Xəbər lenti
01/12/2020 [21:19]:
İrəvanda növbəti aksiya: Saxlanılanlar var
01/12/2020 [21:14]:
"Özümün də yazdığım 3 mahnı var ki, onlardan birini Almaxanım Əhmədli ifa edib"
01/12/2020 [21:09]:
Azadlıq meydanı Qələbə paradına hazırlaşır - FOTO
01/12/2020 [21:01]:
Çavuşoğlu NATO XİN rəhbərləri ilə Qarabağı müzakirə etdi - FOTO
01/12/2020 [21:00]:
“Cəsur döyüşçü” medalının Əsasnaməsi təsdiqlənib
01/12/2020 [20:46]:
Ayrı-ayrı ərazilərin işğaldan azad olunmasına görə medalların Əsasnamələri qəbul edildi
01/12/2020 [20:38]:
Sevgi məktublarını xanımından gizləyən Xalq şairi haqqında MARAQLI FAKTLAR...
01/12/2020 [20:30]:
“Mikoyan Moskvada Zod məsələsini saxtakarlıqla Ermənistanın xeyrinə həll etdirdi”
01/12/2020 [19:52]:
Mübariz Qurbanlı: “Azərbaycana münasibətdə hər kəsi ədalətli olmağa səsləyirik”
01/12/2020 [19:40]:
Vilyam Hacıyevin həbs müddəti uzadılıb
01/12/2020 [19:39]:
Daha iki medalın statusu məlum oldu - FOTO
01/12/2020 [19:37]:
Şəhid ailələrinə 11 min, I qrup əlillərə 8800, II qrup əlillərə 6600, III qrup əlillərə 4400 manat veriləcək
01/12/2020 [19:32]:
"Laçına ailəlikcə sonuncu gedişimiz zamanı 5-cı sinifdə oxuyurdum..."
01/12/2020 [19:27]:
"Bu yırtıcı və amansız cəlladlar laçınlıların evlərinə soxularaq 28 il orada yaşayıblar”
01/12/2020 [19:20]:
"Ya tövbə deməyi bacarmalıyıq və yeni sivilizasiyaya getməliyik, ya da..." - VİDEO
01/12/2020 [19:08]:
101 yaşlı qadın 9 ayda 3 dəfə koronavirusa qalib gəldi - MARAQLI
01/12/2020 [19:02]:
Suqovuşan uğrunda şəhid olan müəllim
01/12/2020 [18:55]:
“Qarabağ” ordeninin statusu müəyyənləşib
01/12/2020 [18:46]:
“Zəfər” ordeninin statusu məlum oldu - FOTO
01/12/2020 [18:46]:
Koronavirus testi verən qadın tibb işçisinə hücum etdi - VİDEO
01/12/2020 [18:42]:
“Vətən Müharibəsi Qəhrəmanı” adı kimlərə veriləcək? - RƏSMİ
01/12/2020 [18:25]:
Vətən müharibəsində yüksək peşəkarlıq göstərən dəniz piyadaları geri qayıdıb - FOTO
01/12/2020 [18:19]:
Sülhməramlı kontingent üçün maddi-texniki təminat vasitələrinin gətirilməsi prosesi davam edir - VİDEO
01/12/2020 [18:17]:
Laçın rayonuna dəymiş ziyan qiymətləndiriləcək
01/12/2020 [18:16]:
Qayalıqlara dırmaşan model suya düşdü "Təbiətin intiqamı "+FOTOLAR
01/12/2020 [18:10]:
Ermənilərin yandırdıqları meşələrin bərpası 100-150 il zaman tələb edəcək - Ekspert
01/12/2020 [18:07]:
Prezident medallarla bağlı qanunu təsdiqlədi
01/12/2020 [18:04]:
Azərbaycan əsgəri Zori Balayanın oğlunu dəhşətə gətirdi: “Anlamıram, onlar dayanmadan 8-9 saat...” - VİDEO
01/12/2020 [18:01]:
Karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkarlandı
01/12/2020 [17:59]:
