Son dövrlər dünyada baş verən hadısələr, xüsusılə Bosniya, Gürcüstan, Ukrayna, Suriya, İraq hadisələri ikinci dünya müharıbəsindən sonra dünya qaydalarının tam çılpaklığı ilə dəyişməsini və istənilən an müəyyən olunmuş beynəlxalq prinsiplərin pozula biləcəyini, sərhədlərin dəyişə biləcəyini, zəif ölkələrin güclü ölkələr tərəfindən işğal oluna biləcəyi ehtimalını ortaya çıxardı. Amma kimə desən ki, hansısa ölkə İsveçrəni və ya Sinqapuru işğal edə bilər buna heç kim inanmayacaq, çünki, bu ölkələrin iqtisadi gücü o qədər böyükdür ki, hər hansı bir ölkənin buna cəhd etməsi ehtimalı sıfıra bərabərdir.
Heç kimə sirr deyil ki, Azərbaycan ciddi risk
zonasında yerləşir. Amma bizim ölkəmizin də güclü iqtisadi potensiala malik
olması bu riski xeyli azaltmışdı.
Sovet sisteminin dağılmasından sonra Azərbaycan
iqtisadiyyatı xeyli güclənmişdir. Əgər sovet vaxtı Azərbaycan keçmiş Sovet
respublikaları içərisində adambaşına düşən istifadə olunan milli gəlir üzrə
sonuncu yeri (Tacikstandan irəlidə) tuturdusa, indi yalnız Rusiya, Qazagıstan
və Pribaltika ölkələrindən geri qalır (adambaşına düşən ÜDM görə) və ölkə bu
istiqamətdə günü gündən irəliləyir. Bu göstəricini təhlil edərkən bir faktı da
nəzərə almaq lazımdır ki, Azərbaycandan irəlidə olan ölkələrin hamısında
əhalinin sayı azalmışdı, amma Azərbaycanda isə həm də əhalinin sayı sürətlə
artmışdı. Sovet vaxtı Zaqafqaziya respublikaları içerisinde nisbi göstəricilere
görə Azerbaycan sonuncu yerdə idi, indi artıq Bizim ölkənin iqtisadi gücü (ÜDM)
Gürcüstan və Ermənistanın birgə gücündən təqribən üç dəfə çoxdu. Bütün dünya
ölkələri ilə müqayisədə təhlildən də görünür ki, adambaşına düşən ümumi daxili
məhsula görə Azərbaycan xeyli irəliləmişdir. Əgər 2000 - ci ildə Azərbaycanın iqtisadi
inkişaf səviyyəsi orta ümumdünya səviyyəsindən 9.5% təşkil edirdisə, indi
arttıq 90% ə yaxındır (bax cədvələ).
Cədvəl Adambaşına düşən ÜDM görə
Azərbaycanın səviyyəsi (%-lə)
Azərbaycanın səviyyəsi |
1870 |
1900 |
1950 |
1973 |
2000 |
2013 |
Ümumdünya səviyyəsindən |
114,6 |
96,4 |
133,2 |
105,8 |
9,5 |
72,9 |
Lider ölkənin səviyyəsindən |
31,0 |
26,5 |
29,6 |
26,2 |
1,83 |
7,4 |
Ehtiyatlılıq göstəricilərinə görə isə (bu da bu
gün üçün çox vacibdi) Azərbaycan dünyanın ən qabaqcıl ölkələri səviyyəsinə
qalxmışdır. Hazırda ölkənin valyuta ehtiyyatları 50 mlrd dollardan yuxarıdı ki,
bu da normadan 10 dəfə çoxdur. Əgər hər hansı bir hadisə baş versə və ölkə heç
nə istehsal edə bilməsə Azərbaycan əhalisini bu ehtiyyatlar hesabına ən azı
iki-üç il Ermənistan əhalisinin bu günkü yaşayışı səviyyəsində rahat yaşatmaq
və təmin etmək olardı.
