Rus rublunun sürətlə məzənnədən düşməsi öz valyuta ehtiyatının bəlli bir qismini bu valyuta növündə saxlayan Azərbaycan üçün də müəyyən risklər doğurmaqdadır. Rus rublunun məzənnədən düşməsi Azərbaycan üçün hansı itkilərə səbəb ola bilər? Ölkəmiz rus rublundan tamamilə imtina etməlidirmi?
Moderator.az-a
açıqlama verən millət vəkili Vahid Əhmədov proseslərin Azərbaycan üçün ciddi
itki ilə nəticələnməyəcəyini vurğuladı:
“Azərbaycan
öz valyuta ehtiyatlarını xarici valyutada, əsasən dollarda, digər valyuta növlərində
saxlayır. Müəyyən qədər vəsait isə rublda saxlanılır. Hətta bir vaxtlar Azərbaycan
Rusiyada müəyyən aktivlər aldı ki, bu valyutalar əmlak şəklində saxlanılsın. Son
vaxtlar rubl kəskin şəkildə məzənnədən düşür. Artıq 1 dollar 41 rubla
yaxınlaşır. Proses davam edir. Müəyyən itkilər olacaq. Lakin bu itki cüzi itki
olacaq. Çünki Azərbaycanın rus rublu ilə saxladığı vəsaitin miqdarı o qədər də
böyük deyil”.
Seymur
Əliyev