Dəyərli oxucular, Moderator.az saytının dostu və daimi oxucusu, mühacirətdə yaşayan məhşur polkovnik, müdafiə nazirinin keçmiş müavini İsa Sadıqov tərəfindən sizlərə təqdim olunan bu videoda çox da uzaq olmayan 1993-cü ildə Abxaziyada baş verən münaqişədə rus aviasiyasının dinc insanları milçək kimi qırması əks olunur:
“Bu cür günahsız qanlar butun qonşu respublikalarda da tökülürdü va bu gün Ukraynada baş verənlər yeni deyil, rus faşizminin imperiya siyasətinin davamıdır. Tarixdən bizə bəllidi ki, ruslar tərəfindən hansı müsibətlər başımıza gətirilib və ruslar xalqları necə qarşı- qarşıya qoyub öz məqsədlərinə nail olurdular.
Çox təəssüflər olsun ki, biz uzun illər ərzində hələ də Rusiyanın necə bir imperialist dövlət olduğunu başa düşməmişik və yenə də ölkədə Rusiyaya meyl edənlər qüvvələr tapılır. Artıq son iki əsrdə baş verən qırğınlar, 90-cı illərdə baş verən cinayətlər unudulub. Bu gün Ukraynada baş verənlər də həmin mənfur siyasətin davamıdır və tam əminəm ki, bu ölkədə-Rusiyada hakimiyyət başına kim gəlsə də həmin siyasət davam edəcək. Çünki Rusiya heç vaxt demokratik şəraitdə yaşaya bilməz və bu millət belə bir mədəniyyətdən uzaqdır. Demokratiya Rusiyanın dağılmasına gətirib çıxara bilər. Çünki Rusiyanın tərkibindəki millətlər zülm içindədir və bu buxovdan azad olunmaq üçün bir qığılcıma bənddirlər. Buna görə də bu cür vəhşi siyasət davam edəcək. Rusiya dağılmasa qonşu dövlətlərə qarşı belə vəhşiliklər yenə də zaman-zaman davam edəcək. Ona görə də Rusiyadan nə qədər uzaq olsaq, nə qədər qonşu dövlətlərlə sıx əlaqə qura bilsək, onlarla alyansa girsək, təhlükəsizliyimizi bir o qədər təmin edə bilərik və Rusiya vəhşiliyindən uzaq ola bilərik. Belə bir vəhşi qonşu ilə balanslaşdırılmış siyasət aparmaq ancaq və ancaq sadəlöhvlükdür, ağılsızlıqdır. Nəhayət bunu anlamaq lazımdır."