Doğrudan da ölkə bu gün dünya iqtisadiyyatına
qovuşmuş və bəlli bir səviyyəyə çatmışdır. Amma bu yetərlidimi sualına cavab
əlbəttə ki, mənfidi və bunun ciddi arqumentləri var:
- əvvəla, yuxarıda da qeyd etdiyimiz kimi, bu
riskli məkan ve həm də zamanda müstəqilliyi tam qarantiya ilə qorumaq üçün
siyasi çeviklik və optimallıq yetərli deyil, bunun üçün həm də ölkə
iqtisadiyyatını dünyanın ən inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmaq
zəruridi. Hədəf İsveçrə, İsrail, Sinqapur kimi ölkələrin inkişaf səviyyəsi ola
bilər. İsveçrə 41min kv km ərazidə 8 mln nəfərlik əhali ilə ildə 650 mlrd
dollarliq ümumi daxili məhsul buraxır, təbii ehtiyyatları yox dərəcəsindədi,
müvafiq göstəricilər İsrail üzrə 22 min kv km, 8 mln nəfər, 241 mlrd dollar
(burada da heç bir resurs yoxdu). Sinqapur isə cəmi 716 kv km ərazidə heç bir
resursa malik olmadan (hətta içməli suyu belə idxal edir) 300 mlrd ÜDM buraxır
(əhalisi 5,3 mln nəfər). 716 kv km ərazi Azərbaycanın kiçik rayonlarından
birinin ərazisi qədərdi, müqayisə üçün Qaradağ rayonunun ərazisi 1080 kv
km-dir. Deməli, böyük əraziyə, bütün təbii resurslara, çox əlverişli
coğrafi-iqlim şəraitinə malik Azərbaycan bu məqsədə daha tez çata bilər (indi
ÜDM 70 mlrd dollardı).
- doğrudan da ölkə çox böyük resurslara
malikdir. Neft, qaz, metallar, tikinti materialları, torpaq və su resursları,
meşə, ixtisaslı əmək resursları, təbii-iqlim şərati, sosial resurslar və s.
Bütün bu resurslar səmərəli istifadə olunsa iqtisadi artıma ciddi kömək edəcək,
edilməsə, çürüyüb əhəmiyyətsiz hala gəlməsi ilə bərabar, həm də bütövlükdə
ölkənin əksinə işləyəcək: işsiz-gücsüz qalan hər hansı kütlənin cəmiyyətə nə
qədər zərər vura biləcəyini hamımız təsəvvür etmək qabiliyyətindəyik.
- bu gün ən yüksək inkişaf etmiş ölkələrin
səviyyəsinə çatmaq üçün hər cür şərait yaradılmışdır: dövlət yaradılmış,
müstəqil dövlətçilik prinsiplərinə uyğun sistem qurulmuş, ölkə yaxşı imiclə
dünya iqtisadi və siyasi sisteminə qovuşmuş, dünya gücləri ilə, xüsysile qonşu
dövlətlərlə dostluq prinsipləri ilə əlverişli münasibətlər qurulmuş,
Ermənistandan başqa bütün dünya dövlətləri arasında düşmən qalmamış, dünya
maliyyə mərkəzləri ilə əlverişli münasibətlər qurulmuş, investisiya axını üçün
yaxşı şərait yaradılmış, daxili investisiyaların artımı üçün böyük miqdarda
maliyyə ehtiyyatları formalaşdırılmışdı. Müstəqil igtisadi sistem qurulmuş,
periodik olaraq iqtisadi islahatlar aparılmışdı. Amma yüksək iqtisadi artım
islahatların hər ildə yenilənməsini tələb edir.
Bütün bu ehtiyyatları hərəkətə gətirmək və
ölkəni igtisadi inkişaf üzrə inkişaf etmiş dünya ölkələrinin səviyyəsinə
çatdırmaq üçün iqtisadi sistemə yeni nəfəs vermək və iqtisadi islahatları
dərinləşdirmək lazımdı. Bu məqsədlə tərəfimizdən iqtisadi islahatların dərinləşdirilməsi
tezisləri hazırlanmış və mərhələ-mərhələ
müzakirə üçün ictimaiyyətin müzakirəsinə
veriləcək. Əıbəttə, bütün müddəaların ideal olmasına iddia etmirəm, amma hər
halda müzakirə üçün faydalı ola biləcəyinə inanıram. Birinci tezis sadəcə
islahatların dərinləşməsi zəruriliyinin əsaslandırılmasına və hədəfin müəyyən
olunmasına həsr olunmuşdur.