Azərbaycana tuşlanan snayperlər...
Köşə
Oxunub: 3181
17 Dec 2015 | 22:05
Azərbaycana tuşlanan snayperlər...
ABŞ Azərbaycanı sanksiyalarla hədələyir. Bəzi “demokratlar” da bunu toy-bayramla qarşılayır. Azərbaycana sanksiya qərarını hazırlayan Komissiya bunu Konqresə təqdim edəcək. 

O Konqres ki, 1992-ci ildən “Azadlığı Müdafiə Aktı”na 907-ci əlavəni qəbul edib, başımızın üstündən Domokl qılıncı kimi asıb - yəni iqtidar-müxalifət fərqi qoymadan. 
Zatən, ABŞ ermənilərin çörəyinə 907 adlı “yağ-bal”ı Elçibəy hakimiyyətdə olanda sürtdü. O zaman Azərbaycan Milli Ordusu işğalçıya qarşı uğurlu hərbi əməliyyatlar həyata keçirirdi. Əsgərlərimiz Xankəndinin 30 km-liyindəydi. 

İllər boyu həmin “907”-nin ləğvi barədə çağırışlar, xahişlər, minnətlər oldu. Ancaq məhəl qoymadılar. Azərbaycan Qərbə neftini, qazını verdi, antiterror koalisiyasına qoşuldu, İraqa, Kosovoya, Əfqanıstana əsgərlərini göndərdi...Üstəlik, qışqıra-qışqıra qaldı ki, ay cənablar, mən on illərdir terrordan, işğaldan əziyyət çəkirəm, əhalim öz evindən didərgin düşüb, şəhərlərim, kəndlərim viran qoyulub, yetər ki, siz işğalçını öz adı ilə çağırasınız. 
Ancaq kimə deyirsən? Bütün bunların qarışılığında ABŞ Konqresi işğalçı Ermənistana, üstəlik, Dağlıq Qarabağda özünü “dövlət” elan etmiş separatçı rejimə hər il milyonlarla dollar maliyyə yardımı ayırdı. Bu, nonses, görünməmiş ədalətsizlik idi! 

ABŞ Konqresi niyə “907”-yə bənzər qərarı Abxaziya, Cənubi Osetiya, Dnestryanı separatçılarla bağlı qəbul etmədi, bəlkə bu suala cavab verilsin. Axı elə həm Gürcüstan, həm də Moldovadakı münaqişə ocaqları Qarabağ münaqişəsi ilə yaşıddır, hər ikisində oxşar proseslər baş verib, “KQB” SSRİ xalqlarını bir-birinə qarşı qoyub imperiyanın ömrünü uzatmaq üçün ocaqlar çatdı. İndi niyə Vaşinqton Qarabağı digərlərindən fərqləndirir, Gürcüstan, ya Moldovanın ərazi bütövlüyünə BMT-də səs verdiyi halda Azərbaycana gələndə bitərəf qalır? Bunlar sadə məsələlər deyil. Bu, açıq şəkildə işğalçını himayə etməkdir. 

Dünyanın supergücünün bircə yumruğu bəs edərdi ki, erməni şələ-şüləsini yığışdırıb Ağdamdan, Füzulidən, Kəlbəcərdən rədd olsun. Amma yumruğu vurmadılar. Əvəzində...Azərbaycan ordusu düşmənin döyüş helikopterini Ağdam səmasında, səngərimizin üstündə vurub məhv edəndə Amerika, Avropa “ay biz narahatıq, ay qoymayın, ürəyimiz tutdu”-deyə hayların səsinə elə bənzər hay-küylə reaksiya verdilər ki. Ancaq Azərbaycanın “Ermənistan əsgəri Ağdamda, Füzulidə nə edir ki, orda da ölür” sualına kimsə cavab vermədi. Sabah ermənilərin kompakt yaşadığı Koliforniya ştatında ermənilər toplaşıb “Miatsum” aksiyası keçirsə, bu ərazilərin qədim haylara məxsusluğunu iddia etsə, Amerika sakitmi qalacaq, qoy desinlər. 

Amerikadan hədə gələn gün Azərbaycan ordusu yenə şəhid verdi. Son iki gündə ikinci əsgərimizi itirdik. Düşmən bizi öz torpağımızdan vurur, başımıza mərmilər yağdırır. Ancaq Amerika rəsmisi Azərbaycana çağırış edir ki, tanklarını ön cəbhədən geri çəksin. Niyə? Bəs, onda sənin ərazi bütövlüyün tanıdığın Azərbaycanın sərhədləri haradan başlanır, bəlkə açıq deyəsiniz? Necə olur ki, gah Naxçıvan, gah Qarabağ torpaqları Amerika, ya Avropada hazırlanmış materiallarda “Ermənistanın xəritəsində” verilir, bu qədər səhvmi olar? Necə olur ki, Azərbaycan bircə dəfə də bu səhvi etmir, amma kosmosdan adamların cibində nə gəzdirdiyini də dəqiqliyinə qədər aşkarlamaq qüdrətinə malik olan dünyanın süpergücündə vaxtaşırı belə “səhv”lərə yol verilir? 

Bəli, Azərbaycanda problemlər var. Amma MTN ətrafında baş verənlər göstərdi ki, əslində problemləri yaradanlar elə xaricdən idarə olunanlar imiş və bununla onlar nəinki dövlətin və millətin maraqlarını ayaqlar altına atıblar, nəinki Qarabağın taleyini düşünüblər, hətta ölkə rəhbərliyinin etimadının qarşısında ona xəyanət ediblər. Mümkündür ki, belələri Azərbaycanın ən ağır  sanksiyalara məruz qoyulmasını da toy-bayramla qarşılasın, özləri yaddan çıxacaq deyə. Amma Azərbaycanla bağlı sanksiya qərarının verilməsi ümummilli maraqlarımıza ciddi zərbə olar. Kimsə məni inandırmağa çalışmasın ki, ABŞ Konqresi sanksiya qərarı verəcək, ölkəmizdə günəş doğacaq, demokratiyanın limiti artacaq, neqativlərə son qoyulacaq. 

Bu, iki paytaxt arasında münasibətləri bir az da gərginləşdirəcək, nəticədə Azərbaycan hakimiyyəti müsbət addımları ertələyəcək, çünki dəfələrlə bəyan edib ki, o, təzyiqlər qarşısında geri çəkilməyəcək. Üstəlik də, Azərbaycana qarşı onsuz da illərdir sanksiya tətbiq edən ”“ “907”-ni sadəcə donduran və ləğv etməyən Konqres məni inandıra bilməz ki, onun bu qərarı Azərbaycan vətəndaşlarının azadlıq və demokratiya istəyindən irəli gəlir. Məşhur kinofilmdəki kimi barmağını çərtib qanını gözlərimizə sürtməsinə gərək yox, sadəcə “907”-ni ləğv eləsin, Ermənistandan Qarabağı bir ay ərzində boşaltmağı tələb etsin, əgər tələbi yerinə yetirilməsə, Ermənistan haqda sanksiya qərarını versin. Əsaslar da kifayət qədər: a)qonşu dövlətin torpağını 25 ildir işğalda saxlayır; b)öz xalqına sitəm edir; v) demokratiya yoxdur, anarxiya hökm sürür... 

Sanksiya üçün daha nələr lazımdır? Onda deyərəm, Konqresin ədaləti varmış. Yoxsa cəmi bir ay əvvəl Ermənistana milyonlarla dollar yardım ayıran bir qurum Azərbaycana başına mərmilər yağdırılan Azərbaycanı sanksiya ilə təhdid edir...

Azərbaycan hökuməti isə bu günlərdə pozitiv addımlar atırdı: Arif və Leyla Yunus həbsdən buraxıldı. İlin sonuna siyasi məhbusları da əhatə edəcək böyük əfv gözlənilir, sahibkarlıq fəaliyyəti ilə bağlı mühüm qərarlar verilib, ASAN-laşma sürətlənib...Bu məqamda isə Qərbdən sanksiya təhdidi. O məqamda ki, Azərbaycan şimaldan da təhdidə məruz qalır, Rusiyanın Ermənistanda artırdığı rus əsgəri və raketləri həm də Azərbaycanı təhdid edir. ABŞ Konqresi isə Azərbaycanı xilas qərarı vermək əvəzinə, onu Rusiya kimi sanksiyaya məruz qoymaq, Rusiyanın yanına itələmək siyasəti yürüdür. Əslində bu gün NATO Azərbaycanda baza qurmaq, bu gənc müstəqil dövləti xilas etmək üçün hərəkətə keçməliydi...

Başqa yandan da Avropa Şurası hədələyir. Deyəsən, proses bir mərkəzdən idarə olunur. Hədəfdə Azərbaycandır, özü də bu “snayper”lər bizə təkcə Ermənistan, ya Qarabağdan tuşlanmayıb.Xilasımız milli birliyimizdədir. İqtidarlı-müxalifətli kimliyindən asılı olmayaraq öz məsuliyyətini dərk etməli, düşmənə bəhanə verəcək addımlara getməməlidir. 

Yeganə müttəfiqimiz Türkiyənin də başını qatıblar, ötən əsrin əvvəlindəki kimi, Azərbaycana sonadək kömək etməsin deyə. İndi hakimiyyət vaxtı deyil, indi Azərbaycan vaxtıdır...
Oxşar xəbərlər
16:00, Bu gün
Ankaradan İrəvana yeni mesajlar: Ermənistan öz taleyini düşünməlidir - ŞƏRH + FOTO
15:55, Bu gün
Nərimanov rayonunda beş kq narkotiklə saxlanılan şəxs həbs olundu - FOTO/VİDEO
15:50, Bu gün
Baydenin xüsusi nümayəndəsinin müavini: “Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir” - MÜSAHİBƏ
15:46, Bu gün
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib - FOTO
15:42, Bu gün
BDU-da “Türk otağı” açılıb - FOTOLAR
15:38, Bu gün
Prezident: “Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq”
15:35, Bu gün
Fuad Muradov 7 kişini intim münasibətlə bağlı şantaj edib? - İş məhkəmədə
15:31, Bu gün
İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq”
15:28, Bu gün
Almaniya Kansleri: “Rasizmin qarşısının alınması üçün əlimizdən gələni edirik”
15:24, Bu gün
Azərbaycan Prezidenti: “Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb”
15:20, Bu gün
İlham Əliyev: "Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var"
15:18, Bu gün
BDU tələbəsi qeyri-formal tədris metodları vasitəsilə təlimlər keçəcək
15:15, Bu gün
Prezident Almaniyaya təşəkkür etdi
15:13, Bu gün
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
15:12, Bu gün
Ermənistanda kilsə oyunları: Baqratın şirin arzusu - ANALİZ + FOTO
15:11, Bu gün
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək
15:07, Bu gün
Avropa Parlamentində anti-Azərbaycan çağırışlar: Sülhə və demokratiyaya sayğısızlıq - ŞƏRH + FOTO
15:05, Bu gün
Stanislav Tkaçenko: “İrəvan danışıqlar prosesini ləngitmək üçün bütün vasitələrdən istifadə edib” - MÜSAHİBƏ
15:03, Bu gün
Olaf Şolts: “Almaniya Azərbaycan və Ermənistana sülh yolunda dəstək göstərməyə hazırdır”
15:00, Bu gün
Prezident: “Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır”
14:57, Bu gün
Olaf Şolts İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsinə görə təşəkkür etdi
14:54, Bu gün
Ermənistanın VOMA terror təşkilatı aktivləşib: Yaş, cins, məzhəb fərq etmir
14:51, Bu gün
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
14:47, Bu gün
Alla Puqaçova haqqında gəzən söhbətlərə cavab verdi - “Vecimə deyil”
14:44, Bu gün
Prorektorun qətlini sifariş edən rektorun məhkəməsi TƏXİRƏ salındı
14:40, Bu gün
Britaniya hökuməti Kral III Çarlzın ölümünə fəal şəkildə hazırlaşır
14:36, Bu gün
İlham Əliyevlə Şoltsun geniş tərkibdə görüşü başa çatdı - YENİLƏNİB
14:34, Bu gün
Lənkəran sakinləri: “Xəstəmizi tibb müəssisəsinə aparmaq 30-40 manata başa gəlir” - VİDEO
14:28, Bu gün
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
14:27, Bu gün
“Onlar reytinq haqqında düşünür, səbəb olduqları intiharlar haqqında yox”
14:23, Bu gün
"Biz qalib gələcəyik, başqa alternativimiz yoxdur" - Zelenski
14:20, Bu gün
Əliyevlə Şoltsun təkbətək görüşü başa çatdı - YENİLƏNİB + FOTO
14:18, Bu gün
Gənc oğlan arvadının başqa kişilərlə gəzdiyindən şübhələndi, həyətə çağırıb... – Şok təfərrüat
14:14, Bu gün
Şoltsla Berbok Əliyevi belə qarşıladılar - FOTO
14:10, Bu gün
Bakıda velosiped yollarına quraşdırılan baryerlər kimlərin qəzəbinə tuş gəlib? - FOTO
14:06, Bu gün
AFFA “Qarabağ” klubunu cərimələyib
14:02, Bu gün
Türkandan plastik əməliyyatını tənqid edənlərə: "Geridəqalmışlar"
13:59, Bu gün
Bakıda körpə pəncərədən düşərək ölüb
13:54, Bu gün
Vəkil: “Ermənistan Azərbaycan ərazisinin beşdəbirini işğal etdikdən sonra bu ərazilərə iddia edib”
13:49, Bu gün
İranda bir gündə dörd məhbus edam edildi: Biri qadındır - FOTO
13:45, Bu gün
Həkimlərin əməliyyat görüntülərini paylaşması nə dərəcədə DÜZGÜNDÜR?
13:41, Bu gün
İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
13:39, Bu gün
Vəkil: “Azərbaycanın iddiası Ermənistanın 30 illik etnik təmizləmə kampaniyasına əsaslanır”
13:37, Bu gün
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı - FOTO
13:33, Bu gün
Sabah 32 dərəcə isti olacaq - PROQNOZ
13:29, Bu gün
Prezident: “Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır”
13:26, Bu gün
“Gəldim ki, uşaqları xəstəxanaya aparıblar- tez ora qaçdım... Cərrahın da adı Andranik idi...”
13:24, Bu gün
Prezident: “Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir”
13:21, Bu gün
Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edildi
13:19, Bu gün
“17 il ərzində 5 dəfə onu ölümün caynağından çıxartdım, deyirdi ki, yubileyimi görməyəcəm” - Sənətkarın qızı - FOTO + ÖZƏL
13:14, Bu gün
Polisin "saxla" əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
13:10, Bu gün
Azərbaycanın kirayənişinini BU 3 ÖLKƏ silahlandırır - Millət vəkilindən İLGİNC YAZI
13:05, Bu gün
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
13:01, Bu gün
Azərbaycanda genişzolaqlı internetin sürəti 38% artıb
12:59, Bu gün
BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir
12:55, Bu gün
Bərdədə narkomaniya və erkən nikahla mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib - FOTO
12:50, Bu gün
Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər”
12:47, Bu gün
Vidadi İsayev Bərdənin Qaradəmirçi kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
12:43, Bu gün
Laçın və Zabux sakinlərinə məşğul ola biləcəkləri 40-dan çox peşə təqdim edilib
12:40, Bu gün
Türkiyəli general: “Monitorinq Mərkəzi atəşkəsə nəzarət missiyasını uğurla davam etdirib”
12:37, Bu gün
İlham Əliyev: “COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək”
12:34, Bu gün
Almaniya kansleri: “Bakıda noyabrda keçiriləcək COP29 uğurlu olacaq” - YENİLƏNİB
12:30, Bu gün
Prezident: “Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik”
12:26, Bu gün
Rusiyalı general: “Ağdamdakı monitorinq mərkəzi üç ölkə hərbçilərinin uğurlu əməkdaşlığının nümunəsidir”
12:23, Bu gün
“COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır”
12:20, Bu gün
Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab: “Açıq siyasi sifarişdir”
12:18, Bu gün
Prezident: “Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var”
12:15, Bu gün
Kərim Vəliyev: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifələrinin öhdəsindən layiqincə gəldi”
12:12, Bu gün
İlham Əliyev: “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”
12:09, Bu gün
“Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir” - Kamaləddin Qafarov
12:05, Bu gün
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlandı - FOTO
12:00, Bu gün
COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşüb - FOTO
11:56, Bu gün
Bakıda təhlükəli anlar: Qaydaları pozub qəza törədən sürücü hadisə yerindən qaçdı - ANBAAN VİDEO
11:52, Bu gün
“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib - FOTO
11:47, Bu gün
Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO
11:42, Bu gün
Bu gün Mir Cəlal Paşayevin doğum günüdür
11:38, Bu gün
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü
11:33, Bu gün
Milli ideyaların yaranması istiqamətində UNEC-də növbəti ictimai müzakirə: "Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan" - FOTO
11:28, Bu gün
Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB
11:25, Bu gün
Azərbaycanda latın əlifbası ilə yazılan ilk əlyazmanın saxlanıldığı muzeydən REPORTAJ - FOTO
11:23, Bu gün
Ana 3 yaşlı qızını caduya görə öldürdü
11:20, Bu gün
XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub - FOTO
11:19, Bu gün
İranda dörd məhkum edam edilib
11:17, Bu gün
Yasamalda tikili və obyektlərin fasadlarında alkopanların söküntüsünə başlanıldı - SƏBƏB MƏLUM DEYİL - VİDEO
11:15, Bu gün
Ukrayna Silahlı Qüvvələrinin məşhur qadın snayperi öldürülüb
11:11, Bu gün
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
11:08, Bu gün
Bakıda evdə meyit tapılıb
11:00, Bu gün
Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik
10:55, Bu gün
Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür
10:52, Bu gün
Ukraynada sabiq nazir həbs edilib
10:49, Bu gün
Deputat: Azərbaycanda əlilliyin təyin edilməsi ilə bağlı boşluq var
10:48, Bu gün
İrəvan Ermənistan və Azərbaycan XİN başçılarının Qazaxıstanda görüş imkanlarını nəzərdən keçirir
10:41, Bu gün
Bu qidalar ömrü qısaldır - DİQQƏTLİ OLUN
10:39, Bu gün
Yunanıstan Ukraynaya silah verməyəcəyini bəyan edib
10:36, Bu gün
Polisin “saxla” əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
10:33, Bu gün
NİİM əhaliyə müraciət etdi - VİDEO
10:30, Bu gün
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
10:20, Bu gün
Ombudsmanın əlilliyi olan şəxslərin hüquqlarının qorunması ilə bağlı illik hesabat hazırlamağı təklif edilib
10:18, Bu gün
"Dalğa-2024" birgə taktiki təlimi başa çatıb - FOTO/VİDEO
10:15, Bu gün
NİİM əhaliyə müraciət etdi - VİDEO
GÜNLÜK
25 Apr 2024 | 18:14
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
25 Apr 2024 | 17:40
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
25 Apr 2024 | 17:22
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 16:58
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:42
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:25
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:56
Xocalıda insan qalıqlarının sayı 8-ə çatdı - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:38
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 19:45
“... millət görsün kim kişidir, kim dişi...” - Talehə AĞIR CAVAB
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
AYLIQ
25 Apr 2024 | 18:14
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
25 Apr 2024 | 17:40
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
25 Apr 2024 | 17:22
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 16:58
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:42
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:25
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:56
Xocalıda insan qalıqlarının sayı 8-ə çatdı - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:38
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 19:45
“... millət görsün kim kişidir, kim dişi...” - Talehə AĞIR CAVAB