən dövlət təhlükəsizlik orqanlarına aparıb çıxarmasının tarixçəsini oxucularla bölüşür, müstəqilliyimizin ilk illərini və ondan sonrakı keşməkeşli dönəmi öz arşınıyla ölçərək maraqlı bir tablo yaradır...

Moderator.az kollektivi və yüz minlərlə oxucumuz adından müəllifə bizə göstərdiyi lütfkarlığa və etimada görə təşəkkürlərimizi bildirərək kitabın təqdimatını davam etdiririk. Xatırladaq ki, cəbhədəki son gərginlikdən dolayı təqdimatı bir neçə gün ertələməli olduq. Bundan sonra davamlı olaraq kitabın bölmələrini təqdim edəcəyik...   

Əvvəlini bu linkdən oxumaq olar--- moderator.az/news/131507.html



GƏNCƏ ”“TALEYİMƏ YAZILAN ŞƏHƏR

 1983- cü ilin  avqust ayında Bakıya qayıtdım. Hələ məzuniyyət başa çatmamışdı,bir neçə gün də istirahət edə bilərdim.Bacım Dilşadgil Şuşada idilər,məni də ora dəvət etdilər və təxminən 10 gün Şuşada qaldım. 23 ildi  Şuşasızıq və hər dəfə fikirləşirəm ki,nə yaxşı o vaxt 10 gün də olsa Şuşada qaldım.Məzuniyyət bitdi,Bakıya gəldim.Komitədə sədr Ziya Yusifzadə Minskdən gələnlərə  DTK-nın vəsiqələrini təqdim edib  iş yerlərimizi elan etdi.Mənim  Gəncə şəhər şöbəsinə göndərildiyim elan olunanda bunu talenin qisməti kimi dəyərləndirdim,necə deyərlər”niyyətin hara ,mənzilin ora”.Gəncəni həmişə sevmişəm,həm də Tərtərə cəmi 80 km məsafədə.Gəncə çox milli şəhərdi və təsadüfi deyildi ki,Azərbaycanda belə bir deyim vardı:”Bakı Azərbaycanın,Gəncə azərbaycanlıların paytaxtıdır.”Mənimlə bərabər Şahnazarov Aleksandr da Gəncəyə göndərildi.Ümumiyyətlə ,məni heç vaxt böyük şəhərlər özünə cəlb etməyib.Bu gün də imkanım olsa,gedib kəndimizdə yaşayaram.Payızın ilk günlərində Gəncəyə gəldim.Şöbənin rəisi polkovnik Adna Adnayev kollektivi yıgıb məni təqdim etdi(Şahnazarovdan bir neçə gün sonra gəlmişdim).DTK-da əməliyyat işi   “obyekt-xətt”(обьектово-линейный) prinsiplərilə müəyyən edilirdi.Elə həmin gün obyekt kimi Xanlar rayonu,xətt kimi isə  axtarış sahəsi həvalə olundu. Xanlar rayonu ərazisində bütün xəttlər üzrə əməliyyat işləri görməli , şöbə üzrə isə DTK-nın axtarışında olanlar üçün əməliyyat-axtarış tədbirlərini həyata keçirməli idim.Məni Xanlar rayonunun rəhbərliyinə təqdim etdilər.Birinci katib Murad Aşurovla tanış olduq.Murad müəllimlə bu gün də münasibətlərimiz davam edir.Tədricən rayonun ictimaiyyətilə tanış olur,normal münasibətlər formalaşırdı.Xanlar(indiki Göy-göl rayonu)böyük rayon idi ,mən işlədiyim müddətdə Samux rayonu yaranmamışdı,rayon şimaldan Gürcüstan SSR-lə,Mingəçevir su anbarı,Qax rayonu,şərqdən Goranboy,cənubdan Kəlbəcər,qərbdən Daşkəsən,Şəmkir rayonları ilə həmsərhəd idi.Gəncə şəhərinin dörd bir tərəfi Xanlar rayonunun ərazisiydi.Rayonda Sovet Ordusunun raket briqadası,hava hücumundan müdafiə sistemi mövcud idi.Vacib obyektlər sırasında Xanlar konyak zavodu(o vaxt SSRİ konyakının 12 faizi təkcə bu zavodda cəmlənmişdi),heyvandarlıq üçün dərman preparatları hazırlanan Azbioloji kombinat ,Qızılca çınqıl karxanası nəzdində partladıcı maddələr saxlanan ambar,Göy-göl dövlət qoruğu daim olaraq əməliyyat nəzarətində idi.Rayon mərkəzində və 9 kənddə ermənilər,bir kənddə mehseti tüklər,bir kənddə ruslar- malakanlar, rayon mərkəzində assuriyalılar yaşayırdı.Sürgün olmuş millət kimi mehseti türklər,dini zəmində Rusiyadan vaxtilə köçürülmüş baptist-malakanlar,hər zaman mövcud olmuş erməni millətçiliyi,xeyli sayda İrandan köç edib yaşayan kontingent rayonun əməliyyat şəraitini xarakterizə edən,DTK-nın hər zaman hədəfləri idi.Ümumiyyətlə , rayonda baş verən bütün neqativ hallar xüsusi xidmətin nəzərindən qaçmamalı,onların  böyüyüb kütləvi narazılığa çevrilməməsi üçün zamanında profilaktik tədbirlər görülməli idi.Bunları deməkdə məqsədim odu ki,əyalət olmasına baxmayaraq bütün istiqamətlərdə işim kifayət qədər vardı. 

