Doğuş:
668
18 Feb 2023 | 21:29

Doğuş: "Yük maşınları ilə insanların cəsədlərini daşıyırlar" - VİDEO 

Fevralın 6-da Türkiyədə baş verən zəlzələ bölgələrindən biri olan Hataya yollanan türk pop müğənni Doğuş Bakıya qayıdan kimi həyat yoldaşı Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni axtarıram" ictimai- sosial verilişinə gəlib.

Bizim.Media xəbər verir ki, sənətçi orada şahid olduğu acınacaqlı vəziyyətdən dəhşətə gəldiyini söyləyib:

“Oralar çox pisdir. Həyatımda ilk dəfədir belə bir şey yaşayıram. Yük maşınları ilə insanların cəsədlərini daşıyırlar. Tanrım bütün türk dünyasını qorusun”.

Rəşad Əliyev, Bizim.Media
 

Link kopyalandı!
Son xəbərlər