Son günlər Milli Məclisə seçkilərin proporsional əsaslarla keçirilməsi ilə bağlı səslənən fikirlərin sayı artmaqdadır. Belə ki, seçkilərin majoritar qaydada keçirilməsinin siyasi partiyaların inkişafı üçün heç bir sitimul vermədiyinə diqqət çəkən bəzi siyasilər, proporsional seçki sisteminin bərpasının çoxpartiyalı siyasi sistemin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulamaqdadır.
Moderator.az-a
açıqlamasında məsələyə münasibət bildirən Müsavat Partiyası Divanının üzvü,
sabiq millət vəkili İkram İsrafil proporsional seçki sisteminə keçidin mühüm əhəmiyyət
kəsb edə biləcəyini vurğuladı. İ.İsrafilin bildirdiyinə görə, Azərbaycanın
proporsional seçki sistemi təcrübəsi var və bu təcrübə sözügedən seçki sistemin
üstünlüklərini bir daha təsdiq edir: “Azərbaycanda proporsional seçki sistemi təcrübəsi
var. Bütün dünyada siyasi partiyaların inkişafına sitimul verən amillərdən biri
də proporsional seçki sistemidir. Bildiyiniz kimi biz də proporsional seçki
sistemində iştirak etmişik. Hesab edirəm ki, proporsional seçki sisteminə keçid
zəruri və vacibdir. Proporsional seçki sistemi siyasi partiyalar münasibətin
kökündən dəyişilməsinə, eyni zamanda siyasi institutların formalaşdırılmasında
və inkişaf etdirilməsində çox böyük önəmi var”.
İ.Israfilin bildirdiyinə
görə, vaxtiylə YAP sıralarında da proporsional seçki sisteminə keçidin tərfdarları
mövcud idi:
“Bizim deputatlıq dönəmimizdə
hətta YAP-dan da proporsional seçki sisteminin bərpa olunmasını istəyənlər var
idi. Bəziləri təklif edirdi ki, 50% majoritar, 50% proporsional olsun. Fazi məsələləri
müzakirə mövzusu ola bilər. Lakin ümumilikdə proposional seçki sisteminin yenidən
Azərbaycan gündəminə qaytarılması zənnimcə vacib amillərdən biridir”.
Seymur Əliyev