                                                                    *****
Xanlar rayon mərkəzi almanlar tərəfindən salınıb.1819- cu ildə Rusiya çarının himayəsini qəbul edən Almaniyanın Vürtemberq əyalətinin  almanları Azərbaycana köç edirlər.Qazaxda,Ağstafada,Şəmkirdə məskunlaşan almanların böyük ,həm də nisbətən varlı hissəsi, 520 ailə Gəncənin qərb hissəsində yaşamağa başlayır.Helenendorf, qısaca Yelino deyilən qəsəbəni almanlar salıb. Qəsəbə, çar birinci Aleksandrın sevimli bacısı Yelena Pavlovnanın şərəfinə adlandırılıb. Stalinin göstərişilə  almanlar 1938-ci ildə Qazaxstana sürgün edilirlər.  Almanlar 120 il yaşadıqları bu yerlərdə böyük mədəniyyət qoyublar.Şərab zavodları,pivə zavodu(sovet dövründə pivə zavodunu  tikiş sexinə çevirmişdilər),bondar-mexaniki zavod,süd emalı zavodu,gözəl arxitekturası olan evlər,səliqəli küçələr,lüteran kilsəsi bu gün də rayona fərqli  çalar verir.Qeyd edim ki,Xanlar rayonunun adını dəyişəndə ,zənnimcə onun tarixi adını ”“Helenendorfu bərpa etmək lazım idi.Almaniya dövlətinin bu yerə xüsusi qayğısına köhnə  adı bərpa etməklə nail olmaq mümkün idi.Alman dəqiqliyi bütün işlərdə özünü göstərmişdi.Bəzən vaxtilə burda anadan olan almanlar haqqında o vaxtkı Almaniya Demokratik Respublikasından,Moskvadan,Qazaxstandan sorğular göndərilirdi.VVAQ şöbəsində alman jurnalları dediyimiz ,sinif jurnallarına bənzəyən , mürəkkəblə yazılmış qeydiyyat jurnalları vardı.Anadan olan hər kəsin doğulduğu tarixlə yanaşı həftənin günü,günün saatı ,anadan olanın gözünün rəngi dəqiq qrafalarda göstərilirdi.Mürəkkəb isə sanki bu gün yazılmış kimi görünür,bir damcı solğunluğu bilinmirdi.Amma, 30-40 cı illərdə bizim kəndlərdə anadan olanların qeydiyyatını çox vaxt tapa bilmirdik.
 