Prezident “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında qanunu imzaladı
01/12/2020 [17:56]:
Laçın rayonunun biomüxtəlifliyinə dəymiş ziyan qiymətləndiriləcək
01/12/2020 [17:53]:
Bakıda paradda erməni əsirlər nümayiş etdiriləcək? - RƏSMİ AÇIQLAMA
01/12/2020 [17:53]:
ADAU-ya BP şirkətinin dəstəyi ilə TEAS-Press Nəşriyyatı evi tərəfindən nəşr olunmuş kitablar hədiyyə olunub
01/12/2020 [17:49]:
"Ermənilər ola bilsin ki, Azərbaycan Dəmir Yumruğu ilə sındırılmış dişlərini bu dəfə başqa ölkələrin üstünə qıcasın"
01/12/2020 [17:47]:
Lalə Məmmədova koronavirusa verilişdə yoluxduğunu açıqladı
01/12/2020 [17:39]:
Qaxda polislər qanvermə aksiyasına qoşulublar - FOTO
01/12/2020 [17:35]:
Sami Yusufdan Laçınla bağlı paylaşım - FOTO
01/12/2020 [17:34]:
"İndi Azərbaycan həqiqətən də Cənubi Qafqazın lider dövlətidir"
01/12/2020 [17:32]:
“Milli-mənəvi dəyərlər Qarabağ mədəniyyəti konteksində” adlı tədbir keçirilib
01/12/2020 [17:31]:
Əsgərini canı bahasına xilas edən komandir - VİDEO
01/12/2020 [17:27]:
BDU bayrağı təhqir edən tələbə ilə bağlı qərar verdi
01/12/2020 [17:23]:
Qələbəmizin Laçın zirvəsi...
01/12/2020 [17:21]:
Bu gün Şəfiqə Əliyevanın 90 illik yubileyidir
01/12/2020 [17:11]:
Azərbaycandakı monitorinq mərkəzində Rusiya və Türkiyədən eyni sayda hərbçi olacaq
01/12/2020 [17:10]:
Rusiya MN Laçın rayonunun Azərbaycanın nəzarətinə verilməsi barədə məlumat yayıb
01/12/2020 [17:07]:
Azərbaycan bütövdür!
01/12/2020 [16:51]:
“Anarı biabır elədim ki, əgər qisasın var idisə, heç dəfn mərasiminə də gəlməyəydin...”
01/12/2020 [16:45]:
Sevgilisi koronavirusa yoluxan Hadisədən ayrıldı
01/12/2020 [16:22]:
“SOCAR Türkiyə” Laçının qayıdışını piano ifası ilə qeyd etdi - VİDEO
01/12/2020 [16:14]:
Laçının səhiyyə müəssisələrinin sayı AÇIQLANDI
01/12/2020 [16:11]:
"Azərbaycan beynəlxalq hüquq praktikasında və bölgədə yeni reallıq yaratdı"
01/12/2020 [16:09]:
Azərbaycanda Qələbə paradının vaxtı və yeri bilindi
01/12/2020 [16:08]:
“İş yoldaşlarımın çoxunu əsir götürdülər, indiyə kimi xəbər yoxdu...” - FOTOLAR
01/12/2020 [16:01]:
"Çox təəssüf ki, Azərbaycanda olmamışam, amma özümü sizlərdən biri bilirəm" -FOTOLAR
01/12/2020 [15:51]:
Qarabağı kim minalayıb?
01/12/2020 [15:50]:
Laçın küçəsinə gündüz saatlarında  Azərbaycan bayrağı sancıldı...-FOTO
01/12/2020 [15:44]:
İranın Azərbaycandakı səfirliyində başsağlığı kitabı açılacaq
01/12/2020 [15:41]:
Paşinyanın blokundan daha bir deputat çıxdı
01/12/2020 [15:29]:
Açıq havada tibbi maskadan istifadə virusdan necə qoruyur?
01/12/2020 [15:26]:
“Hələ ki, cismim əyilməyib, əzrailə canımı vermərəm...”
