Sumqayıt Şəhər İcra Hakimiyətinin başçısı Eldar Əzizov rəhbərlik etdiyi şəhərin 65 illik yubileyinin təntənəli surətdə bayram edilməsinə hazırlaşır. Bununla bağlı Moderator.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, artıq bununla bağlı şəhərin müxtəlif hissələrində bayram lövhələri də qurşdırılıb. İşin ən maraqlı tərəfi isə şəhərin 65 illik yubileyinə hazırlıqla əlaqədar olaraq Sumqayıt şəhərində fəaliyyət göstərən bütün ictimai nəqliyyat vasitələrinə üzərində “Sumqayıt-65” yazıları əks olunan lövhələrin məcburi qaydada satılmasıdır.
Hər avtobus sürücüsünə 10
manat qarşılığında bir ədəd bu cür lövhə verildiyini bildirən mənbənin sözlərinə
görə, belə getsə icra başçısı bayram tədbirləri üçün gərəkli olan bütün xərci
avtobus sürücülərinin cibindən çıxardacaq.