1984- cü ilin ilk ayında rəisimiz dəyişdi. Adnayev Bakıya Mərkəzi Aparatda 3- cü şöbənin( Daxili İşlər Nazirliyində əks ”“kəşfiyyat fəaliyyəti) rəisi təyin edildi.Bizə isə Rəhman Mikayılov gəldi və 7 il rəisimiz oldu.Fevralın əvvəlində Andropov Y.V.öldü.K.U.Çernenkonun dövrü heç nə ilə yadda qalmadı,faktiki olaraq ölkə tezliklə  növbəti  baş katibin  ölüm xəbərini gözləməyə başladı.May ayında ilk verbovkamı etdim.Rəisimizin sözləri yadımdadı:”İlk verbovka həmişə yaddaqalan olacaq,bir də bu gün şəhərdə ən ciddi siyasi akt bu verbovkadı.Yadınızda saxlayın hər agent verbovkası ciddi siyasi hadisədi.” Yazda daha bir əlamətdar hadisə oldu, şəhərin mərkəzində birotaqlı mənzil verdilər,o vaxta qədər şöbənin qonaq evində qalırdım. Artıq öz evim vardı.Ev alanda rəisimiz dedi ki,evlənmək lazımdı,subaylara DTK- da pis baxırlar.Potensial adaxlı  olsam da hələ bəyəndiyim yox idi.
 Həmin günlərdə mənə  yeni bir vəzifə də tapşırıldı-şöbənin şifrəçisi( шифровальщик ) .Mərkəzi Aparatda 3 günlük təlim-hazırlıqdan  sonra şifrə işinin sirrlərinə də yiyələndim.
 
1984-cü il sentyabrda ilk məzuniyyətimə  çıxıb  Yaltaya getdim ,yaxşı istirahətdən sonra Moskvaya yola düşdüm.Moskvada SSRİ Ali Sovetinin deputatı ,gəncəli Afiq Mayılovla “Moskva” mehmanxanasında görüşdük.Afiq İslandiyadan gəlirdi.Mehmanxanada onunla bir yerdə səfərdən qayıdan şair Nəbi Xəzri,müğənni Xuraman Qasımovayla görüşüb səhər yeməyi yedik.Nəbi müəllim harada işlədiyimi biləndə:” Afiq,dostunu bəlkə bizi izləməyə göndəriblər”-deyə  zarafatı etdi.Mən də söz altda qalmadım:”Nəbi müəllim,izlənəsi olsanız heç vaxt onu hiss etməyəcəksiniz,narahat olmayın”.
                                                        
KƏMƏRLİ HADİSƏLƏRİ

Məzuniyyətdən qayıdıb işə çıxdığım ilk gün Qazax rayonunda  iğtişaşlar baş verdiyi məlum oldu. Rəisimiz Qazaxda idi, zəng edib məni və baş əməliyyat müvəkkili Vaqif Həsənovu da Qazağa çağırdı.Məlum oldu ki,Qazağın Kəmərli ,Qaymaqlı kəndlərinə məxsus,Ermənistanla sərhəd olan on min hektar torpaqları Ermənistana veriblər.Camaat da bu məsələyə etiraz edib,Ermənistanın və Azərbaycanın rəsmi dövlət nümayəndələrini döymüşdülər. Azərbaycan DTK-nın müavini general-mayor Bahadur Hüseynov və bir neçə əməliyyat işçisi də Qazax rayon bölməsinin binasında idilər.B.Hüseynov kənddən informasiyanın az olmasından,etiraz edənlərin nələr planlaşdırdıqlarından məlumatsız olduqlarını söyləyib,maksimum informasiya toplamağı tapşırdı.Kimin nə dərəcədə imkanları olduğunu soruşdu.Kəmərli kəndinin adını eşidəndə universitetdən qrup yoldaşım Mahmud Ləzgiyevin o kənddən olduğunu və onun ailəsinin məni tanıdığını deyib kəndə getməyimdə problem olmadığını dedim.General təcili kəndə getməyimi tapşırdı.Vaqif Həsənovla Kəmərliyə getdik.Yolda guya Tiflisdən gəldiyimi ,təsadüfən də Kəmərliyə dönüb hal-əhval tutmaq istədiyimi bəhanə kimi istifadə edəcəyimi fikirləşdim.Kəndə çatıb Mahmudgilin evini soruşdum,darvazanın qarşısına çatanda Mahmudun özünü gördüm və çox sevindim.Hal-əhval tutduqdan sonra hər şey təbii şəkildə davam etdi.Mahmud qardaşı Nəsiminin gələn həftə toyu olacağını,ona görə kəndə gəldiyini dedi.(Növbəti həftə mən toya gəlib iştirak etdim)Çolpalar kəsildi,zoğal arağı açıldı,bir neçə saat qonaq qaldıq.Mahmudun qohum -əqrəbası da bizimlə görüşə gəldilər.Kəndin girəcəyində niyə milis postunun qoyulması ilə maraqlananda baş verən bütün hadisə danışıldı.Məlum oldu ki, Azərbaycan Nazirlər Sovetinin sədr müavini  Rəsizadə Ermənistana gedib,Yerevandan erməni kolleqası ilə birlikdə Qazağın Kəmərli kəndinə gəlib və on min hektarın Moskvanın qərarıilə Ermənistana verildiyini əhaliyə çatdırıb.Vəziyyətdən hali olan kənd camaatı  kəndə hay salıb, Batdaqlı bulağın yanında bunların qarşısını kəsib, Şayəstə adlı bir qadın çomağı erməninin ağzına soxub, dilimizdə danışa bilməyən Rəsizadəyə də”torpaq satan köpəyoğlu “deyib əzişdirib, hər iki nazir müavinini pəyəyə salıblar. Sonra milis gəlib, zorla camaatı sakitləşdirib,pəyədəkiləri azad edib.İndi camaat etiraz edir ki,torpaq vermirik, respublikanın rəhbərliyi  də deyir ki,Moskva verib biz heç nə edə bilmərik.Kənd camaatı nə edəcəklərini bilmirdi ,bir tərəfdən də bəzi fəalları tutub aparmışdılar.Kəmərlidən geri qayıdanda iş yoldaşım da,mən də çox pərt idik.Bu torpaqlar niyə erməniyə verilməlidi ,axı? Canımıza torpaq verilməsinin istiliyi kənd camaatıyla söhbətdən sonra keçirdi.Fikirləşirdik ki,bu etirazdan sonra yəqin torpaqlar verilməz.Rayona çatıb vəziyyəti məruzə edəndə Bahadur Hüseynov əlini stola vurub acıqla :”Günah Rəsizadədə deyil,onu ora göndərəndədi.Başqasını tapa bilmirdilər? O hansı ağılla Yerevana gedib ordan gəlib.?”General bizə təşəkkür edəndə mən ürəklənib soruşdum:Bahadur Mamedoviç,bu etiraza görə yəqin torpaqlar verilməz?.General bir az təəccüb,bir az təəssüflə “ все уже решено “,deyib əlini yellədi.
  