01/12/2020 [15:16]:
Prezident bir qrup hərbi qulluqçunun tərxis edilməsi ilə bağlı sərəncam imzaladı
01/12/2020 [14:57]:
"Məhəbbətin və Laçın həsrəti ilə dünyadan köçənlərin ruhları şaddır"
01/12/2020 [14:56]:
Melania Trump sonuncu dəfə Ağ Evin Milad dekorunu nümayiş etdirdi - FOTOLAR
01/12/2020 [14:52]:
“44 günlük Vətən Müharibəsində ordumuz bir dəfə də olsun bir santimetr geri çəkilmədi”
01/12/2020 [14:47]:
Azərbaycanda 4 426 yeni yoluxma qeydə alındı
01/12/2020 [14:30]:
Pandemiya dövründə məhkəmə fəaliyyəti müzakirə olunub
01/12/2020 [14:29]:
“Qarabağ” Qəbələyə getməkdən imtina etdi
01/12/2020 [14:16]:
Mehriban Əliyeva Laçının işğaldan azad edilməsi ilə bağlı paylaşım edib
01/12/2020 [14:13]:
“Anama yaxşı baxın, onu fikirləşməyə qoymayın...” - FOTOLAR
01/12/2020 [14:09]:
BDU tələbələri “Coğrafi imla” beynəlxalq aksiyasında iştirak ediblər
01/12/2020 [14:08]:
"Azərbaycanımızı təhqir edən fransız müəllimi işdən azad edən Qərb Universiteti mənim üçün dünyanın ən uca ali təhsil ocağı oldu"
01/12/2020 [14:03]:
Prezident: “Yaralı əsgərlərimiz hospitallarda deyirdilər ki, tezliklə sağalaq, qayıdaq döyüş bölgəmizə”
01/12/2020 [13:58]:
Laçın rayon ziyalıları Prezidentə müraciət ünvanladı
01/12/2020 [13:56]:
Laçını işğala qədər görmüş cavanların da hamısı yurd yerlərini yaxşı xatırlamırdı...
01/12/2020 [13:47]:
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
01/12/2020 [13:41]:
Rusiya hərbçiləri özlərinə xidmət üçün  Laçında 200 erməni saxlamaq istəyir?..
01/12/2020 [13:33]:
Qarabağın Alban kilsələri və bitməyən Erməni yalanları
01/12/2020 [13:25]:
“Sovet rəhbəri Stalin 1943-cü ildə Tehranda keçirilən konfransa bu yolla getmişdi”
01/12/2020 [13:22]:
Sabahın hava proqnozu
01/12/2020 [13:17]:
Emil Əkbərov: “Biz kişi kimi döyüşdük”
Bütün arxiv bir sırada
27/12/2014 [12:54] - Cəmiyyət - ( 4337 dəfə baxılıb)

“Diplomların sayı çoxalıb, qalstuklu professorların sayı artıb, amma...”

Qulu Məhərrəmli: “İndi adamlar təkcə pula deyil, sözə də xəsisdirlər”


Dekabrın 25- də görkəmli Azərbaycan şairi, tənqidçi, publisist, filologiya elmləri doktoru, professor  Famil Mehdinin 80 illik yubileyi paytaxtın Babək prospektindəki "Astoriya" restoranın "Muğam" zalında keçirilirdi. Tədbirə ölkənin tanınmış ictimai-siyasi xadimləri, şairin yaxın dostları və əsasən də Qarabağdan olan ziyalılar qatılmışdı. Amma maraqlıdır ki, bir neçə Ağdam əslli məhşur persona dəvət olunduğu halda həmin vaxt Xoşqədəmin toyuna təşrif buyurmuşdu və bu məqam zala toplaşanların diqqətini cəlb etdi, xeyli tənqidi fikirlər səsləndirildi. Amma bu məqam məclisin ovqatına heç bir təsir etmədi və maraqlı, yaddaqalan çıxışlarla, muğamların ifa olunmasıyla hamıya xoş anlar bəxş edildi.

Moderator.az-ın tədbirdə iştirak edən əməkdaşı həmin çıxışlardan bir neçəsini oxuculara təqdim etməyi qərara alıb. Tanınmış teletənqidçi, BDU-nun professoru, AMEA-nın şöbə müdiri Qulu Məhərrəmlinin çıxışını təqdim edirik:

“Famil Mehdi ona görə sevilir və unudulmur ki, o bu xalqa bir yox, 10 köynək yaxındır. Mənə elə gəlir ki, şair olmaq bir missiyadır və yəqin ki, Ramiz Rövşən bunu bilir. Nəyə görə missiyadır? Mənim düşüncəmə görə şair olmaq hazır “Atalar sözü” kimi bir şeydir. Biz şairdən nəyi və niyə umuruq? O şeyi umuruq ki, biz onu düşünürük, amma deyə bilmirik, demək istəyirik, amma şərait, imkan, bədii təfəkkür, düşüncəmiz bəlkə yol vermir. Şairdən ona görə bu sözü gözləyirik ki, onun xalqın ruhunu ifadə edən missiyası var, xalqın düşündüyünü desin, onu dilə gətirsin, onun düşüncəsini hazır şəkildə qidalandırsın. Bax bu mənada Famil Mehdi xalqın sözünü, düşüncəsini dilə gətirən adam idi. Ona görə populyar idi, ona görə sevilirdi. Onun üçün sözün yaxşı mənasında heç bir sərhəd yox idi ki, onu demək olar, bunu demək olmaz. Əgər şairin yaradıcılığında ictimai motivlər azdırsa, mən öz düşüncəmə o şairləri ayrı bir kateqoriyaya aid edirəm. Amma bu xalqa indiki şəraitdə yaxın olanlar o şairlərdi ki, onlar xalqın dərdini, ağrısını, düşüncəsini dilə gətirir. Famil Mehdi o ağrıları dilə gətirirdi.
 Famil Mehdi mənim müəllimim olub, tələbə-müəllim münasibətimiz də yaxşı olub. Çox böyük ürəyi vardı və insana xoş söz deməkdən çəkinmirdi. Uşaq vaxtı (zarafatla-red) “Televiziya haqqında etüdlər” adlı bir kitab yazmışdım, həmin kitabıma giriş sözü yazıb. İndi o sözləri oxuyanda deyirəm Famil müəllim mənim haqqımda xeyli dəyərli sözlər yazıbmış. İndi adamlar təkcə pula xəsis deyil, sözə də xəsisdirlər. O baxımdan yəni nə boyda ürək sahibi olmalısan ki, sən yalnız yaxşını, yalnız işığı görə biləsən. Bəlkə çoxları bilmir, Famil müəllim şairliyi qədər də çox yüksək səviyyəli bir alim idi. Azərbaycanda birinci dəfə bədii publisistikanın sənətkarlıq problemləri haqqında doktorluq dissertasiyası yazıb və bizim başqa yazıçılarımızın publisistikasını təhlil edib. Bu, Azərbaycan elmində yeni bir istiqamətdir. Üstəlik, Famil müəllim həm də çox gözəl publisist idi. Ağrılardan, dərdlərdən danışanda sözsüz ki, onun “Dilən, professor, dilən” şeiri bizim son dövr poeziyamızda yaddaqalan bir bədii nümunədir. Söhbət onun sənətkarlığında və bir də mövzunun o cür sənətkarcasına ifadə olunmasındadır. Çox kəskin şeirdir, amma həm də çılpaq həqiqətdir. Elə şeylər var ki, onu malalayaraq deyəndə heç kim başa düşmür. Yəni elə şey var ki, onu çılpaqlığıyla deməlisən. Xüsusən Famil müəllimin son dövr yaradıcılığında bu məqam hiss olunur ki, ezop dili keçmir. O epitetlər ki, onların artıq heç bir bədii gücü yoxdur, o heç kimə çatmır. Yəni yeri gələndə çox şeyləri çılpaq şəkildə demək lazımdır, çünki dərdin özü açıqdadır, problemlər göz qabağındadır, onda necə susmaq olar? Ona görə də bu gün Famil Mehdini xatırlayanada həm də xalqın şairi, onun dərdini deyən bir şair kimi xatırlanır. Həmin məhşur şeirdə də maraqlı ifadələr var ki, professorları güdürlər, ağız pusanlar var ki, kim nə dedi, harda dedi, necə dedi, niyə dedi. Prinsipcə heç nə dəyişməyib. Ola bilər ki, dilənməyin formaları dəyişib. Yəni küçədə oturub qarşına papaq, ya şlyapa qoymursan, amma dilənmə formaları dəyişib. Çünki professorlarla bağlı heç bir dəyişiklik yoxdur, yəni söhbət maddiyyatdan gedir. Yəni professorlar da azalıb, diplomların sayı çoxalıb, qalstuklu professorların sayı artıb, amma Azərbaycan elmi o inkişafa nail olmayıb. O baxımdan mən hesab edirəm ki, Famil müəllim həm də bizim üçün bir elmin nüvəsidir. Yəni söhbət publisistikadan, bədii təfəkkür elmindən gedir. 
