Son vaxtlar cəmiyyətdə aqressiya və radikalizmin artdığı aydın surətdə müşahidə edilən proseslərdən birinə çevrilməkdədir. Maraqlıdır, cəmiyyətdəki radikalizmin mövcud siyasi idarəetmə sistemi ilə hər hansı əlaqəsi varmı?
Bununla bağlı Moderator.az-a açıqlama verən AXP
sədri Pənah Hüseyn bu əlaqənin mövcud və labüd olduğunu vurğuladı:
"Şübhəsiz ki, aş verənlərin mövcud siyasi
rejimlə bağlılığı var. Avtoritarizm labüd olaraq əvvəl-axır əks reaksiya
doğurur. Avtoritarizmin, diktaturanın özü radikallıqdır. Radikal hakimiyyətə
qarşı sonda radikal müxalifətin formalaşması, proseslərin bir çox hallarda
ciddi sarsıntı halına gəlib çıxması labüddir. Yetkin, inkişaf etmiş
cəmiyyətlərdə bu problem islahatlar yolu ilə, iqtidar və müxalifətdəki
ayrı-ayrı şəxslərin rolu hesabına, yaxud xarici faktorlarla tənzimlənir. Lakin
qanunauyğunluq radikal iqtidara qarşı radikal müxalifətin formalaşmasıdır və
dünya tarixi bu cür nümunələrlə zəngindir".
Seymur Əliyev