Bu hadisə bizim gələcək torpaq itkilərimizin siqnalı ola bilmədi.Respublika rəhbərliyi heç bir müqavimət göstərməmişdi.Ermənilərin əlinin Kremldə uzun olduğu bəlli idi,amma,  o zaman Heydər Əliyev də Siyasi Büronun üzvüydü və ola bilməzdi ki,Kamran Bağırov bu  məsələni ona çatdırmayaydı.Niyə buna mane ola bilməmişdilər? Ağzı qana batan erməninin iştahasını hələ sonra  görəcəydik.Həmin il Bakıda “Neftçi”nin  oyunu zamanı  stadionda  torpaqların erməniyə verilməsini plakat qaldırıb  yeganə etiraz edən bir şəxs olmuşdu.Kəmərli camaatı tək qalmışdı.Fakt bu idi ki,ölkədə milli ictimai-siyasi şüur səviyyəsi hədsiz aşağı  idi.Sonralar Mahmuda vəziyyəti açıb danışdım,amma əlimizdən heç nə gəlmədiyini etiraf etdim.İş-işdən keçmişdi.Respublika rəhbərliyi ziyalıları bu işə cəlb edə bilməmişdi,  erməni tərəf istər Qarabağ ,istər digər milli məsələlərdə həmişə erməni ziyalılarını qabağa verirdi.Moskvadan olan təpkilərdə erməni rəhbərliyi arxa planda qalsa da ,işin baş rejissoru onlar idi.Ziyalılarımız  ictimai proseslərdə yalnız çapan çalan kimi istifadə olunmuşdu,milli məsələlərdə irəli duranı da millətçi damğasıyla təqib etmişdilər. İllər keçib,amma..,çapan davam edir və mən yenə o qənaətdəyəm ki,ictimai-siyasi şüur səviyyəmiz qonşu Gürcüstandan,düşmən Ermənistandan yuxarı deyil.

1984-cü ilin payızında Xanlar rayon rəhbərliyi dəyişildi.M.Aşurov Şərabçılıq Komitəsinə sədr təyin olundu,yerinə ikinci katib Qərib İsgəndərov qoyuldu.Sonrakı illərdə bu uğursuz dəyişikliyin ağır nəticələrinin şahidi olacağıq.
 1985-ci il gəldi .Martın əvvəlində Baş Katib K.U.Çernenko öldü.Sovet adamları dövlət başçılarının ölümünə adət etmişdi.M.S.Qorbaçov Baş Katib seçildi.Ölkədə tədricən hiss olunurdu ki,yeniliklər olacaq.SSRİ-də yeniliklər faktiki Andropovla başlamışdı.Qorbaçovla iş sürətləndi.İlk qərarlar “sərxoşluq və alkoqolizmlə mübarizə”dən başladı.Saltıkov Şedrinin müdrik kəlamı var:”Mən yuxuya gedib yüz ildən sonra ayılası olsam və məndən soruşsalar ki,Rusiyada nə baş verir,həmən cavab verərəm ki, yenə içirlər və talan edirlər”.Görünür Qorbaçov da bu ümummilli bəlanın qarşısını almaq üçün inzibati tədbirlərə əl atmağı ilk mərhələ hesab etmişdi.Azərbaycan isə bu Qərarın ən pis tərəflərindən yapışdı-çoxillik üzüm plantasiyaları ləğv edilməyə başladı.Toylarda içki qadağan oldu, hərçənd mineral butulkalarda süfrəyə araq qoyulması adi hal almışdı,spirtli içkilər satılan ticarət obyektləri azaldıldı.Bu ərəfədə DTK-nı saxtakarlığa məcbur etdilər.Bizə göstəriş verildi ki, Moskvaya bu Qərarın  bəyənilməsi haqqında zəhmətkeşlərin teleqramlarını təşkil edin.Bu işin nədən rayon partiya komitələrinə deyil bizə tapşırıldığını soruşanda rəis müavini Mayis Ələkbərov “əmr müzakirə olunmur,yerinə yetirilir”dedi.Təbii, biz onsuz da bu saxtakarlığı yenə raykomlara tapşırırdıq və bu bizi nüfuzdan salan hərəkət idi-xüsusi xidmət orqanı yalana şərik olurdu,hətta təşəbbüsçüsü idi.