Bayaq Famil müəllimin bir yeni kitabını gördüm və düşüncəmdə bir haçalıq yarandı. Nəyə görə Famil Mehdi kimi böyük bir sənətkarın uzun illər dərs dediyi universitet yox, onun övladları bu kitabı çap etməlidir? Yaxud bu yubileyi tutaq ki, ailə, yaxud region çərçivəsində etmək mümkündür, amma Bakı Dövlət Universitetində 30 ilə yaxın müdiri olduğu kafedrada bunu etmək mümkün deyil? Yəni əslində bunlar da bir dəyərdir və biz bu dəyərləri itirdikcə hiss etmirik. Yəni bu gün hansı kriteriyalar üzdədir, onu düşünəndə adam dəhşətə gəlir. Amma dəhşətə gəlməyin də bir təsəllisi var ki, heç olmasa bu xalqın ən son dövr tarixində Famil Mehdi kimi bizim görkəmli ziyalılarımız olub. Allah ona rəhmət eləsin, Allah onun ocağının işığını gur eləsin.”

loading...
Sevgi məktublarını xanımından gizləyən Xalq şairi haqqında MARAQLI FAKTLAR...
101 yaşlı qadın 9 ayda 3 dəfə koronavirusa qalib gəldi - MARAQLI
Koronavirus testi verən qadın tibb işçisinə hücum etdi - VİDEO
Qayalıqlara dırmaşan model suya düşdü "Təbiətin intiqamı "+FOTOLAR
Bakıda paradda erməni əsirlər nümayiş etdiriləcək? - RƏSMİ AÇIQLAMA
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Cəmiyyət
“İş yoldaşlarımın çoxunu əsir götürdülər, indiyə kimi xəbər yoxdu...” - FOTOLAR
Cəmiyyət
“Bundan gözəl gün ola bilməz, Laçından çıxanda 11 yaşım var idi...” - Əməkdar artist...
Cəmiyyət
“Atam qaçqınçılıqdan əvvəl universitetdə müəllim işləyirdi və arzulayırdı ki, pensiyaya çıxıb Laçına qayıtsın...”
Araşdırma
Qarabağdakı 15 işləyən mədəndən 2-i hələ də ermənilərin əlindədir...-FOTOLAR
Hadisə
Azərbaycan Ordusu üzü Laçına girməyə başladı... - İlk görüntülər-VİDEO

Yazar
İlham İsmayıl
Düşmən dirçəlmək istəyir, düşməni dirçəldən var...
Dr. Rəşad Mahmudov
Qafqaz ermənilərinə bir neçə söz...
Seymur Əliyev
Bayraq: Bizi biz edən dəyər...
Həftənin ən çox oxunanları
“Öncə Şuşanın qala divarlarına 6 azərbaycanlı snayper dırmaşıb və...” - Rusiya mediası 
"Nə sülhməramlı qüvvələrin mandatı var, nə müşahidəçilərin, Ağdərə-Kəlbəcər yolu isə..."
"Armenian Report"dan iddia: “Paşinyanın anası onu türkdən dünyaya gətirib..?”
"Onların gəlişi sanki ölüm mələyinin gəlişi kimiydi, gecələr ova çıxmış ac canavara bənzədirdik biz onları"
“Sülhməramlılar Azərbaycan hərbçilərinin harasa girişini qadağan edə bilməz”- Rus ekspert
“Bu son deyil, biz geri dönəcəyik”  - Laçının Zabux kəndindəki  silahlı erməni arvad-VİDEO
"Zibil Nikolun imzaladığı sənədə əsasən Laçın dəhliz kimi qalmalıdır, əgər onu da versələr..."
"Putinə dedim ki, Hadrutla razılaşsam da, Şuşanın təslim olma ehtimalını təsəvvür edə bilmirəm"
Elxan Mehdiyevdən həyəcan siqnalı: "İndi Laçın, növbəti zəng Hadrut üçün olacaqmı?.."
“Laçın şəhəri, Zabux və Sus kəndlərindəki ermənilər öz evlərində qalıb yaşaya bilərlər...”
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247