Ölkəmizdə son vaxtlar ana və övlad qatillərinin sayının əhəmiyyətli dərəcədə artması müşahidə edilir ki, bu da istər hüquqi, istərsə də milli-mənəvi dəyərlər baxımından ölkəmiz üçün yenilik hesab edilə bilər. Təəssüflər olsun ki, əvvəllər xarici ölkələrdə baş verən və ölkəmizdə dərin heyrətlə qarşılanan bu cür olaylar artıq Azərbaycan üçün də adiləşməkdə, onun gündəlik yaşam tərzinin bir hissəsinə çevrilməkdədir.
Maraqlıdır,
cəmiyyətdə ana və övlad qatillərinin sayının artması nə ilə bağlıdır? Bu
tendensiyanın arxasında hansı psixoloji amillər dayanır? Bir ananın övladını və
ya bir övladın anasını qətlə yetirməsi üçün onun psixoloji baxımdan hansı sədd
və bariyerləri keçməsi gərəkir?
Məsələ
ilə bağlı Moderator.az-a açıqlama verən psixoloq Mələk Zamanova övladı
valideynin qatilinə çevirəcək kifayət qədər çox amilin mövcudluğuna diqqət çəkdi.
M.Zamanovanın fikrincə, əslində hər bir ailənin psixoloqa, onun xidmətinə
ehtiyacı var:
“Bu,
olduqca aktual bir məsələdir. Əsəb,
ruh duşgünlüyü, ailədaxili münaqişə, baxdıqları kinofilmlər, gözəl yaşamaq
eşqi, narkomaniya, valideynlərin çoxunun uşaqlarla sərt davranışı nəticə
etibari ilə bu kimi faciələrin baş verməsinə səbəb olur. Bəzi valideynlər səmimi
və uşağın anlayacağı dillə danışmır, onunla səmimi ünsiyyət qurmur, ən xırda
problemi belə təzyiq yolu ilə həll etməyə çalışırlar ki, bu da yanlışdır.
Hər
bir ailənin psixoloqa ehtiyacı var. Lakin çox təəssüf ki, psixoloqa müraciət edən
azlıq təşkil edir”.
Seymur Əliyev