1985-ci ilin yayında nişanlandım,növbəti ildə toyumuzun olacağını planlaşdırmışdım.Həyat yoldaşım olacaq Gülnarə öz qohumlarımızdan idi,universitetin biologiya fakultəsində oxuyurdu. 1986- cı ilin aprelində toyumuz olmalıydı.Bu ərəfədə aprelin 16-da ailəmizdə faciə baş verdi.Qardaşımın böyük oğlu,Xarici Dillər institunun ikinci kurs tələbəsi Azər avtomobil qəzasında həyatını itirdi.Bu faciədən hamımız sarsılmışdıq.Toy təxirə salındı.Qardaşım Yusifin həyatı bununla da alt ”“üst oldu və  iki ildən sonra iki dəfə infarkt keçirdi.Məzuniyyət götürüb qardaşımın yanında oldum.İşə başlayanda mayın sonu idi,bir neçə gündən sonra rəis çağırıb məni Moskvaya bir aylıq ezamiyyətə getməli olduğumu söylədi.Moskvada “Xoş məramlı oyunlar” keçiriləcəkdi. Düzü, bir qədər fikrimin dağılması üçün bu yerinə düşən ezamiyyət idi.Şöbədən mən və Vahid Hüseynov Moskvaya ezam olunduq...

Ardı var...
Oxşar xəbərlər
20:36, Bu gün
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
20:35, Bu gün
Mayın 5-6-da maqnit qasırğası olacaq
20:34, Bu gün
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
20:33, Bu gün
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
20:31, Bu gün
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
19:54, Bu gün
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
19:36, Bu gün
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
19:22, Bu gün
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
19:20, Bu gün
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
19:20, Bu gün
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
19:09, Bu gün
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
19:06, Bu gün
Dördüncü kurs tələbəsi vəfat etdi
18:31, Bu gün
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
18:22, Bu gün
Bu dərmanı içəndə tərəvəz yeməyin
18:18, Bu gün
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
17:55, Bu gün
Tanınmış futbolçu milli karyerasını başa vurub
17:53, Bu gün
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
17:53, Bu gün
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
17:49, Bu gün
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
17:45, Bu gün
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
17:41, Bu gün
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
17:35, Bu gün
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
17:30, Bu gün
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
17:25, Bu gün
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
17:20, Bu gün
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
17:15, Bu gün
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
17:10, Bu gün
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
17:05, Bu gün
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
17:00, Bu gün
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
16:57, Bu gün
Şərura dolu düşüb - FOTO/VİDEO
16:54, Bu gün
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
16:50, Bu gün
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
16:45, Bu gün
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
16:41, Bu gün
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
16:40, Bu gün
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
16:34, Bu gün
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
16:28, Bu gün
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
16:24, Bu gün
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
16:22, Bu gün
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
16:16, Bu gün
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
16:10, Bu gün
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
16:05, Bu gün
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
16:00, Bu gün
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
15:55, Bu gün
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:50, Bu gün
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
15:45, Bu gün
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
15:40, Bu gün
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
15:35, Bu gün
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
15:30, Bu gün
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
15:25, Bu gün
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
15:24, Bu gün
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
15:20, Bu gün
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
15:15, Bu gün
Keçmiş məhkumlar narkotiklə tutuldular
15:15, Bu gün
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
15:10, Bu gün
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
15:05, Bu gün
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
15:01, Bu gün
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
14:57, Bu gün
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
14:52, Bu gün
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
14:46, Bu gün
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
14:40, Bu gün
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
14:36, Bu gün
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
14:31, Bu gün
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
14:29, Bu gün
Azərbaycanda zəlzələ olub
14:28, Bu gün
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
14:25, Bu gün
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
14:20, Bu gün
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
14:14, Bu gün
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
14:11, Bu gün
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
14:09, Bu gün
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:05, Bu gün
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
13:59, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
13:25, Bu gün
Yorn Auqestad: “Qarabağda və Şərqi Zəngəzurda biz Azərbaycanın tarixi ilə daha yaxından tanış olduq”
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
12:58, Bu gün
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
12:54, Bu gün
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
12:51, Bu gün
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
12:47, Bu gün
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
12:41, Bu gün
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
12:39, Bu gün
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
12:32, Bu gün
Tanınmış müəllim vəfat etdi - FOTO
12:27, Bu gün
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
12:22, Bu gün
Gənc bioloqlar "Biz irəlidəyik" adlı ekoloji aksiya keçirdi - FOTO
12:14, Bu gün
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
12:08, Bu gün
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
GÜNLÜK
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib