Unudulan deputatlar: Səlahiyyətlərini başa vura bilməyən məşhur ƏLİYEVÇİ - FOTOLAR
Cəmiyyət
Oxunub: 1052
22 Oct 2021 | 08:53
Unudulan deputatlar: Səlahiyyətlərini başa vura bilməyən məşhur ƏLİYEVÇİ - FOTOLAR
Milli Məclisdə necə fəaliyyət göstərməsindən asılı olmayaraq, yaddan çıxan, unudulan keçmiş deputatları bir daha sizə xatırladırıq.
 
Bu məqsədlə də “Unudulan deputatlar” adlı rubrikamızda vaxtilə parlamentin üzvü olmuş şəxslərdən bəhs edirik.
 
Rubrikamızda bəhs edəcəyimiz növbəti sabiq deputat Səfyar Musayevdir.
 
Səfyar Musayev I çağırış (1995-2000) Milli Məclisin üzvü olub.
 
Hakim Yeni Azərbaycan Partiyasının qurucularından olmuş Səfyar Musayev 1995-ci il noyabrın 12-də 74 saylı Goranboy-Naftalan seçki dairəsindən deputat seçilmişdi. O, Milli Məclisin İnsan hüquqları komissiyasının sədri idi.
 
Səfyar Musayev deputat səlahiyyətlərini sonadək icra edə bilməmişdi. Xəstəlik səbəbindən 1999-cu ildə dünyasını dəyişən S.Musayevin deputat mandatını təhvil verməsinə hələ 1 il qalırdı.
 
S.Musayev 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Azərbaycanda iqtidar uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atan 91 nəfərdən biridir.
 
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olan Səfyar müəllim mərhum dövlət başçısı Heydər Əliyevin ən sadiq silahdaşlarından idi.
 
O, Yeni Azərbaycan Partiyasının nüfuzlu şəxlərindən sayılırdı.
 
 
Səfyar Bəylər oğlu Musayev 1935-ci il iyulun 17-də Ermənistan Respublikası Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. 1953-cü ildə orta məktəbi qızıl medalla bitirdikdən sonra Bakı Dövlət ‎Universitetinin Tarix fakültəsinə daxil olmuş və 1958-ci ildə ali təhsilini ‎fərqlənmə diplomu ilə başa vurmuşdu.
 
Əmək fəaliyyətinə 1958-ci ildə Basarkeçər rayonunun Çaxırlı kənd orta məktəbində müəllim kimi başlayan Səfyar Musayev, 1960-cı ildən "Sovet Ermənistanı" qəzetinin Basarkeçər, Marruni, Kamo və Krasnoselsk rayonları üzrə xüsusi müxbiri olub.
 
Elmə olan böyük marağı S.Musayevi 1962-ci ildə indiki Bakı Dövlət Universitetinin aspiranturasına gətirib çıxarmış, 1965-ci ildə tarix elmləri namizədi alimlik dərəcəsi almışdı. Həmin ildən universitetin Sov.İKP tarixi kafedrasının müəllimi olaraq pedaqoji fəaliyyətə başlamışdı. O, 1980-ci ildə ‎tarix elmləri doktoru alimlik dərəcəsinə, 1981-ci ildə isə professor adına layiq ‎görülmüşdü.‎‎
 
1986-cı ildə BDU-nun Humanitar fakültələr üzrə siyasi tarix kafedrasının müdiri ‎seçilmiş və ömrünün son günlərinə kimi bu vəzifədə çalışmışdı. ‎
 
Professor Səfyar Musayev siyasi ‎tarix sahəsində geniş araşdırmalar aparan tədqiqatçılarından idi. Onun Azərbaycandakı ictimai-‎siyasi hərəkatlar və partiyalar, iqtisadi, tarixi və mədəni problemləri ‎elmi cəhətdən işıqlandıran monoqrafiyaları, məqalələri mətbuatda, kitablarda dərc olunub.
 
‎Sabiq deputat ömrünün 40 ilindən çoxunu BDU-da keçirib. Səfyar müəllimin rəhbərliyi altında ilk dəfə BDU-da siyasi tarix ‎kafedrası yaradılıb. Onun rəhbərliyi ilə 1991-‎ci ildə respublikada ilk dəfə “Siyasi tarix” dərsliyi də çap edilib.
 
S.Musayev 1992-ci ilin oktyabrında “Səs” qəzetində dərc ‎etdirdiyi “Mən niyə Əliyevçiyəm” adlı məqaləsində belə bir nəticəyə gəlirdi ki, Azərbaycanı bütün çətinliklərdən yalnız Heydər Əliyev xilas edə bilər.‎ Həmin illərdə Səfyar Musayev, Murtuz ‎Ələsgərov və Əli Əhmədovun rəhbərliyi ilə BDU-nun ‎siyasi tarix kafedrasında “Heydər Əliyevin müdafiəsi ‎mərkəzi” yaradılmış və Azərbaycanda yeni bir partiya ‎təsis edilməsi ideyası ortaya çıxmışdı.
 
Yeri gəlmişkən, hələ 1987-ci ildə Heydər Əliyev SSRİ rəhbərliyindən uzaqlaşdırılanda  onun portretini Sov.İKP MK Siyasi Büro üzvlərinin BDU-nun siyasi tarix kafedrasında asılmış şəkilləri sırasından çıxarmaq istəyiblər. Amma Səfyar Musayev buna mane olmuş və Heydər Əliyevin portreti SSRİ rəhbərlərinin şəkilləri sırasında saxlanılmışdı.
 
YAP 1992-ci il noyabrın 21-də Naxçıvan ‎şəhərində təsis edildikdən sonra mərhum Səfyar Musayevin rəhbərliyi ilə ‎BDU-nun ‎siyasi tarix kafedrasında 17 nəfərin iştirakı ilə partiyanın ilk ‎təşkilatı yaradılmışdı.
 
 
Səfyar Musayev “Ömür karvanı” kitabında “91-lər”in sırasında olmasını belə şərh edir:
 
“91 nəfər ziyalının Heydər Əliyevə müraciəti ehtiyacdan doğmuşdu və əslində, o müraciət təkcə onu imzalayanların ürəyindən yox, yeddi milyonluq xalqın, heysiyyəti tapdanmış yurd yerlərinin, qeyrəti sınağa çəkilmiş Vətənin, namusu tapdanmış Ana torpağın içindən qopan haray idi...
“91-lər” sırasında olmağımın əsas səbəbi məhz bu düşüncələrim, qənaətlərim idi. Və min-min şükürlər olsun ki, bu böyük insan bizim harayımızı cavabsız qoymadı, son məqamda batmaq anında olan Azərbaycanımızı xilas etdi".
 
1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişi Yeni Azərbaycan Partiyasının tanınmış üzvlərinin müxtəlif sahələrdə önə çıxmasına səbəb olmuşdu. Səfyar Musayev 74 ‎saylı Goranboy-Naftalan seçki dairəsindən Milli ‎Məclisə deputat seçilmiş, parlamentin İnsan hüquqları daimi ‎komissiyasının, daha sonra isə Müstəqil Dövlətlər Birliyi Parlament ‎Assambleyasında Sosial siyasət və insan hüquqları daimi komissiyasının sədri ‎təyin edilmişdi.
 
Səfyar ‎Musayev Azərbaycanın 1995-ci il 12 noyabrında qəbul olunan ilk ‎Konstitusiyasını hazırlayan 35 nəfərdən ibarət komissiyanın da üzvü olub. ‎
 
1995-ci ildə onun iştirakı ilə çapdan çıxmış “Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası” adlı monoqrafiya resbublika ictimaiyyəti tərəfinsənd maraqla qarşılanmışdı.
 
1995-ci il yanvarın 17-də anadan olmasının 60-cı ildönümü münasibətilə prezident Heydər Əliyev Səfyar Musayevi  təbrik etmək üçün onun evinə zəng edib. Sabiq deputat xatirələrində Heydər Əliyevin zəngini özünə qarşı böyük diqqət adlandırmışdı.
 
Milli Məclisdə Səfyar Musayevin rəhbərlik etdiyi İnsan hüquqları daimi ‎komissiyası 15-ə yaxın qanun layihəsi işləyib hazırlamış, bunlardan 8-i parlament tərəfindən qəbul edilmişdi.
 
 
Sabiq deputatın nəvəsi, indi onun yolunu YAP-da davam etdirən Fidan Hacıyeva babası ilə bağlı xatirələrində yazır:
 
“Babam Göyçə mahalının nüfuzlu ziyalılarından idi. Onun bir yolu və bir amalı olmuşdu: Heydər Əliyev yolu. Uşaqlıq çağlarından görürdüm ki, babam hər kəsə bu yolla getməyi tövsiyə edir, Heydər Əliyevin necə böyük şəxsiyyət olduğunu, xalqına necə şərəflə xidmət etdiyini söyləyirdi. 1992-ci ildə ölkəmiz çətinliklərlə üzləşəndə 91 nəfər Azərbaycan ziyalısı Heydər Əliyevə müraciət etdi. Aralarında babamın da olduğu ziyalılar yaradılacaq Yeni Azərbaycan Partiyasına məhz Heydər Əliyevin rəhbərlik etməsini istəyirdilər...
 
O vaxt babama mane olmaq istəyənlərə “yolum Heydər Əliyev yoludur, məni bu yoldan heç bir qüvvə çəkindirə bilməz” demişdi.
 
...6 yanvar 1999-cu il... Babamı bizdən alan o gün. Onun əbədiyyətə qovuşması nəinki bizi, hətta babamı tanıyan hər bir kəsi sarsıtdı. O vaxt mənim 11 yaşım vardı. Bayıra çıxıb izdihamı və insan axınını görəndə başa düşdüm ki, babam həqiqətən də bu Vətənə, xalqa layiqli bir insan olub. O, heç zaman insanları təbəqələrə bölməzdi, hər kəsə təmənnasız xidmət edərdi. Səfyar Musayevin etdiyi yaxşılıqları və xeyirxahlıqları nəinki bir məqaləyə, hətta bir kitaba belə yerləşdirmək qeyri-mümkündür.  Bütün Göyçə mahalı babamın başına toplaşardı. Hər kəs ondan məsləhət alar, tövsiyə və tapşırıqlarını dinləyərdi... 
 
...Babamın adı çəkilən hər bir məclisdə “Səfyar Musayev qeyrətli, mərd, sözünü deyən, xalqına, Vətəninə ləyaqətli şəxsiyyət olub” fikrini eşitmək mənim üçün çox qürurvericidi.
Onun həyat prinsipi ancaq insanlara yaxşılıq etmək idi”.
 
 
Səfyar Musayevin həmkəndlisi, BDU-nun Asiya və Afrika ölkələri tarixi kafedrasının professoru Sani Hacıyevin sabiq deputat barədə söylədikləri:
 
“Səfiyar müəllim haqqında yazmaq həm də cəsarət və məsuliyyət tələb edir... O, dəyərli ziyalı, yüksək tədqiqatçılıq qabiliyyətinə malik elm adamı, bacarıqlı təşkilatçı olmaqla yanaşı, həm də peşəkar pedaqoq idi. O, elmi pedaqoji fəaliyyəti dövründə tələbələrinə qarşı həmişə həssas, qayğıkeş yanaşmış, ləyaqətini hər şeydən uca tutan müəllim imici qazanmışdı. Məhz bu səbəbdəndir ki, o, xeyirxah əməlləri, insani keyfiyyətləri, mərhəməti və şəfqəti ilə bu gün də yetirmələrinin, tələbələrinin qəlbində yaşayır, xatirələrindən silinmir”.
 
S.Hacıyevin sözlərinə görə, Səfyar Musayev həm də iti qələmi olan publisist kimi iz qoyub:
 
“Onun elmi məqalələri, monoqrafiyaları ilə yanaşı, ictimai, siyasi səpkili publisistik yazıları da öz üslubu, fikir ayrılığı, orijinallığı ilə seçilirdi. Yazıların sadə, axıcı, lakonik dili, müqayisəli təhlil mədəniyyəti, dəmir məntiqi onun yaradıcılığını şərtləndirən əsas məziyyətlərdəndir. Qələmindən çıxan məqalələr siyasi, ideoloji, mənəvi mahiyyəti, məzmun konkretliyi daim siqqəti cəlb edir, elmi-fəlsəfi təhlili ilə seçilir. Səfyar Musayevin müxtəlif səpgili məqalələrindən milli ruh, türk dünyasına bağlılıq, vətənə sadiqlik, Göyçə həsrəti, Qarabağ dərdi boylanır"...
 
Səfyar Musayev 5 övlad atası idi. O, 1999-cu il yanvarın 6-da 64 yaşında vəfat edib. Sabiq deputatın dəfn mərasimində mərhum prezident Heydər Əliyev də iştirak etmişdi. Dəfn mərasimi isə Birinci Fəxri Xiyabanda keçirilmişdi..(modern.az)
 
Oxşar xəbərlər
07:24, Bu gün
Səhər yeməyində hansı qidalar zərərlidir?
07:00, Bu gün
Trampın komandası həmin dövlətləri SƏRT CƏZA İLƏ HƏDƏLƏDİ
06:56, Bu gün
Onu çiy yemək lazımdır: Həkim çuğundurun  kişilərə təsirini açıqladı
06:37, Bu gün
İsrail bombardmanından sonra 1 yaşlı uşağın üzünə 200 tikiş qoyuldu və əli kəsildi...-VİDEO
06:20, Bu gün
Hər gün südlü çay içən qadın böyrəyini itirmək  təhlükəsi ilə üzləşib
01:32, Bu gün
KİV: Müharibədən qayıtmış Rusiya hərbçiləri ümumilikdə 100-dən çox insanı qətlə yetiriblər
01:09, Bu gün
FHN bu stansiyada təlim keçirəcək
01:02, Bu gün
ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır
01:01, Bu gün
Niderlandlı baş məşqçi “Liverpul”un onunla maraqlandığını təsdiqləyib
00:39, Bu gün
Bakıda avtomobil aşıb: Xəsarət alanlar var
25 Apr 2024 | 23:29
Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib
25 Apr 2024 | 23:25
FİFA və UEFA İspaniya klublarını beynəlxalq turnirlərdən kənarlaşdıra bilər
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 22:58
“Taliban” altı İran sərhədçisini saxlayıb
25 Apr 2024 | 22:56
“Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik”-Qüdrət Həsənquliyev
25 Apr 2024 | 22:54
Nədən Misir prezidenti Qəzza sakinlərini ölkəsində görmək istəmir?..
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:26
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
25 Apr 2024 | 21:36
"Ukrayna qışadək sağ qalmayacaq, onun cəmi yarım ili qalıb" - "The Telegraph"
25 Apr 2024 | 21:36
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
25 Apr 2024 | 21:34
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
25 Apr 2024 | 21:33
Rusiya və Polşa bir-birini nüvə zərbələri ilə təhdid edib
25 Apr 2024 | 21:31
Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alan var
25 Apr 2024 | 21:06
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
25 Apr 2024 | 21:05
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
25 Apr 2024 | 20:52
Türkiyəli iş adamlarının növbəti məhkəməsi keçirildi: Dilan Polat gözyaşlarına boğuldu, qızına toxuna bilmədi
25 Apr 2024 | 20:47
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO
25 Apr 2024 | 20:30
Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
25 Apr 2024 | 20:08
Şagirdlərin tətil günləri AÇIQLANDI
25 Apr 2024 | 20:05
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı
25 Apr 2024 | 19:55
SOCAR: “Azərbaycanda emissiyaların azaldılması üçün AGMR növbəti mühüm töhfə ola bilər” - FOTO
25 Apr 2024 | 19:50
Tanınmış müğənninin həyat yoldaşı iflic oldu - FOTO
25 Apr 2024 | 19:45
“... millət görsün kim kişidir, kim dişi...” - Talehə AĞIR CAVAB
25 Apr 2024 | 19:40
İranın 10-dan çox əyaləti daşqınlardan zərər çəkib - FOTO
25 Apr 2024 | 19:36
Quba sakinlərini qorxuya salan körpü təmir ediləcək? - VİDEO
25 Apr 2024 | 19:32
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
25 Apr 2024 | 19:28
Türkiyə kəşfiyyatı PKK-nın iki rəhbər şəxsini ələ KEÇİRDİ
25 Apr 2024 | 19:25
UNEC-in Kitabxana İnformasiya Mərkəzi yeni layihəyə start verir
25 Apr 2024 | 19:22
Prezidentin təyyarəsi Füzulidən Berlinə uçdu - FOTO
25 Apr 2024 | 19:20
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir - FOTOLAR
25 Apr 2024 | 19:15
Evliliklərinin yeddinci ilini qeyd etdilər - FOTO
25 Apr 2024 | 19:10
Kişi xəyanətini etiraf edən arvadını boğub öldürdü
25 Apr 2024 | 19:05
DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi - FOTO/VİDEO
25 Apr 2024 | 19:00
Ali Radanın deputatı: “Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz”
25 Apr 2024 | 18:57
Naxçıvan Muxtar Respublikasının yeni baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 18:53
Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - FOTO/VİDEO
25 Apr 2024 | 18:47
Aprelin bütün sosial ödənişləri YEKUNLAŞDI
25 Apr 2024 | 18:44
Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü saxlanıldı - VİDEO
25 Apr 2024 | 18:40
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
25 Apr 2024 | 18:27
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
25 Apr 2024 | 18:24
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
25 Apr 2024 | 18:21
24 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEO
25 Apr 2024 | 18:14
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
25 Apr 2024 | 18:08
Azərbaycan-Macarıstan biznes forumu keçirilib - FOTOLAR
25 Apr 2024 | 18:02
Vardanyanın puluna göz dikən kollektiv Qərb: ABŞ özünün siyasi əqidəsinə xəyanət edir - ŞƏRH + FOTO
25 Apr 2024 | 17:59
Naxçıvan DSMF-nin sədri vəzifəsindən azad olunub
25 Apr 2024 | 17:56
Xocalıda insan qalıqlarının sayı 8-ə çatdı - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:54
COP29 sülh prosesinin nəticəsidir
25 Apr 2024 | 17:50
Mavi yanacaqla təmin edilən 50 evdən ibarət yeni yaşayış massivi - VİDEO
25 Apr 2024 | 17:47
Aleksandr Maslyakov "Şən və Hazırcavablar Klubu"nun aparıcısı postunu tərk edir
25 Apr 2024 | 17:42
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:40
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
25 Apr 2024 | 17:38
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:36
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı - FOTO
25 Apr 2024 | 17:34
Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO
25 Apr 2024 | 17:32
Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub - FOTO
25 Apr 2024 | 17:30
“Bakcell” ilə innovasiya dövrü başlayır!
25 Apr 2024 | 17:29
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxdı - FOTO
25 Apr 2024 | 17:25
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:24
DGK-da I rübün yekunlarına həsr olunan kollegiya iclası keçirildi - FOTOLAR
25 Apr 2024 | 17:22
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:20
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
25 Apr 2024 | 17:17
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən bölgələr açıqlanıb
25 Apr 2024 | 17:15
Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”
25 Apr 2024 | 17:13
Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq
25 Apr 2024 | 17:09
Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ
25 Apr 2024 | 17:07
İlham Əliyev Japarova Qarabağ atı hədiyyə etdi - FOTO
25 Apr 2024 | 17:05
BDU-nun Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib - FOTOLAR
25 Apr 2024 | 17:00
Kuçino faciəsi – 48 il fəaliyyət göstərən düşərgədə  minlərlə ölüm faktı gizlədilib
25 Apr 2024 | 16:58
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 16:57
"Bizimlə qonşu olan ölkələr durmadan silahlanır, bu, onların nəyinə lazımdır ki?" - Lukaşenko
25 Apr 2024 | 16:53
Politoloq: “Vardanyanlar Cənubi Qafqaz uğrunda böyük oyunda lazımsız kartlardır...”
25 Apr 2024 | 16:48
"Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir" - Vüqar Rəhimzadə
25 Apr 2024 | 16:44
Bakıdan olan bir qrup abituriyent BDU-da - FOTOLAR
25 Apr 2024 | 16:40
Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatdı - FOTO
25 Apr 2024 | 16:36
Kiçik Vardanyan üçün CNN tribunası: Separatçı caninin milyardları uğrunda savaş - ŞƏRH + FOTO
25 Apr 2024 | 16:32
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar etdi
25 Apr 2024 | 16:28
Əli Mirəliyevdən İDDİA: “Cavanşir Məmmədova ən böyük zərbəni aparıcı vurdu”
25 Apr 2024 | 16:24
“Türkiyə və Azərbaycan terrorla mübarizə aparır, amma dəstək görmür” - ŞƏRH
25 Apr 2024 | 16:22
Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır
25 Apr 2024 | 16:20
Erməni azlığının arxasında gizlənən Tehran: İranda açılan “soyqırımı” mərəkəsi - ŞƏRH + FOTO
25 Apr 2024 | 16:16
Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib - YENİLƏNİB
25 Apr 2024 | 16:14
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
25 Apr 2024 | 16:13
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO
25 Apr 2024 | 16:12
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
25 Apr 2024 | 16:10
İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi - FOTO
25 Apr 2024 | 16:09
Xocalıda insan qalıqları aşkar edildi - FOTO/VİDEO
GÜNLÜK
25 Apr 2024 | 08:00
Dondurulmuş qidalar ən azı 4 xəstəliyə səbəb olur  – ARAŞDIRMA
25 Apr 2024 | 10:15
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
25 Apr 2024 | 08:36
Vardanyanın şairə bacısı qondarma “soyqırım” abidəsi önündə qardaşına azadlıq istədi...-FOTO
25 Apr 2024 | 09:00
Süni spermatozoidlər yaradılacaq
25 Apr 2024 | 07:58
Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb
25 Apr 2024 | 10:39
Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 09:29
Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev
25 Apr 2024 | 09:25
Prezident ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…
25 Apr 2024 | 08:58
Səhər yeməyində hansı qidalar zərərlidir?
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
AYLIQ
25 Apr 2024 | 08:00
Dondurulmuş qidalar ən azı 4 xəstəliyə səbəb olur  – ARAŞDIRMA
25 Apr 2024 | 10:15
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
25 Apr 2024 | 08:36
Vardanyanın şairə bacısı qondarma “soyqırım” abidəsi önündə qardaşına azadlıq istədi...-FOTO
25 Apr 2024 | 09:00
Süni spermatozoidlər yaradılacaq
25 Apr 2024 | 07:58
Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb
25 Apr 2024 | 10:39
Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 09:29
Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev
25 Apr 2024 | 09:25
Prezident ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…
25 Apr 2024 | 08:58
Səhər yeməyində hansı qidalar zərərlidir?