Almaniyanın Köln şəhərində yerləşən Alman-Azərbaycan
Mədəniyyət Evinin icraçı direktoru Rəşad Quliyev Azərbaycandan qaçaraq gizlənən
və İnterpol-un axtarışına verilən Təfəkkür Universitetinin filial
müdiri Riyad Əliyevlə bağlı müraciət xaricdəki soydaşlarımıza müraciət
edib.
Modern.az saytının məlumatına görə, diaspor nümayəndəsi Avropadakı azərbaycanlıları
ehtiyatli və diqqətli olmağa çağırıb.
“Məlumunuz olsun ki, universitetə, təhsil mərkəzlərinə düzəlttmək adı ilə
kütləvi şəkildə insanları aldadaraq milyonlarla pulu mənimsəmiş Təfəkkür
Universitetinin filial müdiri Riyad Əliyev Azərbaycanda həbs olunacağından
qorxaraq artıq bir müddətdir ki, Almaniyaya qaçıb. Bu dələduz özünü siyasi
müxalifətin fəalı kimi təqdim edərək nədənsə Avropaya gəldikdən sonra ölkədəki
vəziyyəti tənqid edir və elə bir rəy formalaşdırmağa çalışır ki, guya bu
adam siyasi təqiblərdən canını qurtarmaq üçün Almaniyaya siyasi mühacirətə
gəlib. Bundan başqa doğru - dürüst ali təhsili olmayan, qaranlıq və müxtəlif
yollarla özünə iqtisadiyyat üzrə elm dərəcə almağı bacaran bu adam aldatma
yolu ilə insanlardan aldığı pulları rahat hızm etmək üçün Almaniyaya gəldikdən sonra "hüquq müdafiəci"sinə çevrilib. Hətta bu dələduzu
müdafiə edənlər də bu məlumatı yazmamağımız üçün bizə müxtəlif şantaj
yolları ilə təzyiq edirlə”-deyə Alman-Azərbaycan Mədəniyyət Evinin icraçı
direktoru Rəşad Quliyev vurğulayıb.
Bu günə kimi Riyad Əliyevi şəxsən tanımadığını bildirən diaspor mərkəzinin
rəhbərinin sözlərinə görə, soydaşlarımızın həmin dələduzun toruna düşməyini
istəmir:
“Bizə Azərbaycandan vətəndaşlarımız yazır və xahiş edirlər ki, biz bu dələduzu
ifşa edək və bu cür cinayətkarların Almaniyada rahat dolaşmasına, sakit həyat
tərzi keçirməsinə imkan verməyək. Doğrudur , övladının təhsili üçün rüşvət
verilməsini təqdir etməsəm də, minlərlə yetimin, kasıbın, haqqını yeyən bu
tip "insan"ların cəzasız qalmaması üçün mən həm bir vətəndaş
olaraq , həm də ölkəmizin zəngin mədəniyyətini təbliğ etməyə məsul şəxs
kimi vətənimizin adına qara ləkə olan bədxahların burda rahat rahat gəzməsinə
imkan verməyəcəm. Bədəli nə olursa olsun, cinayətkar cəzasız qalmamalıdır”.
Rəşad Quliyev bildirib ki, artıq dünəndən etibarən İnterpol da bu şəxs
haqqında axtarış elan edib. “Almaniyada yaşayan soydaşlarımdan, bu şəxsi
tanıyanlardan diqqətli olmalarını, tanımayanlara isə ehtiyatlı olmağa dəvət
edirəm”-deyə diaspor nümayəndəsi qeyd edib.
Qeyd edək ki, Təfəkkür Universiteti Riyad Əliyev universitetin rəhbərlərinə,
bəzi vəzifəli şəxslərə əsassız böhtanlar atdığına görə universitetin rəhbərliyi
tərəfindən məhkəməyə verildiyini bəyan edib. Qeyd olunub ki, Riyad Əliyev məhkəmənin
çağırışlarından yayınaraq xaricə qaçıb. Yasamal rayon məhkəməsinin 24
noyabr 2014-cü il tarixli qərarına əsasən, Riyad Əliyev hüquq mühafizə
orqanları tərəfindən axtarışdadır.
|