Taekvandoçulardan ibarət yığmamızın yeni baş məşqçiləri artıq Bakıdadır. Bu barədə Moderator.az-ı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, əcnəbi baş məşqçilər yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq:
"Kişilərdən ibarət
yığma komanda üçün İran, qadınlardan ibarət yığma komanda üçün isə Cənubi
Koreyadan dəvət edilən əcnəbi məşqçilər artıq bir həftədir ki, Azərbaycandadır.
Baş məşqçilər komanda ilə tanış olsalar da, rəhbərlik hələlik onların ictimaiyyətə
təqdim etməyə tələsmir. Lakin bütün hallarda yeni baş məşqçilərin cari ilin
sonuna kimi ictimaiyyətə təqdim ediləcəyi birmənalıdır".
P.S.Xəbəri "inkişaf
etdirmək" istəyən KİV-lərin nəzərinə. İnformasiyanı "inkişaf etdirən"
zaman ilkin mənbə kimi saytımıza istinad etməyi "unutmayın!". Ən azı
peşə etikası və abır-həya naminə!