Türkiyə ordusu 10 terrorçunu ZƏRƏRSİZLƏŞDİRDİ
663
17 Apr 2023 | 14:35

Türkiyə ordusu 10 terrorçunu ZƏRƏRSİZLƏŞDİRDİ

Türk Silahlı Qüvvələri Suriyanın şimalında 10 terrorçunu zərərsizləşdirib.

Bizim.Media xəbər verir ki, bu barədə milli müdafiə naziri Hulusi Akar bildirib.

O qeyd edib ki, terrorla mübarizə qətiyyətlə davam edir.

“Son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmiz davam edəcək. Bütün məlum terror hədəfləri atəşə tutulub. 4 yaralımız var və onların müalicəsi davam edir. Suriyanın şimalındakı hücuma eyni şəkildə cavab verilib. 10 terrorçu zərərsizləşdirilib”, - o deyib.

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər